Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
130
Qılman müəllimin “Gənc işçi” qəzetində  işə dü-
zəlməsi (30-cu illərdə) imkan yaratmışdır ki, o, qaynar 
ədəbi mühitə daxil ola bilsin. Çünki o vaxt “Gənc işçi” 
qəzetinin redaksiyası indiki Azərbaycan Milli Elmlər 
Akademiyasının binası ilə üzbəüz olan binanın birinci 
mərtəbəsində yerləşmişdir.  İndiki Azərbaycan Milli 
Elmlər Akademiyasının birinci mərtəbəsində isə Azər-
baycan Proletar Yazıçılar Cəmiyyəti yerləşmişdir. 
“Gənc işçi” qəzeti ilə Azərbaycan Proletar Yazıçılar Cə-
miyyətinin bir-birinə bu yaxınlığı imkan yaratmışdır ki, 
Qılman müəllim qaynar ədəbi mühitdə tez-tez iştirak 
etsin. Belə  də olur. O, qaynar ədəbi mühitdə tez-tez 
iştirak edir. O vaxt Azərbaycan Sovet ədəbiyyatının ya-
radıcıları olan S.Vurğun, S.Rüstəm, M.Müşfiq, M.Ra-
him, M.Hüseyn, Əbülhəsən, Əli Vəliyev və digərləri ilə 
tez-tez qarşılaşır. Bu gənc ədəbi qüvvələrin ədəbi müba-
hisələrinin şahidi, iştirakçısı olur. Qılman müəllimin xa-
tirələrində oxuyuruq:  “  “Gənc işçi” qəzetinə kimlər gə-
lirdi? Kimlər gəlmirdi desək yaxşı olar. O zamankı 
bütün gənclər ədəbi qüvvələr – Azərbaycan Sovet ədə-
biyyatının yaradıcıları – S.Vurğun, S.Rüstəm, M.Müş-
fiq, M.Rahim, M.Hüseyn, Əbülhəsən,  Ə.Vəliyev...” 
İnanıram ki, bu görkəmli  ədiblərin hər biri ilə bağlı 
maraqlı  ədəbi hadisələr olmuşdur ki, onu Qılman 
müəllim özü ilə haqq dünyasına aparmışdır. Yəni onu 
vaxtında heç bir ədəbiyyatşünas toplamamış, təhlil 
etməmişdir. Heç şübhəsiz ki, o dövrün qaranlıq səhifə-
lərini Qılman müəllim qədər bilənlər az olmuşdur. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
131
Qılman  İlkin o dövrün ən görkəmli  ədəbiyyatşü-
naslarını da məmnunluq hissi ilə xatırlayırdı. O, Əli Na-
zim, Atababa Musaxanlı, Mikayıl Rəfili barədə ağızdo-
lusu danışırdı.  Əli Nazimin də, Atababa Musaxanlının 
da, Mikayıl Rəfilinin də  həyat və  fəaliyyətinin  ən mü-
hüm hissəsi APİ ilə (indiki ADPU ilə) bağlı olmuşdur. 
Odur ki, Qılman  İlkin hər üç ədəbiyyatşünası  təkcə 
Yazıçılar  İttifaqının iclaslarından deyil, həm də APİ- 
dən (indiki ADPU-dan) xatırlayırdı və onlar barədə xoş 
sözlərini deyirdi. Məsələn, o, Əli Nazim barədə belə 
deyirdi: “Əli Nazim çox savadlı  ədəbiyyatşünas idi, 
nitqə başlayanda 1-2 dəqiqə sanki nə danışdığını bilmir-
di, sonra hər  şey qaydasına düşürdü. Bədii  əsərin 
təhlilində ona əvəz tapmaq çətin olardı – dərinliklərəcən 
gedirdi. Amma mən Atababa Musaxanlını da unuda bil-
mirəm. O, zahirən çox qəşəng idi. Amma onu sevdirən 
ölçülüb-biçilmiş, sanki İlahi tərəfindən bir üstünlük 
kimi ona bəxş olunmuş cazibəli nitqi idi”. 
Təbii ki, Əli Nazim də, Atababa Musaxanlı da, 
Mikayıl Rəfili də görkəmli  ədəbiyyatşünas olmaqla 
yanaşı, həm də natiq olmuşlar. 
Qılman İlkin Mikayıl Rəfili barədə bir ədəbiyyat-
şünas kimi də, bir şair kimi də, bir hazırcavab kimi də, 
bir siyasi əqidə sahibi kimi də  bəhs etmişdir. Qılman 
müəllim otuzuncu illərin repressiyasından danışarkən 
mənəvi cəhətdən təqiblərə, təzyiqlərə  məruz qalmış 
Mikayıl Rəfilini unutmurdu. Və onu belə xatırlayırdı: 
“Bəs Rəfilini necə, unutmaq olarmı? Rəfili rusca çox 
sərbəst danışırdı. Özünü çox təmkinli və soyuqqanlı 


B U L U D X A N   X Ə L İ L O V  
 
132
aparırdı. Azərbaycan  ədəbiyyatında sərbəst  şeiri  ədəbi 
praktikaya məhz Rəfili gətirdi. Doğrudur, onun şeirlə-
rində formalizm ünsürləri də yox deyildi, Mayakovski-
nin, N.Hikmətin, Verxarnın, Uitmenin təsiri də duyu-
lurdu, amma Rəfili bu şeirlərlə ədəbi aləmdə bir canlan-
ma yaratdı. Çoxu başladı sərbəst şeir yazmağa”. 
Yuxarıda qeyd etdiyimiz kimi, Qılman  İlkin Mi-
kayıl Rəfilinin hazırcavablılığı, vaxtilə müsavatçı olma-
sı barədə  də çoxlarının bilmədiyi faktları xatırlayırdı: 
“Rəfili çox hazırcavab insan idi. Bir dəfə ondan soruşur-
lar ki, kənd yazıçıları haqqında nə deyə bilərsən? Rəfili 
deyir: 
Kəndin iki şairi var, 
Biri Sanılı, biri Katib. 
Heyhat, hər ikisi yatıb. 
 
Bir dəfə hansı iclasdasa Mübariz Əlizadə onu tən-
qid etmək istədi, dedi ki, mən Rəfilini yaxşı tanıyıram, 
haqqında 2-3 məqalə də yazmışam, lakin... 
Rəfili onun sözünü ağzında qoyub dedi: 
–  Mən heç səni tanımıram, belə bir imzaya da rast 
gəlməmişəm. 
Rəfili müsavatçı olmuşdu. Gəncədə Müsavat 
partiyası gənclər özəyinin üzvü idi. Amma Müşfiq kimi 
çılğın olmadığından, kimsə bununla maraqlanmadı”. 
Əslində bunu da bilməliyik ki, Mikayıl Rəfilinin bütün 
nəsil-nəcabəti repressiya olunmuşdu. Ona mənəvi cəhət-
dən o qədər təqiblər, təzyiqlər olmuşdu ki, o, soyuqqanlı 
olmalı və ədəbiyyatın naminə yaşamalı idi. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
133
Qılman  İlkinin – Azərbaycanın görkəmli nasiri-
nin, M.F.Axundov adına Dövlət mükafatı laureatının, 
Azərbaycanın  Əməkdar incəsənət xadiminin, Prezident 
təqaüdçüsünün həyatı və fəaliyyəti canlı bir tarixdir. Bu 
tarixin bəzi məqamlarına toxunduq. Heç şübhəsiz ki, 
onun həyatı, fəaliyyəti, yaradıcılığı geniş şəkildə tədqiq 
olunmalıdır. 
 
01.12.2014 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
134
 
Qılman İlkinin Mircəfər Bağırovla 
görüşü – Şimali və Cənubi 
Azərbaycanı birləşdirmək ideyası 
niyə baş tutmadı? 
 
Qılman  İlkinin publisisti-
kasında Böyük Vətən müharibə-
si ilə bağlı  və  həmin dövrdə 
Təbrizdə olması ilə əlaqəli xati-
rələr az deyil. O, xatirələrində 
qeyd edir ki, xəstəliyinə görə 
hərbi xidmətdən azad olsa da, 
Böyük Vətən müharibəsi başla-
yan zaman Mərkəzi Komitə tərəfindən cənub cəbhəsinə 
hərbi xidmətə göndərilib. O vaxt cənub cəbhəsində “Za 
rodina” adlı üç dildə qəzet çıxırmış. Qılman İlkin Azər-
baycan dilində  çıxan bu qəzetdə  işləməli olur. Ağır 
döyüşləri öz gözləri ilə görür. Döyüşlər bir az səngiyən 
kimi  əsgərlərlə söhbət edir, qəzet üçün material hazır-
layırmış. Dəfələrlə ölümlə üz-üzə dayandığını qeyd edir. 
O, dəfələrlə ölümdən xilas olub, Allahın himayəsindən 
kənarda qalmayıb. Bir dəfə  Cəfər Xəndanla birlikdə 
ölümdən necə xilas olmasını belə xatırlayır:  
“Bir dəfə  cəbhə  xəttindən geri dönəndə  şərq 
tərəfdən üç təyyarə qalxdı. Cəfər Xəndan təcrübəli idi, 
mənə dedi ki, günəbaxanda gizlənmək lazımdı, ancaq 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə