Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə120/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   116   117   118   119   120   121   122   123   ...   133

 

372

Tərkibinə  34  ölkənin  daxil  olduğu  Beynəlxalq  Hesablaşma-

lar Bankı (BHB) beynəlxalq valyuta-kredit təşkilatları arasında xü-

susi yer tutur. Rusiya 1996-cı ildə bu quruma üzv olmuşdur. BHB-

ni  mərkəzi  banklar  bankı  kimi  tərif  etmək  mümkündür.  Ona  iki 

başlıca funksiya həvalə olunmuşdur: 

1.

  mərkəzi bankların əməkdaşlığına yardım etmək və bey-



nəlxalq hesablaşmaları və digər maliyyə əməliyyatlarını həyata ke-

çirmək üçün əlverişli şəraiti təmin etmək; 

2.

  üzvlərinin  beynəlxalq  maliyyə  hesablaşmaları  aparılar-



kən bank-agent və ya bank-depozitari qismində yardım göstərmək. 

London  və  Paris  kreditor  klubları  beynəlxalq  maliyyə 

bazarında  mühüm  rol  oynayır.  Hal-hazırda  Rusiya  bu  klubların 

üzvüdür. 

Rusiya  keçmiş  Sovet  ttifaqı  zamanında  yaranmış  borcun 

ödənilməsi prosesini sürətləndirmək ümidi ilə 1997-ci ildə kreditor 

ölkə  qismində  Paris  kreditorlar  klubuna  daxil  omıuşdur.  Lakin 

Rusiyaya borclu ölkələrdən yalnız 25-i Paris klubu ilə əməkdaşlıq 

edir  (Vyetnam,  Efıopiya,  Əlcəzair,  Yəmən,  Mozambik  və  s.). 

Onların  Rusiyaya  50  milyard  dollar  borcu  var.  Rusiyanın  əsas 

verəcəkliləri olan Kuba, Monqolustan, Əfqanıstan, Suriya və digər 

dövlətlər Paris klubunun üzvləri deyil. 

Klubun  əsasnaməsinə  uyğun  olaraq  borcların  xeyli  hissəsi 

silinir, yaxud borclar satıla bilər. 

Paris  klubunun  yardımı  ilə  Rusiyanın  1999-cu  ilin 

büdcəsində  keçmiş  SSR   respublikalarına  verilmiş  kreditlərin 

ödənilməsı  hesabına  təqribən  3,5  milyard  dollar  gəlir  nəzərdə 

tutulmuşdu. 

London kreditorlar klubu 600-dən artıq kommersiya bankını 

birləşdirir,  onlar  əsasən  inkişaf  etməkdə  olan  ölkələrə  kredit 

verirlər.  Hökumət  kreditləri  problemləri  ilə  məşğul  olan  Paris 

klubundan  fərqli  olaraq  London  klubu  kreditləri  sığorta  ilə 

müdafiə  olunmayan  özəl  kommersiya  banklarına  olan  borclarla 

məşğuldur. 




 

373

Keçmiş  Sovet  ttifaqının  borc  öhdəliklərini  öz  üzərinə 

götürən Rusiyanın London klubunun üzvlərinə təqribən 40 milyard 

dollar  borcu  var  idi.  Bu  borcun  ödənilməsi  sistmli  şəkildə  təxirə 

salınırdı.  Cəmi  20  dəfə  möhlət  verilmişdi.  Lakin  Rusiya 

iqtisadiyyatının  vəziyyəti  o  qədər  qeyri-qənaətbəxş  idi  ki,  xarici 

borc  beynəlxalq  maliyyə  təşkilatları  və  ya  Paris,  yaxud  London 

klubları üzvlərindən yeni kreditlər almaq yolu ilə ödənilirdi (təxirə 

salınmaları nəzərə almaqla). 

Rusiyanın  dövlətlərarası  təşkilata  daxil  olması,  həmçinin 

onun  Paris  və  London  kreditor  klubların  üzvü  kimi  tanınması 

dünya maliyyə bazarlarında RF-nin mövqelərini xeyli gücləndirdi, 

onun müasir valyuta-kredit münasibətləri sisteminə uyğunlaşması-

na  yardım  etdi.  Bu,  Rusiya  və  xarici  bankların  daha  geniş  inteq-

rasiyası üçün imkanlar açır, Rusiya kapitalının beynəlxalq maliyyə 

bazarına  çıxarılması, xarici  kapitalın  iqtisadiyyatın  müxtəlif  sahə-

lərinə cəlb olunması üçün şərait yaradır. 

 

 



 

374

FƏS L XIII. UKRAYNANIN PUL-KRED T S STEM

 

 



Müstəqil  Dövlətlər  Birliyi  ölkələri  içində  Rusiyadan  sonra 

iqtisadi  gücə  malik  olan  ikinci  ölkə  Ukraynadır.  1992-ci  il  yanvar 

ayında ölkədə qiymət islahatları aparılıb və nəticədə bank sektorunda 

faiz  dərəcələri  inflyasiya  dərəcələrindən  yüksək  olmuşdur.  991-ci  il 

may  ayında  Ukrayna  Milli  Bankı  Qosbankdan  ayrılaraq  əvvəllər 

Qosbanka aid olan bütün səlahiyyətləri öz üzərinə götürüb. Ukrayna 

bank  sistemi  ixtisaslaşmış  dörd  kommersiya  bankından  ibarətdir: 

Dövlət Əmanət Bankı, Aqrosənaye Bankı, Tikinti Bankı və Sosial  n-

vestisiya Bankı. Bank sistemi içində ümumi əmanətin 80 %-i Dövlət 

Ə

manət  Bankına  aiddir:  17  avqust  1998-ci  il  Rusiyada  başlanan 



maliyyə  böhranı  Ukrayna  pul-kredit  sisteminə  mənfi  təsir  göstərmiş 

və  nəticədə  milli  pul  vahidi  olan  qrivna  xarici  valyutalar  qarşısında 

dəyərini itirmişdir. 

Ukrayna Milli Bankı Ukraynanın mərkəzi bankıdır. Ukrayna 

Milli  Bankı  haqqında  Qanuna  əsasən  Milli  Bank  dövlətin  xüsusi 

mülkiyyətindədir.    

Bank  1839-cu  ildə  Rusiya  Dövlət  Kommersiya  Bankının 

Kiyev ofisi kimi  yaradılmışdır. Ukrayna Milli Bankının təşkili və 

fəaliyyətinin  hüquqi  statusu  Ukrayna  Konstitusiyası  və  Ukrayna 

Milli Bankı haqqında Ukraynanın Qanunu ilə tənzimlənir. 20 mart 

1991-ci ildə Ukrayna Radası Banklar və Bank fəaliyyəti haqqında 

Qanunu qəbul etmişdir.  Məhz bu tarixdən etibarən Ukrayna Milli 

Bankı  Ukraynanın  mərkəzi  bankı  kimi  fəaliyyət  göstərməyə 

başlamışdır.  

Ukrayna  Milli  Bankının  əsas  funksiyası  milli  pul  vahidi 

Qrivnanın  və  ölkənin  bank  sisteminin  sabitliyini  təmin  etməkdir. 

Bundan  əlavə  Ukrayna  Milli  Bankı  aşağıdakı  funksiyaları  da 

həyata keçirir: 

• Monetar siyasətin həyata keçirilməsi; 

• Ukrayna milli pul vahidinin tədavülə buraxılması; 




 

375

• Bank köçürmələrinin, ödəniş və hesablaşmala qaydalarının 

tərtib edilməsi; 

• Monetar,  kredit  və  statistik  informasiya  və  tədiyyə 

balansına metodoloji dəstəyin təmin edilməsi; 

• Bank nəzarətinin həyata keçirilməsi; 

• Banklar,  onların  filial  və  nümayəndəlikləri,  valyuta 

mübadiləsi,  maliyyə  və  kredit  təşkilatlarının  qeydiyyata  alınması 

və bank fəaliyyəti üçün lisenziyaların verilməsi; 

• Tədiyyə  balansının  toplanması,  təhlili  və  proqnozlaşdırıl-

ması; 

• Qızıl  və  valyuta  ehtiyatlarının  saxlanılaraq  toplanılmasını, 



həmçinin onlarla köçürmə şərtlərinin təmin edilməsi; 

• Monetar, 

kredit, 

maliyyə, 

qiymət 

və 


valyuta 

ə

məliyyatlarının statusunun təhlil edilməsi; 



• Ukrayna  bank  sistemi  üçün  kadrların  treyninqlərdə  iştirak 

edilməsi. 

Ukrayna Milli Bankının ali idarəetmə orqanı  darə Heyətidir. 

darə  Heyətinin  tərkibinə  Sədr,  birinci  vitse-sədr,  3  vitse-sədr,  4 

icraçı  direktor,  6  departament  direktoru  və  bir  filial  müdiri 

daxildir.  

Ukrayna  Milli  Bankının  beynəlxalq  əməkdaşlığı  aşağıdakı 

istiqamətlər üzrə həyata keçirilməkdədir:  

• Dünya Bankı; 

• Avropa Yenidənqurma və  nkişaf Bankı; 

• Beynəlxalq Valyuta Fondu; 

• MDB Dövlətlərarası Bankı; 

• Alman-Ukrayna Fondu Proqramı; 

• Digər  beynəlxalq  təşkilatlar  (Avropa  ttifaqı,  Ümumdünya 

Ticarət Təşkilatı və s.). 



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə