Microsoft Word c baxcaban dl



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix03.08.2018
ölçüsü1,14 Mb.
#60641
1   ...   4   5   6   7   8   9   10   11   12

Bunda nədir hikməti mən bilmirəm,  

Min yerə məni ola Quran gərək.  

Olsa pulu beş şahi hər bir kəsin,  

Olmıya heç sahibi-vicdan gərək.  

 

Olsa da elm əhli bütün əcnəbi,  



Cahil ola cümlə müsəlman gərək.  

Harda müsəlman çox isə müxtəsər,  

Gündə biri qanına qəltan gərək.  

 

Adəm odur ki, ola çox fitnəcu,  



Ondan ala tərbiyə şeytan gərək.  

Hacı-gərək beşnəfər arvad ala,  

Bir-iki də sadəcə oğlan gərək.  

 

 



 

ARİF QƏZƏLİ  

 

Arif odur, ki, gözləmiyə ehtiramını,  



Rüsvayi-aləm eyləyə öz nəngü-namını,  

Gəldi-gedərlə sabiti-təşxis qılmaya,  

Fərq etmiyə gəda ilə şahın-məqamını.  

 

Yüz il birilə həmdəm olub duz-çörək yeyə,  



Bir gündə yüz ilin poza həqqüssalamını!  

Xəlqə nişan verə özünü xadimi-vətən  

Amma düşünmüyə vətənin ehtiramını.  

 

Hal əhli zənn edə özünü ruzu-şəb, vəli  



Qal ilə müttəsil keçirə sübhü-şamını.  

Hər kəcnigəhlə həmdəm olub düz hesab, edə  

Ney kimi suzi-dil edə Rüstəmlə kamını.  

 

Bəhsi-kamali-əql edə, naqis ikən özü,  



Çərxin hilal zənn edə mahi-tamamını.  

Xud kasəlis ola, sana əhbabi kasəlis,  

Könlüm kimi şikəst edə Cəmşid camını.  

 

Bucəhl ikən, sana özün əllameyi-zaman,  



Nəfsə uyub bəyənməyə əsrin imamını.  

Varlı görəndə səcdə edə bütpərəst kimi  

Yoxsul görəndə döndərə həcvə kəlamını.  

 

 



 

QIZILLI YARPAQ,  

 yaxud  



ZƏKALI ƏNVƏR  

(Məktəbli balalar üçün)  

 

Sabah oldu banladılar xoruzlar,  



Oxudu bağçada bülbüllər, quşlar,  

Günəş çıxdı işıqlandı bağçalar  

Çığıllaşıb uçuşdular sərçələr.  

 

Çoban sürdü qoyunları otlağa,  



Quzular mələyib, dırmandı dağa.  

Mehriban analar sevib oxşuyur  

 

Bu növ ilə cocuqları ayıldır:  



Sübh açılıb, can oğlum,  

Ayıl uyqudan, oğlum. 

 

Oxur quşlar, bülbüllər,  



Açıb bağçada güllər,  

Yaşıllaşıb sünbüllər.  

Sübh açılıb, can oğlum,  

Ayıl uyqudan, oğlum. 

 

Həyətdə var gözəl su,  



Əl-üzünü təmiz yu.  

Bəsdir, oğul, bu uyqu,  

Sübh açılıb, can oğlum,  

Ayıl uyqudan, oğlum. 

 

Dur, çayını içgilən,  



Formaların geygilən,  

Məktəbə tez getgilən,  

Sübh açılıb، can oğlum,  

Ayıl uyqudan, oğlum.  

 

Oxumağa həvəs ver,  



Dərsini elə əzbər.  

Müəllimin inciyər,  

Sübh açılıb، can oğlum,  

Ayıl uyqudan, oğlum.  

 

Oxumağa meyl eləyin cocuqlar  



Anaları çağırcağın tez durar.  

Gedər, yuyar əl-üzünü tər-təmiz,  

Olar ana yanında o, çox əziz.  

 

Həyəti, bağçanı dolanar, gəzər  



Çiçək dərib, kəsaləti məhv edər.  

Bir-iki istəkan çay içib durar,  

Divardakı saata bir yol baxar.  

 

Baxar ki, var hələ bir yarım saat,  



Məktəbin vaxtına... əyləşər rahat.  

Açar kitabını bir də əzbərlər,  

Dərsi əzbər, hesabı hazır edər.  

 

Bir də baxar, az qalıbdır vaxtına,  



Yığar bir-bir kitabı çantasına.  

Gedə-gedə dərslərini zikr edər,  

Ürəyində bu sözləri fikr edər:  

 

«Dərsim rəvandır mənim,  



Beş verəcək müəllim,  

Daha mənim nə qəmim?  

Dərsimə etdim diqqət,  

Olmacağam xəcalət.  

 

Yazılarım görüncə,  



Əhsən deyəcək xacə.  

Olacağam baş uca,  

Dərsimə etdim diqqət.  

Olmacağam xəcalət.  

 



Çətin ola, ya asan,  

Dərsimi qıllam rəvan.  

Daha gözəl o bundan,  

Dərsimə etdim diqqət,  

Olmacağam xəcalət. » 

 

Şüurlu çocuqlar ha belə olar.  



Yazısını, dərsini hazır qılar.  

 

Ənvər adlı bircə cocuq var imiş,  



Oxumağa çox da həvəskar imiş.  

Hər zaman dərsini hazır edərmiş,  

Məktəbə vaxtında, erkən gedərmiş.  

Savaşqanlıq, şuluqluq bilməz idi,  

Vel-vel bazar-küçəni gəzməz idi.  

Müəllimi onu hər vaxt sevərdi,  

Ona dəftər, qələm bəxşiş edərdi.  

Dərsində hər zaman beşlər alarmış,  

Müəllimi ondan razı qalarmış.  

Yoldaşları çıxanda oynamağa,  

Bu, çəkilib dürardı bir qırağa.  

Dərsini oxuyub edərdi rəvan,  

Qoymazdı dərsində qala bir nöqsan.  

Yoldaşları oynayardı, qaçardı,  

Yıxardı bir-birin, toza bulardı,  

İncidərdi bir-birini hər zaman  

Üz-gözləri cızıq-cızıq axar qan.  

Yoldaşları buna təklif edərdi,  

Onlar ilə oynamağı deyərdi.  

Cavabında Ənvər deyərdi. amma:  

 

- «Bu növilə oynamaqlıq nədir ya?  



Qaçırsınız, düşürsünüz torpağa,  

Batırsınız belə suya, palçığa. 

Neçin gedib, qaçıb, belə çırpışaq?  

Gəliniz bir dərsimizdən bəhs açaq,  

Lazımdır ki, edək dərsləri rəvan,  

Bu gün, sabah gəlir vəqti-imtahan».  

 

Yoldaşları buna baxırdı, gah-gah,  



Təhqir edib, gülərdilər qah, qah, qah,  

Yığışırdı hamı şagird bir yerə,  

Bu sözləri deyirdilər Ənvərə:  

 

«Ənvərə bax, Ənvərə,  



Qaşı kömurdən qərə,  

Huşun verib dərslərə,  

Yazın adın- dəftərə.  

Ənvər, Ənvər, can Ənvər,  

Oyundan qorxan Ənvər.  

 

Gəlin bizlər oynayaq,  



Bir-birimizi, yıxaq.  

Bu sözləri söyləyib,  

Oyan bu yana qaçaq.  

«Ənvər, Ənvər, can Ənvər,  

Oyundan qorxan Ənvər».  

 

Ənvər baxıb onlara,  



Yazıq labüd qalırdı.  

Bu da çəpik çalırdı,  

Onlara səs salırdı:  

 

«Uşaq, uşaq, can uşaq,  



Gəlir imtahan uşaq.  

Mənə rişxənd edərsiniz,  

Belə atılıb-düşərsiniz,  

Sözumü sonra bilərsiniz,  

Onda başa düşərsiniz.  

Uşaq, uşaq,can uşaq,  

Gəlir imtahan uşaq».  

 

Müəllim zəng çaldı, doldu otaqlar,  



Hər kəs gəlib öz yerində otdular.  

Müəllim onları sevər, oxşuyar,  

Dərslərindən bir-bir onlardan sorar.  

Bəziləri az-az cavab verərdi,  

Bilmiyənlər baxıb gözün döyərdi.  

Hər bir söz ki, soruşardı Ənvərdən,  

Cavab alıb söyləyərdi: çox əhsən.  

Əzbər dərs olaydı, yainki hesab,  

Ənvər düruxmayıb, verərdi cavab.  

 

Müəllim onlara etdi nəsihət,  



Dedi:- Cocuqlarım, eyləyin, himmət.  

Zehinli şagirdlər əmək itirməz,  

Müəllimi heç vaxt xəcalət etməz.  

Görürsünüz necə əzizdir Ənvər?  

Səbəb odur ki, dərsi əzbər edər.  

Dərsinizi təkrar eləyin əzbər,  

Qapanacaq bir həftəcik məktəblər.  

Altı gündən sonra başlar imtahan,  

Bacardıqca edin dərsləri rəvan.  

Haydı, gedin! Allah əmanətində,  

Beş gün sonra gələrsiniz vaxtında».  

 

Müəllim qurtardı ta bu kəlamı,  



Getdi çoluq-cocuq oradan hamı.  

Bu cocuqlar çıxdılar ta küçəyə,  

Daş atdılar faytunçuya, südçüyə  

Dolaşdılar yolda gəlib-gedənə,  

Söyüb, qaçıb, oldular hərzəçənə.  

Evlərinə gedib etdilər şuxlüq,  

Qaldırdılar çığır, bağır, qışqırıq.  

Ana, bacıları çəkdilər fəryad,  

Bunların əlindən elədilər dad.  

Gündə bir qoşulub getdilər bağa,  

Dırmaşdılar bu təpəyə, o dağa.  

Dağ başında dəstə ilə, cövq ilə  

Bü sözləri oxudular şövq ilə:  

 

«Gəliniz gedək gəzməyə,  



Qırğı kimi süzməyə.  

Bu göllərə girəlim,  

Balıq kimi üzməyə.  

Nəyə lazım imtahan,  

Qoy, biz olaq peşiman.  

 

Bağı, dağı seyr edək,  



Bağçalarda gül dərək.  


Beynimiz lap qaraldı,  

Dərsi niyə fikr edək.  

Nəyə lazım imtahan,  

Qoy biz olaq peşiman.  

 

Oynüyalım gizlənpaç  



Haydı gəldim, durma, qaç!  

Bu pisdirsə oynayaq  

Hamı «papaq aldı qaç!»  

Nəyə lazım imtahan,  

Qoy biz olaq peşiman.  

 

Ondan sonra oynayaq,  



Atılın, başmaq yırtılsın,  

Dəbbağda gön var hələ,  

Başmaq tikən sağ olsun.  

Nəyə lazım imtahan,  

Qoy biz olaq peşiman.  

 

Ləzzət budur, yoldaşlar,  



Kef eləyin, qardaşlar.  

Heç birimiz getmərik,  

O vaxtda ki, dərs başlar.  

Nəyə lazım imtahan,  

Qoy biz olaq peşiman.  

 

Bunlar uyuşdular eylə həvəsə,  



Bir gün böylə baxmadılar heç dərsə.  

Ənvər o gündən ki, gəldi məktəbdən,  

Əl çəkmədi dərsi əzbərləməkdən.  

 

Anasına hər vaxt etdi itaət.  



Bacısına hər vaxt etdi məhəbbət.  

Küçəyə çıxmayıb, savaşmaz idi,  

Nadinc uşaqlara yanaşmaz idi.  

 

Olduqca hər kəsə hörmət edərdi,  



Gəzib, gəlib dərsi əzbər edərdi.  

Altı gündə hər bir işi sazladı, 

Hesabını, dərsini hazırladı.  

 

Öylə ki, imtahan vaxtı yetişdi,  



Altı gün keçmişdi məktəbə getdi.  

Gəlmişdi məktəbə əkabir, əyan,  

Müdir, müəllimlər vəqti-imtahan.  

 

Gəlib bir-bir yığıldılar şagirdlər,  



Hər kəs öz yerində otdu birbəbir.  

Müəllim başladı imtahanını,  

Əsmə tutdu uşaqların canını:  

 

Hər kəsin ki, dərsi qələt qalmışdı,  



Saralmışdı, baş aşağı salmışdı.  

Müəllim soruşaraq edərdi xitab,  

Zirək uşaqlar tez verərdi cavab.  

 

Müəllimlər danışdırdı Ənvəri.  



Gördülər ki, rəvandır hər dərsləri.  

Onu əyan, əşraf edirdi alqış,  

Hər bir dərsə imtahanda aldı beş.  

Bəxşiş etdi ona əşrafü-əyan  

Yazı dəstgahına lazım zadlardan.  

Ənvər bu növilə ki, alqışlandı,  

Tənbəl cocuqlar da baxıb utandı.  

 

Ənvər tutub yoldaşlara üzünü,  



Onlara söylədi işbu sözünü:  

«Mən ki, sizə deyirdim,  

Nəsihət eləyirdim,  

Bu günləri bilirdim.  

Dərsinizi oxuyun,  

Sonra xəcil olmuyun.  

 

Siz atılıb-düşərdiniz,  



Mənə baxıb gülərdiniz,  

Bu sözləri deyərdiniz:  

«Sözlərinə uymuyun!  

Dəli olub qoymuyun!»  

 

Bu sözləri böyüklər  



Eləki eşitdilər,  

Keçən işi bildilər,  

Hamı birdən dedilər:  

 

«Sağ ol, zəkalı Ənvər,  



Var ol zəkalı Ənvər».  

 

Buyurdular uşaqlar,  



Ayaq üstə durdular.  

Bir ağızdan hər nə var  

Deyib çəpik çaldılar:  

 

«Sağ ol zəkalı Ənvər,  



Var ol, zəkalı Ənvər,  

Biz əvvəldən bilmirdik,  

Sənə baxıb gülürdük.  

 

Nahaq töhmət edirdik.  



İndi anladıq bildik.  

Sağ ol, zəkalı Ənvər,  

Var ol, zəkalı Ənvər.  

 

Yaşa, Ənvər, çox yaşa.  



Oxun dəyməsin daşa.  

Tofiq versin tanrımız,  

Təhsilin çatsın başa.  

Sağ ol, zəkalı Ənvər,  

Var ol, zəkalı Ənvər».  

 

Müəllimlər etdildr,  



Uşaqla1rı mürəxxəs.  

Gedə-gedə hamısı  

Bir yerdə vurdular səs:  

«Sağ ol, zəkalı Ənvər,  

Var ol, zəkalı Ənvər».  

 

Ənvər öpdü xacəsinin əlindən,  



Xeyir-dua aldı müəllimindən.  

Özü kimi zirəklərdən beş nəfər  

Müəllimə xudahafiz etdilər,  



Evlərinə getdilər şadü-xəndan,  

Müjdələr aldılar atalarından.  

İzn aldılar, səyahətə getdilər,  

Çəmən-çiçəkli bir bağa yetdilər.  

Bulaqlar qaynayıb, sular axırdı,  

Çiçəklər bunlara mat-mat, baxırdı.  

 

Ağaclar bir-birin alıb qoynuna,  



Qol salıblar bir-birinin boynuna.  

Çəh-çəh vurub ötüşürlər bülbüllər,  

Gülüşürlər çiçəklər, qönçəli güllər  

 

Şu aləmə bunlar etdi tamaşa,  



Düzüldülər bunlar cüft, qoşa-qoşa.  

Quşlar gətdi bunları ta həvəsə;  

Bu sözləri qoşdu bunlar səs-səsə:  

 

«Ötüşün, ay quşlar, bülbüllər,  



Gülüşün, ay quşlar, bülbüllər.  

Xoş gəlibdir sizə bu güllər,  

Süsənlər, çiçəklər, sünbüllər,  

Bu dağlar, dərələr, meşələr.  

 

Ötüşün, ay quşlar, bülbüllər,  



Gülüşün, ay quşlar, bülbüllər.  

Bəxtəvər bizlərik bizlərik.  

Elmin gülzarını gəzərik,  

Min cür çiçəklər dərərik,  

 

Ötüşün, ay quşlar, bülbüllər,  



Gülüşün, ay quşlar, bülbüllər.  

Vermişik bu gün biz imtahan,  

Almışıq alqışlar hamıdan:  

 

Ötüşün, ay quşlar, bülbüllər,  



Gülüşün, ay quşlar, bülbüllər.  

 

Mərifət gülşəni bizimdir,  



Sünbülü, süsəni bizimdir.  

Həm gülü, səməni bizimdir,  

Ötüşün, ay quşlar, bülbüllər,  

Gülüşün, ay quşlar, bülbüllər.  

 

Gəzirik elm gülzarını,  



Görürük güllü bağlarını,  

Yamyaşıl uca dağlarını.  

Ötüşün, ay quşlar, bülbüllər,  

Gülüşün, ay quşlar, bülbüllər.  

 

Bilmərik yavalıq tənbəllik,  



Etmərik şuluqluq, cədəllik,  

Məktəbi elərik biz şənlik.  

Ötüşün, ay quşlar, bülbüllər,  

Gülüşün, ay quşlar, bülbüllər.  

 

Vətəndir ölkəmiz, yuvamız,  



Yaşasın müəllim xacəmiz,  

Yaşasın oxudan atamız.  

Ötüşün, ay quşlar, bülbüllər,  

Gülüşün, ay quşlar, bülbüllər.  



 

 

PƏRVANƏNIN KITABI  



«PƏRVANƏ NECƏ QIZDIR?»  

 

Br gün durdum Təhrandan,  



Uzaq- uzaq yollardan,  

Hıqqana- ha- hıqqana,  

Gəldim Azərbaycana.  

 

Nələr gördüm mən orda,  



Quşlar oxur şən orda.  

Kəhəlik gülür dağında,  

Bülbül oxur bağında.  

 

Bağlarının çiçəgi,  



Taqçaların bəzəgi.  

Hələ sən bax badama,  

Çiçək gülür adama.  

 

Azərbaycanda hər yer,  



Güldür, çəmən, çiçəkdir.  

Gəldim çıxdım Təbrizə,  

İndi deyim mən sizə.  

 

Gəzə- gəzə ha belə,  



Gəldim Pərvanə gilə.  

Çaldım çaq- çaq qapıya,  

Hey şaqqa- şaq qapıya.  

 

Gördüm ki, bir səs gəldi,  



Soruşdu ki, o kimdi?  

Bu səs nə səs, quş səsi,  

Bülbül səsi, quş səsi.  

 

Bildim ki, Pərvanədi,  



Pərvanə bir danədi.  

Dedim ki, Pərvanə can,  

Əmindi qapı çalan.  

 

Sevinci başdan aşdı,  



Qapını tezcə açdı.  

Eşigə bir qız çıxdı,  

Dedim bəs ulduz çıxd.  

 

Ulduz dəgildi aydı,  



Qaşları bir cüt yaydı.  

Saçları sap sarıdı,  

Dişləri mirvarıdı.  

 

Dodağı ki, qaçardı,  



Elə bil gül açardı.  

Ulduz nədi, ay nədi,  

Qızın alnı aynadı.  

 

Belə gözəl qız olmaz!  



Nə ay nə ulduz olmaz!  

 

 



 


 

 

HEYDƏRDƏR BABANIN DILINCƏ  

«Heydər Babaya Səlam» poemasına nəziyrə  

 

Əleyküməssəlam! Şəhryar ağa,  



Çoxdandı qaçmışdın bizdən uzağa,  

Ayaq basmazıdun bızım qonağa,  

Cavanlıq dövrindən bu çağa diyən,  

Sən heç bizdən belə yad etəməzidin,  

 

Nə oldu ay oğul sən birdən birə?  



Unutduğun eli saldın xatirə!  

Çağlayan sulara, əsən yellərə  

Bu qoca Heydərə eylədin səlam  

Lütfün artıq olsun əleykəssəlam!  

 

Nə qədər dadlıymış sənin bu dilin  



Eşidən kimi bu səsini elin  

Qoca, cavan, uşaq, qız- gəlin  

Səni dinləməyə qaçdılar çölə  

Anam qurban olsun bu şirin dilə.  

 

Fars qızları azdırmışdı əməlin?  



Ki, farscaydı bütün şerin- qəzəlin,  

Heydər baba yurdunda bir gözəlin  

Eşəqinə bir qələm qoymazdın belə!  

Farsıca yazmaqdan doymazdın belə.  

 

Təhran gözəlləri yolun kəc etdi  



Könlünü aparıb səni gic etdi  

De görüm ya fəlk sənlə ləc etdi?  

Döngə varmış, dönüm varmış bilmədin  

Ayrılıq var, ölüm varmış bilmədin,  

 

İndi bizi tazə gəlib tapırsan  



Könlümüzə közlər qoyub yaxırsan  

Həsrət ilə keçənlərə baxırsan  

Görürsən ki, sular axıb gedirmiş  

Doğulan qocalıb, ölüb, itirmiş.  

 

Çoxda vermə, sıxıntı öz könlüna  



Mehribandır hər ata öz oğluna  

Qayıtmışsan indi sən öz yoluna  

Buyurgilən göz üstündə yerin var  

Elin səni sevinc ilə qarşılar.  

 

Səlam elər bütün elimiz sənə  



Bağçamız, bağımız, gülümüz sənə  

Uzun müddət susan dilimiz sənə  

De görək deməli daha nəyin var  

Əfəsüs ki, sən gec dil açdın şəhryar!  

 

Kiçik uşaq təzə sözə gələndə  



Ayrı bir dadlılıq olar dilində  

Ləzzəti var ağlayanda, güləndə  

İndi ki, dil açdın susma, ağla-gül  

Yaman söylə, yaxşı söylə, dağla gül!



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

«AZƏRI  XƏYYAM» 

 

(kitabdan örnəklər)  

 

Sirri əzəli nə sən bilirsən nə də mən,  



Bu bilməcəyi nə sən oxursan nə də mən,  

Biz pərdənin arxasında söyləşmədəyiz,  

Ta pərdə düşür nə sən qalırsan nə də mən.  

 

Əvvəl mənə iztirar ilə verdi vücud,  



Dirlikdə mənə nə oldu cüz heyərt sud?  

Getədik dəxi ikrah ilə biz anlamadıq,  

Kim böylə gediş- gəlişlə nə imiş məqəsud?  

 

Biz xeyli dolaşdıq bu çölü, şəhri, köyü,  



Gəzdik bütün afaqda illər uzunu,  

Bu yoldan eşitmədik ki, gəldi birısi,  

Hərgiz geri dönmədi gedənlər bu yolu.  

 

Saldı ki, təbayei bu şəklə yaradan,  



Nə üçün yenidən götürdü nəzmi aradan?  

Gər qabil imiş bu şəkli qırmaq nə üçün,  

Naqabil imiş əgər, kimindir nöqsan?  

 

Ey dil açamazsan bu müəmmayı sən,  



Dana dedigi nöktəyi də bilməzsən,  

Sən qırmızı meylə burda yap bir cənnət,  

Məlummu behiştə gedəsən getəməyəsn?  

 

Sən bil ki, bu can ayrılacaqdır səndən,  



Sirri ədəm eylər səni pünhan gözdən,  

Mey iç haradan gəldigini duymursan,  

Şad ol haraya getməlisən, bilmirsən.  

 

Cənnətlə cəhənnəmi görən yox ey dil,  



Ordan bu cahanə bir gələn yox ey dil,  

Biz xövf-ü ümid etdigimiz ol şeyin,  

Cüz nam, nişanını bilən yox ey dil.  

 

Bu pərdeyi-əsrardə yox kimsəyə yol,  



Bu qurğuyu kəşfə yoxdur imkanı vüsul!  

Yox torpağın altdan özgə bir mənzilimiz,  

Dinlə ki, bu cür fəsanələr var bol- bol.  

 

Bu dairə kim biz onda get- gəl ediriz,  



Nə əvəlli, nə sonu bilinməz hərgiz.  

Yox doğru deyən birisi ki, bu aləmdə,  

Gəldik haraya biz, gedirik ya hara biz.  

 

Ol qəsr ki, mey içərdi Bəhram orda,  



Ceyəran bala qoydu, tülkülər etdi yuva.  

Bəhram bütün ömrünü gur(govr) ovlarkən,  

Gördün necə ovladı onu gur(govr) amma?  

 

Üstündə bu toprağın yatanlar görürəm,  



Altında dəxi gizli qalanlar görürəm.  

Hər qədr bu dəşti ədəmə kim baxıram,  

Daim gedərək qayıtmayanlar görürəm.  

 

 



 

 

Bu əlləri palçıqda olan küzəçilər,  



Öz işlərinə qılsalar huş ilə nəzər,  

Təhəqir ilə döydükləri bu palçıqlar,  

Həp xaki bədəndir bunu bilməzlər məgər?  

 

Bu küzə ki, mən tək aşiği zar imiş,  



Zülfi siyəhi yarə giriftar imiş.  

Bu qulp ki, görürsən sən onun boynunda,  

Bir qulpdur o, kim həmayili yar imiş.  

 

Bizdən irəli var idi bu leyl-ü nəhar,  



Həm bir iş içün işlər imiş bu düvvar.  

Bu toprağa ahəstə götür qoy ayağın,  

Bir mahrüxun göz bəbəgidir zinhar.  

 

Çaldım daşa bir küzəyi keçən gecə mən.  



Çox kefli idim verdi bu iş baş məndən.  

Ol küzə dedi ki: mən də sən kimi idim  

Bir gün də mənim kimi olursan dəxi sən.  

 

Çıxdı əlimizdən ol vəfalı dostlar,  



Payi əzəl onları əzib etdi xar.  

Bir meydən içirdik dirilik bəzmində,  

Bizdən iki dövrə tez yıxıldı onlar.  

 

Tumarı şəbabımız oxundu bitdi,  



Eyşin də gözəl kitabı başa yetdi.  

Eyşin quşu kim adı cavanlıq idi,  

Bilməm nə zaman gəldi, nə dəməlr getdi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə