Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
159
 
Vaqif Səmədoğlunun çıxışı və 
diqqəti cəlb edən bəzi məqamlar 
 
13 iyun 2014-cü ildə 
“Ədəbiyyat” və “525-ci qə-
zet”də Azərbaycan Yazıçıla-
rının XII Qurultayının nüma-
yəndələrinin adları çap olun-
muşdu. Mən nümayəndələrin 
içərisində 51-ci idim. 17 iyun 
2014-cü il tarixdə saat 11
00
-
da Azərbaycan Milli Dram 
Teatrında Azərbaycan Yazıçılarının Qurultayı öz işinə 
başladı. Düzü, həmişə insanların bir qismi tədbirə vax-
tında gəlir, bəziləri isə gecikirlər. Adətən mən heç yerə 
gecikməyi sevmirəm.  İstənilən bir tədbirə  və görüşə 
vaxtından əvvəl gedirəm. İndi də vaxtından 15-20 dəqi-
qə qabaq getmişdim. Ancaq zal dolu idi. Demək olar ki, 
oturmağa yer yox idi. Axı belə tədbirlərdə iştirak etmək 
istəyində olan həvəskarlar da çox olur. Onlar vaxtından 
qabaq yerləri tuturlar. Nə isə... Şamil Vəliyevlə birlikdə 
arxa cərgədə bir təhər yer tapdıq və əyləşdik.  
Tədbirdə bir neçə  məqam mənim yadımda qaldı. 
Məsələn, Xalq şairi Nəriman Həsənzadənin çıxışında 
belə bir fikir məni yaman tutdu. O dedi ki, insan qoca-
landa öz yaşında olan adamların hamısına dost kimi ba-
xır. Yeri gəlmişkən, Nəriman Həsənzadənin Vaqif Sə-


B U L U D X A N   X Ə L İ L O V  
 
160
mədoğlu ilə vida mərasimindəki çıxışı da kövrək notlar 
üzərində qurulmuşdu: “Görkəmli şairimiz Vaqif Səməd-
oğlu da getdi. Səməd Vurğunun, Yusif Səmədoğlunun, 
Bəxtiyar Vahabzadənin, İsa Muğannanın əbədiyyət hüc-
rəsinə. Vaqif həmin silsilədən idi...” 
Qurultayda mənim diqqətimi cəlb edən məqamlar-
dan biri də Vaqif Səmədoğlu ilə bağlı oldu. O, qurultaya 
gecikmişdi. Rəyasət heyətində ön cərgədə –  Anarın ya-
nında ona yer verdilər. Vaqif Səmədoğluna söz verəndə 
o, tribunaya çətinliklə getdi. Hiss olunurdu ki, xəstəlik-
dən əziyyət çəkir. Ancaq özünü o yerə qoymurdu və za-
rafatından da qalmırdı. Mən Vaqif Səmədoğlunu xər-
çəng xəstəliyinə tutulandan sonra ilk dəfə idi ki, görür-
düm. Çox düşmüşdü. Fiziki cəhətdən görkəmində böyük 
dəyişiklik var idi. Amma yaddaşı və ruhu yerində idi. O, 
tribunadan çox ruhlu danışdı. Vaqif Səmədoğlunu tribu-
naya Çingiz Abdullayev qolundan tutub kömək edərək 
apardı. Hətta Vaqif Səmədoğlu zarafatla qeyd etdi ki, 
gör nə günə qalıb ki, onun tribunaya çıxmasına Çingiz 
Abdullayev kömək edir. Onun ruhlu çıxışı mənə ləzzət 
etdi. Vaqif Səmədoğlu dedi ki, “mən uşaqlıq  xatirəmə, 
uşaqlıq illərimə, gəncliyimə – yəni Anara səs verəcə-
yəm”. O, bir neçə maraqlı faktı da söylədi. Dedi ki, “siz 
bilirsinizmi o vaxt – 1990 və 1992-ci, hətta 1993-cü il-
lərdə Azərbaycan Yazıçılar Birliyinin binasının qorun-
masında Yusif Səmədoğlunun böyük rolu olub... Ame-
rika səfirliyi o vaxt bu binanı yüksək məbləğə almaq 
istəyirmiş. Yusif Səmədoğlu bunu bilən kimi bütün im-
kanlarından istifadə edərək məlumatı Prezident Heydər 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
161
Əliyevə çatdırır. O vaxt Yusif Səmədoğlunun özü də 
deputat imiş. Maraqlıdır ki, o, bütün vasitə və  imkanla-
rından istifadə edərək Heydər Əliyevə çatdırıb ki, onun 
bir tapançası var və tapancanın darağında yeddi güllə 
var. Amerika səfiri, yaxud səfirliyin nümayəndələrindən 
hansı birisi bu binaya gəlsə, gülləni bir-bir onların 
başına çaxacaq. Sonuncu gülləni isə öz başına vuracaq. 
Heydər Əliyev bunu eşidəndə gülür... Və deyir ki, “elə 
edərik ki, heç kəsin başına güllə çaxılmasın”. Ulu öndər 
həmişə ziyalılara diqqət və qayğı göstəribdir. Odur ki, 
zarafatla, bir az da Yusif Səmədoğlunun kefini açmaq 
istəyilə deyib: 
–  Amma bir şey də vardır. Mən indi göstəriş ve-
rərəm siz bu tapancanı əldə etdiyiniz orqan (Daxili İşlər 
Nazirliyi) bunu əlinizdən alsın. 
Əlbəttə Heydər Əliyev bunu zarafatla söyləmişdi. 
Axı Ulu öndər ziyalılarla yubiley tədbirlərində, müxtəlif 
görüşlərdə tez-tez zarafatlar edərdi. Beləliklə, Heydər 
Əliyev işə qarışandan sonra Azərbaycan Yazıçılar Birli-
yinin binasını almaq istəyənlər gözünü bu binadan 
çəkirlər. 
Vaqif Səmədoğlu onu da dedi ki, Azərbaycan Ya-
zıçılar Birliyinin binasının qorunması ilə bağlı bütün 
narahatlığın həm özü, həm də Çingiz Abdullayev işti-
rakçısı olub. O, hadisəni çox qürurla danışdı. Fəxrlə 
qeyd etdi ki, atası Səməd Vurğunun oturduğu, fəaliyyət 
göstərdiyi binanı hansısa bir səfirliyin binası etmək ol-
mazdı və bu, yaxşı ki, o vaxt Yazıçılar Birliyinin binası 
kimi qorunub saxlandı.  Azərbaycan Yazıçılarının XII 


B U L U D X A N   X Ə L İ L O V  
 
162
Qurultayında Vaqif Səmədoğlunun çıxışı  hələ sözlərini 
qurtarmamış belə, alqışlarla qarşılandı. Hiss olunurdu 
ki, o, ölümün gözünün içinə dik baxır. Bunun sayəsində 
hamının ürəyincə olan bu sözləri də söylədi: “Xərçəng 
mənim mədəmdədir, dilimdə deyil”.  
Bununla da o, ruhlu və zarafatla bol olan  danışı-
ğını davam etdirdi. Axırda hamıya cansağlığı arzuladı. 
Və dedi ki, xəstəlikdən pis, axmaq şey yoxdur. Onu da 
dedi ki, xərçəng xəstəliyi ona qalib gələ bilməyəcək. O, 
son ana qədər xərçənglə vuruşacaq. Dedi ki: – Mən elə-
belə oğul deyiləm ki, xərçəng məni üstələsin.  
Onun hər kəlməsi, hər sözü yaşamaq uğrunda mü-
barizə idi. Ancaq belə bir məsəl də var: Sən saydığını 
say, gör fələk nə sayır. Artıq Vaqif Səmədoğlu haqq 
dünyasındadır. Allah ona rəhmət etsin. Qəbri nurla 
dolsun. 
Qurultayda çıxış edən Seyran Səxavət dedi ki, 
“Mən keçən qurultayda da bir qrup yaxın adamlara Ana-
rın sədr seçilməsi ilə bağlı qonaqlıq vermişdim, indi də 
buna hazıram. Anar sədr seçiləndən sonra həmin adamlar 
bir yerə yığılsın, mən onlara qonaqlıq verəcəyəm”.  
Anar da söz altında qalmadı, hazırcavablıq etdi və 
dedi ki, “Əgər mən sədr seçilməsəm, onda mən qonaqlıq 
verəcəyəm”. 
Nizami Cəfərov çıxışında qeyd etdi ki, türk 
dövlətlərindən və Müstəqil Dövlətlər Birliyindən gəlmiş 
nümayəndələr Anarı yenidən Azərbaycan Yazıçılar Bir-
liyinin sədri kimi görmək istədilər. Türkdilli dövlətlər-
dən, Müstəqil Dövlətlər Birliyindən gəlmiş nümayən-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə