Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

70 
 
4)
  uzunmüddətli  perspektivdə  təşkilatın  maliyyə  vəziyyəti 
müəyyən 
edilir 
(vəsait 
mənbələrinin 
strukturunun 
xaarkteristikası,  təşkilatın  xarici  investorlardan  asılılıq 
dərəcəsi, investisiyanın dinamikası); 
5)
  işgüzar  aktivlik  (məhsul  satışı  bazarlarının  genişliyi) 
qiymətləndirilir. 
Qiymətləndirici  maliyyə  təhlilini  aparmazdan  əvvəl 
müəssisədə  maliyyə  ilinin  əvvəlində  təsdiq  olunan  uçot  siyasəti 
haqqında  qərarla  tanış  olmalıdır.  Təşkilat  uçot  siyasətində 
qiymətləndirməyə  əhəmiyyətli  təsir  edən  mühasibat  və  vergi 
uçotunun  aparılması  üsullarını  əks  etdirir.  Burada  aşağıdakılar 
açıqlanır : 
-
  əsas vəsaitlərin amortizasiyası üsulları; 
-
  qeyri –maddi və digər aktivlərin amortizasiyası üsulları; 
-
  istehsal ehtiyatlarının, əmtəələrin, bitməmiş istehsalın və hazır 
məhsulun  daxilolma  və  çıxma  zamanı  qiymətləndirilməsi 
üsulları; 
-
  məhsulların, əmtəələrin, iş və xidmətlərin satışında mənfəətin 
qəbul olunması üsulları; 
-
  vergitutma məqsədilə siyasət; 
-
  uçotun aparılmasının təşkilatı- texniki aspektləri.
 
 
Mühasibat balansı ən vacib hesabat formasıdır. O, iki bərabər 
hissədən  :  aktiv  və  passivdən  ibarətdir.  Aktivdə  tərkib  və 
yerləşmə  üzrə  təşkilatın  əmlakı,  passivdə  isə  bu  əmlakın 
formalaşması mənbələri verilir. Aktivin məbləği həmişə passivin 
məbləğinə  bərabərdir.  Mühasibat  balansı  müəyyən  tarixə 
təşkilatın  maliyyə  vəziyyətini  pul  formasında  əks  etdirir.  Onun 
məlumatları əsasında bir sıra istiqamətlər üzrə təhlil aparılır: 
-
  aktivlərin  və  onların  mənbələrinin  strukturunun  ümumi 
qiymətləndirilməsi ; 
-
  balans likvidliyinin təhlili; 
-
  müəssisənin qeyri- ödəməqabiliyyətliliyinin təhlili; 
-
  müflisləşmə ehtimalının təhlili; 
-
  maliyyə dayanıqlılığının təhlili. 


71 
 
Təşkilatın  aktivlərinin  və  mənbələrinin  strukturunun 
təhlilinin  aparılması  üçün  müəssisənin  maliyyə  vəziyyətinin 
statistik və dinamikasını xarakterizə edən, üfüqi və şaquli təhlilin 
bütün  göstəriciləri  özündə  ehtiva  edən  müqayisəli  analitik 
balansı formalaşdırır. Onun alınması üçün mühasibat balansının 
ayrı-  ayrı  maddələrini  birləşdirir,  onun  struktur  göstəriciləri  ilə 
aktiv  və  passivlərin  kəmiyyət  dinamikasının  hesablamaları  ilə 
tamamlayır. 
Digər  vacib göstəricilər aşağıdakılardır: 
• təşkilatın aktivlərinin ümumi dəyəri; 
• dövriyyədənkənar  aktivlərin  (vəsaitlərin)  və  ya  daşınmaz 
ə
mlak aktivlərinin dəyəri; 
• dövriyyə aktivlərinin dəyəri; 
• maddi dövriyyə vəsaitlərinin dəyəri; 
• təşkilatın xüsusi kapitalının kəmiyyəti; 
• borc kapitalının kəmiyyəti; 
• dövriyyədəki xüsusi vəsaitlərin kəmiyyəti; 
• cari öhdəliklərin ölçüsü; 
• işçi kapital. 
Aşağıdakı nisbi göstəricilərə diqqət yetirmək zəruridir: 
-
  aktivlərin ümumi dəyərində xüsusi kapitalın payı; 
-
  xüsusi və borc kapitalının atım templərinin nisbəti; 
-
  debitor və kreditor borclanmanın artım templərinin nisbəti. 
“Yaxşı ” balansın əlamətləri aşağıdakılardır: 
-
  hesabat dövrünün sonunda balansın valyutası dövrün əvvəli ilə 
müqayisədə artır; 
-
  dövriyyə altivlərinin artım tempi dövriyyədən kənar aktivlərin 
artım tempinə nisbətən yuxarıdır; 
-
  təşkilatın xüsusi kapitalı borc kapitalını üstələyir və onun artım 
tempi borc kapitalının artım tempindən yüksəkdir; 
-
  debitor  və  kreditor  borclanmanın  artım  templəri  təqribən 
bərabərdir; 
-
  xüsusi vəsaitlərin dövriyyə aktivlərində payı 10 %-dən çoxdur; 


72 
 
-
  balansda “Ödənilməyən zərərlər” adlı maddə yoxdur. 
Təşkilatın  maliyyə  vəziyyətindəki  dəyişimlərin  ümumi 
vəziyyətini  araşdırarkən  balansın  aktiv  və  passivinin  hər  bir 
bölməsi üçün müqayisəli analitik cədvəllər tərtib olunur. Onların 
köməyilə  dövriyyədənkənar  aktivlərin,  debitor  borcların  və  s. 
struktur və dinamikasını real olaraq ayrıca təhlil edilir. 
Kommersiya  təşkilatı  maliyyə  sferasında  iki  əsas  vəzifəni 
həll edir: 
• öz  cari  maliyyə  öhdəlikləri  üzrə  cavab  vermək  qabiliyyətinin 
dəstəklənməsi; 
• zəruri həcmlərdə uzunmüddətli maliyyələşmənin təminatı. 
Birinci  halda  müəssisənin  xarakteristikası  kimi  likvidlik  və 
ödəmə  qabiliyyətliliyi  göstəriciləri,  ikinci  halda  isə  maliyyə 
likvidliyi göstəriciləri çıxış edirlər. 
Balansın  likvidliyinin  təhlili  likvidlik  dərəcəsi  üzrə  (pul 
vəsaitlərinə  çevrilmə  sürəti)  qruplaşdırılmış  aktiv  vəsaitlərin 
öhdəliklərinin  qaytarılması  müddəti  üzrə  qruplaşdırılmış  passiv 
öhdəliklərlə  müqayisəsindən  ibarətdir.  Aktivlər  likvidliyin 
azalmasına,  passivlər  isə  qaytarma  müddətinə  görə  seçilirlər. 
Müəssisənin  aktiv  və  passivlərinin  qruplara  bölgüsü  aşağıdakı 
kimidir. Likvidlik dərəcəsindən asılı olaraq aktivlərin bölgüsü : 
    A1 – daha likvid aktivlər 
    A2 – tez reallaşdırılan aktivlər 
    A3 – ləng reallaşdırılan aktivlər 
    A4 – çətin reallaşdırılan aktivlər 
Ödəniş  müddətindən  asılı  olaraq  aktiv  və  passivlərin 
bölgüsü: 
    P1 – uzunmüddətli öhdəliklər 
    P2 – qısamüddətli passivlər 
    P3 – uzunmüddətli passivlər 
    P4 – dayanıqlı (sabit) passivlər 
Balansın  likvidliyinin  müəyyən  edilməsi  üçün  aktiv-passiv 
üzrə  verilən  göstəricilər  qruplarının  yekunları  müqayisə  edilir. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə