Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
1   2   3   4   5   6   7   8   9   ...   32


 
-
  əmlakın icarəyə verilməsi; 
-
  maşının, avadanlığın və digər əmlakın lizinqinin təşkili; 
-
  əmlak vergisinin hesablanması üçün vergi bazasının müəyyən 
edilməsi; 
-
  digər müəssisənin nizamnamə kapitalına əmanət kimi əmlakın 
bir hissəsinin verilməsi; 
-
  investisiya  layihəsinin  reallaşdırılması  üzrə  biznes  planının 
işlənib hazırlanması; 
-
  xərc  yanaşmasının  istifadəsi  zamanı  müəssisənin  dəyərinin 
ümumi  qiymətləndirilməsində  aralıq  mərhələ  kimi  daşınmaz 
ə
mlakın qiymətləndirilməsi; 
-
  digər müəssisə tərəfindən firma nişanının və ya müəssisənin və 
onun  məhsulunun(xidmətlərinin)  fərdiləşdirilməsinin  digər 
vasitələrinin yenidən alqısı; 
-
  müəssisənin  işgüzar  nüfuzuna  dəymiş  ziyanın  müəyyən 
edilməsi. 
Biznesin  qiymətləndirilməsi  üzrə  tələb  olunan    xüsusi 
məqsədlər  qanunvericiliklə  nəzərdə  tutulur  və  zaman  keçdikcə 
bir çox qeyri –adi təsərrüfat situasiyalarında rast gəlinir. Bunlara 
aşağıdakıları aid etmək olar:  
-
  səhmdarlardan  birinin  sahibkarlıq  strukturunun  tərkibindən 
çıxması zamanı payın (səhmin) alınması; 
-
  müflisləşmiş  müəssisələrin  sağlamlaşdırılması  variantlarının 
ə
saslandırılması; 
-
  iri  peşəkar(vençur)  investorlar  tərəfindən  səhmlər  üzrə  təklif 
qiymətinin yoxlanılması; 
-
  müsabiqəyə  çıxarılmış  müflisləşmiş  müəssisənin    satışa 
hazırlanması; 
-
  qapalı səhmdar cəmiyyətlər tərəfindən  səhmin emissiyası; 
-
  özələşdiriləcək müəssisələrin satışa hazırlanması. 
 
 
 



 
Mövzu2.  
Müəssisənin (biznesin) iqtisadi əhatə amillərinin 
təhlili. 
 
Plan: 
1.Müəssisənin biznes əhatə amillərinin təsnifatı. 
2.Müəssisənin marketinq imkanlarının təhlili. 
3.Müəssisənin 
rəqabətqabiliyyətliliyinin 
qiymətləndirilməsi. 
 
Qiymətləndirilən 
müəssisənin 
bazar 
mövqelərinin 
qiymətləndirilməsi  problemini  kompleks  həll  etmək  üçün  onun 
iqtisadi  əhatə  amillərinin  aşağıdakı  istiqamətlər  üzrə  təhlili 
aparılmalıdır: 
-
  makro və mikromühit; 
-
  istehlakçı davranışı; 
-
  müəssisənin marketinq imkanları.  
Sadalanan 
istiqamətlər 
üzrə 
təhlil 
aparmaq 
üçün 
qiymətləndiriciyə  bütövlükdə    iqtisadiyyat,  region  və  sahə 
miqyasında  statistik  və  ekspert  məlumatlarını  əldə  etmək 
zəruridir.  Bu  zaman  qiymətləndirmə  haqqında  hesabatda 
müəyyənləşdirilmiş  analitik  dövr,  düzgün  qiymətləndirmə 
hesablamalarının 
aparılması 
üçün 
mühüm 
olan 
ə
sas 
qanunauyğunluq və meylləri aşkarlamağa imkan verməlidir.  
Sahə  təhlili  qiymətləndiriciyə  müəssisə  -  analoqu  əsaslı 
seçməyə imkan verir.  
İ
stənilən  müəssisə    boşluqda  fəaliyyət  göstərmir,  kifayət 
qədər  differensial  xarici  mühitə  malikdir  ki,  bu  mühit  də 
ə
həmiyyətli  dinamikliklə  xarakterizə  olunur.  Xarici  mühit 
amillərini  strateji  amil  hesab  etmək  və  biznes  konsepsiyasının 
işlənilməsində, 
müəssisənin 
gəlirləri 
və 
xərclərinin 
proqnozlaşdırılmasında onları nəzərə almaq lazımdır.  


10 
 
Lakin  xarici  mühitin  təhlilinin  müəssisənin  səmərəli 
strategiyasının  seçilməsini  müəyyən  edən  bütün  amillər 
sistemində aparılmaması arzuolunan nəticələrin əldə olunmasına 
imkan vermir.Həmin amilləri aşağıdakı kimi qruplaşdırmaq olar: 
-
  düzgün seçilmiş uzunmüddətli məqsədlər; 
-
  rəqabət mühitinin dərindən başa düşülməsi; 
-
   müəssisənin fərdi  imkanlarının real qiymətləndirilməsi; 
-
  toplanmış bazar təcrübəsi. 
Bir  qayda  olaraq  analitik  qarşısında  kifayət  qədər  aqreqat 
(cəmlənmiş) şəkildə durur, konkret müəssisə üçün xarici mühitin 
amillərinin 
eyniləşdirilməsi 
onun 
vəzifəsidir.Bazar 
strategiyasının  işlənilməsində  heç  də  bütün  amillər  birmənalı 
nəzərə  alınmır,  beləki,  onlar  arasında  nəzarət  olunan  və  nəzarət 
olunmayan amillərin olması da mümkündür.  
Xarici  amillər  müəssisə  rəhbərliyinin  daimi  nəzarət 
dairəsindən  kənarda  olmasına  baxmayaraq  müəssisənin  
fəaliyyətinin nəticələrinə onların təsiri əhəmiyyətlidir və onların 
kəmiyyət qiymətləndirilməsi aparılmalıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şə
kil 2.1. Müəssisənin makromühit amilləri. 
Siyasi-hüquqi 
amillər 
Müəssisə 
İ
qtisadi amillər 
Demoqrafik 
amillər 
Sosial-mədəni 
amillər
 
Ekoloji amillər 
Elmi-texniki 
amillər 


11 
 
Demoqrafik  amillərə  məhsulun  fərdi  istehlakçılarının 
obyektiv  xarakteristikaları  daxildir:  yaş,  təhsil,  cins,  ailə 
vəziyyəti.  
İ
qtisadi  amillər  qiymətin,  gəlirlərin,  investisiyaların,  kredit 
ehtiyatlarının  əlverişliliyi,  işsizlik  səviyyəsinin  dəyişməsini 
xarakterizə edir. 
Ekoloji amillər istehsal üçün təbii ehtiyatların əldə olunması 
imkanlarını,  biznes  üçün  ekoloji  maneələri  müəssisənin 
məhsuluna ekoloji tələblərin əlverişliliyini səciyyələndirir.  
Siyasi-hüquqi  amillər  biznesə  təsir  etmək  qabiliyyəti  olan 
siyasi  meylləri,  biznesin  hüquqi  mühitini,  inhisar  əleyhinə 
qanunları, vergi siyasətini səciyyələndirir. 
Sosial-mədəni amillər istehsalçının məhsullara münasibətinin 
dəyişməsini,  istehsalçıların  müxtəlif  kateqoriyalarınin  həyata 
baxışlarının dəyişməsini ifadə edir.  
Biznesin  xarici  əhatəsinin  təhlili  metodlarından  biri  PEST-
təhlil  metodudur  ki,  o  da  əsas  amillər  qruplarını  (siyasi-hüquqi, 
iqtisadi, sosial-mədəni, texnoloji) təhlil etməyə imkan verir. 
Bir  sıra  əhatə  amillərinin  kəmiyyət  qiymətləndirilməsi 
aparıla bilər (işsizlik səviyyəsi, kapitala faiz dərəcələri, əhalinin 
gəlirlərinin səviyyəsi və s.). Bu qəbildən olan amillər üçün təhlil 
onların  dinamikasının  müəyyənləşdirilməsinə  və  biznes 
strategiyasını  seçmək  üçün  bu  dinamikanın  əhəmiyyətliliyinin 
qiymətləndirilməsinə gətirilir.  
Ə
gər  kəmiyyət  qiymətləndirilməsi  mümkün  deyilsə,  “xarici 
strateji  amillərin  təhlilinin  xülasəsi”  adlanan  xüsusi  forma 
doldurularaq ekspert qiymətləndirmədən istifadə edilir.  
Biznesin  xarici  əhatəsinin  makroiqtisadi  amilləri  aqreqat 
formada aşağıdakı kimi qruplaşdırıla bilər. 
 
 
 
 
 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə