Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə26/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   22   23   24   25   26   27   28   29   ...   133

 

79 

nkişaf  etməkdə  olan  ölkələrin  ödəniş  balansının 

dövlətlərarası  tənzimlənməsi  kvartal  üzrə  bölünmələr  ilə  birlikdə 

makro-iqtisadi  aqreqatlar  və  kəmiyyət  oriyentirləri  formasında 

stabilləşmə  proqramını  işləyib  hazırlayan  BVF  vasitəsilə  yerinə 

yetirilir.  Fondun  bu  tədbirlərinin  standartlaşdırılması  milli 

xüsusiyyətlər  nəzərə  alınmadan,  onların  zəif  seçmə  qabiliyyətini 

gücləndirir.  Tələbatın  sıxılması  ilə  əlaqədar  fond  tərəfindən 

tövsiyə  edilən  ənənəvi  deflyasiya  tədirlərinin  tətbiq  edilməsi 

iqtisadi  artım  imkanlarını  azaldır.  qtisadiyyatın,  eləcə  də,  ödəniş 

balansının  stabilləşdirilməsi  üzrə  sərt  proqramlar  inkişaf  etməkdə 

olan ölkələri kapital qoyuluşunu itirməyə sövq edir, bu isə iqtisadi 

artımı  saxlayır.  ri  həcmdə  xarici  borc  baxımından  azad  olmuş 

ölkələr  -  kreditor  dövlətlər  (Paris  klubu)  yalnız  borc  alan  ölkə 

tərəfindən  Fondun  stabilləşdirilmiş  proqramının  qəbul  edilməsi 

şə

rtilə borcun tənzimlənməsi ilə əlaqədar razılığa gəlirlər.  



Beynənlaxlq finans mərkəzi statusuna sahib olmaq üçün 

bir neçə şərt tələb edilir: 

1.

  qtisadi sərbəstlik: finans bazarının fəaliyyətinin inkişafı 



üçün  gərəksiz  maneələr  mövcud  deyildir  Yəni  yığım  və  ya 

investisiya qərarları mövzusunda sərbəstlik vardır; 

2.

  Daxili iqtisadiyyatın güc göstəricisi sayılan milli pul va-



hidinin  sabitliyi,  həmçinin  xarici  investorların  etibarlığını  təmin 

edən finans sisteminin təminatlı olması; 

3.

  Finans alətlərinin səmərəliliyi; 



4.

  Aktiv, çoxşaxəli və hərəkətli finans bazarı, yəni kreditor 

və debtorlara geniş imkanlar yaradılması; 

5.

  Xəbərləşmə  sistemində  yüksək  texnologiya  imkanların-



dan istifadə edilməsi; 

6.

  Finans sistemində təhsil və insan gücünün səviyyəsi; 



7.

  Xarici  investorların  cəlb  edilməsi  mövuzusunda  gərəkli 

hüquqi və sosial şəraitin yaradılması imkanları. 

«The ekonomist» jurnalının təsbitinə görə, beynəlxalq finans 

mərkəzi aşağıdakı parametlrlərə uyğun olmalıdır: 



 

80

1.

  Finans  bazarının  daxili  həcmi.  Bu  göstəriciyə  ən  yaxın 



Nyu-York  Finans  Mərkəzidir.  Nyu-York  Fond  Birjasında  işləyən 

qiyməti kağızların kapital dəyəri 9 trln. $ - dır. 

2.

  Bazar kapital dəyərinin ümumi daxili məhsula nisbəti. Bu 



göstəriciyə  görə  1-ci  sırada  finans  mərkəzi  –  Londondur  (birja 

kapital  dəyəri  ümumi  daxili  məhsulun  160%-nə  qədərdir),  ikinci 

sırada Nyu-York (120%), 3-cü sırada Tokiodur (55%). 

3.

  Xarici  bankların  iştirakı.  Bu  göstəriciyə  görə  sıra  ilə 



London, Tokio, Nyu-York gəlir. 

4.

  Finans xidmətlərinin ixracat həcminə görə sıra ilə London 



(8  mlrd.$),  Almaniya  (2,7  mlrd.$)  və  Yaponiya  (1.6  mlrd.$) 

dayanır. 

 

 



 

81 

Cədvəl 5.6. 

 

Dünya finans bazarlarında əməliyyatların strukturu 



(günlük əməliyyat həcmi mlrd.$) 

 

 



1990 

2000 

10 il ərzində 

artım 

Valyuta bazarı 

880 

1900 


2 dəfə 

stiqraz bazarı 

(dövlət və 

ş

irkət) 



190 

550 


5 dəfə 

Səhm bazarı 

40 

800 


20 dəf 

 

MənbəДеньги и кредит5, 2000, с.53 

 

1) Super birjalar. 



 - Nyu-York birjası 

 - Tokio birjası 

 - London birjası 

Bu  üç  birjada  aparılan  qiymətli  kağızlarla  əməliyyatın 

həcminin dünya birjaları içindəki payı 60%-dir. 

2) böyük birjalar. 

 - Honkond birjası 

 - Paris birjası 

 - Milan birjası 

 - Frankfurt birjası 

3) Orta ölçülü birjalar. 

 - ABŞ-da Boston,, Filadelfiya 

 - Avropada Madrid, Barselona, Bruksel, Kopenhagen 

 - Uzaq Şərq ölkələrində Seul, Tayvan, Sidney, Bombey 

 -  Latın  Amerikası  ölkələrində  Buenos  Ayres,  Toronto, 

Monreal  

4) Kiçik birjalar. 



 

82

Dünyada  irili-xırdalı  65  birja  fəaliyyət  göstərməkdədir. 

Yuxarıda  sayılanların  xaricində  bütün  birjalar  kiçik  birjalar 

siyahısına  daxildir.  Bunlar  arasında  stanbul,  Afina,  Təl-Əviv, 

Helsinki,  Monila,  Kuala-Lamur,  Nigeriya  birjaları  gələcəkdə  orta 

ölçülü  birjalar  siyahısına  girməyə  namizəddirlər.  nkişaf  etməkdə 

olan  ölkələrdə  qurulan  fond  birjaları  Dünya  Bankı  və  onun  yan 

quruluşu  olan  Beynəlxalq  Finans  Qurumunun  dəstəyi  və 

nəzarətində 

inkişaf 


etməkdədirlər. 

Bu 


birjaların 

üstün 


cəhətlərindən  biri  odur  ki,  hamısının  qapısı  xarici  investorlara 

açıqdır. 



Super birjalar. 

Nyu-York  Fond  Birjası.  Amerika  Birləşmiş  Ştatlarında 

fond birjalarının sayı yeddidir. Fond birjaları içində ən böyük birja 

Nyu-York  birjasıdır.  Nyu-York  birjası  «Fond  birjaları  haqqında» 

Qanun  çərçivəsində  fəaliyyət  göstərir.  Amerika  birjalarında  741 

yerli, 75 xarici olmaqla 816 aksiya əməliyyatda iştirak edir. 1996-

cı  il  də  daxil  olmaqla  birjada  əməliyyat  keçirilən  qiymətli 

kağızların  ümumi  bazar  bazar  dəyəri  109,4  milyard  dollar  ol-

muşdur.  Nyu-York  birjası  günlük  əməliyyat  həcminə  və  bazarda 

ə

məliyyat  keçirilən  qiymətli  kağızların  bazar  dəyərinə  görə 



London və Tokio birjaları ilə birlikdə dünyanın 3 super birjasından 

biri  və  bunlar  arasında  da  ən  böyüyü  və  ən  əhəmiyyətli  olanıdır. 

Nyu-York  birjasında  1600-ə  yaxın  aksiya,  3700-dən  çox  istiqraz 

ə

məliyyatda  iştirak  edir  və  bunların  ümumi  bazar  dəyəri  3100 



milyard dollardır. 

London  Fond  Birjası.  London  Fond  Birjası  nəinki 

Avropanın,  hətta  dünyanın  ən  böyük  finans  mərkəzi  olmaq 

xüsusiyyətini  hələ  də  qoruyur.  London  istər  finans  bazarları, 

istərsə  də  finans  qurumlarının  apardığı  əməliyyat  həcminə  görə 

beynəlxalq bir finans mərkəzi rolunu oynayır. Londonda «Siti» adı 

verilən  regionda  başda  ngiltərə  Mərkəz  Bankı  –  «Bank  of 

England»  olmaqla  yüzlərcə  yerli  və  xarici  banklar,  sığorta 

ş

irkətləri  və  digər  finans  qurumları  da  bir  araya  toplanmışdır. 



London Fond Birjası bu regionda yerləşir. 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə