Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

59 
 
 
 
 “Fyüçers  kontraktının  alqısı”  anlayışı  kontraktın  icra  anı  çatdıqda  ilkin  birja 
aktivini, kontraktın əks tərəfindən qəbul etmək və onun dəyərini, kontrakt bağlanan 
andakı məzənnə ilə ödəmək öhdəliyi mənasını verir. “Fyüçers kontraktının satqısı” 
dedikdə,  kontraktın  icra  anı  çatdıqda,  ilkin  birja  aktivini,  kontraktın  əks  tərəfinə 
çatdırılması və bunun müqabilində kontraktın satış qiymətinə əsasən müvafiq pul 
vəsaitlərinin  alınması  başa  düşülür.Hər  bir  fyüçers  kontraktının  ömrü  məhdudur. 
Onunla  ticarətin  son  günü  və  bu  günün  hansı  anınadək  ticarətin  aparılacağı 
ə
vvəlcədən məlumdur. 
     
Fyüçers  kontraktlarının  icrası  və  bütün  hesablaşmalar  fond  birjası  və  ona 
hesablaşma  orqanı  kimi  xidmət  edən  hesablaşma  (klirinq)  palatası  tərəfindən 
zəmanətləndirilir. Hər bir fyüçers kontraktı üzrə sığorta fondu yaradılır. Bir qayda 
olaraq  bu  kontraktlarla  əməliyyat  keçirməkdən  ötrü  investorlar  müqavilə 
ə
mtəəsinin dəyərinin müəyyən həcmində ( 8-15 %) pul girovu qoyur. Bu vəsaitlər 
müqavilə  tərəflərinin  götürdüyü  öhdəliklərin  maliyyə  zəmanəti  kimi  çıxış 
edir.Fyüçers kontraktlarının tarixi sələfi Forvard kontraktlarıdır. 
9) Svop – müəyyən edilmiş şərtlərlə gələcəkdə ödəmələrin mübadiləsi haqqında iki 
tərəf arasında bağlanılan razılaşmadır.  Svop üzrə mübadilə obyekti kimi dəyişməz 
və  dəyişən  faiz  dərəcəli  borc  öhdəlikləri  (faiz  svopları),  valyuta  vəsaitləri  və 
valyuta faizləri (valyuta svopları), həcmi müəyyən əmtəənin qiymətindən asılı olan 
dəyişməz və dəyişən ödəmələr (əmtəə svopu) çıxış edə bilər.  
20-ci  əsrin  80-ci  illərində  dinamik  fəaliyyət  göstərən  beynəlxalq  svop  bazarı 
formalaşmışdır.  Faiz  svop  əməliyyatlərı  xüsusilə  böyük  vüsət  almış,  artıq  90-cı 
illərin əvvəllərində onun həcmi 3 trilyon dollardan çox olmuşdur ki, bu da valyuta 
svopları  bazarının  dövriyyəsindən  təxminən  3  dəfə  artıqdır.  Müasir  dövrdə  svop 
dilerlərinin beynəlxalq assosiasiyası da yaradılmışdır. 
10)  Varrant  –  ingilis  sözü  olub  (warrant)  vəkalət,  ixtiyar,  səlahiyyət  deməkdir. 
Varrant anlayışı iki məna verir. Birincisi, sertifikat olmaqla bu sertifikatı saxlayana 
müəyyən müddət ərzində və ya müddətsiz razılaşdırılmış qiymətə qiymətli kağızlar 
almaq  hüququnu  verən  sənəddir.  Yəni,  varrant  əsas  qiymətli  kağızların  buraxılışı 


60 
 
 
 
ilə  birgə  yaranmaqla  sahibinə  təyin  edilmiş  qiymətlə  müəyyən  müddət  ərzində 
qiymətli  kağız  almaq  hüququ  verir. kincisi  isə,  anbar  şəhadətnaməsi  olmaqla 
müəyyən malın saxlamaq üçün qəbul edilməsini təsdiqləyən sənəddir.  
 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


61 
 
 
 
II FƏS L
.
Azərbaycanda qiymətli kağızlar bazarının faktiki vəziyyəti və prosessual təhlili
 
       2.3.Azərbaycan qiymətli kağızlar bazarının hal-hazırkı vəziyyəti 
    Hal-hazırkı 
dövrdə 
respublikamızın 
qiymətli 
kağızlar 
bazarı 
bəzi 
çatıçmamazlıqlarına  baxmayaraq  inkişaf  etməyə  davam  edir.  Nəzərə  alsaq  ki, 
Azərbaycanda  bu  bazarın  formalaşması  üçün  əsas  qanunverici-normativ  və 
təşkilati-hüquqi baza 1999-2000-ci illərdə yaranıb, o vaxtdan 7-8 il ərzində görülən 
tədbirləri  qiymətli  kağızlar  bazarının  inkişafı  üçün  uğurlu  bir  dövr  adlandırmaq 
olar.  Bu  müddət  ərzində  bubunla  bağlı  bir  çox  normativ-hüquqi  sənədlər  qəbul 
olnmuş, yeni tənzimləyici və digər orqanlar təsis edilmiş, bir çox layihələr həyata 
keçirilmişdir.Göstərilənlər fond bazarının respublikamızın müstəqillik dövrünə aid 
hissəsini  əhatə  edir.  Lakin  ümumilikdə  Azərbaycanda  qiymətli  kağızlar  bazarının 
yaranması  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Ölkəmizdə  ilk 
səhmlər  1913-cü  ildə  Bakı  Tacir  Bankının  nizamnaməsinin  təsdiq  edilməsi  ilə 
buraxılmışdır.  Bu  bankın  əsas  səhmdarları  Azərbaycanın  tanınmış  sahibkarları-
ş
uranın  sədri  H.Z.Tağıev,  üzvləri  M.Ş.Əsədullayev,  M.Nağıyev,  M.Muxtarov  və 
başqaları  olmuşlar.  XX  əsrin  ilk  iki  onilliyində  Bakıda  bir  sıra  səhmdar 
cəmiyyətləri  fəaliyyət  göstərmişdir.  Onlardan  "Neft  məhsulları  səhmdar 
cəmiyyəti",  "Bül-Bülə  neft  və  ticarət  səhmdar  cəmiyyəti",  "Balaxanı-Zabrat  neft 
istehsalı səhmdar cəmiyyəti" və digərlərini qeyd etmək olar. 
       Hələ 1900-cu ilin "Kaspi" qəzetinin səhifələrində veksel islahatı haqqındakı 
məqalələrdə  bu  qiymətli  kağızın  o  zaman  geniş  istifadəsi  və  labüdlüyünü  təsdiq 
edən  maraqlı  məlumatlar  dərc  olunurdu.  Həmin  dövrdə  Bakı  Tacir  Bankı  və 
Bakıda  fəaliyyət  göstərən  digər  banklar  tərəfindən  veksellər  və  faiz  kağızları 
buraxılmışdır.  Veksellərdən  ödəniş  prosesində  və  borc  münasibətlərinin 
formalaşmasında  geniş  istifadə  olunmuşdur.  Veksel  bazarı  Azərbaycan 
Demokratik  Respublikası  dövründə  də  inkişaf  etmiş,  lakin  Sovet  hakimiyyəti 
dövründə  məhdudlaşdırılmışdır.Sovet  Azərbaycanında    dövriyyədə  olan  əsas 
qiymətli  kağız  uduşlu  dövlət  istiqrazları  və  veksellər  (kommersiya  kreditləri) 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə