Microsoft Word cbar 2015 fs 25. 04. 16 aze approved for issuance docx



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix17.09.2018
ölçüsü1,23 Mb.
#68738
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

36 


24 Risklərin idarə edilməsi, davamı 

Əməliyyatlar İdarə Heyətinin üzvləri arasında nəzarət prinsipinə əsaslanaraq bölüşdürülür. Hər bir 

heyət üzvü özünün məsuliyyət daşıdığı sektorda əməliyyatlara nəzarət etməlidir.İdarə Heyətinin 

risklərin aşkarlanması  və onlara nəzarətdə ümumi məsuliyyət daşımasına baxmayaraq, ayrı-ayrı 

risklərin idarə olunması və monitorinqinə cavabdehlik daşıyan ayrıca struktur bölmələr mövcuddur. 

İnvestisiya komitəsi 

İnvestisiya Komitəsi “Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta aktivlərinin idarə 

edilməsi Qaydaları”na uyğun olaraq “Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta 

aktivlərinin idarə edilməsinin  Əsas  İstiqamətləri”nin hazırlanması  və “Azərbaycan Respublikası 

Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi üzrə Əməliyyat İnvestisiya Strategiyası”nın 

qəbul edilməsində, həmçinin, valyuta aktivlərinin idarə edilməsi əməliyyatlarına nəzarətin həyata 

keçirilməsində məsuliyyətlidir. 

Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsi 

Bazar  əməliyyatları departamentinin Risklərin idarə edilməsi  şöbəsi “Azərbaycan Respublikası 

Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi Qaydaları”, “Azərbaycan Respublikası 

Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsinin  Əsas  İstiqamətləri” və “Azərbaycan 

Respublikası  Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi üzrə  Əməliyyat  İnvestisiya 

Strategiyası”na uyğun olaraq valyuta aktivlərinin idarə edilməsində  qəbul olunmuş limitlərə 

gündəlik nəzarəti həyata keçirir. 

Daxili audit departamenti 

Daxili audit hər il Bankda risklərin idarə olunması proseslərinin audit yoxlamasını apararaq, həm 

prosedurların münasibliyini, həm də Bankın prosedurlara riayət etməsini yoxlayır. Daxili audit 

bütün qiymətləndirmələrin nəticələrini rəhbərliklə müzakirə edir, nəticə  və tövsiyələr haqqında 

Bankın sədrinə hesabat verir. 

Bundan  əlavə, Bankda əməliyyatları  və  nəzarəti həyata keçirmək üçün xüsusi komitə  və 

komissiyalar da fəaliyyət göstərir, məsələn, Kredit Komitəsi və Bankın rəsmi məzənnələrinin 

müəyyən edilməsi üzrə Daimi Komissiya və sair. 

Valyuta ehtiyatları üzrə risklər Bankın risklərinin mühüm hissəsini təşkil edir. Bu risklərin idarə 

olunması üzrə  səlahiyyətlərin bölgüsü, prosedurlar və hesabatlılıq  “Azərbaycan Respublikası 

Mərkəzi Bankının valyuta aktivlərinin idarə edilməsi Qaydaları”nda müəyyən olunmuşdur. İdarə 

olunan risklər üzrə  məqbul limitlər “Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta 

aktivlərinin idarə edilməsi Qaydaları”, “Azərbaycan Respublikası  Mərkəzi Bankının valyuta 

aktivlərinin idarə edilməsinin  Əsas  İstiqamətləri”, “Azərbaycan Respublikası  Mərkəzi Bankının 

valyuta aktivlərinin idarə edilməsi üzrə Əməliyyat İnvestisiya Strategiyası” və xarici menecerlər 

tərəfindən vəsaitlərin idarə edilməsi üzrə “investisiya qaydaları”nda öz əksini tapır. Qaydalara 

uyğun olaraq, məqbul limitlər  İnvestisiya Komitəsi tərəfindən müəyyən edilərək,  İdarə Heyəti 

tərəfindən təsdiq olunur. Risklərə daimi nəzarət Bazar əməliyyatları departamentinin Risklərin idarə 

edilməsi  şöbəsi və Ödəniş sistemləri və hesablaşmalar departamentinin Maliyyə bazarlarında 

əməliyyatlar şöbəsi tərəfindən aparılır. 




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2015-ci il tarixinə Maliyyə hesabatları üzrə Qeydlər 

37 


24 Risklərin idarə edilməsi, davamı 

Kredit riski  

Maliyyə aləti üzrə əməliyyat aparan bir tərəfin Bank qarşısında öz öhdəliyini yerinə yetirməməsi 

nəticəsində Banka maliyyə zərəri vurularsa, Bank kredit riskinə məruz qalır. Kredit riski Bankın 

qarşı tərəflərlə həyata keçirdiyi kredit, investisiya və digər əməliyyatlar nəticəsində ortaya çıxır ki, 

bu da maliyyə aktivlərinin yaranmasına, o cümlədən borcalanın və ya qarşı tərəfin müqavilə üzrə 

öhdəliklərini yerinə yetirə bilməməsinə gətirib çıxarır. Kredit riski investisiya aktivlərinin lazımi 

qaydada seçilməsi, investisiya aktivlərinin kredit keyfiyyəti və  hər bir investisiya aktivi üzrə 

investisiya məbləğinə limitlərin müəyyən edilməsi vasitəsilə idarə olunur və nəzarət edilir.   

Bankın investisiya qaydalarına  əsasən, Bankın valyuta aktivlərinin idarə edilməsində yalnız 

qısamüddətli reytinqi A-2-dən (Standart&Poor’s), F-2-dən (Fitch) və yaxud P-2-dən (Moody’s), 

uzunmüddətli kredit reytinqi A- -dən (Standart&Poor’s, Fitch) və yaxud A3-dən (Moody’s) aşağı 

olmayan investisiya vasitələri istifadə oluna bilər. Eyni zamanda, bir kommersiya bankına 

investisiyalaşdırılmış maksimal məbləğ 200 mln. ABŞ dolları ekvivalentində müəyyən olunmuşdur. 

İnvestisiya alətinin müddətindən asılı olaraq, 1 ayadək müddəti olan investisiya alətləri üçün 

minimal kredit reytinqi A- ("Standart&Poor’s", "Fitch", "Moody’s"), 1 aydan 1 ilədək olan 

investisiya alətləri üçün A ("Standart&Poor’s", "Fitch", "Moody’s"), 1 ildən yuxarı müddəti olan 

investisiya alətləri üçün A+ ("Standart&Poor’s", "Fitch", "Moody’s") kimi müəyyənləşdirilmişdir. 

Reytinq agentlikləri tərəfindən bir aktivə müxtəlif kredit reytinqi təyin edildiyi halda minimal tələbi 

ödəyən reytinq əsas götürülür. 

Bank kredit reytinqi sistemi əsasında kreditlərin təsnifləşdirilməsini həyata keçirir. Bu, kredit 

alanların krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsini təmin 

edir. Kreditin təsnifləşdirilməsi Bankın məruz qaldığı risklər nəticəsində potensial zərəri 

qiymətləndirmək və lazımi tədbirləri görmək imkanı yaradır. 

Aşağıdakı cədvəldə hesabat tarixinə kredit riski daşıya biləcək maliyyə aktivləri haqqında məlumat 

təqdim olunur: 

Min Azərbaycan Manatı ilə 

31.12.2015  

31.12.2014

 

   


AKTİVLƏR 

   


Pul vəsaitləri və onların ekvivalentləri 

 5,190,762   

3,951,699

Banklarda yerləşdirilmiş depozitlər 

17,784   

538,044


BVF ilə hesablaşmalar 

               332,661    

 174,540 

Ticarət qiymətli kağızları 

2,801,748    

 2,939,638 

Törəmə maliyyə alətləri 

                      32    

 1,422 

İnvestisiya qiymətli kağızları 



            3,770,797    

 3,600,246 

Banklara verilmiş kreditlər 

5,812,054   

 3,450,152

Dövlətin borc öhdəlikləri 

               239,603    

 234,979 

Digər maliyyə aktivləri 

4,521   

 42,261

Cəmi kredit limiti 

18,169,962   14,932,981

Adətən beynəlxalq təcrübəyə əsasən, törəmə maliyyə alətlərinə və investisiya qiymətli kağızlarına 

(bu qiymətli kağızlar repo əməliyyatlarının bir hissəsini təşkil etmədiyi halda) girov cəlb olunmur. 

Banklara verilmiş kreditlər üzrə girovların və kredit riski konsentrasiyasının təhlili 9-cu qeyddə 

təqdim olunmuşdur. 

 



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə