Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə38/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   34   35   36   37   38   39   40   41   ...   133

 

117

yerli  orqanları  təklif  edir.  Rəsmi  finans  vasitələri  ölkələrə 

imtiyazlı, qeyri bazar şərtləri ilə təqdim olunur və onların mənbəyi 

vergi  ödəyiciləri  hesabına  yəni,  büdcə  vəsaitləri  hesabına  olur. 

Beynəlxalq ölkələrarası təşkilatlar həmçinin BPF-u, Dünya Bankı, 

Avropa Yenidəqurma və  nkişaf Bankı əsasən öz fondlarını üzv öl-

kələrin  haqları  hesabına  həyata  keçirir.  Bəzi  təşkilatlar  böyük 

borcları beynəlxalq finans bazarları hesabına həyata keçirir. 

Bir  çox  beynəlxalq  kredit  təşkilatları  öz  mənbələrini  yalnız 

mərkəzi  hökumətlərə,  bəziləri  isə  qəbul  edən  ölkələrin  özəl 

layihələrinə  ayırır.  Beynəlxalq  kredit  təşkilatları  tərəfindən 

mərkəzi  hökumətə  verilən  borclar  adətən  əsaslandırılmış  və 

məqsədli  istiqaməti  olur.  BP  Məsələn,  BPF-u  hər  hansı  ölkəyə 

borc verdikdə ondan müəyyən öhdəlik proqramlarının qəbulunu da 

tələb  edə  bilər  və  BVF-u  monitorinq  həyata  keçirərək  qəbul 

edilmiş  proqram  çərçivəsində  nəzarət  həyata  keçirir.  Ölkə 

tərəfindən  öhdəliyin  yerinə  yetirilməməsi  sonrakı  tranşın  təqdim 

olunmaması ilə nəticələnə bilər. 

Beynəlxalq kreditin əldə etmənin əlamətlərinə görə təsnifatı 

aşağıdakı kimidir: 

1) krediti alma mənbəyinə görə: 

  1.1.  Beynəlxalq  saziş  üzrə,  kreditin  milli  kredit  bazardan 

təmin etmək 

  1.2. Xarici kredit bazarından; 

  1.3. Beynəlxalq finans mərkəzlərindən 

2) borclunun kateqoriyasına görə: 

  2.1. Dövlət və beynəlxalq təşkilatlar; 

  2.2. Özəl istehsal və ticari şirkətlər; 

3) Kredit sazişinin xarakterinə görə: 

  3.1. Kommersiya krediti; 

  3.2.  Xarici-ticari  əlaqələrə  aid  olmayan,  başqa  məqsədlərə 

istifadə edilən finans krediti; 

4) Kreditin növlərinə görə : 

 4.1.  kommersiya  krediti,  yəni  kredit  mal  formasında, 

ixracatçı tərəfindən alıcıya açılan kommersiya krediti; 



 

118

 4.2.  kredit  valyuta  ilə,  ancaq  pul  formasında,  yəni  banklar 

tərəfindən açılan kredit; 

 4.3.  qiymətli  kağızları  yerləşdirməklə  beynəlxalq  kapital 

bazarından vəsait cəlb etmək. 

5) valyutanın mənşəyinə görə: 

  5.1. Kredit borclu ölkənin valyutasında; 

  5.2. Kredit kreditor ölkənin valyutasında; 

  5.3. Kredit üçüncü ölkənin valyutası ilə; 

6) Kreditin müddətinə görə: 

   6.1. qısamüddətli, adətən 1-ilədək, bəzi hallarda iki ilədək; 

    6.2. orta müddətli, 1 ildən – 2 ilədək, 2 ildən – 5-dək, ; 

     6.3.  uzunmüddətli – 5-7.; 

7) Təminatına görə; 

 7.1. təminatlı; 

  7.2. təminatsız (bank) krediti; 

8) Təyinatına görə: 

  8.1. ixracat krediti; 

  8.2. idxalat krediti; 

Beynəlxalq  iqtisadi  münasibətlər  sistemində  beynəlxalq 

kredit  ssuda  kapitalının  hərəkəti  olub,  müxtəlif  ölkələrin 

rezidentləri arasında kredit münasibətlərini əks etdirir. Beynəlxalq 

kredit  milli  iqtisadiyyatın  inkişafında  önəmli  rola  malikdir.  Adə-

tən,  beynəlxalq  kreditin  axını  tək  yönümlü  hərəkətlə  gedir,  yəni 

inkişaf  etmiş  ölkələrdən  inkişaf  etmiş  ölkələrə  doğru  və  dünya 

praktikası  göstərir  ki,  beynəlxalq  kreditin  hərəkətində  axsamalar 

milli ölkələrdə iqtisadi böhranlara yol aça bilir. 

Beynəlxalq  kreditin  inkişafının  əsasını  –  beynəlxalq 

inteqrasiya,  istehsalın  ixtisaslaşması,  dünya  iqtisadiyyatının 

qloballaşması  ilə  əlaqədardır.  Beynəlxalq  kredit  bazarının 

subyektləri,  özəl  şirkətlər,  dövlət  müəssisələri,  hökumətlər, 

beynəlxalq və regional finans qurumlarıdır. 

Beynəlxalq  kredit  –  valyuta  kursu,  qiymət,  mənfəət,  tədiyə 

balansı və s. bu kimi iqtisadi kateqoriyalarla sıx əlaqəsi vardır. 




 

119

Beynəlxalq  kreditin  üç  əsas  mənbəyi  vardır:korporasiyanın 

pul  formasında  müvəqqəti  sərbəst  pul  vəsaiti;  dövlətin  valyuta 

ehtiyatları və şəxsi pul yığımları.  

Beynəlxalq  kredit  münasibətlərində  ssuda  kapitalının  əsas 

finans  mənbəyini  dövlətin  kapitalı  təşkil  edir.  Beynəlxalq  kredit 

ə

sas  prinsipləri  daxili  kreditin  prinsipləri  ilə  eynidir,  yəni, 



müddətlilik, qaytarılmaq, ödəncili, təminatlı və məqsədli. 

Beynəlxalq  krediti  əsas  funksiyalarını  aşağıdakı  kimi 

sıralamaq olar: 

1)

 ölkələr arası ssuda kapitalının yenidən bölgüsü;  



2)

 dövlət  kredit  təşkilatları  vasitəsi  ilə  ixracat  və  idxalatı 

tənzimləmək; 

3)

 hesablaşmalarda  ödəmələri  sürətləndirmək  və  mübadilə 



xərclərini minimizə etmək 

4)

 dünya iqtisadiyyatında inteqrasiya prosesini güclənir. 



Beynəlxalq 

kreditin 

ölkələrarası 

iqtisadi 

ə

laqələrin 



gücləməsində rolu çox önəmlidir: 

1.

  beynəlxalq ticarəti genişləndirir; 



2.

  istehsalda texnoloji yeniliklərdə istifadəni stimullaşdırır; 

3.

  milli məhsulların xarici bazara çıxışına şərait yaradır; 



4.

  məhsuldarlığın  və  əmək  məhsuldarlığının  artımına  ciddi 

təkan verir; 

5.

  ölkənin dünya bazarında rəqabət qabiliyyətli mövqeyinin 



artırır; 

6. həyat səviyyəsinin inkişafında mühüm təsir edir. 

Bununla  bərabər,  beynəlxalq  kredit  ölkə  daxilində  tətbiq 

edilən  səhv  monetar  siyasətinin  nəticəsi  olaraq  milli 

iqtisadiyyatında  iqtisadi  problemlərin  dərinləşməsinə  yol  açıla 

bilər, o cümlədən: 

1.

  müəyyən  iqtisadi  sektorların  inkişafına,  digərlərin  isə 



geriləməsinə yol ola bilər; 

2.

  dünya və milli iqtisadiyyatda disroporsiyanın dərinləşmə-



sinə yol aça bilir; 


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə