Microsoft Word c baxcaban dl



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix03.08.2018
ölçüsü1,14 Mb.
#60641
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 



Tehran 1954 (1333)

Tehran 1929 (1318) yardımcısı 

Səminə xanim ilə məktəbdə

 

Tehran 1928 (1317) 



”Sağırlar və Dilsizlər” məktəbi

 

 

1935-ci (1314) ildə dilsizlər və sağırların eşidə bilməsi üçün dişlərin və baş çanağının vasitəsilə səsləri, fiziki 



cəhətdən çatışmazlığı olan uşaqlara çatdıran və sezdirən bir cihaz ixtira etmişdir .  

Öz dediyinə görə: «on beş yaşında ikən qəza baş verməklə, sol qulağımdan sağır oldum. Valideynim məni doktor 

yanına aparmaqdansa, dava- dua ilə xəstələrə şəfa vermək iddiasında olan bir seyidin yanına apardılar. Alicənab 

Seyid ağa bütün on beş günü qulağıma dua püləyirdi və özü dediyinə görə dərman tökürdü. Xatirimə gələn 

dərmanlardan birisi neft idi! Müalicə zamanı saatı qulağımın dibində tutanda heç nə eşitməyirdim, amma qulağıma 

yapışdıranda nə isə bir səs gəlməsini duyurdum. Seyid ağa da istədiyinə (nəzir- niyazına) çatmış olurdu! Bir gün 

solum üstə uzanmışdım, yastıq eşidən qulağımın üstünü tutmuşdu. Saatı tutuq qulağıma yapışdiranda,  saatdan gələn 

səsi hiss etdim. Qıcıqlanıb saatı dişlərimin ilə saxlayıb, yoxladım. Səsini yaxşı eşidirdim. Neçə dönə yoxlayandan 

sonra doğrucasına eşitməyimə inandım. Qısaca desəm, eşidən qulağımın üstünü qapadıqda, dişlərimin yardımı ilə 

saatın səsini eşidə bilməyimi başadüşdüm. Bu təcrübənin ardınca Seyid ağadan əl üzüb, onu buraxdıq! Günlərin 

birində, «dilsizlər və sağırlara» təlim verərkən bu cərəyan yadıma düşdü. Onları, saatı dişləri ilə tutmaqla yoxladım. 

Saatın səsini duyurdular. Bu verimli sınaq üzündən, onlar üçün «Sümük Qulaqlıq» düzəltmək düşüncəsi beynimə 

düşdü...» (

1

)  



Bağçaban öz fəaliyyətlərinin davamında, 1943-cü (1322) ildə Tehranda, «Dilsiz və sağır uşaqlardan himayə 

cəmiyyəti»nin təməlini qoymuşdur.  



 

«Zəban» (dil) və «Bəhare kudəkan» (uşaqların yazı) dərgiləri  

1943-cü (1320) ildə müttəfiq dövlətlərin qoşunları iranı işğal etdilər. İnsaniyyət və azadlığın qənimi, Riza xan 

mirpənci, Pəhəlvi ləqəbi ilə Şah edən yadellilər, onu taxtdan yerə salıb üzdən iraq sürgünə göndərdilər. Nisbi 

azadlıqlara meydan açıldı. Bağçaban yaranan əlverişli fürsəti itirmədən dərgi çıxarmağa əl atdı. 1944-cü (1323) ilin 

qışında, Tehranda müəllimlərə məxsus «Zəban» («dil» deməkdir və müəllimlərin danışan dili olmasına işarə dir) adlı 

aylıq bir dərgini yaymağa başlaya bildi. Doktor Həştrudi ilə Əhməd Aram da yazıların yır- yığışında və dərginin 

yazıçısı kimi ona yardım edirdilər. Dərgi müəllimlərin haqqlarını müdafiə edirdi, Bağçaban deyirdi «müəllimçilik 

bizim məramımızdır!» (məzhəbimizdir) «Zəban» dərgisi Azadlıq Cəbhəsinin əzasından idi. İctimai mövzülarla 

maraqlanıb ölkənin daxili və xarici siyasətlərini açıqlamağa çalışırdı. Maarif təşkilatlarının çatışmazlıqlarını 

açıqcasına və kəsginliklə tənqid edirdi. Müəllimləri arxadaşlığa və əlbirliyə çağırırdı. Onları sinif olaraq 

birləşdirməyə çalışırdı. Dərgi bütün əyalətlərdə müəllimlərin sevgisini və sayqısını qazanmışdı...  

Amerikada dokturasını almış maarif nazırının fikrincə, Bağçaban təhsilatsız (təhsilat mədrəki olmayan), şahlığın 

ziddi, komunist və Tudəçinin birisi idi və əslində İranlı deyil, Qafqazlı mahacirlərdən idi. Bağçaban onun qarşısında 

uzun və dışsındırıcı yazı ilə «Zəban» dərgisində çıxış etmişdir:  

« ...Ağayi nazir! Mən filankəslər kimi Berlində olmamışam və Parisdən gəlməmişəm, mən Moskvaya gedib və 

Londondan qayıtmamışam, mən sizin tayınız Amerika yemişi deyiləm.  

Siz nazir ikən, mən sizinlə bu mücadiləni sadə bir müəllim olaraq başlamışam. Amma mənim təlimatçılıq 

məsləkimdə (məzhəbimdə) qorxaqlıq və dizə çökmək dönüklük (kafirlik) deməkdir. Mən qoyun kimi zülmün, 




tapdalanmanın və yalanın qarşısında baş əyib, susa bilmərm. Belə etsəm, məndən təlim alanlar da qoyun xuyunu 

mənimsəyəcəklər. Zülmə qarşı mübarizədə kimsə mənlə yola düşüb ayaqlaşmasa, özüm tək başıma yollanmalıyam. 

Yalnız qalsam belə, başqalarının qabağa düşməsini gözləyib, sonra onların ardına düşməyi, bacara bilmərəm. 

Müəllimlər yalan və zülmə qarşı gedən döyüşün ön sıralarında durmalıdırlar. Gərəkməz ayrılarının qabağa düşməsini 

gözləsinlər, özləri yola düşməlidirlər...» (

5- 4


)  

Bağçaban, «Mirzə Həsən Rüşdiyyə» və Cəlil Məhəmməd Quluzadə kimi, cəmiyyətin islahı və inkişafında maarif və 

mədəniyyətin böyük və önəmli rol oynamasına inanırdı. Buna görə də müəllimlərin boynuna düşən vəzifəni çox 

əhəmmiyyətli sayırdı. Zəban dərgisinin ilk sayısının üz qabığını «Vətən dili» dərsliyinin müəllifi, İranda ilk modern 

məktəbin (mədrəsənin) qurucusu və ilk uşaq şeirinin qoşanı Mirzə Həsən Rüşdiyyənin şəkili bəzəmişdir. Dərgidə 

Rüşdiyyənin həyat və fəaliyyətlərinə görə yetərli məlumat verilmişdir. Bağçaban, Rüşdiyyəyə böyük sayqı və hörmət 

bəsləyirdi:« ... Mirzə Həsən Rüşdiyyə mənim başımı ucaldıb ilk dəfə «Dilsizlər və Sağırlar» məktəbinə buyurub 

gələndə, qoyduğu əməklərə və çəkdiyi ağrılara şahıd olaraq deyə bir məktubu mənə göstərdi. Bu yazı ustadın təlim 

verdiyi bir nəfər gözü tutuq (görməz- kor) şəxsin yazısı idi... Maarif nazirliyi Rüşdiyyənin 22 illik əməyinin qədrini 

bilmədi və ona gözü görməzlər (korlar) məktəbini açmağa görə yardım etmədi... » .«... Mərhüm   Rüşdiyyə apardığı 

mübarizədə bir çox çətinliklər və arakəsmələr ilə üz üzə gəlmişdir, ona yapışmaz töhmətlər də yaxılmışdır.» (

5- 4


)  

 

 



 

 

 



 

 

1945-ci (1324) ilin yazında Zəban dərgisinin cənbində, «Bəhare Kudəkan» (uşaqların yazı) adlı uşaq dərgisini nəşr 



etməyə başlamışdır. Dərgidə, şifahı xalq yaradıcılığı (folklor) səpki və dilindən olduqca yararlanaraq tərbiyəvi və 

tənqidi əsərlər dərc edirdi. Bağçabanın ictimai baxışları «Zəban» dərgisi kimi burada da qabarıqcasına gözə çarpırdı. 

Örnək oaraq «Dəvə biri bir qıran» (Şotor yeki yek qerane) adlı, folklorik ədəbiyyat sayağı yazdığı rəsmli tənqidi 

həkayədə belə yazmış idi: «...Bir gün Kərblayı Rüstəm əmiyə, iki oğlunun Riza şahın sarayını tikəməyə biyarlığa 

aparılmasını bildirdilər. Kərblayı Rüstəm və Xücəstə xanım o gündən sonra bir də balalarının üzünü görə bilmədilər. 

Dibdə, üç ildən sonra, Kərblayı əmiyə oğlanların vay xəbərini gətirdilər. Şahın nökərləri onları şallaq altında məhv 

etmişdilər... » (

4

)  



 

«Dilsizlər və Sağırlar»ın təhsil proqramı və ocağı, müəllim becərmə kılasları / kudeta / dustaq / Türkiyə səfəri  

1949-cu (1328) ildə Bağçabanın yazıb hazırladığı «Dilsizlərin» beş illik təhsil dövrəsinin nizamnaməsi və proqramı 

təsdiq (təsvib) edilmişdir. İki il sonra 1951-ci (1330) ildə «Dilsizlər və Sağırlar Ocağı»nı qurub və sağırların təlimi 

üçün müəllimlər tərbiyə etmək kılasını öz məktəbində dair edə bilmişdir.  

Dərbarın xəyanəti və əlbirliyi ilə Amerika və İngilis dövlətlərinin 1953-cü (1332) ildə murdad ayının 28 də yola 

saldıqları çevrilişdə (kudeta da) altmış səkkiz yaşlı Bağçaban da bütün ailəsi ilə birlikdə tutulub (

2

) və bir sürə 



Xürrəmabadın Fələk-ül Əflak qalasında dustaq olunmuşdur. Bağçabanın özünün vurğuladığına görə , o, siyası 

hizblərdə (partiyalarda) üzv olmamışdır. (

1



**



Ancaq ictimai məsələlərdə aktiv olmasına görə polisin nəzərincə göz 

altında saxlanılmalı adamlardan idi.Deyilənlərə görə tutulmasının səbəblərindən biri də Sülh cəmiyyətinə qatılması 

ola bilərdi. O, zındandan qurtardıqdan sonra yenə də mədəni və ictimai işlərinin ardını tutmuşdur.  

Türkiyənin «Dilsizlər və Sağırlar» məktəblərinin təcrübələri ilə tanış olmaq üçün 1958-ci (1337) ildə Türkiyə 

səfərinə çixmişdir. Görüşdən sonra, «Dilsizlər və Sağırlar» üçün müəllimlər tərbiyə etmə kurslarının ardını tutmaq 

zərurətini daha artıqraq hiss edib və işin dalısını yenidən tutmuşdur.  



 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə