Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
135
ayaqqabıları  çıxarıb kənara tulla, qara rəng diqqəti çə-
kir. Elə də etdik. Təyyarələr yaylım atəşi açıb ötdü. İna-
nırsınızmı, güllələr ayaqqabılarımızı  aşsüzənə döndər-
mişdi... Cəfər Xəndan olmasaydı, çətin ki, xilas ola 
biləydim”.  
O vaxt bu hadisə baş verən zaman Cəfər Xəndan 
mayor rütbəsində imiş. Həm də bir zabit kimi təcrübəsi, 
biliyi çoxlarından üstün olması ilə  fərqlənirmiş. 
1941-ci ilin sentyabr ayında cənub cəbhəsinə teleqram 
gəlir və Cəfər Xəndanı, Qılman İlkini Bakıya çağırırlar. 
Məqsəd ondan ibarət olur ki, ziyalılardan ibarət bir he-
yət yaradılsın və onlar Təbrizdə yaşayan həmvətənlə-
rimiz arasında təbliğat işi aparsınlar. Qılman  İlkin bu 
məqamları belə xatırlayırdı:  
“Bizi, yəni  ərəb  əlifbasını yaxşı bilən ziyalıları – 
yazıçı və jurnalistləri Mircəfər Bağırov öz yanına çağır-
dı. Tapşırıq belə oldu ki, biz İranda “Vətən yolunda” 
qəzetini nəşr etməliyik.  İrandakı  qəzetlər cəbhədəki 
vəziyyət barədə yanlış  məlumatlar dərc edir, almanpə-
rəst mövqe tuturlar. Mircəfər Bağırov açıqca dedi ki, 
məqsədimiz  Şimali və  Cənubi Azərbaycanı birləşdir-
məkdir”.  
Beləliklə, o vaxt Təbrizə 100 nəfər ziyalı ezam 
olunur. Onların içərisində  Cəfər Xəndanla yanaşı, Qıl-
man  İlkin, Mirzə  İbrahimov, Məmməd Rahim, Əvəz 
Sadıq, Cabbar Məcnunbəyov,  Ənvər Məmmədxanlı, 
Qulam Məmmədli,  İsrafil Nəzərov, Osman Sarıvəlli, 
Mehdixan Vəkilov, Məmmədəli Sidqi və digərləri də 
olur. Onu da qeyd edək ki, Təbrizə göndərilən 100 nəfər 


B U L U D X A N   X Ə L İ L O V  
 
136
ziyalının ümumi rəhbəri isə o zaman Mərkəzi Komi-
tənin katiblərindən biri – Əziz Əliyev olur.  
1941-ci ilin sentyabr ayında Təbrizdə Azərbaycan 
dilində çap olunan “Vətən yolunda” qəzetinin baş re-
daktoru Mirzə  İbrahimov təyin edilir. Digər ziyalıların 
hər birinə isə fəaliyyət göstərmək üçün konkret sahələr 
tapşırılır. Məsələn, Mirzə İbrahimovun tapşırığı ilə İsra-
fil Nəzərov, Qulam Məmmədli, Məmməd Rahim, Os-
man Sarıvəlli, Mehdixan Vəkilov, Məmmədəli Sidqi 
İranın müxtəlif bölgələrinə baş  çəkir, qəzet üçün 
məqalələr hazırlayırlar. “Əziz  Əliyevin qrupu” adlanan 
bu ziyalılar o vaxt Cənubi Azərbaycanda milli azadlıq 
hərəkatına yaxından köməklik göstərirlər. Qılman  İlkin 
o vaxt bəzi hadisələri belə xatırlayırdı:  
“Qulam Məmmədli fars dilini mükəmməl bildi-
yindən arxivlərə gedir, ayrı – ayrı adamların evlərindəki 
kitab və  qədim  əlyazmaları ilə tanış olurdu. Qısa vaxt 
ərzində güneyli şair Mirzə  Əli Möcüzün, Heyran xanı-
mın əlyazmalarını üzrə çıxartdı. Bax, Balaş Azəroğluyla 
məni o zaman “Vətən yolunda” qəzeti redaksiyasında da 
Qulam Məmmədli tanış etmişdi”.  
Qılman İlkin Seyid Cəfər Pişəvəri barədə və “Qı-
zıl səhifələr” adlı kitabın çapı barədə xatirələrində belə 
qeyd edir: “Bir gün yerli hökümətin başçısı Seyid Cəfər 
Pişəvəri Əziz Əliyev, Qulam Məmmədli və məni çağırıb 
güneydəki milli azadlıq hərəkatı haqqındakı materialları 
toplayıb kitab halında nəşrə hazırlamağı tapşırdı”.  
Bu tapşırıqdan sonra Qulam Məmmədli və  Qıl-
man İlkin gecə - gündüz çalışaraq bir ay ərzində “Qızıl 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
137
səhifələr” adlı kitabı hazırlayırlar. İlk nüsxəni Seyid Cə-
fər Pişvəriyə göndərirlər. Seyid Cəfər Pişvərinin məslə-
həti ilə kitabın üstündən onun tərtibçilərinin – müəlliflə-
rinin adı  çıxarılır. Yəni kitabın üstündə Qulam Məm-
mədli ilə Qılman İlkinin adı yazılmır. Ona görə ki, istə-
mirdilər ki, kitabın sovet zabitləri tərəfindən hazırlan-
dığı bilinsin. Onu da qeyd edək ki, bu kitaba görə Seyid 
Cəfər Pişəvəri Qulam Məmmədlini və  Qılman  İlkini 
milli hökümətin ali – “21 Azər” medalı ilə təltif edir.  
“Əziz  Əliyevin qrupu” Böyük Vətən müharibəsi 
qurtarana qədər Təbrizdə qalır və  həmyerlilərimiz ara-
sında maarifləndirici işlər görür, təbliğat aparırlar. Təbii 
ki, Qılman  İlkin də Böyük Vətən müharibəsi qurtarana 
qədər Təbrizdə qalır. Düzdür, Mircəfər Bağırovun 
Şimali və Cənubi Azərbaycanı birləşdirmək ideyası baş 
tutmasa da, hər halda o ziyalıların  İranda gördükləri 
işlər bəhrəsini verir. Belə ki, milli şüur oyandı, azərbay-
cançılıq ruhu gücləndi, Cənubi Azərbaycan  şairləri öz 
şeirlərini Azərbaycan dilində yazdılar və s. Qılman İlkin 
Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi ideyası-
nın baş tutmaması ilə bağlı xatirələrində belə qeyd 
edirdi:  
“Əlbəttə, sonralar iş elə  gətirdi ki, Mikoyan və 
Beriya bu ideyanın baş tutmasına mane oldular. Stalini 
inandırmağa nail oldular ki, Azərbaycan birləşsə, nə 
boyda respublika olar, bunların qabağında durmaq 
olmaz”. 
Qılman İlkin Təbrizdə “Vətən yolunda” qəzetində 
çalışarkən belə bir hadisə olur. Günlərin birində Mirzə 


B U L U D X A N   X Ə L İ L O V  
 
138
İbrahimov Qılman İlkini yanına çağırır və ona deyir ki, 
belə bir məqalə yazmaq lazımdır: Məqalədə daşnakların 
faşist agenturasının təmsilçiləri olduğu əks olunmalıdır. 
Qılman  İlkinin belə bir məqaləsini oxuyan ermənilər 
redaksiyaya  şikayətə  gəlirlər. Ancaq Qılman  İlkin 
şikayətə  gələn ermənilərə tutarlı  dəlil və sübut gətirir. 
Bununla da şikayətə  gələn ermənilər redaksiyadan 
gedirlər. Yeri gəlmişkən qeyd edək ki, Mircəfər Bağırov 
Təbrizdə olan ziyalılarla maraqlanıb və onları müdafiə 
etmişdi. Hətta Qılman İlkinin daşnaklarla bağlı yazdığı 
məqaləni də oxumuşdu. Bunu sonra bir məsələ ilə bağlı 
Qılman İlkinlə görüşəndə ona demişdi də. Həmin görüş 
barədə  Qılman  İlkin xatirələrində deyirdi: “Bağırovu 
rəsmi məclislərdə çox görmüşəm.  Şəxsi görüşüm də 
olub. Mən “Töhfə” adlı bir hekayə yazmışdım. 
Hekayənin əsas mövzusu Lenin və Azərbaycan idi. Onu 
“Kommunist” qəzeti redaksiyasına – Əli Vəliyevin 
yanına apardım.  Əli Vəliyev hekayəni oxudu, amma 
dərc etməkdən imtina etdi. Bəhanəsi bu oldu ki, şeirdə 
Lenin obrazı var, amma nəsrdə yoxdur”.  
Qılman  İlkin xatirələrində qeyd edir ki, onlar 
birlikdə  (Əli Vəliyev və  Qılman  İlkin) MK-nın ideolo-
giya üzrə katibinin yanına gedirlər. Onun kabinetində 
hekayəni oxuyurlar. MK-nın ideologiya üzrə katibi 
onları Mircəfər Bağırovun yanına aparır. Sonra nə baş 
verəcəyi onları da, Qılman  İlkini də  təşvişə salır. 
Qılman İlkin bu barədə xatirələrində belə deyir: “Böyük 
təşviş içindəydim. Ürəyim tez-tez döyünürdü. Bağırov 
bizə “oturun” dedi. Əli Vəliyev məsələni izah etdi. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə