Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
126
də – 2009-cu ildə onunla vida mərasimi ADPU-da təşkil 
olunanda bilmişəm ki, Qılman  İlkin bizim universiteti-
mizi (o vaxtkı  İnstitutu) bitirib və bir müddət burada 
dərs də deyibdir. Daha sonra onun 100 illik yubileyi ke-
çiriləndə  oğlu Ayaz Musayevdən öyrəndim ki, o, hər 
gün eyni vaxtda universitetimizin qabağından keçib in-
diki Səbail rayon İcra hakimiyyətinin yaxınlığında olan 
ağsaqqallar, veteranlar şurasına gedirmiş. Orada tay-
tuşları, tanıdıqları adamlarla həmsöhbət olurmuş... 
 Qılman  İlkinin bizim universitetin və fakültənin 
məzunu olduğunu biləndə onun həyatı, fəaliyyəti ilə da-
ha da geniş maraqlanmalı oldum. Verdiyi müsahibələr-
dən öyrəndim ki, Qılman  İlkin hələ  tələbəlik illərində 
acı repressiyanı dadmışdır. O vaxt ona dərs deyən müəl-
limlərin repressiya olunduğu bir vaxtda o da bu repressi-
yadan yan keçməmişdir. O vaxt İnstitutun hər küncün-
də, hər bucağında təhlükəsizlik orqanlarının fəaliyyəti 
hiss olunurmuş. Hətta milləti erməni olan Budaq Budaq-
yan adlı bir partkom İnstitutda oxuyan və  işləyənlərin 
hər addımını izləyirmiş.  
Qılman müəllim müsahiblərinin birində deyirdi: 
“Bir erməni partkom vardı – Budaq Budaqyan – o, hər 
addımımızı izləyirdi. Hətta belə bir şüar da yazıb divara 
yapışdırmışdı: “Sən yoldaşını ifşa et!” Bu “ifşa et!” şüa-
rının birinci qurbanı mən oldum. Tələbə yoldaşlarımdan 
biri – M.Nəsirli (Allah rəhmət eləsin!) mənim hərbi 
hazırlıq dərsində leksiyanı  ərəb  əlifbası ilə yazdığımı 
görüb bunu Budaqyana çatdırdı. Təcili məni “ora” ça-
ğırdılar və dedilər: “Get, sənin məsələni həll edəcəyik!”. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
127
Ağlaya-ağlaya çıxdım bayıra. Cavan bir müəllimimiz 
vardı – Ağamməd Abdullayev, gəlib dərdimi ona danış-
dım. O, mənə kömək etməsəydi, ən azı institutdan qovu-
lacaqdım”. Yeri gəlmişkən Allah hər ikisinə – Ağam-
məd Abdullayevə  də, Qılman  İlkinə  də  rəhmət eləsin. 
Mən həmişə belə  eşitmişəm ki, Ağamməd Abdullayev 
çox xeyirxah bir ziyalı olub. Onun xeyirxahlığından 
Qılman müəllim də dadıbdır. Yaxşılıq heç zaman itmir, 
onun yaxşılığını 
Qılman müəllim itirməyib
unutmayıbdır. 
 Qılman  İlkini ADPU ilə (keçmiş APİ ilə) bağ-
layan məqamlardan biri də onun burda ali təhsilini başa 
vurandan sonra aspirant kimi saxlanılmasıdır. O, aspi-
ranturada saxlanıldıqdan sonra təhlükəsizlik orqanla-
rının nümayəndələri onu tez-tez narahat etmişdir. Müx-
təlif suallarla onu narahat etmiş, bəhanələr axtarmışlar. 
Qılman müəllim bu barədə deyirdi: “KQB isə bizi (yəni 
aspiranturada saxlanılanları – B.X.) tez-tez narahat edir-
di. Məni bir neçə dəfə “ora” çağırdılar. Müşfiq tutulma-
mışdan əvvəl onun uşaq şeirləri haqqında məruzə etmiş-
dim. Bir də soruşurdular ki, niyə sizi aspiranturada 
saxlayıblar? Niyə Əli Nazim sizə zəmanət verib? Nəha-
yət, bir səbəb tapa bilməyib əl çəkdilər”. Qılman İlkinin 
aspirantlıq dövründəki fəaliyyəti də o dövrün təhlükə-
sizlik orqanı tərəfindən izlənilmişdir. Bəlkə də o vaxtın 
bir günü on ilə  bərabər günlər olubdur. Özü də  ağrılı, 
acılı günlər olubdur. Bir tərəfdən istedadlı, qabiliyyətli, 
təhsilli adamlara ehtiyac olub. Digər tərəfdən istedadlı, 
qabiliyyətli, təhsilli adamlar repressiya edilibdir. 


B U L U D X A N   X Ə L İ L O V  
 
128
Qılman İlkinin APİ-dəki (indiki ADPU-dakı) aspi-
rant yoldaşları və dərs dediyi tələbələr barədə söylədik-
ləri də maraqlıdır: “Üç nəfəri – məni (Qılman  İlkin 
özünü nəzərdə tutur – B.X.), Mirzağa Quluzadəni və 
Məhərrəm Əlizadəni aspirant kimi kafedrada saxladılar. 
Biz III-IV kurslara dərs deməliydik. Təsəvvür edin, 
gecə-gündüz oxuyurdum, rus ədəbiyyatından mühazirə-
yə hazırlaşırdım. Mənim tələbələrim kimlər idi? Böyük-
ağa Qasımzadə, Əziz Mirəhmədov, İsmayıl Şıxlı, Tələt 
Əyyubov, Zeynal Cabbarzadə. 21-22 yaşım vardı və tə-
ləbələrdən seçilmirdim. Bir dəfə, hətta süpürkəçi məni 
tələbələrlə dəyişik salıb içəri buraxmırdı. Yaxşı ki, Bö-
yükağa Qasımzadə onu başa saldı ki, mən müəlliməm”. 
Göründüyü kimi, bu hadisələr Qılman  İlkinin gənclik 
yaddaşına elə  həkk olunmuşdur ki, onu heç cür unuda 
bilməmişdir. Əslində bunu unutmaq da mümkün deyil-
dir. Ən azı ona görə ki, bu, Qılman müəllimin həyatının 
bir parçasıdır. 
Qılman  İlkinin yaddaşında ADPU (keçmiş APİ) 
ilə bağlı olan sonralar xatırladığı, yada saldığı bir mə-
qam da onun M.Müşfiqin dərs dediyi məktəbə praktika-
ya getməsi ilə bağlıdır. Yenə  də  Qılman müəllimin 
xatirələrinə müraciət etməli oluruq. O yazırdı: “Müşfi-
qin çılğınlığı, emosionallığı barədə çox yazıblar. Ürəyi 
təmiz olduğundan bəzən dilini dinc saxlaya bilmirdi. Bir 
dəfə APİ-də (indiki ADPU-da – B.X.) oxuyanda, onun 
dərs dediyi məktəbə (M.Müşfiqin dərs dediyi məktəbə – 
B.X.) praktikaya getmişdik. Dərs zamanı küləyin təsirilə 
pəncərə açıldı. Müşfiq  şagirdlərindən birinə dedi: “Get 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
129
bağla pəncərəni. Sovet hökumətinin düzəltdiyi pəncərə 
bundan artıq olmaz ki...” Əlbəttə Qılman İlkinin bu de-
dikləri bir daha təsdiq edir ki, M.Müşfiqin repressiyası 
heç də təsadüfi olmamışdır. 
 Qılman İlkin APİ-də (indiki ADPU-da) tələbə və 
müəllim kimi fəaliyyət göstərəndə  ədəbi prosesə daxil 
olmuş, ədəbi dərnəklərin fəal üzvü olmuşdur. O illərdə 
Qılman müəllim görkəmli  şəxsiyyətlərlə tanış olmuş, 
onlarla ünsiyyətə girmişdir. Bu mənada o, M.Müşfiqi 
həm də belə xatırlayır: “Bir dəfə Müşfiq hansı  ədəbi 
məclisdəsə “Küləklər” şeirini oxudu. Hamı əl çaldı. Za-
la enərkən Cavid Əfəndi (Hüseyn Cavid – B.X.) onu 
yanına çağırdı, qulağına nəsə  pıçıldadı. Deyirlər ki, 
Cavid Müşfiqə: “Sən “Küləklər”i elə oxudun ki, sanki 
məni də küləklər apardı” deyib. 
37-ci ili də Azərbaycan ziyalılarının başı üstündə 
əsən amansız küləklərə bənzətmək olar”. 
Qılman  İlkin M.Müşfiqin yaxın dostlarından biri 
olan Almas İldırımı da həmin  ədəbiyyat dərnəklərində 
görmüşdü. Təəssüflə qeyd edirdi ki, Almas Yıldırım 
məlum səbələrə görə Azərbaycanı tez tərk etdi. Onun 
rəhbərlik etdiyi dərnəyə sonralar Seyid Hüseyn rəhbər-
lik edir. Qılman müəllimin xatirələrindən oxuyuruq: 
“Mən  o illərin  ədəbi mühitində sözün əsil mənasında 
parlaq şəxsiyyətlərlə üz-üzə gəlmişəm, onlarla adicə ün-
siyyətdə olmağı belə indi böyük qürur hissilə xatırlayı-
ram. 29-cu ildə Əzizbəyov adına kitabxanaya – ədəbiy-
yat dərnəyinə gedirdim, dərnəyin rəhbəri Almas İldırım 
idi. Sonra onu Seyid Hüseyn əvəz etdi”. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə