Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   2   3   4   5   6   7   8   9   ...   32

16 

 

qlobal BX  axınlarının ümumi həcminin 52%-ni təşkil etmişdir. Keçid iqtisadiyyatlı ölkələrdə 



isə  BX   axınları  45%-lik  rekord  artım  səviyyəsinə  çataraq,  qlobal  BX   axınlarının  ümumi 

həcminin 9%-ni təşkil etmişdir. 

2015-ci ilin ötən dövrünün yekunları qlobal iqtisadiyyatın dayanıqlı artım trayektoriyasına 

daxil olmadığını bir daha göstərdi. 2015-ci il dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklərin 

artması,  qarşılıqlı  asılı  olan  ölkə  qrupları  üzrə  zəif  və  kövrək  iqtisadi  artım,  məzənnələrin 

qeyri-sabitliyi, əmtəə qiymətlərinin kəskin aşağı düşməsi, və s. ilə səciyyəvi olmuşdur. Aparıcı 

ölkələrdə  struktur  problemlərin  qalması  şəraitində  yumşaq  monetar  siyasətin  real  sektorda 

investisiyalara transformasiyası zəif olmuşdur. 



 

Cədvəl 1.1. Dünya iqtisadiyyatının artım templəri, faizlə 

 

Mənbə: Beynəlxalq Valyuta Fondu (www.imf.org) 

 

Ölkələr üzrə iqtisadi artım perspektivləri mürəkkəb və ziddiyyətli amillərin təsirinə məruz 



qalır. Qlobal maliyyə böhranından və avro zonada böhrandan qalmış problemlər (kövrək bank 

sektoru, habelə dövlət, korporativ və ev təsərrüfatlarının borc yükünün yüksək olması) bir sıra 

ölkələrdə  istehlakı  və  iqtisadi  artımı  məhdudlaşdırır.  Digər  tərəfdən,  zəif  iqtisadi  aktivlik 

deleverec  prosesini  ləngidir.  Bununla  yanaşı,  əlverişsiz  demoqrafik  vəziyyət  (əhalinin 

yaşlanması), investisiyaların azalması və məhsuldarlığın kövrək artımı həm  EÖ-də, həm də 



17 

 

EOÖ-də potensial olaraq iqtisadi artımı məhdudlaşdırır. Qeyd olunan amillərlə yanaşı, hazırda 



enerji daşıyıcılarının qiymətinin və  məzənnənin volatilliyi makroiqtisadi perspektivlərə ciddi 

təsir edir.  qtisadiyyatı inkişaf etmiş ölkələr cari ildə qlobal iqtisadi artımın əsas hərəkətverici 

qüvvəsi olacaqlar. Bu ölkələr qrupunda artımın 2014-cü ildəki 1.8%-dən 2015-ci ildə 2.4%- ə 

yüksələcəyi  gözlənilir.  Artım  daha  çox  enerji  daşıyıcılarının  qiymətlərinin  azalması  ilə 

dəstəklənir. 

Proqnozlara  görə,  ABŞ-da  iqtisadi  artım  2015-2016-cı  illərdə  3.0%-dən  çox 

olacaqdır. qtisadi  aktivliyin  əsas  ənənəvi  mənbəyi  olan  daxili  tələbin  artmasının  enerji 

daşıyıcılarının qiymətlərinin azalması, daha mülayim büdcə korreksiyası və adaptiv monetar 

siyasətlə dəstəklənməsi proqnozlaşdırılır.2014-cü ilin 2-ci və 3-cü rüblərində qeyd olunan zəif 

dinamikadan sonra avro zonada iqtisadi artımın sürətlənməsi müşahidə olunur ki, bu da aşağı 

neft qiymətləri, aşağı faiz dərəcələri və avronun məzənnəsi ilə dəstəklənir. 2014-cü ilin mənfi 

nəticələrindən  (il  ərzində  iqtisadi  artım  cəmi  0.1%  olmuşdur)  sonra  Yaponiyada  artım 

gözləntiləri  Yaponiya  yenin  aşağı  məzənnəsi  və  neft  qiymətləri  ilə  bağlıdır.  qtisadiyyatı 

inkişaf  etməkdə  olan  ölkələrdə  iqtisadi  artımın  bir  qədər  də  zəifləməsi  gözlənilir.BVF-nun 

proqnozlarına  görə  bu  ölkələrdə  artımın  2014-cü  ildə  olan  4.6%-dən  2015-ci  ildə  4.3%-dək 

azalacaqdır. Bu bir sıra faktorlarla bağlıdır:  

−enerji  daşıyıcılarının  qiymətlərinin  azalması  neft  ixracatçı-ölkələrdə  artımın  azalmasına 

səbəb olacaqdır;  

−kredit  və  investisiyaların  kəskin  artması  ilə  əlaqədar  olaraq  Çində  maliyyə  sektoruna 

qarşı  nəzarət  rejiminin  sərtləşdirilməsi  nəticəsində  investisiyaların  azalması.  Aşağı  gəlirli 

ölkələrdə  iqtisadi  aktivliyin  yüksək  səviyyədə  qalmasına  baxmayaraq  onun  artım  tempi  bir 

qədər səngiyəcək: 2014-cü ildəki 6.0%-dən 2015-ci ildə 5.5%-dək. Lakin 2016-cı ildə ticarət 

tərəfdaşları  olan  EÖ  tərəfindən  xarici  tələbin  artması  aşağı  gəlirli  ölkələrdə  iqtisadiyyatın 

canlanmasını dəstəkləyəcəkdir. 

Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  məlumatına  əsasən,  2014-cü  ildə  dünya 

iqtisadiyyatının artım tempi 2013-cü ildə olduğu kimi 3.4% təşkil etmişdir.  




18 

 

2014-cü ildə  nkişaf Etməkdə Olan Ölkələr ( EOÖ) üzrə artım tempi 4.6% təşkil etməklə 



2013-cü il ilə müqayisədə 0.4 faiz bəndi az olmuşdur. Artım tempinin aşağı düşməsi bir sıra 

amillərlə, xüsusən də, dünya bazarında əmtəə qiymətlərinin aşağı olması, Çin iqtisadiyyatının 

artım  tempinin  azalması  və  xarici  tələbdən  daxili  tələbə  keçiddən  qaynaqlanan  çətinliklər, 

eləcə  də,  Müstəqil  Dövlətlər  Birliyinin  əhatə  etdiyi  region,  Yaxın  Şərq  və  Şimali  Afrikada 

mövcud çətin geosiyasi vəziyyət ilə izah olunur. 

  nkişaf    Etmiş  Ölkələr  ( EÖ)  qrupu  üzrə  iqtisadiyyatın  artım  tempi  2014-cü  ildə  1.8% 

olmuşdur. Bu isə 2013-cü ilə nisbətən 0.4 faiz bəndi. yüksəkdir. Bu ölkələr üzrə iqtisadiyyatın 

artım  tempinin  sürətlənməsi  ABŞ-da  tələbatın  və  investisiyaların  artımı,  avrozonada  isə 

iqtisadiyyatın yenidən canlanması ilə əldə edilmişdir. Belə ki, 2013-cü ildə avrozonada 0.4% 

azalmadan sonra 2014-cü ildə 0.8% artım qeydə alınmışdır. 

BVF-in  proqnozlarına  əsasən,  2015-ci  ildə  dünya  iqtisadiyyatının  artım  tempi  qismən 

azalaraq  3.3%,  2016-cı  ildə  isə  yenidən  artaraq  3.8%  olacaq.  Dünya  Bankının  proqnozuna 

ə

sasən isə dünya üzrə iqtisadi artım müvafiq olaraq 2.0% və 2.4% olacaqdır.  



BVF-in qiymətləndirmələrinə əsasən,  EOÖ üzrə artım tempi 2015-2016-cı illər üzrə 4.2% 

və 4.7%,  EÖ qrupu üzrə isə müvafiq olaraq 2.1% və 2.4 % təşkil edəcəkdir. 

2014-cü  ildə  EÖ  qrupu  üzrə  inflyasiya  səviyyəsi  1.4%,  EOÖ  qrupu  üzrə  isə  5.1% 

olmuşdur.BVF-in proqnozuna əsasən,  EOÖ üzrə inflyasiya səviyyəsi 2015-2016-cı illər üzrə 

5.5% və 4.8% təşkil edəcəkdir.  EÖ üzrə isə inflyasiya səviyyəsi 2015-ci ildə dəyişməsə də, 

2016-cı  il  üzrə  1.2%  artacağı  proqnozlaşdırılır.2015-ci  ildə  EÖ  üzrə  qiymətlər  səviyyəsinin 

aşağı  düşməsi  proqnozu  dünya  bazarında  xam  neftin  qiymətinin  ucuzlaşması  ilə  izah  edilir. 

2014-cü  il  ərzində  enerji  qiymət  indeksi  və  ərzaq  qiymət  indeksi  7.1%  azalmışdır.  Dünya 

bazarında əmtəə qiymətlərinin azalması  EOÖ-də iqtisadi aktivliyin bir qədər aşağı olması ilə 

ə

laqələndirilir.Dünya  Bankının  proqnozuna  əsasən,  2015-ci  ildə  enerji  qiymət  indeksi  daha 



38.7%, ərzaq qiymət indeksi isə 12.3% azalacaqdır. Enerji qiymət indeksi üzrə azalma əsasən 

xam neftin ucuzlaşması ilə əlaqədar olacaqdır. Belə ki, bankın proqnuzuna əsasən, 2015-ci ildə 

xam  neftin  qiyməti  1  barel  üçün  96.2  ABŞ  dollarından  57.5  ABŞ  dollarına  enəcəkdir. 

Mütəxəssislərin  ehtimalına  görə,  ran  neftinin  böyük  həcmdə  dünya  bazarına  qayıdışı  xam 




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə