Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   37   38   39   40   41   42   43   44   45

B U L U D X A N   X Ə L İ L O V  
 
186
Tarixlərin yarpağında təvazölüdür, 
Hər anında, hər çağında təvazölüdür. 
  
  Qabilin xarakterində kişilik, sözündə bir kəsər var. 
Ona görə o, hər cür asanlıqla kiməsə baş əyməyi, kimə-
sə tabe olmağı sevmir və bəlkə də sevməkdən qabaq be-
lə şeylər onun təbiətinə uyuşmur. Ancaq o, el-obaya və 
ən başlıcası torpağa münasibətdə tamamilə  fərqlidir. 
Özü demişkən: 
  
Körpə, yaşıl çəmənlikdə nəhəng lalə tək, 
Mən baxıram bağrı yanıq Yanardağıma. 
Qürur ilə baş əyirəm səcdə edərək 
Bu elimə, bu obama, bu torpağıma. 
  
  Qabil yaradıcılığında “Vətən” mövzusu bir obyekt 
kimi həm seçim, həm də bu seçilmişləri tərənnüm et-
mək, bundan başqa, çoxlarının diqqətini cəlb etməyən-
ləri diqqət mərkəzində saxlamaq, zahiri parıltıya aludə 
olmamaq baxımından çox cəlbedicidir. Bunun səbəbi 
onunla bağlıdır ki, Qabil Vətənin nəyindən yazırsa, onu 
yüksək səviyyədə, sözün yaxşı  mənasında plagiat 
etməyi bacarır. Hətta onu plagiatlıqdan daha çox Qabi-
lin haqqında yazdıqlarını yaxşıya çevirməyi bacarması 
adlandırardım. Bu məqamda Nobel mükafatçısı Tomas 
Eliotun “Məxfi meşə” adlı essesində yazdıqlarını xatır-
latmaq istərdim. O yazırdı: “Yetişməmiş  şairlər təqlid 
edir, yetkin şairlər oğurlayır, pis şairlər oğurladıqlarını 
təhrif edir, yaxşı şairlər isə onu daha da yaxşıya çevirir 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
187
və ya necəsə  fərqləndirirlər.” Bu mənada Qabil sözün 
həqiqi mənasında  yaxşı şairdir. Axı o, həm də istənilən 
mövzuda yazarkən onun yazdığı bir mətn parçası kimi 
mövcud olanların (ona qədər mövcud olan mətnlərin) 
daxili proporsiyasını  dəyişir. Mən buna ədəbi 
evolyusiya deyərdim ki, bunu Qabil bacarır və öz 
üslubunun ənənəsinə çevirə bilir. Bunu onun şeirlərinin 
əksəriyyətində müşahidə etmək olur. Sadəcə olaraq 
“Duz” şeirinə  fikir verək: 
Duz! 
Hər yerdə dolu, 
Hər yerdə ucuz. 
Ucuzdur iynədən-sancaqdan. 
Düymədən, daraqdan,        
Acı siqaretdən, 
Şit qaletdən. 
Duz! 
Qışda qar da 
Duzdan baha olur. 
Bir parça 
Buz... 
Qonşudan duz istəyəndə 
Adam utanmır heç, 
Rişğənd ediləcəyinə 
İnanmır heç. 
Duz üstündə heç kimin 
Tamahı sürüşməyib. 
Duz üstündə bir kişi 
Bərkə-boşa düşməyib. 


B U L U D X A N   X Ə L İ L O V  
 
188
Duz 
Duz 
Duz! 
Hər yerdə dolu, 
Hər şeydən ucuz... 
  
Bəli, Qabil mətndə daxili proporsiyanı dəyişir, ədəbi 
evolyusiya yaradır və bununla da öz üslubuna (//üslub 
ənənəsinə) qol-qanad verir. Yeri gəlmişkən, bu qeyri-adi 
üslub onun şifahi nitqində  də qorunur. Qabil şifahi 
danışığında da vaxtından qabaq dəfələrlə götür-qoy 
etmədən, məqsədli bir işə çevirmədən, danışacaqları 
barədə saatlarla baş  sındırmadan sərbəst və asan bir 
yolla hamıya məlum olan həqiqətləri hamıdan fərqli 
şəkildə, hamının etiraf və  təqdir edəcəyi formada deyə 
bilir, başqalarına çatdırır. Onu tanıyanların hər biri, 
yəqin ki, onun ali məclislərdəki nitqini dinləyiblər. Hə-
min nitq nə böyükdə, nə kiçikdə, nə vəzifəlidə, nə vəzi-
fəsizdə qıcıq doğurmayıbdır. Bu cür üslub hər kəsə nə-
sib olmayan qeyri-adi üslubdur ki, o da Qabilin qisməti 
kimi ona mənsubdur. Bunun bir səbəbini həm də onda 
görmək olar ki, Qabil öz dəyərini dəyər kimi cəmiyyətə 
vaxtında təqdim etməyi bacarıbdır. Ona görə  də heç 
zaman dəyərə etiraz etmək mümkün olmadığı kimi, 
Qabilin dəyərinə  də yuxarıdan baxmaq, yaxud da 
hesablaşmamaq barədə düşünməyə ehtiyac olmayıbdır. 
Qabil mübariz şairdir. O, Azərbaycanın bütün ağrı-
larını ürəyindən, beynindən keçirərək poeziyanın dili ilə 
mübarizə aparmağı bacarır. Mübarizədə  hədəfləri düz-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
189
gün seçir. Qətilik və əminliklə, çəkinmədən və geri çə-
kilmədən öz sözünü deyir. Təbii ki, poeziyanın dili ilə. 
Hətta elə poetik söz deyir ki, o, aforizmə çevrilir. Onun 
“Çalsın Azərbaycan haray zəngini”,  “Təndir”, “Türkün 
qəbri”, “Mərsiyə”, “Qeyrət, a vətəndaşlar”, “İnanmaq öz 
yerində...”,  “Çalma qaboy”, “Nisbi sakitlik nədir?”, 
“Özgədən çək gözünü”, “Xəcalət”, “Çadırlar”, “Çadırla-
ra alışmayın”,   “Rəqs”, “Ümid sənədir ancaq...” və s. 
şeirlərinin hər biri siyasi-ideoloji mübarizənin poeziya-
nın dili ilə, poetik şəkildə ifadəsidir. Bu, Qabil yaradı-
cılığında çox yaxşı alınır, uğurlu və  təsirli görünür. 
Siyasətçilər də  bəzən belə mövzulara toxunmamağa 
üstünlük verirlər. Çünki, həqiqəti söyləmək o qədər də 
asan başa gəlmir. Ancaq Qabil bu baxımdan o qədər 
məlumatlıdır ki, onun poeziyasında siyasi-ideoloji mü-
barizə siyasətçinin də, siyasətdən kənarda olanın da 
qəbul edəcəyi həqiqət olur. Məsələn: 
  
Qəlbi yanan xalqa bircə qurtum su, 
Lap bircə gilə də, qətrə də bəsdir. 
Bütün sualların cavabıdır bu: 
− Xalq var, xalqdan başqa hər şey əbəsdir. 
  
Yaxud: 
Tutulub vahimədən nitq bu gün, dil bu səhər
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər, 
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər. 
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər, 
Gecəni atəş ilə qırmızı dan eylədilər, 
Xalqımı-millətimi güllə-baran eylədilər! 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə