Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   37   38   39   40   41   42   43   44   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
167
Qorqudu əlimə aldım, onu gördüm”. Bu cümləni Drez-
den kitabxanasındakı xatirə kitabına 1978-ci ildə Samir 
Tağıyev yazmışdır. 
“Kitabi-Dədə Qorqud”un izləri torpağımızın hər 
qarışında, yurdumuzun hər bir yerində qorunub saxla-
nılır. Dastandakı adlar övladlarımıza ad kimi verilir. 
Oradakı  bəy və xanım adlarının  əksəriyyəti dilin lüğət 
tərkibinin fəal fonduna daxil olur. Təsadüfi deyil ki, 
Qaraca Çoban obrazı əsasında professor Əbdüləzəl Də-
mirçizadə “Qaraca Çoban” pyesini yaratdı. Qaraca sözü 
şəxs adı kimi işləndi. Bu söz yer-yurd adlarında qo-
runub saxlanıldı. Hətta Xocavənd rayonunda Nərgiztə-
 deyilən ərazidə Qaraca Çobanın qəbri aşkarlandı. Bu 
qəbrin  ətrafında xeyli sayda iri daşlar  var. Bu daşlar 
deyilənlərə görə, o vaxt Qaraca Çobanın sapanda qoyub 
atdığı daşlar olubdur. Deyilənlərə görə, Dədə Qorqud 
dövründə Qaraca Çoban Salur Qazanın qoyun sürülərini 
yağılardan qorumaq üçün sapanda bu iri daşları qoyub 
düşmənlərin üstünə yağdırıbdır. O, bu daşlar qurtardıq-
dan sonra qoyunları bir-bir sapanda qoyub və yağıların 
üstünə atıbdır. Yaxşı ki, Nərgiztəpə deyilən  ərazi və  
Qaraca Çobanın qəbri, qəbrin ətrafındakı daşlar sənədli 
bir filmdə öz əksini tapıbdır. Yeri gəlmişkən daş abidə-
lər, çoban obrazı və onun daşa dönməsi ilə bağlı abidə-
lər türklərin yaşadığı müxtəlif ərazilərdə də vardır. Mə-
sələn, Qırğızıstan ərazisində olan qoç, qoyun heykəlləri, 
yaxud mən uşaqlıqda öz gözlərimlə gördüyüm qoç hey-
kəllər buna ən bariz nümunələrdir. Mən qoç heykəlləri 
Amasiya rayonunun Ellərkənd kəndində görmüşəm. 


B U L U D X A N   X Ə L İ L O V  
 
168
Ermənilər bu qoç heykəllərini XX əsrin 70-ci illərinin 
sonu, 80-cı illərin əvvəllərində o vaxtkı Leninakan, indi-
ki Gümrü şəhərindəki muzeyə apardılar. O vaxt insan-
lar, yerli camaat (azərbaycanlılar) ermənilərin bu məq-
sədinin mahiyyətini başa düşmürdü.  İndi bu məqsədin 
arxasında nəyin dayandığını hər bir kəs başa düşür. Xü-
susilə bir hadisə qoç, qoyun heykəllərinin mahiyyəti 
barədə əsl həqiqəti mənə də anlatdı. Bu hadisə Qırğızıs-
tana elmi konfransa gedən zaman baş verdi. Belə ki, 
1992-ci ildə Qırğızıstanda elmi konfransda olarkən çox-
lu sayda daşdan olan qoyun heykəllərini gördüm. Qoyun 
kultu, qoyuna səcdə vaxtilə hun babalarımızda da olub-
dur. Bahəddin Ögəlin “Böyük hun imperiyası” əsərində 
də “qoyun kultu” barədə xeyli bilgi vardır. Yeri gəlmiş-
kən, onu da qeyd edək ki, Amasiya rayonunun Ellər-
kənd kəndində dağ yolu ilə Axılkələk,  Əsmincə,  
Adıgey – bir sözlə, repressiya olunana qədər Mesxeti 
türklərinin yaşadığı  əraziyə doğru gedərkən qəribə bir 
mənzərə vardı. Burada daşdan çoban və qoyun 
heykəlləri insanın diqqətini cəlb edirdi. Yəqin ki, həmin 
daş heykəllər gözdən və könüldən uzaq bir yerdə olduğu 
üçün ermənilərin diqqətindən yayınırdı.  Əks təqdirdə, 
ermənilər həmin daş heykəlləri ya uçurdar, ya məhv 
edər, ya da muzeyə qoymaq adı ilə aparardılar. Bəlkə də 
həmin daş heykəlləri indi dağıdıblar. Nə isə... Həmin 
daş heykəllərin görünüşü belə idi: Daşdan olan çoban 
heykəli qoyun heykəllərinin düz ortasında dayanmışdı. 
Çobanın  əynində yapıncısı,  ətrafında isə daşdan olan 
qoyunlar vardı. Yaşlı adamlar bu qəribə  mənzərə 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
169
haqqında belə deyirdilər ki, guya qədimdə çoban öz 
sürüsü ilə daşa çevrilibdir. Mifik təsəvvürlərə görə, 
çoban və onun sürüsü düşmən əlinə keçməsin deyə daşa 
çevrilmişdir. Hər halda belə daş abidələr, türkün 
yaşadığı  ərazilərdə az deyildir. Oğuz türklərinin, o 
cümlədən Cənubi Qafqazdakı türklərin, azərbay-
canlıların yaşadıqları  ərazilərdə belə faktları toplayıb 
sistemə salmaq tarixi həqiqətləri bərpa etməkdir. 
Azərbaycanlıların yaşadıqları müxtəlif  ərazilərdə 
daşdan qoç, qoyun heykəlləri vardır. Məsələn, Sisyan və 
Qafan rayonlarında qədim dövrlərə məxsus qoç heykəlli 
qəbir daşları olmuşdur. Məsələn, Sisyan rayonunun 
Ərəfsə  kəndinin  ərazisində üstü alban əlifbası ilə 
yazılmış qəbir daşları, üstü ərəb əlifbası ilə yazılmış er-
kən orta əsrlərə  məxsus qoç heykəlli qəbir daşları  qə-
dimlikdən xəbər verir (bax: “Zəngəzurun səsi” qəzeti. 
№ 06-07 (240-241), 13 fevral 2015-ci il, s.12). Bir 
sözlə, ermənilərin daşdan olan abidələri muzeyə apar-
maq adı ilə  məhv etmələri tarixi, məhz türkün tarixini 
məhv etmək məqsədinə xidmət etmişdir. 
Türklərdə at, qoyun kult səviyyəsində olubdur. 
Ona görə kult səviyyəsində olub ki, türklər atdan, qo-
yundan faydalanıblar. Məsələn, atın, qoyunun ətindən, 
südündən istifadə ediblər. Türklər atı  təkcə minmək, 
çapmaq üçün deyil, həm də südündən kımız hazırlamaq 
üçün istifadə ediblər. Türklər dəvə südündən də içki ha-
zırlayıblar. Dəvə südündən hazırlanan içkinin adı 
kımran olubdur. 


B U L U D X A N   X Ə L İ L O V  
 
170
Kımız, kımran, ayran qədim türklərin istifadə etdi-
yi içki növləri olubdur. Bunlardan kımız, kımran eyni 
etimoloji (kım-) mənbədəndir. Kımran və ayran sözləri 
eyni strukturda və modeldə formalaşmış sözlərdir (kım-
ran, ay-ran). 
Kımız, kımran daha çox qıpçaq türklərinin istifadə 
etdiyi içki növü olsa da, ayran oğuz türklərinin hazırla-
dıqları və istifadə etdikləri ağartı məhsullarından olmuş-
dur. Bunlardan kımız və ayran hal-hazırda içki növü 
kimi istifadə edilir. Kımızdan qıpçaq türkləri,  ayran-
dan oğuz türkləri gen-bol indi də istifadə edirlər. 
Daşa daş kimi baxmaq olmaz. Dünyadakı daşlar 
həm də tarixdir. Daşa tarix kimi baxmaq lazımdır. Bunu 
daş üzərinə  həkk olunmuş  rəsmlər, yazılar da təsdiq 
edir. Orxon-Yenisey, Qobustan, Gəmiqaya yazılı abidə-
ləri buna sübutdur. Dünyada çox şeylər dəyişir, yox 
olur. Daşlar isə, demək olar ki, elə daş olaraq qalır. Ax-
tarsan onların yaşı ağacların yaşından da böyükdür. Ax-
tarsan, görərsən ki, o daşların başına nələr gəlib. O daş-
lar nələr görüb. Bəlkə o daşlar gördüklərindən qorxaraq 
dilləri tutulub, lal olublar, daş olublar. Özündə tarixi 
yaşadan belə daşlar çoxdur. Yadımdadır ki, uşaq olanda 
belə daşları ziyarətgaha çevirən nənələrimiz, babala-
rımız daşlardan çox şeylər danışardılar. Daş ziyarətgah-
lara gedər, ora nəzir-niyaz edib, dualar qılardılar. Bu 
mənada yuxarıda qeyd etdiyimiz  daş abidə barədə, yəni 
çobanın otardığı qoyunlarla birlikdə daşa çevrilməsi 
barədə çox danışardılar. Biri düz ortada çiynində yapın-
çı olan çobanı, digərləri isə onun ətrafında olan qoyun-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə