Microsoft Word c baxcaban dl



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix03.08.2018
ölçüsü1,14 Mb.
#60641
1   ...   4   5   6   7   8   9   10   11   12

Ey «mahur» ilə salam verənlər,  

«Çarəng» ilə nöhələr deyənlər,  

Mərsiyyə əvəz «segah» deyənlər,  

Ey müftəcə siğələr edənlər,  

Bu eyd sizə mübarək olsun,  

Taətlariniz qəbul olunsun.  

 

Ey jurnal ilə qazet yazanlar,  



Ey düz yolu kəc edib azanlar, 

Ey mollaların kefin pozanlar,  

Təzvir, riya kökün qazanlar,  

Bu eyd sizə mübarək olsun,   

Taətləriniz qəbul olunsun.  

 

 



 

İSFAHANLI OĞLU DEYİR:  

 

Bəhəmdullah ki, qırxıq baş, yoğun peysər, qafa bizdə,  



İki put başda əmmamə, əba bizdə, qəba bizdə.  

 

Yoğun şal, dikdaban başmaq, uzun saqqal,  



Düşübdür qurşağa rəng eyləyibdir qapqara bizdə. 

 

Qoyub bü milləti düşgün sənayedən, maarifdən,  



Həqiqət gizlədən min pərdə, var, zülmətnüma bizdə. 

 

Əcaib zövqpərvər, hiyləgər bir növ məxluquz ,  



Məsacid bizdə, mənbər bizdə, böhtanü-riya bizdə.  

 

Ki, bizdə rəhm yox, vicdan yox, qövli-həqiqət yox,  



Dəruni-qəlbimiz sərşari-qövli-iftira bizdə.  

 

Yalan, doğru deməkdə minbərin üstündə sərbəstiz,  



Təbii bir zəka yandırmağa kəskin dəva bizdə.  

 

Cəhənnəm bizdə, cənnət bizdə, huri bizdə, hər şey bizdədir, 



billah!  

Alıb-satmaq bizimdir, cənnətə qoymaq bəha bizdə,  

 

Qarın bizdə, gödən bizdə, alovlu mədədir bizdə.  



Nə dolsa, mədəmiz həzm eyləyər, qoymaz qala bizdə.  

 

Əcanib çəkmədə öz millətin hər vəqt pişa-piş.  



Deyib laylay yatırtdıq, yuxladıb saldıq dala biz də.  

 

 



 

BİR LÖQMƏ NAN ÜSTÜNDƏDİR  

 

Sanma bihudə ki, hər qövlüm yalan üstündədir,  



Tiri-təkfirim əbəs sanma kəman üstündədir.  

Ahü-zarım cümlə bir əmri-nihan üstündədir,  

Fikri-zikrim cümləsi bir löqmə nan üstündədir.  

Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.  

 

Ağlaram düşdükcə yada çün keçən gün halıma,  



Ol keçən dövranıma, parlaq olan iqbalıma,  

Aldanırdı xalq əbavu həm qəbavu-şalıma,  

Kimsə gülməzdi mənim bir qırmızı saqqalıma. 

İndi hər kimsə mənə bir bəd güman üstündədir,  

Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.  

 

Eybimi faş eyliyən bu çöhrə qırxıxlardılar,  



Bu ədəbsiz, bu gödək paltarlı sırtıqlardılar,  

Bundan əvvəl cümləsi əhvalımı yoxlardılar,  

Hörmətimi hər zaman təzim edib saxlardılar.  

Əsl dərdim bu qəzet-jurnal yazan üstündədir,  

Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.  

 

Qalmışam indi plovla çaya həsrət, vay dədə.  



Aş qəndabsız durur, bəs hanı ləzzət, vay dədə,  

Çulğalar, gəldikcə, qəlbi dərd-möhnət, vay dədə,  

Getdi əldən köhnə ləzzət, köhnə işrət, vay dədə,  

Boş qalıb qaynamayan çömçə qazan üstündədir.  

Ol səbəbdən qəlbi-naşadım fəğan üstündədir.  

 

Bundan əvvəl xalq də bir özgə niyyətlər dilər 



Payi mənbərdə giriybanlarını bitlərdilər,  

Hər nə söz çıxsaydı ağzımdan qulaq cütlərdilər,  

Əsginası ovcuma basdıqca xəlvətdərdilər,  

Körpələr ac qalmış indi, cümlə can üstündədir.  

Ol səbəbdən qəlbi-naşadım fəğan üsdündədir.  

 

 



 

  

QAN EYLƏYİR  

 

Yenə-təbi-şerim rəvan eyləyir  



Gözəl bir hekayət bəyan eyləyir:  

 

Qızışmış bəli, İrəvan əhli cəngə,  



Dönüblər bütün şirə, bəbrə, pələngə,   

Əl atmış təmamən «revolver»,  tüfəngə.  

Gəlib əllərindən bütün şəhr təngə.  

 

Mürüvvət, həmiyyət fəğan eyləyir, 



Tərəhhüm düşüb ələman eyləyir.  

 

Hamı büğz, kin ilə etmiş tifaq,  



İnada yetirmiş bütün iştiyaq,  

Ədavətlə həmdəst əzəlki sayaq,  

Nə var mehr, nə ülfətü ittifaq. 

  

Məhəbbət özünü nihan eyləyir,  



Ədavət, şərarət əyan eyləyir.  

 

Baxırsan iki gündə-bir qan olur:  



Biri qatilü zibi-zindan olur.  

Qapı bağlanır, xanə viran olur,  

Səfalət, rəzalət firavan olur,  

 

Zəlalət öz hökmün rəvan eyləyir,  



Həyatı pozur, binişan eyləyir.  

 

Məgər sizdə yoxdurmu rəhm, ey cəmaət?..  



Nədir bu qədər kinü-büğzü ədavət?..  

Məgər etməmişmi peyğəmbər vəsiyyət! – 

Bizə ittifaq, ittihadü üxüvvət?  



Üxüvvət bumu,-xəlqi qan eyləyir?  

Belə vəhşəti-biaman eyləyir?  

 

 

 



VƏLVƏLƏ  

 

Bilmirəm, yarəb, yenə hardan, hayanlardan deyim!  



«Yeddi yer»dən başlayım, ya asimanlardan deyim? 

  

Xanümandan başlayımmı? Ya deyim əyanların,  



Hümmətü mimmətlərin, ol sahibi-milyonların,  

Ya deyim ac-mac qalan yoxsulların, kənkanların  

Kirli-mirli, cıb-cırıq paltarların, palanların,  

Vəsf edim ya evdəki çıplaq qalanlardan deyim?  

 

Başlayım ya İravanda tazə qətlü-mətldən.  



Ya paçotnik, ya maçotnik baş-bacağı ətlidən,  

Ya deyim ərbabi-kin qeyrətlidən-meyrətlidən.  

Ya yazım sahibhünər, cürətlidən, mürətlidən... 

Ya ki, pis-mis vaxtıda güllə atanlardan deyim! 

  

Ya ki, Nasir-masirin Zakilərə iradını,  



Zikr edim? Ya ki, doşabçı Seyyidin inşadını?  

Ya ki, söhbət-möhbətin axır qaçırdıb dadını?  

«Mov-mov»ın yainki böylə boş quru fəryadını  

Əldə dəstaviz edib hədyan yazanlardan deyim?  

 

Ya qazet-mazet kimi bollu yalanlar bağlayım?  



Ya ki, şagirdin sevən «cəkməduz»a gün ağlayım?  

Hərb sözü tək... əslini fərin çağlayım?  

Gah da bir az dağlayım, gah da bir az da yağlayım,  

Qanmasın bir kimsə də düzdən, yalanlardan deyim.  

 

 

 



İLLƏR XƏSTƏSİ  

 

«Tuti», mənə eyləgilən mərhəmət,  



Var yeli, həm ağrılıdır baldırım.  

Yaz açılar, hansı olar məsləhət,  

Qan alarım, ya ki, zəli saldırım?  

 

Gözlərimin suyu axır, dərdi var,  



Çarpınıyor qəlbim olur biqərar,  

Fırlanıyor başıma yer, dər divar,  

Bilməyirəm indi zəli saldırım,  

Ya ki, gedib dəlləgə qan aldırım?  

 

Yatmayıram il gecəsin sübhə tək,  



Məndə aman qoymadı bu öskürək,  

Zəhrə dönübdür mənə içmək, yemək,  

Yaxşımıdır bir həcəmət aldırım?  

Eyb eləməzsə, qulağım kəsdirim?  

 

İl uzunu heç də yığılmaz yerim,  



Can üzülübdür qırışıbdır dərim.  

Ac qalıb altı nəfər övrətlərim,  

Mən deyirəm ki, genə rahətdi bu.  

Qüvvətim artarsa zəli saldırım?  

Yaxşı olursa dişimi çəkdirim,  

Eyb eləməzsə qulağım kəsdirim.  

Mən deyirəm ki, genə rahətdi bu:  

Qan alırım, ya ki, zəli saldırım?  

 

 

 



 

TİRYAKİLƏRƏ SƏR-SƏLAMƏTİ  

 

Gəlin, ay tiryakilər, bir yeni hədyan oxuyun!  



Yeni söz, tazə xəbər, tazə bir ünvan oxuyun!  

Oxuyun, böht götürsün sizi, heyran oxuyun,  

Ayılıb, başa düşübdür yeni İran, oxuyun.  

Görün, Əhməd şah edibdir necə divan, oxuyun,  

Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun!  

 

Necə kim oldu Rusetdə qədəğən şürbi-əraq...  



İçkiyə adət edənlər üzülüb oldu naçaq.  

Etdi İrana da axırda sirayət bu səyaq,  

Oldu İranda da tiryak işi tainki yasaq,  

Görün oldu eviniz bir necə viran, oxuyun!  

Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun.  

 

Bir ağır xərc qoyulmuş onu hər kimsə əkə,  



Var xüsusən də böyük şərti əgər birsi çəkə,  

Görməmişdi bir iş İran hələ bu boyda yekə,  

Bir də mümkünmüdü merac edəsiz siz fələkə?  

Bu xəbər eyləyəcəkdir sizi bican, oxuyun,  

Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun!  

 

Bu xəbərlər bilirəm ki, pozacaq halınızı,  



Eylər əfsurdə hamı puxtənizi, kalınızı,  

Gözünüz yaşı verər sellərə mənqalınızı,  

Zor yazıb dəsti-qəza nameyi-əmalınızı,  

Ki, salar hoqqanızı axırı xoddan oxuyun,  

Ev yıxan, nəşə pozan bir yeni dastan oxuyun.  

 

Tiryakın adı, sizi əsdirəcək nanə kimi,  



Şərhə-şərhə edəcək bağrınızı şanə kimi,  

Olacaq bircə manat bir pənabatlıq çəkimi,  

Şaşdırıb eyləyəcəkdir sizi divanə kimi:  

Xud sizə sadir olub bu yeni fərman oxuyun!  

Ev yıxan, nəşə, pozan bir yeni dastan oxuyun!  

 

 



 

 

GƏRƏK  

 

Kəsbi-kamal eyləyə insan gərək, 



Cism diri olmaq üçün can gərək.  

Elmsiz adəmlər üçün hər zaman,  

Xər kimi bir noxta və palan gərək.  

 

Ləzzətini anlamayan bozbaşın  



Meyl eləyə yonca və saman gərək.  

Beylədi qanuni-təbiət əzəl,  

Qapzalana təbəei-İran gərək.  

 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə