Microsoft Word c baxcaban dl



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix03.08.2018
ölçüsü1,14 Mb.
#60641
1   ...   4   5   6   7   8   9   10   11   12

Var yeri əşkim, yerinə qan axa. 

Kəşf olunur eylədiyim iftira.  

İşləməyir kizb, düruğü riya,  

Çöhrətəraşlar eləmir iqtida.  

Vaqi-cəmaət səfimiz boş qalar,  

Ax! Belə halət məni dildən salar. 

  

Fitrə-zəkatın pulu əldən çıxır,  



Mali-imamsız cibimiz boş qalır,  

Dəmbədəm işlər özü üstün açır,  

Cümlə müridan yanımdan qaçır,  

Noxtanı bunlar hamısı qırsalar,  

Bunları kim bir də tutub noxtalar?  

 

Sünnü və şiə sözünü atdılar,  



Birlik ilə milləti aldatdılar.  

Malı mala, canı cana qatdılar,  

Aşımıza yaxşıca zəhr atdılar.  

Beylə ki, bunlar hamı yoldan çıxar,  

İndicə bağrım, ay aman, çatdıyar.  

 

Razı deyillər ki çavuş car sala,  



Qapsıya çarsı-bazarı səs-səda.  

Erməni, gürcü, həm urus mat qala,  

Azma yazıqsan, yolunu, ay bala!  

Şəxs ki, Dəccalı sənin tək danar,  

Həşr günü cümləsi odda yanar,  

İşləri onda qanar.  

 

 

 



MAZAQ  

Zurnaçı, dünbəkçi elər arzu: olsun zifaf,  

Bir beş-on şahi alıb getsinlə dünbək çalmağa.  

Mollalar da arzu eylər ki, bir mömün ölə,  

Dünbəyi doldurmaq ilə yaxşıca kam almağa.  

 

 



 

 

ÇIXIR 

 

Sanma ki, bu qazet-mazet hər günü təkbətək çıxır,  



Hər günü min oyun açır, hər günü min kələk çıxır.  

 

Gəlib siyasəti yazır, gah deyir məişəti,  



Gah çağırır, sənaətə, məktəbə də kömək çıxır.  

 

Tərif edir teatrı, səhnəni xalqa göstərir,  



Möminə rişxənd edir, saqqalı bir çərək çıxır.  

 

Gah ülamayə lağ edir, əksini jurnala çəkir,  



Bir də baxırsan ortaya molla uzun ətək çıxır.  

 

Rəml atan, dua yazan, tas quranla cin tutan,  



Doğuzduran cadugərə gör hələ min, düdək çıxır.  

 

Rəğbəti yoxdu mollaya, dini, təriqəti danır,  



Molladakı kəramətin birinə mincə şəkk çıxır.  

 

Öz bəbəyindəki tiri qılca da görmüyür bular,  



Molla gözündəki qılı arifə bir dirək çıxır.  

 

Mollaya rişxənd edir, saqqalına baxır, gülür,  



Saqqalı qırxdırır özü, buğlarına yedək çıxır.  

 

Molla danışdığı sözu bir pula almayır kişi,   



Özləri hər nə söyləsə qəşəng, banəmək çıxır.  

 

Özləri səy edir fəqət öz sözünü keçirməyə,  



Çalxalayır maarifi, xəlbir olub ələk çıxır  

 

Molla deyəndə bizlərə elmü-ədəb gərək deyil,  



Dargöz olur ələkləri, yırğalayır kəpək çıxır.  

 

Vazehi lap budur sözün: hər nə ki, var zəmanədə,  



Vacib edir musurmana, cümləsi də gərək çıxır.  

 

Dəmir- dümur, şüşə- müşə, maşın- muşun, alış-veriş,  



Sözlərinə balon kimi hey veriyör bəzək, çıxır.  

 

Yatma, oyan,  gətir-apar, əkib-biçib, çalış-vuruş,  



Hey üyüdür, tökür sözü, gör necə bir, zirək çıxır.  

 

Molla ilə qazetçilər bir yerə su axıtmayır,  



Bu iki firqənin sözü, baxış ilə kəsək çıxır.  

 

Qazetçilər deyir: balam molla, bu xalqa rəhm elə,  



Molla deyir ki, kəs gədə, burda mənə çörək çıxır.  

 

Çay, şəkər, halva ilə dolma, plov, fisincanı,  



Küftəsi müftəcə gəlir, düyü, kükü, tərək çıxır.  

 

Odun, kömür, yağ, kərə, siğəsi mətəsi hələ,  



Üstə də pulu, mülkü var, nan çıxır, həmək çıxır.  

 

Milləti qovlaram, kişi, bir də qazet oxumasın,  



Əldən alır qiyaməti, huri çıxır, mələk çıxır.  

 

Mən necə eyləyim qəbul jurnal ilə qazet sözün,  



Mən o şeyi görən kimi, göz kor olur, bəbək çıxır.  

 

Əsrin işi dəyişdi lap, indi bir azca səbr edin,  



Söz qurtarubmı, yoxsa var! Daha nələr görək çıxır? 

 

 



 

 

TURŞULU AŞ  

 

«Kəlniyyət», o hansı aydır millətin  



İncəlir boynu, boğazı qıl kimi?  

Sən taparsanmı bu sirrin hikmətin,  

Mollanın olduqda boynu fil kimi?!  

 

 



 

 

 



 


QİSMƏT QAZANIR  

 

İşbu dünyada hərə bir cürə nemət qazanır!  



Hər kəsə olsa bu aləmdə nə qismət qazanır.  

 

Məsələn, arif əgər min də edə sidq, səfa,  



Olmıya onda nə təzvir, nə kizbü, nə riya,  

Yüz də düz söylüyə, düz tərpəşə, doğru danışa,  

Min də fəryad edə verməzlər əhəmiyyət ona.  

Yenə hər vəqt bu bədbəxt elə töhmət qazanır,  

Bəlkə töhmətmiş əzəldən ona qismət, qazanır.  

 

Çünki hər vəqt edib bəhs, maarif sözünü,  



İstiyor zümreyi-insanlara qatsın özünü,  

Söyliyor molla da nə eyb tutarsa düzünü,  

Qoymayor şeyx yuma çünki əvamın gözünü,  

Molladan ol səbəbə bolluca lənət qazanır,  

Xəlqi asudə sevərkən özü zillət qazanır.  

 

Xaricilər... ki, deyir şeyx olara “kafərdir”,  



Kimisi əhli-sənaət„ kimisi tacirdir.  

Kimi doktordu, mühəndisdi, kimi naşirdir,  

Cümləsindən əməli-xeyr oların zahirdir,  

Ki bu aləmdə olar ismilə şöhrət qazanır,  

Bəli, düzdür, qazanır, leyk narahət qazanır.  

 

Əqlinə gəlsə, qərəz, hər nə qədər məxluqat,  



Cümləsi zəhmətilə eyləyir imrari-həyat.  

Bir para nan qazanırkən görü yüz min zəhəmat,  

Bircə rahət güzəran sahibi var, biisbat,  

O da molladı ki, asudə məişət qazanır,  

Ki, dolur ciblərinə hər nə bu ümmət qazanır.  

 

Bir zaman ta dolanır il, rəməzan ayı gəlir.  



Doluşur məscidə xərguş oturur, ayı gəlir.  

Yəni kim hacı gəlir, məşhədi, kəblayi gəlir,  

Mollaya şorba gəlir, qəndi gəlir, çayı gəlir,  

Molla asudə yeyir, eyşilə işrət qazanır,  

Xalq məsciddə gözüyaşlı müsibət qazanır.  

 

Qır- fır ilə sərmənbərə molla ki, çıxar  



Min cürə şivə ilə qırmızıca xəlqi soyar,  

Müsliminə peşəsi föhşdi ta ağzın açar,  

Zalımın, bahəmə, hər vəqt cibişdanı dolar. 

Xalqa söydükdə yenə hörmət, izzət qazanır,  

Görəsən kim bu cahanda belə nemət qazanır?  

 

Məncə, bu əsrdə bihudə təlaş etmək əbəs,  



Məktəb, elm, maarif dalıca getmək əbəs!  

Cocuğun xırda ikən tərbiyəsin etmək əbəs!  

Səyi-bihudə edən axırı töhmət qazanır,  

Hər kəsə olsa bu aləmdə nə qismət qazanır.  

 

 

TƏBRİKNAMƏ  



(Əvvəl iranlılara, sonra musurmanlara)  

 

Ey möcüzəvü mükarim əhli,  



Ey xəlqi soyan əmaim əhli,  

Bu ayda olan qənaim əhli,  

Məxluqu sanan bəhaim əhli,  

Bu eyd sizə mübarək olsun,  

Taətləriniz qəbul olunsun.  

 

Ey irözeyi-həq bilib tutanlar,  



Təzvir, riyaya qurşananlar,  

Saqqallarına həna qoyanlar,  

Ey mollalara mürid olanlar,  

Bu eyd sizə mübarək olsun.  

Taətləriniz qəbul olunsun.  

 

Ey Kəbəyə, Məşhədə gedənlər  



Dadü sitədində and içənlər,  

Ey föhşilə, sübhi şam edənlər,  

İftardə övrəti döyənlər,  

Bu eyd, sizə mübarəkolsun,  

Taətləriniz qəbul olunsun.  

 

Ey rəngli çaylar içənlər,  



Ey hoqqanı xalqa püflədənlər  

Ruzə yeyənə inad edənlər,  

Ey mədhi-Əmiri söyləyənlər  

Bu eyd sizə mübarək olsun,  

Taətləriniz qəbul olunsun.  

 

Ey padvala məxficə gedənlər,  



Kanyak, şərab meyl edənlər,  

Qastində, maloçnada gəzənlər,  

Xəlvət deyərək oruc yeyənlər,  

Bu eyd sizə mübarək olsun,  

Taətləriniz qəbul olunsun.  

 

Ey huriyi-cənnəti satanlar,  



Böhtanilə xalqı ağladanlar,  

Hədyanilə xalqı aldadanlar,  

Xalqın iliyin qanın soranlar,  

Bu eyd sizə mübarək olsun,  

Taətləriniz qəbul olunsun.  

 

Ey məktəbə xidmət eyləyənlər,  



Ey hər işə diqqət eyləyənlər,  

Ey formaları gödək geyənlər, 

Ey pərçəmi baş, sapoq geyənlər,  

Bu eyd sizə mübarək olsun,  

Taətləriniz qəbul olunsun. 

  

Ey başa döyüb də ağlayanlar,  



Bir abbasıya behişt alanlar,  

Mollaya özün fəda qılanlar,  

Arifləri ey daşa basanlar,  

Bu eyd sizə mübarək olsun,  

Taətləriniz qəbul olunsun.  

 

Ey arifə kafər ad qoyanlar,  



Cahilləri başına yığanlar,  

Arifləri bollu tapdadanlar,  

Məqsudu-muradına çatanlar,  

Bu eyd sizə mübarək olsun,  

Taətləriniz qəbul olunsun. 

  



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə