Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
116
Vaxtilə Dostoyevski belə bir fikir söyləmişdi:       
“Dünyanı gözəllik xilas edəcək”. 
Bu barədə  ədəbiyyat üzrə Nobel mükafatçısı 
Aleksandr  İsayeviç Soljenitsin 1975-ci ildə Nobel 
mükafatı alarkən geniş bir nitq söyləmişdi. Həmin nitqin 
bəzi məqamlarını qeyd etmək yerinə düşər: “Bədii əsər 
isə öz sınağını özündəcə daşıyır: süni, qondarma 
konsepsiyalar obrazlarla sınaqdan keçə bilmir: həm 
birincilər, həm də ikincilər dağılıb gedir, çəkimsiz, 
solğun görkəm alır, heç kəsi inandıra bilmir. Həqiqəti 
canına hopdurmuş  və onu kəskin canlı  şəkildə  təqdim 
edən  əsərlər isə bizi amiranə  tərzdə öz təsirləri altına 
salır, özlərinə cəzb edirlər – və heç kəs, heç vaxt, hətta 
əsrlər keçəndən sonra da onları  təkzib etmək fikrinə 
düşmür”. Məhz bu mənada “Sevgi və nifrət”  şeirində 
həqiqət o qədər cəzbedicidir ki, indi də, gələcəkdə  də, 
əsrlər keçəndən sonra da heç kəs onları  təkzib etmək 
fikrində olmayacaq və bu heç mümkün də deyildir. 
Sevgi və nifrət insan olan hər bir kəsdə var və onun 
obrazı, modeli “Sevgi və nifrət” şeirində öz əksini tapır. 
Sadəcə olaraq öz əksini tapmır, təkzibolunmaz bir 
model, formul alır. “Sevgi və nifrət”  şeirindəki 
təkzibolunmaz model və formul bunlardır: 
 
Sevgini tanı, nifrətə ürək vermə.              
Sevgi, dostunu tanı.  
Nifrətə ürək vermə!.. 
 
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
117
Yaxud: 
Sevgi olan yerdə qürura inanarlar?!  
Ağlın olsun, ay sevgi,  
Qürura inanarlar?  
O bir səddir arada,  
Bərk vur, tökülsün daşlar!.. 
 
Yaxud: 
Sevgi xoşbəxtdən xoşbəxtdir             
Bil ki, sevgi hər zaman  
Xoşbəxtdən də xoşbəxtdir,  
Sənsə ondan hürkürsən  
Ondan qorxan bədbəxtdir. 
 
Yaxud: 
Sevgi də tükənə bilər.                
İstəyirsən bu sevgi  
Tükənib, heç bitməsin?  
Günəş batsın, yerini,  
Heç vaxt Aya verməsin?  
Bu heç mümkün də deyil – 
Gün doğub – batmalıdır.  
Qaranlıq gecədə də  
Arzu boy atmalıdır... 
 
Yaxud: 
Sevgi səni, məni, onu, bizi, sizi,  onları 
yaradandır.  
Nifrətə dost deyirsən... – 


B U L U D X A N   X Ə L İ L O V  
 
118
Sevgi, görəsən niyə?!  
Ürəyim sənin deyil,  
Kinlisən buna görə?  
Mən səni tanıyalı  
Məni başdan almısan...  
Hərdən inanıram ki,  
Məni sən yaratmısan... 
 
Sevginin nifrətə keçməməsi və ümumiyyətlə, 
nifrətin olmaması üçün gözəllik, həqiqət, xeyir 
əzilməməli, onlar vəhdət təşkil edərək yaşamalıdır. Elə 
buradaca yenə də Aleksandr İsayeviç Soljenitsin Nobel 
mükafatı alarkən söylədiyi nitqdən bəzi məqamları qeyd 
etmək istərdik: “Ola bilər ki, həqiqət, xeyir və gözəllik 
üçlüyünün bu qədimi vəhdəti materialist gəncliyimizdə 
düşündüyümüz kimi, sadəcə, təmtəraqlı formul deyil? 
Əgər bu üç ağacın başları, tədqiqatçıların dedikləri kimi, 
birləşirsə, lakin bu zaman Həqiqət və Xeyirin yetərincə 
açıq, yetərincə  aşkar duyulan pöhrələri basılıb  əzilmiş-
dirsə, kəsilmişdirsə, irəli buraxılmırsa – onda da bilməz-
mi ki, Gözəlliyin ecazkar, öncədən necə olacaqları 
bilinməyən, gözlənilməz pöhrələri özlərinə yol tapa bil-
sin, elə həmin yerdəcə üzə çıxsın və onların hər üçünün 
işini görmüş olsun? 
Belə olan halda Dostoyevskinin “Gözəllik dünya-
nı xilas edəcək” deyimi təsadüfən yox, peyğəm-
bərcəsinə söylənilmiş olunur ki? O axı çox şeyi görə 
bilirdi, hər şey ona heyrətamiz dərəcədə əyan olurdu”. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
119
Deməli, incəsənət, ədəbiyyat, doğrudan da, müasir 
dünyaya kömək edə bilər? Deməli, Həqiqət, Xeyir və 
Gözəllik vəhdətdə olmaqla pöhrə verə bilər, gələcəyə 
doğru özlərinə yol tapa bilər. Təklikdə bunların heç biri 
digərinin işini görə bilməz. Təklikdə bunların biri digə-
rini, yaxud digərlərini irəli apara bilməz. Bundan başqa, 
incəsənət,  ədəbiyyat, məhz  ədəbiyyat gözəllikdir. O, 
dünyanı xilas edə bilər. Və ədəbiyyat – Gözəllik Həqi-
qət və Xeyirlə vəhdətdə olmaqla müasir dünyamıza kö-
mək edə bilər. Bir ideoloji silah kimi Həqiqət, Xeyir və 
Gözəlliyin vəhdəti irəliyə buraxılmalıdır. Bu mənada 
“Gecə qüsura baxma” şeirində Həqiqət, Xeyir, Gözəllik 
Gecə obrazında fəlsəfi izahını tapır. Gecə obrazı vasitəsilə 
Gecə  Həqiqət, Xeyir və Gözəlliklə oppozisiya yaradır. 
Gecənin poetik düsturu belə ifadə olunur: gecə sən mənə 
dost deyilsən, gecə məkrlə yatan arzuları ayıldırsan, gecə 
günün qaranlığında hamını buraxıb gedirsən və s. 
 
Gecə sən mənə dost deyilsən:  
 
Sən mənə dost deyilsən,  
Gecə, incimə küsmə,  
Yalnız dostlar söyləyər,  
Sözün düzünü üzə.  
 
Gecə məkrlə yatan arzuları ayıldırsan:  
 
Gecə, bir mənə söylə,  
Axı, nəyə lazımsan,  


B U L U D X A N   X Ə L İ L O V  
 
120
Xatirələrdə uyan,  
Hissləri oyadırsan,  
Məkrlə ayıldırsan  
Yatan arzularımı?...  
 
Gecə günün qaranlığında hamını buraxıb 
gedirsən:  
 
Gecə, sən də hamı tək,  
Məni tərk edəcəksən...  
Günün qaranlığında,  
Buraxıb gedəcəksən. 
 
Şeirdə oxucu özü üçün nəyisə tapırsa, ya da özünü 
görürsə, yaxud da təsəlli yeri kimi ona sığınırsa, onda, 
deməli, nəsə var. Deməli,  şeir var, poeziya var. Onun 
hikməti var. Onun təmiz niyyəti var. Bu mənada “Səni 
tərk edəcəyəm”, “Ana, nə olar, getmə!”, “Ulduzlar pillə-
pillə düzülsəydi səmaya”, “Səni atmaq istəmirəm”, “Ru-
huma yaxındır o”, “Çıxıb getmə”  şeirləri məhəbbət 
mövzusunda yazılmış şeirlər olmaqla məhəbbətin poetik 
fəlsəfəsini yüksək ruhla, təmiz niyyətlə, böyük hikmətlə 
oxucuya təqdim edir. Bu şeirlərin hər birində görürsən 
ki,  şeirin bütövlükdə ruhu müəllifin canı, qanı ilə 
qidalanır. 
Mən çıxıb gedəcəm – 
Səni tərk eyləyəcəm,  
Vuracaqsan qəlbimə  
“Ürəksiz” damğasını.  


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə