Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
151
sizi başa düşərdi. Siz isə hamıdan umursunuz ki, sizi 
başa düşsünlər. Bu, mümkün deyil və mümkün də 
olmayacaqdır. 
Mənə elə gəlir ki, Mirzə Cəlilin “Ölülər” əsəri bü-
tün zamanların  əsəri olduğu kimi, bütün dövrlərdə 
aktuallığını itirmədiyi kimi, “Cəncəhim” romanı da hər 
zaman oxunacaq və hər bir kəsi düşündürəcəkdir. “Ölü-
lər” əsəri həyatın, məişətin, dünyagörüşün, münasibətin 
və s.-nin kodu olduğu kimi, “Cəncəhim” romanı da 
insan üçün heç zaman əhəmiyyətini itirməyən koddur. 
Bu kodu açmaq üçün sadəcə olaraq insan kimi yaşamaq 
lazımdır. Romanın adındakı kodun açımı isə dünyanın 
strukturu, modelidir. Romanın son səhifələrində qeyd 
etdiyiniz kimi: “Adını da qoydum CƏNCƏHİM – 
Cənnət, Cəhənnəm sözlərinin ilk hecasını, İnkir-Minkir 
sözünün də baş hərflərini birləşdirdim. Alındı – CənCə-
HİM. Ay İnkir-Minkir, Siz də gedib dincələ bilərsiniz. 
Mən burdayam. Arxayın ola bilərsiniz”. (“Cəncəhim”. 
Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2014, s.219). 
Bir daha qeyd edirəm ki, romanınızda dərin 
mətləblər, dərin qatlar var. Dərk edənləri və dərk etmək 
istəyənləri düşündürürsünüz. Oxucunu fani dünyanın və 
haqq dünyasının qanunlarını  dərk etməyə çağırırsınız. 
Oxucunu məcbur edirsiniz ki, bu dünyaların (fani və 
haqq dünyası) mahiyyəti barədə düşünsünlər. Oxucunu 
“Ölüm nədir?” sualına cavab axtarmağa çağırırsınız. 
Ölülərə müraciətlə deyirsiniz: “Bu cür həyatı gözünüzün 
qabağına gətirərək ömrü boyu sürünüb, sonda da 
ölmüsünüz. İndi siz yeni Cəncəhimin övladlarısınız. Siz 


B U L U D X A N   X Ə L İ L O V  
 
152
sanki ikinci və sonuncu dəfə dünyaya gəlmisiniz. Siz 
azadsınız. Siz xoşbəxtsiniz. Çünki artıq Cəncəhimlisi-
niz”. (“Cəncəhim”. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 
2014, s.221).  
Diriləri isə qayda-qanun çərçivəsində yaşamağa 
dəvət edirsiniz. Sizin bu istəklərinizi hərə bir cür yoza 
da bilər. Ona görə ki, sətiraltı düşünür və yazırsınız. Ro-
manın müəllifi kimi “Ölülər”dəki kefli İsgəndərə 
bənzəyirsiniz. Fərq ondadır ki, kefli İsgəndər “Ölülər”də 
bir obrazdır. Həm də real həyatdan götürülmüş obrazdır. 
Siz isə “Cəncəhim” romanının müəllifisiniz. Kefli İs-
gəndər hadisələrin birbaşa iştirakçısıdır, hadisələrə la-
zım gələndə müdaxilə edir. Siz isə hadisələrin müşahi-
dəçisisiniz, dərin müşahidələr  əsasında hadisələri qələ-
mə alırsınız. Elə  məqamlar var ki, kefli İsgəndərin işi 
rahatdır. Elə  məqamlar da var ki, sizin işiniz rahatdır. 
Kefli İsgəndər Şeyx Nəsrullaha və onun əsabələrinə sö-
zünü deməklə rahatlıq tapır. Siz isə müşahidə etdiyiniz
gördüyünüz tipləri bədii düşüncənizin imkanlarından 
istifadə edərək qamçılayırsınız. Hər ikiniz öz işinizi gö-
rürsünüz. Hərəniz özünəməxsus üslubda özünüzü ifadə 
edirsiniz. 
Əziz Mahir Qabiloğlu, yazıçı üçün ən vacib iş 
yazmaqdır. Siz də yazırsınız, özü də çoxlarından fərqli 
olaraq riskli yazırsınız. Bunların qədir-qiymətini görmə-
yəndə sizdə yenə də ruh düşkünlüyünə meyillik yaranır. 
Hiss edirəm ki, bir müddət ruh düşkünlüyünün təsiri 
altında olursunuz və bu ovqatla yaşayırsınız. Sonra ye-
nidən yazmağa başlayırsınız. Yeni-yeni mövzular qələ-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
153
mə alırsınız. Sizin bu cür fəaliyyətiniz mənə Ernest 
Heminqueyin fəaliyyətini xatırladır, yada salır. O da 
tez-tez ruh düşkünlüyünə qatılıb, yazdıqlarının müqabi-
lində almaq istədiyi ləzzətdən uzaq düşürdü. Onun yara-
dıcılığının  ədəbi yüksəlişinin hər mərhələsindən sonra 
tənəzzül başlayıb. Mən sizi Ernest Heminqueylə müqa-
yisə etmək istəməsəm də, hələ bu müqayisəyə sizin ya-
radıcılığınız hazır olmasa da, dəst-xəttinizdə  və taleyi-
nizdə bir oxşarlıq görürəm. Ona görə də tam səmimiy-
yətimlə deyirəm: siz yaradıcılığınızın,  ədəbi yaradıcılı-
ğınızın yüksəliş mərhələsindəsiniz. Ruh düşkünlüyünüz 
isə  ədəbi yaradıcılığınızın növbəti yüksəliş  mərhələsi 
yolunda olan məyusluqdur. Görünür ki, növbəti  əsərlə-
riniz barədə, onların personajları  və süjet xətti barədə 
düşündükdə  əzab çəkir, ruh düşkünlüyünə qapılır, mə-
yus olursunuz. Göy üzünü alan qara bulud boşaldıqdan 
sonra göy üzü təmiz göründüyü kimi, yağış yağandan 
sonra gün çıxdığı kimi, siz də ədəbi yaradıcılıq yolunda 
təmizlənərək irəliyə doğru gedirsiniz. Əslində ədəbiyyat 
uğrunda mübarizə aparanların həyatı belə olur. Bu yolda 
sizə səbir, təmkin, tələbkar oxucu və sınaqlardan üzüağ 
çıxmağı arzulayıram. 
 
24.01.2015 


B U L U D X A N   X Ə L İ L O V  
 
154
 
Bədii ədəbiyyat oxumaq barədə 
vahid tələblər qoyulmalıdır 
 
Bədii  əsər oxuma-
yan  şagird mənəvi cə-
hətdən kamil ola bilməz. 
Vaxtilə oxumaq ənənəsi, 
daha doğrusu, bədii əsər 
oxumaq  ənənəsi olub-
dur. Bədii  əsər oxuma-
yan şagird olmayıbdır. Hətta proqramda olan, dərslikdə 
özünə yer alan bədii əsərlər deyil, həm də proqramdan, 
dərslikdən kənar olan bədii əsərlər də şagirdlər tərəfin-
dən oxunurdu. Bu istiqamətdə yaxşı mənada bir rəqabət 
vardı. Şagirdlər oxuduqları bədii əsərlər  barədə bir-biri-
nə  məlumat verir, həmin  əsərlərin oxunmasını tövsiyə 
edirdilər. Nəticədə  hər bir bədii  əsəri  şagirdlər oxuyur 
və müzakirə edirdilər. Çox da uzaqda olmayan bu tarixi 
ənənə  uşaqların bədii təfəkkürünü və  bədii zövqünü 
inkişaf etdirirdi. Bədii cəhətdən zövqlü olan şagird 
gələcəkdə  vətəndaş kimi də yüksək intellektual səviy-
yəyə malik olurdu. Hətta səviyyəsindən asılı olmayaraq 
hər bir şagird bədii əsərləri oxumağı özünə mənəvi borc 
bilir və daxili tələbat hesab edirdi. İndi isə  şagirdlərin 
böyük  əksəriyyəti bədii  əsər oxumaq tələbatından və 
ehtiyacından çox-çox uzaqdırlar. Onlar nəinki çap olu-
nan yeni bədii  əsərləri, heç dərslikdə olanları da 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə