Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   27   28   29   30   31   32   33   34   35

94 
 
 
 
 
Qiymətli  kağızlar  bazarında  qanunvericiliyə  riayət  olunmasına  qeyri-dövlət 
nəzarəti sisteminin (özünü tənzimləməyən təşkilatların) formalaşdırılması. 
     Azərbaycan  2001  –  2010-cu  illər  üçün  fond  bazarının  inkişafı  strategiyası  bir 
neçə əsas istiqamətlərdən ibarətdir. 
 Birinci  istiqamət  qiymətli  kağızlar  bazarının  infrastrukturunun  inkişafıdır,  o 
cümlədən  qiymətli  kağızlar  bazarında  broker  və  diler  fəaliyyətinə  şərait 
yaradılması və Milli Depozit Sisteminin formalaşdırılması. 
 Ikinci  istiqamət  qiymətli  kağızlar  bazarının  inkişafı  üçün  fond  bazarında  yeni 
qiymətli kağızlar növlərinin dövriyəyə buraxılmasıdır.Qiymətli kağızlar bazarında 
veksellərin geniş tətbiqi, girov kağızı,ipoteka kağızı və s.yaradılması vacibdir. 
Üçüncü  istiqamət  institusional  investorların,  o  cümlədən  kollekitiv  investisiya 
institutlatı  sisteminin  yaradılmasıdır.QKDK  tərəfindən  institsional  investorların, 
xususi  investisiya  fondlarının  inkişafı  üçün  zəruri  olan  normativ  hüquqi  baza 
hazırlanmışdır. 
Dördüncü  istiqamət  investorların  hüquq  və  maraqlarının  qorunması  sisteminin 
yaradılmasıdır.Bu  sistemin  əsas  məqsədləri  səhmdar  cəmiyyətlərində  “monoritar” 
səhmdarların  hüquqlarının  qorunması,  qiymətli  kağızlar  sahiblərinin  pozulmuş 
hüquqlarının bərpa edilməsi və qanun pozan şəxslərin cəzalandırılmasıdır. 
Beşinci  istiqamət  Azərbaycanın  qiymətli  kağızlar  bazarında  açıq  informasiya 
sisteminin  yaradılmasıdır.Bu  məqsədlə  QKDK  mütamadi  olaraq  press-relizlər 
buraxır,mətbuat konfransları keçirir, qiymətli kağızlar bazarının təbliğini keçirir və 
s. 
       Azərbaycan 
Respublikasında 
qiymətli 
kağızlar 
bazarının 
ə
sas 
elementlərindən  biri  Bakı  Fond  Birjasıdır.Hal-hazırda  Bakı  Fond  Birjasında 
qısamüddətli  dövlət  istiqrazları  və  korporativ  səhmlərin  alqı-satqısı  həyata 
keçirilir.14  iyul  1998-ci  ildə  "Qiymətli  kağızlar  haqqında"  Azərbaycan 
Respublikası  Qanununun  qəbul  edilməsi,  Azərbaycan  Respublikası  Prezidentinin 
30  dekabr  1998-ci  il  tarixli  Fərmanı  ilə  qiymətli  kağızlar  bazarında  vahid  dövlət 
siyasətinin  və  tənzimləməsini  həyata  keçirilməsi  məqsədi  ilə  Azərbaycan 


95 
 
 
 
Respublikasının  Prezidenti  yanında  Qiymətli      Kağızlar  üzrə  Dövlət  Komitəsi 
yaradılıması  və  26  iyul  1999-cu  ildə  "'Azərbaycan  Respublikasının  Prezidenti 
yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  fəaliyyətinin  təmin  edilməsi 
haqqında''  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  və  2003  –  2004-cü 
illərdəki  islahatlar  o, cümlədən  2001 – 2010-cu illər üçün fond bazarının inkişafı 
strategiyasının  nəticəsi  olaraq  qiymətli  kağızlar  bazarı  və  buna  müvafiq  olaraq  
Bakı Fond Birjasının necə inkişaf etdiyini aşağıdakı cədvəldə daha aydın görmək 
olar. 
               
 
              Cədvəldən də aydın görünür ki, Bakı Fond Birjasının dövriyyəsi  2005-ci 
ildən  etibarən  demək  olar  ki,  hər  il  2  dəfə  artır.Bu  da  son  4-5  ildə  Azərbaycan 
Respublikasının inkişafı ilə əlaqədardır.Bundan başqa aşağıdakı cədvəllərdə 2008-
2009-cu illərin ilk 3 ayının aylıq və gündəlik sxemlərini görə bilərik. 
                      
 


96 
 
 
 
                                     
 
                 
Bu cədvəllərdən də aydın olur ki, Azərbaycanın qiymətli kağızlar bazarı və 
fond birjası durmadan inkişaf edir.2008-ci ilin fevral və mart ayları ilə müqayisədə 
2009-cu ilin müvafiq dövrlərində azalma baş versə də bunu dünya iqtisadiyyatının 
böhran  vəziyyətdə  olması  ilə  izah  etmək  olar.Dünyada  baş  verən  bu  böhran 
Azərbaycanada öz təsirini göstərmişdir.Qiymətli kağızlar bazarının inkişafı bir çox 
dövlət  qurumlarının  işindən,  qanunvericilik  bazasından,  fiziki  şəxslərin 
fəallığından  və  sair  amillərdən  asılıdır.Hazırkı  bazarda  ən  əsas  təşkilati  işlər 
görülüb,  bazar  infrastrukturu  sıfırdan  başayaraq    yaradılıb,  dünya  standartlarına 
uyğun olan və beynəlxalq maliyyə qurumlarının mütəxəssisləri tərəfindən yüksək 
qiymətləndirilən normativ-hüquqi baza yaradılıb.   
        QKDK  öz  qarşısında  istənilən  yollarla  bazarda  bağlanılan  əqdlərin 
artırılması  məqsədini  qoymur.Məqsəd  bazarda  baş  verən  proseslərin  şəffaflığının 
təmin  edilməsi  ilə  yanaşı  qiymətli  kağızlar  bazarında  risklərin  minimuma 
endirilməsidir.Məhz  bu  məqsədlə  yaradılan  normativ-hüquqi  bazada  investorların 
hüquqlarının  qorunması,  qiymətli  kağızlar  bazarında  məlumatın  açıqlanmasına, 
inseyder  əqdlərinin  yol  verilməməsinə,  qiymətlərlə  manipulyasiuanın  qarşısının 


97 
 
 
 
alınmasına  və  ölkənin  fond  bazarının  daxili  və  xarici  investisiya  resurslarının 
iqtisadiyyatın  real  sektorunda  akkumliyasiya  edilməsinə  və  bazarın  spekulyativ 
ə
qdlər  bazarına  çevrilməsinin  qarşısının  alınmasına  yönəldilmiş  digər  hərəkətlərə 
xususi  diqqət  yetirilmişdir.Bir  sıra  inkişafda  olan  ölkələrin,  bank  sisteminin 
böhranı  ilə  nəticələnən  və  iqtisadiyyatın  ümumi  böhranına  gətirən  spekulyativ 
bazarların  yaradılması  səhvinə  yol  vermək  olmaz.Ölkədə  formalaşmış  vəziyyət 
daxili  qiymətli  kağızlar  bazarının  inkişafında  portfel  investisiyalarının  rolunun 
qiymətləndirilməsi  zərurətini  diktə  edir.Kapital  axının  spekulyativ  hissəsini  onun 
investisiya  hissəsindən  ayrı  dəyərləndirmək  lazımdır.Başqa  sözlə,  gələcəkdə 
qiymətli  kağızların  qiymətlərinin  kəskin  enib-qalxmasına  yol  verilməməsi 
məqsədilə  investisiya  resurslarının  və  qiymətli  kağızlar  bazarının  imkanlarının 
mütənasibliyi təmin edilməlidir. 
 
 
 
 
 
 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə