Microsoft Word c baxcaban dl



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix03.08.2018
ölçüsü1,14 Mb.
#60641
1   ...   4   5   6   7   8   9   10   11   12

İRƏVANLI ZAKIR:  

O zamandan ki, mənim adıma şair dedilər,  

Ağlıma gəlsə mənim hər nə cür hədyan, yazaram.  

Tazə məzhəb sözünü səbt edərəm novhəmdə,  

Urəfaya dolaşıb, sinə vurub, baş açaram.  

 

DƏRVIŞ :  



Çarsuda, küçədə, ya qəhvədə, ya məsciddə  

Nacağı tovlayaram, ağzını birdən açaram.  

Pul yığıb, cuşə gəlib, şövgilə ”yahu!” deyərəm,  

Çox tüpürcək dağıdıb xalqın üzün isladaram.  

 

QAZETÇI:  



Mən qazet yazmağa çox zəhmət ilə izn alaram, 

Çalışıb milləti qandırmağa sözlər yazaram.  

Almaz amma nədən isə bu Müsəlmanlar onu,  

Əli qoynunda çəkib ah, məəttəl qalaram.  

 

 

 



MOLLA VƏ HÖRÜMÇƏK  

 

Molla bir gün hörumçəyin yanına  



Getdi, ta etsin iltimas ona.  

Dedi: Agah olun hörumçəklər!  

Sizdən eylər gilayə milçəklər.  

Uzməyin canların oların siz,  

Sormayın qanların oların siz.  

Var oların da siz kimi canı,  

Yeməsi, içməsi, əti, qanı.  

Oları siz mənə bağışlayın,  

Bu fəna işdi çünki boşlayın.  

Çun hörüçək bunu belə gördü,  

Başını qaldırıb baxıb güldü.  

Dedi: yoldaş! Nə çarə? Siz deyiniz,  

Sonra bizdən siz iltimas ediniz.  

Dedi molla: ki, bəndə molladır,  

Sahibi zöhd, əhli təqvadır.  

İltimasım budur ki, əl çəkəsiz,  

Milçəyə bir də zülm etmiyəsiz.  

Başını tovladı hörümçək ta  

Dedi: zəhmət çəkibsən, ay molla!  

Sən özün qanını müsəlmanın  

Sorma qardaş! Varınsa vicdanın.  

İltimasın bizə qəbul olmaz,  

Dediyin səndə çün vüsul olmaz.  

Pisdisə özgənin qanın içmek? 

Sən özün get, qan içmədən əl çək!  

 

 



 

TƏFAXİR  

 

Küpədə milləti qatıq kimi mən çalxalaram,  



Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

Uzadıb saqqalımı,  peysərimi bərkidərəm,  



Gündə min tövr müsəlmanlara təzvir edərəm,  

Həq danışsa kim, onu fövrcə təkfir edərəm,  

Haşa lillah! Ki bu əxlaqımı mən tərk edərəm.  

Küpədə milləti qatıq kimi mən çalxalaram,  

Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

Yeyərəm mən o qədər, dünbəyimi saz edərəm,  



Boyaram saqqalımı, həm başımı daz edərəm.  

Gündə min şöbədəyə milləti ağaz edərəm,  

Girişib hiyləyə mən onlara min naz edərəm. 

Küpədə milləti qatıq kimi mən çalxalaram,  

Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

Nə qədər başa sala milləti bu əhli-qələm,  



İş görənməz, bu yəqinimdi olar xamdı hələm.  

Bircə yol qırmızı saqqalımı mən tərpədərəm,  

Kef mənim, nəəşə mənim, hər nə ki, bilsəm edərəm.  

Küpədə milləti qatıq kimi mən çalxalaram,  

Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

Nə qədər biclik əgər, gətdisə onlar əmələ,  



Düşməyib başa bu millət hələ heç bircə belə.  

Bəs mənim bicliyimi bilmir olar heç hələ.  

Qurmuşam mən olara gör necə bir zorba tələ.  

Küpədə milləti qatıq kimi mən çalxalaram,  

Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

Minmişəm onları, hər bir tərəfə mən sürərəm,  



Hər nə onlar qazanır mən yeyərəm, kef görərəm.  

Soraram qanlarını, canlarını həm üzərəm,   

Kimsə bilməz nə qədər gizlin iş olsa görərəm.  

Küpədə milləti qatıq kimi mən çalxalaram,  

Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

Müftə çay, müftə şəkər, müftə badımcandı mənim,  



Müftə aş, müftə plov, müftə fisincandı mənim,  

Müftə hörmətdi mənim, müftəcə qəlyandı mənim,  

Müftədir rəng, həna, saqqalım əlvandı mənim.  

Küpədə milləti qatıq kimi mən çalxalaram,  

Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

Müxtəsər söyləməli, gəldi genə mahi-siyam,  



Piyşi-çeşmimdə vurar halqa müridan tamam. 

Vəzi-əfsanə ilə xəlqə genə dam quraram,  

Kisə doldurmağa bir vaxt gəlib xətmi-kəlam,  

Küpədə milləti qatıq kimi mən çalxalaram,  

Kərəsin işlədərəm, ayranını həm yalaram.  

 

 



 

KİŞMİŞ VƏ MOLLA  

 

Bir ata, bir oğul və bir qardaş  



Üçü bir yerdə eylər idi məaş.  

Var idi hər üçü məhəbbətdə,  

Yeyib-içməkdə, sözdə, söhbətdə.  

Hər üçü pak, möminü-dindar,  

Əhli-təqvavü zöhdü-xoşkirdar.  

Qazanar hər üçü bə şövqi-səlim,  

Gətirər bir yerə edər təslim.  

Üçü də bir xəyalilə dolanar,  

Bir-birinin rizasını qazanar.  

Bir-birin hər üçü edər -təkrim,           




Harda görsə edərdilər təzim,  

Kim oları görər bu halətdə,  

Belə bir ittifaq, təfqətdə,  

Mat olub eyləyirdi bir əhsən.  

Fətəbarək oxurdu hər düşmən.  

Olara kimsə əl tapanmazdı,  

Ayrılıq daşını atanmazdı.  

Bu məhəbbət bir az davam etdi,  

Bir az onları şadkam etdi.  

Sonra bu ruzigari-şum, dəğəl,  

Gətdi başlarına qəribə əməl.  

Əz qəza bir nəfər müsəlmana,  

Üçü də dəvət oldu ehsana.  

Döşənib süfrələr, plov hazır,  

Əfşərə sirkə küftə və çaşır.  

Var idi cürbəcür mürəbbalar,  

Qismət olmuş lətif tutmalar.  

Qatıq aşı, qurutlu şorbadan,   

Heç yeyən doymaz idi dolmadan. 

Yeməmiş kimsə cücənin ətini,  

Demək ilə bilərmi ləzzətini.  

Söz gödək, yaxşı sahibi-xanə,  

Bəzəmişdi təami şahanə.  

Var idi orda xəlqdən başqa,  

Xəlq ilə beylə bir nəfər molla.  

Oxudu bir dua əlin atdı,  

Tikəni vurcağın qalaq yatdı.  

Nəzəri elə ki, xuruşa düşüb,  

Plovu gördü kişmiş ilə bişib.  

Tikəni saxladı əlində o dəm,  

- Ey camaat! Ümum qalə nəəm.  

Vardı bir məsələ bu yerdə çətin,  

Mən deyim, siz də huş ilə eşidin.  

Buyurur Fazile Badımcanı:  

«Kişmiş eylər, haram ehsanı»  

Düşdü ol dəm oraya cəng, cədəl,  

Məclisin iki payı çəkdilər əl.  

Molla ta məclisi görüb xali,  

Özgə bir rəngə düşdü əhvalı.  

Dedi: «Səd şükr, ey xudayi-cahan,  

Yaradıbsan əcəb gözəl heyvan».  

Tikəni vurdu, bığların burdu,  

Dünbəgin saz edib də doldurdu.  

Bu yedi, özgələr durub baxdı,  

Birbəbir ağzının suyu axdı.  

Molladan başqa, həm müridanı  

Yedilər ləzzət ilə dolmanı.  

Yeməyənlər çəkirdi göz dağı,  

Çünki bərk olmamışdı qurşağı 

Molla tainki lap yedi doydu,  

Fatihə verməyə bina qoydu.  

Süfrələr qalxdı, boş qalıb orta  

Sulu qəlyan gəlib vurub xorta.  

Molla qalxdı ayağa iş bitdi,  

Hər kəs öz karına durub getdi.  

İndi bax, burdadı işin tələsi,  

Kimə düşdü yükün ağır şələsi.  

İki qardaş və bir nəfər övlad  

Çəkdilər bu qəziyyədən fəryad.  

Biri təqlid edib Badımcana,  

Birisi həm ağa cibişdana.  

Biri etdi sulotqanı təyid,  

Dedi: mən etmişəm ona təqlid.  

Hərə bir fikrə oldular malik,  

Hərə bir məsləkə olub salik.  

Sözlərin olmuyub mütabiqəti,  

İttifaqın gedib müvafiqəti.  

Üçu də mat, çarəsiz qaldı,  

Ordaca yad olub da ayrıldı.  

İndi təqsir bu müəmmada   

Oldu kişmişdə, ya ki mollada?  

 

 



BAŞI BATMIŞ KİŞİ  

 

Molla əmu! Bu başı batmış kişi,  



Sinni keçib atmışa çatmış kişi,  

Qeyrətü-namusunu atmış kişi,  

Başımı min əngələ qatmış kişi,  

Saldı genə tazəcə bir əngələ,  

Ta nə qədər mən eləyim həvsələ?  

 

Məşqə düşübdür ki, gedə Məşhədə,  



Orda edib siğə, çata məqsədə.  

İstəyirəm getmə deyim hər vədə,  

Mənlə o saat eyləyir ərbədə:  

Kəs donuzun doğduğu, dinmə hələ,  

Mən qayıdınca burada səbr elə.  

 

Söyləyirəm xərcimizi barı çək,  



Yoxdu-deyir-heç qara pul bir çətək,.  

Mən gedirəm şahi- Xorasanacək  

Gər yeməyə olmasa, arvat, çörək,  

Fəhləlik elə dalına al şələ,  

Sən də adamsan, qazanıb xərc elə.  

 

İndi uşaqlar eləyirlər fəğan,  



Vallah, acından gecə yatmır inan.  

Yalvarıram, ay kişi, Məşdi Zaman,  

İnsaf elə, bir yazığa, əlaman.  

Top kimi hərdəm açılır: çıx çölə!  

Üstümə az baş-gözünü silkələ.   

 

 



ŞILLAX  

 

İrəvana təzə bir doktor gəlib- Əbdülhüseyn  



Hər vizitdə üç şahı aldıqda xidmət eləyir.  

Çünki, Əzrail ilə dostluq qatıb, qardaş olub.  

Qəbzi-ruh etməkdə Əzrailə fursət verməyir.  

 

 



BİR ŞEYXİN NALƏSİ  

 

Lap ciyərim yandı, mənim ay havar  



Qalmadı qövlümdə mənim etibar.  

İndi, sabah mömün ölub qurtarar,  

Ərsəyə ta çöhrətəraşlar çıxar,  

Başıma min günə oyunlar açar,   

Şöhrəti-rəsmim pozular, puç olar.  



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə