Microsoft Word bmt-2 cavab az doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix08.03.2018
ölçüsü0,76 Mb.
#30978
1   ...   23   24   25   26   27   28   29   30   31

76 

 

nümayəndəsi Litvinov Reyn zonasının tutulmasının faşist Almaniyasının işğalçılıq 



planlarının həyata keçirilməsi yolunda ilk addım olduğunu bəyan etdi və təcavüzün 

qarşısının  alınması  üçün  birgə  səylər  göstərməyi  təklif  etdi.  Lakin  Şuranın  digər 

üzvləri  Almaniyanın  hərəkətlərini  bu  və  ya  digər  dərəcədə  pisləsələr  də,  konkret 

tədbirlər görmədilər. Tədricən dövlətlər bir-birinin ardınca Millətlər Cəmiyyətinin 

tövsiyə  etdiyi  kiçik  sanksiyalardan  da  imtina  etməyə  başladılar.  Qərbdə  ingilis 

diplomatiyasının irəli sürdüyü belə bir tezis dolaşırdı ki, sanksiyaların tətbiqi son 

nəticədə Avropada müharibəyə gətirib çıxara bilər.  ngiltərənin təşəbbüsü ilə 1936-

cı il iyulun 4-də Millətlər Cəmiyyəti Həbəşistanda müharibə aparan  taliyaya tətbiq 

olunan sanksiyaların ləğvi haqqında qətnamə qəbul etdi. 

       1938-ci ilin yazında Avropada vəziyyət mürəkkəbləşməkdə davam edirdi. Hit-

lerin  1938-ci  il  fevralın  20-də  Reyxstaqdakı  çıxışı  göstərdi  ki,  Almaniya  yaxın 

vaxtlarda  Avstriya  və  Çexoslovakiyada  yaşayan  almanları  “öz  müdafiəsi  altına” 

alacaqdır.  ngiltərə  və  Fransa  hökumətləri  Almaniyanı  dayandırmaq  və  Avstriya 

dövlətinin  ləğvinə  yol  verməmək  üçün  heç  nə  etmədilər.  ngiltərə  xarici  siyasət 

idarəsinin başçısı Halifaks alman xarici işlər naziri Ribbentropla 1938-ci il martın 

11-dəki söhbətində bildirdi ki, onun ölkəsi Almaniya və Avstriyanın hərəkətlərinə 

qarışmayacaqlar. Səhəri gün alman qoşunları artıq Avstriya torpağına daxil oldular. 

Martın 13-də Avstriya Almaniyaya birləşdirildi.  ngiltərə və Fransa isə Berlinə eti-

raz notası göndərməklə kifayətləndilər ki, o nota da qəbul olunmadı. Təcavüzkarın 

həvəsləndirilməsi siyasəti öz işini görürdü. Millətlər Cəmiyyəti bir üzvünü də itir-

di.  ngilis və fransız nümayəndələrinin mövqeyi ucbatından onun fəaliyyəti əslində 

iflic  oldu.  Almaniyanın  təcavüzkar  hərəkətlərini  Sovet  ttifaqı  qətiyyətlə  pislədi. 

Avstriyanı işğal edən Hitler Çexoslovakiyanı tutmağa hazırlaşmağa başladı. 3 mln. 

almanın  yaşadığı  Sudet  vilayətinin  birləşdirilməsindən  başlamaq  qərara  alındı. 

Çexoslovakiya  üçün  bu  çətin  vaxtda  Sovet  hökuməti  bildirdi  ki,  əgər  Fransa  öz 

öhdəliklərini yerinə yetirərsə, o da Çexoslovakiya ilə müqavilə öhdəliklərinə əməl 

edərək, ona köməyə gələcəkdir. Ancaq  ngiltərə və Fransa Çexoslovakiyanı müda-

fiə etmək, təcavüzü dayandırmaq barədə yox, yalnız Hitlerlə razılığa gəlmək haq-

qında düşünürdülər. 



77 

 

      Almaniya  Çexoslavakiyaya  qarşı  təcavüz  hazırladığı  zaman,  Almaniya,  ngil-



tərə,  Fransa  və  taliyanın  dövlət  başçıları  Hitler,  Çemberlen,  Daladye,  Mussolini 

1938-ci  ilin  sentyabrın  29-da  Münhendə  toplandılar  və  Çexoslavakiyanı  parçala-

maq,  onun  bir  sıra  sərhəd  rayonlarını  Almaniyaya  vermək  haqqında  qərar  qəbul 

etdilər.  ngiltərə  və  Fransanın  hakim  dairələri  Çexoslavakiyaya  xəyanət  etdilər. 

Qərb dövlətlərinin təsiri altında Çexoslavakiya hökuməti təslim oldu və faşistlərə 

müqavimət göstərməkdən imtina etdi. Halbuki onun ölkəni müdafiə etməyə imkanı 

var  idi  və  bu  işdə  Sovet  dövləti  ona  yardım  göstərərdi.  ABŞ  hökuməti  Münhen 

sövdələşməsində rəsmən iştirak etmirdi, lakin Münhen konfransının çağırılmasına 

kömək edirdi və onun qərarlarını tamamilə bəyəndi. Yalnız Sovet dövləti diploma-

tiyası Münhen siyasətini pislədi. Sentyabrın 30-da Almaniya və  ngiltərə Münhen-

də qarşılıqlı hücum etməmək və bütün mübahisəli məsələlərin nizamlanması haq-

qında  bəyannamə  imzaladılar.  Sonralar  belə  bir  bəyannamə  Almaniya  ilə  Fransa 

arasında  da  bağlanmışdı.  Münhen  sazişini  imzalamaqla  dünyanı  xilas  etdiklərini 

düşünənlər  yamanca  yanıldılar.  Münhen  öz  xalqına  və  başqa  xalqlara  xəyanəti 

ifadə edən ümumi isimə çevrildi.  

          Sudeti  özünə  birləşdirdikdən  sonra  Almaniya  Mərkəzi  Avropada  ən  güclü 

dövlətə  çevrildi.  Bu regionun  bütün kiçik  dövlətləri  anladılar ki,  nə  Millətlər  Cə-

miyyəti, nə  ngiltərə, nə Fransa onların suverenliyini təmin edə bilməz. Buna görə 

onlar Almaniyaya təzim etməyə məcbur oldular. Bu mənada, Münhen  ngiltərə və 

Fransanın məğlubiyyəti olub, müharibənin başlanmasını yaxınlaşdırdı. 1939-cu ilin 

martında  Almaniya  Çexoslovakiyanın  müstəqilliyinə  son  verdi.  Bununla  Hitler 

özünün imza atdığı Münhen sazişini pozdu. Martın 21-də Almaniya Polşadan Dan-

siqi  (Qdanskı)  tələb  etdi,  lakin  Polşa  bu  tələbi  yerinə  yetirmədi.  Martın  22-də 

alman qoşunları Litvaya məxsus olan Memeli (Klaypedanı) tutdular. Aprel ayında 

taliya Albaniyanı işğal etdi. 

      Təcavüzkarların  sakitləşmədiyini  görən  ngiltərənin  və  Fransanın  hakim  dai-

rələri  Münhen  siyasəti  taktikasını  dəyişdilər.  Onlar  öz  hərbi-siyasi  vəziyyətlərini 

möhkəmləndirmək  tədbirləri  görməyə  başladılar.  ngiltərə  və  Fransa  əgər  onların 

birinə  üçüncü  dövlət  hücum  edərsə  qarşılıqlı  yardım  razılığına  gəldilər.  1939-cu 



78 

 

ilin mayında Fransa ilə Polşa, avqustunda isə  ngiltərə ilə Polşa arasında hərbi itti-



faq haqqında müqavilə imzalandı.  

41. 1939-cu il sovet-ingilis-fransız və  sovet-alman danışıqları  və nəticələri. 

     Müharibə ərəfəsində kapitalist dünyasına qarşı duran SSR  faktoru da dünyanın 

siyasi  inkişafına  əsaslı  təsir  göstərirdi.  Bolşevizm,  kommunizm  təhlükəsindən 

qorxan və ona nifrət bəsləyən hər iki kapitalist qrupu SSR -nin hansı tərəfdən çıxış 

edəcəyinə  böyük  maraq  göstərir,  ona  güclü  təsir  etməyə  çalışırdılar.  ngiltərə  və 

Fransa təcavüzü özlərindən uzaqlaşdırmaq üçün hər vasitə ilə Hitlerlə dil tapmağa 

səy  göstərməklə  yanaşı,  SSR   ilə  də  diplomatik  əlaqəni  kəsməmək,  təcavüzkarın 

qurbanı  olanlara  yardım  üçün  onun  da  qüvvələrindən  istifadə  etmək  kimi  dip-

lomatik gedişlər edirdilər. 1939-cu ilin martında  ngiltərə SSR -yə Fransa və Polşa 

ilə  birlikdə  birgə  hərəkət  haqqında  ümumi  bəyannaməni  imzalamağı  təklif  etdi. 

Apreldə  ngiltərə və Fransa Almaniya ilə müharibəyə cəlb olunmuş ölkəyə yardım 

təminatına  dair  yeni  ideya  irəli  sürdülər.  SSR   cavabında  daha  konkret  qarşılıqlı 

öhdəlikləri olan üçtərəfli müqavilənin bağlanmasını təklif etdi. SSR  ona Almani-

yanın  təcavüzünü  dəf  etmək  üçün  Polşa  və  Rumıniya  ərazisinə  qoşunlarını  yerit-

mək  hüququnun  verilməsində  israr  edirdi.  Faktiki  olaraq  bu,  SSR -nin  Şərqi  Av-

ropa  üzərində  öz  nəzarətini  yaratması,  Almaniyaya  qarşı  müharibədə  iştirakının 

şə

rti kimi irəli sürməsi demək idi. Bu səbəbdən ingilis-fransız-sovet hərbi danışıq-



ları  irəli  gedə  bilmədi.  Hitler  və  Mussolininin  1939-cu  ilin  mayında  hərbi-siyasi 

ittifaq barədə “Polad pakt”ını imzalamaları  ngiltərə və Fransanı ciddi təşvişə saldı. 

Onlar alman təcavüzünə müqavimət göstərmək üsulları barədə SSR  ilə danışıqlara 

başladılar.  Əslində  bu  danışıqlar  Hitlerə  təzyiq  göstərmək,  SSR -nin  iştirakı  ilə 

koalisiya yaradıla biləcəyi imkanı ilə onu qorxutmaq, beləliklə, Almaniyanı Qərb 

dövlətləri  ilə  sazişə  gəlməyə  vadar  etmək  və  Sovet  Rusiyası  üzərinə  yönəltmək 

məqsədini güdürdü. ABŞ 1939-cu ilin yazında və yayında SSR ,  giltərə və Fransa 

arasında  aparılan  Moskva  danışıqlarını  diqqətlə  izləyirdi.  ngiltərənin  Vaşinqton-

dakı səfiri ABŞ hökumətinə bildirdi ki, Moskva danışıqlarına baxmayaraq  ngiltərə 

SSR  ilə əməkdaşlıq etmək niyyətində deyil. ABŞ Moskva danışıqları zamanı kol-

lektiv təhlükəsizlik haqqında müqavilə imzalanmasının əleyhinə idi. Elə bu zaman 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə