Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
99
Götürüm ürəyimi  
Atım çoşan ümmana –  
Dalğaların qoynuna.  
Heç dinə də bilməsin –  
“Niyə sığmır sinəmə?”  
Gah tufan, gah da rüzgar  
Apardıqca uzağa... 
 
Ürək nə  qədər gərilsə  də, nə  qədər qəmə, kədərə 
qərq olsa da, hər bir şeyin fəlsəfəsinə, ürəyin – sub-
yektin – lirik “mən”in fəlsəfəsinə vararaq ağılın köməyi 
ilə özünü yaşatmaq istəyində olur. Axı bu ürək təkcə bir 
lirik “mən” üçün deyil, o, dosta, tanışa, insanlara gərək-
dir. Axı o ürək adi bir ürək deyil. Belə olduğu üçün də o 
ürək ağılla yüklənir, ağılla dopdolu dolur. Bununla da 
ağrını, acını qovmaq istəyilə  ağılla vəhdətdə olur və 
ürəklərin çiçək açması naminə ürəklərə çağırış edir: 
 
Yox! Yaxşısı budur ki,  
Qoy dirrikdə basdırım,  
Dirilib çiçək olsun.  
Ya da ki, bala tutum,  
Acısın unutdurum. 
 
Ürəklə ağılın vəhdətində, birliyində duyğu və dü-
şüncənin – narahatlığın bədii ifadəsi bir üsul və forma-
dır. Bu üsul və forma Azərbaycan ədəbiyyatında indiyə 
qədər işlənsə  də, ancaq ağıla tabe olmaq, ürəyin gətir-
diyi və yaratdığı  gərginliyə etiraz əlaməti olaraq ağılı 


B U L U D X A N   X Ə L İ L O V  
 
100
tərənnüm etmək fonunda baş vermiş, həm də  işlənmiş-
dir. Məsələn, vaxtilə Bəxtiyar Vahabzadə belə yazmışdı: 
 
– Bu nə iniltidir, bu nə nalədir,  
Ey ürək, de görək istəyin nədir?  
– Soruşma gəl bunu bir nadan kimi,  
Hissim olmasaydı anlaşılardım.  
Yox! Əgər bilsəydim öz istəyimi,  
Mən ürək olmazdım, ağıl olardım!.. 
 
Bəxtiyar Vahabzadə ürək – ağıl qarşılığında ürəyə 
yük düşdüyünü, hətta ağılın da ürəyi yüklədiyini bildi-
yindən “ürəyin ürək olmasından geri çəkildiyi, “ağıl 
olardım!” qənaətinə gəldiyini söyləyir. Bax bu cəhətdən 
“Gedim bir az ağlayım” şeirindəki “ürək – ağıl” qoşalığı 
bir-birini tamamladığı halda, Bəxtiyar Vahabzadənin 
şeirində ağıla tabe olmaq qənaəti ürəyi tək buraxır, ürəyi 
yalqız qoyur. Hər iki şeir müəlliflərinin orijinal fəlsəfəsi 
var. Ancaq bu fəlsəfələrin, yaxud da fəlsəfi fikrin, 
düşüncənin qütbləri bir-biri ilə  təzaddadır. Birində 
(“Gedim bir az ağlayım” şeirində) qütblər (ürək – ağıl) 
bir-birini tamamlayır, bir-birinə yardımçı olur, digərində 
(B.Vahabzadənin şeirində) qütblərdən biri (ürək) yorğun 
halda o birinə (ağıla) tabe olur, istəyini ağıl olmaqla 
bitirir. Beləliklə, dərin bəşəri düşüncə  şeirlərin hər 
ikisinin ruhunda və  fəlsəfəsində  bədii ifadəsini fərqli 
şəkildə tapır. Kimin mövqeyi düzdür, kimin mövqeyi 
yanlışdır, kimə haqq qazandırmaq olar, kimin ictimai və 
estetik idealı  ədalətlidir? və sair, və ilaxır. Cavab 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
101
eynidir: Hər ikisinin. Niyə? Niyəsi belədir: hər ikisi 
zaman qarşısında mənəvi cavabdehlik daşıyır, hər ikisi 
narahatlıq keçirir (bu əsl poeziyanın  əlamətidir), hər 
ikisinin narahatlığında işıq, hərəkət, həyat və dirilik var, 
hər ikisi konkret bir dövrün hüdudundan kənara çıxır, 
hər ikisində  dərindən duymaq və düşünmək qabiliyyəti 
var, hər ikisi dünya və ömür haqqında fikirləşir, hər 
ikisini sükut və  təklik darıxdırır, hər ikisində  ağrılara, 
acılara qarşı romantik etiraz var, hər ikisini insan və 
onun problemi düşündürür və sair, və ilaxır. Bəzi 
müqayisələrə diqqət yetirək. Məsələn, Bəxtiyar 
Vahabzadə insana sərhədsiz ömür arzulayır: 
 
Mən sahili olmayan dənizlər istəyirəm, 
Mən axşamı olmayan gündüzlər istəyirəm!.. 
 
Yaxud: 
 
Sonu olan ömrü istəmirəm mən,  
Çıxaydım zamanın çərçivəsindən. 
 
Bəs “Gedim bir az ağlayım”  şeirinin müəllifi nə 
deyir? Bu şeirin müəllifi Leyla xanım Əliyeva insana – 
onun ürəyinə, lirik “mən”ə – onun ürəyinə əbədilik ar-
zulayır: 
Hərdən üsyana qalxıb  
Həm Günəşə, həm Aya  
Hayqırıram: “Götürün,  
Verdim onu Allaha!”  


B U L U D X A N   X Ə L İ L O V  
 
102
Amma qərar vermədim,  
Neyçin qərar vermədim,  
Bu geniş ürəyimi  
Sənə bağışlamağa?! 
 
Əslində “Gedim bir az ağlayım” şeirində Mövlana 
Cəlaləddin Ruminin eşq fəlsəfəsi, insanları  mənəvi 
paklığa çağıran, insanları daxili təkamül yolu ilə sevgili, 
şəfqətli olmağa çağıran, insanlara qardaşlığı təbliğ edən, 
millətləri, dilləri, dinləri Haqqın yaratdığı gözəllik kimi 
qəbul etməyi “gəl-gəl” deyən bir çağırış var. Vaxtilə 
Mövlana Cəlaləddin Rumi öz çağırışında deyirdi: 
 
Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl,  
İstər xristian, istər məcusi, istər bütpərəst ol,  
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,  
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl!  
Əgər bəqa istəyirsən, dünyanı,  
Liqa istəyirsən, uqbanı tərk et.  
Əgər Allahı istəyirsən, dünyanı da, uqbanı da,  
Bütün kövnü-məkanı da tərk et  
Və elə gəl bizə. 
 
Mövlana Allahı istəyənlərə üzünü tutub deyir ki
onlar əgər Allahı istəyirsə, dünyanı da, uqbanı da (axirət 
dünyası) tərk edib, Yaradanı tanımalıdırlar. Allah rizası 
üçün Düzlüyə, Həqiqətə, Qüdrətə qul olmalı, Gözəlliyə, 
Kamilliyə  aşiq olmalı  və  ən başlıcası Yaradanı 
tanımalıdırlar. Bax bu fəlsəfə “Gedim bir az ağlayım” 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə