Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
139
Bağırov “oxusun” dedi. Çox çətinliklə hekayəni oxuyub 
başa çatdırdım. Bir anlıq sükutdan sonra Bağırov nəyi 
isə xatırlayıbmış kimi, mənə sual verdi: “Vətən yolun-
da” qəzetində daşnakların  əleyhinə  məqaləni sən yaz-
mısan? “Bəli” – dedim. Bağırov üzünü Əli Vəliyevə 
tutub dedi: “Dərc edin!”. 
Qılman  İlkin bu hadisəni, eləcə  də o dövrü yaşa-
mış bir ziyalı kimi digər hadisələri xatırlayaraq Mircəfər 
Bağırova birmənalı münasibət bəsləmirdi. Onun 
səhvlərini, eləcə  də  bəzi xidmətlərini də xatırlayırdı:  
“Mənim Mircəfər Bağırova – Azərbaycanın bu görkəmli 
partiya və dövlət xadiminə  –  bu mürəkkəb və ziddiy-
yətli şəxsə münasibətim birmənalı deyil. Yəni onun rəh-
bərliyi dövründə çoxlu səhvləri də olub. Öz məhkəmə-
sində bu səhvlərinin bir çoxunu etiraf etdi. Lakin onun 
müharibə illərində Kremldə planlaşdırılmış azərbay-
canlıların kütləvi şəkildə köçürülməsinin qarşısını alma-
sı, yaxud Şimali Azərbaycanla Cənubi Azərbaycanı bir-
ləşdirmək arzusu ünvanına söylənilən bir çox günahlarla 
müqayisə edilsə yaxşıdır”.  
O vaxt azərbaycanlıların Qərbi Azərbaycandan
eləcə də Azərbaycandan köçürülməsi məsələsi gündəm-
də olmuşdu. Qərbi Azərbaycandan azərbaycanlıların 
xeyli hissəsinin köçürülməsinə nail olsalar da, Azərbay-
candan azərbaycanlıların köçürülməsinə nail olma-
mışlar. 
 
09.12.2014 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
140
 
Qılman İlkin:  
xeyirxahlar və bədxahlar... 
Yazıçının ədəbi prosesə qayğısı 
 
Qılman  İlkin 1963-
1966-cı illərdə “Azərbay-
can” jurnalının baş redak-
toru vəzifəsində çalışıb. O, 
bir sıra yazıçı və şairlərin, o 
cümlədən Yazıçılar  İttifaqı-
nın sədri Mehdi Hüseynin 
təkidi ilə “Azərbaycan” jurnalına baş redaktor olmağa 
razılıq vermişdi. Qeyd edək ki, o zaman Azərbaycana 
rəhbərlik edən Vəli Axundov da Qılman  İlkinə baş re-
daktor olmağı tövsiyə edibmiş. Qılman İlkin “Azərbay-
can” jurnalına baş redaktor təyin olunduqdan sonra bir 
sıra islahatlar aparır. Məsələn,  əhəmiyyətli yazıçıların 
çap olunmasına diqqəti artırır: 
“Bir çox gərəkli, çap olunmalı yazılar ləngidilirdi, 
jurnalda pis mənada  ənənəçilik hökm sürürdü. Halbuki, 
jurnalda  Əli Kərim, Yusif Səmədoğlu,  İsa Hüseynov, 
Əliağa Kürçaylı kimi istedadlı qələm sahibləri çalışırdı”.  
Bundan başqa, jurnalın tirajını çoxaldır, rəssamla-
rın  əsərlərindən istifadə edərək formasını  dəyişir. 
Qılman İlkin bu barədə verdiyi müsahibələrinin birində 
belə deyirdi: “Baş redaktor işlədiyim dövrdə (söhbət 
“Azərbaycan” jurnalında baş redaktor işlədiyi dövrdən 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
141
gedir – B.X.) jurnalın tirajını qaldırdım – 30 min rəqəmi 
60 minə çatdı. Jurnalın formasını  dəyişdim, rəssamla-
rımızın maraqlı  əsərlərindən reproduksiyalar təqdim 
olundu”.  
Qılman  İlkinin jurnalda apardığı mütərəqqi işlər-
dən biri də ədəbi gəncliyə qayğı olub. Ədəbi gəncliyin 
həmişə qayğıya ehtiyacı var. Bu qayğını görən gənclik 
ədəbiyyata fayda verir və ədəbiyyatın inkişafı istiqamə-
tində  əhəmiyyətli işlər görə bilir. Bu mənada Qılman 
İlkin deyirdi: “Ədəbi gəncliyə meydan verildi. Xüsusilə 
60-cı illərin novator gənclərinə – İsaya, Ələkbərə, Vaqif 
Səmədoğluna, Fikrət Qocaya. Bir çox əsərlər vardı ki, 
Əbülhəsənin seyfində yatırdı. Məsələn,  İlyas  Əfəndi-
yevin “Dağlar arasında üç dost” romanı... Dərhal 
mətbəəyə göndərdim”.  
Yeri gəlmişkən onu da qeyd edək ki, İlyas Əfən-
diyevin “Dağlar arxasında üç dost” əsəri xeyli vaxt imiş 
ki, “Azərbaycan” jurnalının redaksiyasında yatıb qalır-
mış. Qılman İlkin redaktor təyin olunduqdan sonra əsəri 
oxuyur və  əsər onun xoşuna gəlir. O, müsahibələrinin 
birində bu barədə deyirdi:  
“Oxudum (“Dağlar arxasında üç dost” əsərindən 
söhbət gedir – B.X.), xoşuma gəldi. O zaman baş redak-
tor müavini işləyən  Əliağa Kürçaylıyla məsləhətləşib 
növbəti nömrə üçün çapa göndərdim”. 
Əsərinin taleyini bilməyən İlyas Əfəndiyev günlə-
rin birində Qılman İlkinin yanına gəlir və ona deyir ki, 
xeyli vaxtdır “Azərbaycan” jurnalına  əsər təqdim edib. 
Ancaq nədənsə əsər çap olunmayıb. Bu hadisəni Qılman 


B U L U D X A N   X Ə L İ L O V  
 
142
İlkin belə xatırlayırdı: “Dedim göndərmişəm çapa, növ-
bəti nömrədə oxuyarsan. İnanmadı. Çağırdım  Əliağanı 
ki, İlyas müəllimin jurnala təqdim etdiyi əsəri hanı? De-
di: “Qılman müəllim, bəs onu çapa göndərmədin?”. De-
dim: “Göndərmişik, yaxşı  əsərləri vaxtında çap etmək 
lazımdı”.  İlyas  Əfəndiyev böyük sənətkar, yaxşı insan 
idi”. 
Qılman İlkin “Azərbaycan” jurnalında təzəcə işlə-
ri qaydasına qoyurdu ki, onu başqa bir yerə “Azərnəşr”ə 
direktor təyin edirlər. O, “Azərnəşr”ə gedəndə də, bun-
dan qabaq “Azərbaycan” jurnalına baş redaktor gedəndə 
də ilki fəaliyyəti nəşriyyatın da, jurnalın da portfelini 
yoxlamaqdan ibarət olub. Məqsədi o idi ki, görsün çap 
olunmamış  nə var. Və çap olunmamış  əsərlər hansılar-
dır. Sonrası isə artıq onun öz boynunda idi. Belə ki, 
həmin əsərləri bir-bir oxuyub əsl həqiqəti üzə çıxarırdı. 
Hansı səbəbdənsə çap olunmamış əsərləri çapa göndərir 
və onların  ədəbi mühitə böyük fayda verəcəyinə 
inanırdı. Doğrudan da, o, inamında yanılmırdı. 
Qılman  İlkin “Azərnəşr”ə direktor təyin olunan-
dan sonra nəşriyyatın portfelini yoxlayır. Görür ki, 
Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” əsəri nəş-
riyyatın portfelində yatıb qalır. Qılman İlkin müsahibə-
lərinin birində deyirdi: “Oxudum (“Yeraltı çaylar dənizə 
axır” əsərindən söhbət gedir – B.X.), çox xoşuma gəldi. 
Qərara gəldim ki, əsər mütləq nəşr olunmalıdı. Bu 
yandan da rəhmətlik Mehdi Hüseyn yanıma gəlib deyir 
ki, filan - filan istedadlı yazıçılara kömək et. Dedim ay 
Mehdi müəllim, siz onun - bunun xahişini edirsiniz, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə