Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
91
“O, dodaqlarını qadının dirsəyinə toxundurub 
deyir: 
– Kirvə... 
– Nədir, kirvə? 
– Bilirsiniz  nə baş verib: bir adamın ürəyi  əldən 
gedib, o da ağlına deyib: “Əlvida”. 
– Necə yəni ürək əldən gedib? 
– Bu, Sədi yaradıcılığındandır, kirvə. Belə bir fars 
şairi olub. 
– Bilirəm. Ancaq “ürək  əldən getdi” nə olan 
şeydir? 
– Bu, o deməkdir ki, həmin adam vurulub. Bax 
mən sizə vurulan kimi”. (İvan Bunin. Seçilmiş əsərləri. 
Bakı: “Şərq-Qərb”, Nəşriyyat Evi, 2013, s.127-128). 
İvan Buninin yaradıcılığında dini, tarixi, psixoloji 
məsələlər üstünlük təşkil edir. Onun yaradıcılığında 
lirizm, realizm və romantizm bir-birini tamamlayır. O 
mənada bir-birini tamamlayır ki, onların hər birini İvan 
Bunin yaradıcılığında müşahidə etmək olur. 
İvan Buninin “Kənd”, “Qurudərə”, “San-Fransis-
kolu cənab” povestləri bədii baxımdan güclüdür. Mə-
sələn, “Kənd” povesti rus həyatını, mənəviyyatını, 
özünəməxsusluğunu  əks etdirmək baxımından xüsusilə 
qeyd olunmalıdır. Bu baxımdan povestdə xarakterik bə-
dii detallar kifayət qədərdir. Onlardan bəzilərinə diqqət 
yetirək: “Ayaqlar, çarxlar və heyvan dırnaqları altında 
tapdanmış, zir-zibilə batmış, hər yerinə  təzək yayılmış 
tozlu örüş boşalırdı – yarmarkanın camaatı dağılışırdı. 
Lakin Tixon İlyiç satılmamış atları, elə bil, kiminsə 
acığına istidə, tozun içində saxlamışdı, arabanın içində 


B U L U D X A N   X Ə L İ L O V  
 
92
oturub, yerindən tərpənmirdi ki, tərpənmirdi”. (İvan 
Bunin. Seçilmiş  əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat 
Evi, 2013, s.297) Yaxud: “Soba qızdığı üçün otaq isti və 
rahat idi, ayna bir qədər aydınlaşdı, lakin pəncərədən 
bayırda heç bir şey görünmürdü: şüşələr buxardan 
donuq rəng almışdı – deməli, həyətdə hava soyumuşdu. 
Ac donuzların zəhlətökən xortultusu aydın eşidilirdi. 
Birdən bu xortultu yekdil və güclü nəriltiyə çevrildi: 
deyəsən, donuzlar içi horra ilə dolu ağır ləyəni onlara 
tərəf çəkən aşpaz qadınla Oskanın səslərini eşitmişdi-
lər”. (İvan Bunin. Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, 
Nəşriyyat Evi, 2013, s.336). Başqa bir bədii detal: “Kü-
lək getdikcə  şiddətlənir, yamyaşıl ağaclardan su zərrə-
ləri sıçrayırdı; bağdan o tərəfdə, haradasa aşağılarda göy 
guruldayırdı, solğun mavi şəfəqlər xiyabana işıq saçırdı, 
hər tərəfdə bülbüllər oxuyurdu”. (İvan Bunin. Seçilmiş 
əsərləri. Bakı: “Şərq-Qərb”, Nəşriyyat Evi, 2013, s.386) 
Beləliklə,  İvan Buninin “Kənd” povestində  kənd 
həyatı dolğun bir şəkildə əks olunur. 
İvan Bunin əslən azərbaycanlı fransız yazıçısı 
Ümmülbanu ilə Parisdə tanış olur və bu tanışlıq 
sonradan dostluq münasibətinə çevrilir. İvan Buninin 
Ümmülbanuya ünvanlanmış 33 məktubu olmuşdur. Bu 
məktubları Ümmülbanu 1987-ci ildə Sovet Mədəniyyət 
Fondunun Azərbaycan şöbəsinə hədiyyə etmişdir. 
 
 15.02.2016 
 
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
93
 
Sükutu pozan poeziya – I yazı 
 
Gördüyümüz və gör-
mədiyimiz, bildiyimiz və 
bilmədiyimiz, duyduğumuz 
və duymadığımız hər bir 
şeyin fəlsəfəsi var. Fəlsə-
fəsi olmayan heç nə yox-
dur. Var olan hər bir şey 
fəlsəfi mahiyyətinə görə 
vardır. Hətta yox olan hər bir şey də fəlsəfi mahiyyətinə 
görə yoxdur. Dünyada var olan və yox olan hər bir şey 
fəlsəfədir. Fəlsəfədən kənarda həyat yoxdur. Fəlsəfədən 
kənarda təbiət və cəmiyyət yoxdur. Hətta fəlsəfənin öy-
rəndiyi qanunlardan kənarda olanlar da fəlsəfədir. Tə-
biətin və  cəmiyyətin qanunlarına sığmayan insanlar da 
fəlsəfədir. İstənilən bir obyekti, predmeti yaxşı anlamaq, 
duymaq və  dərk etmək üçün onun fəlsəfəsinə varmaq 
lazımdır. Nəyinsə fəlsəfi mahiyyətinə varırıqsa, fəlsəfə-
nin tələbləri səviyyəsində öyrəniriksə, onu hərtərəfli və 
dərindən öyrənə bilirik. Fəlsəfi baxımdan öyrənilənlər 
biliyə çevrilir, beyinə həkk olunmuş əbədi biliyə, silin-
məz və unudulmaz biliyə. Öyrəndiklərimizin hansını tez 
unuduruqsa, deməli, o, fəlsəfi baxımdan öyrənmədiklə-
rimizdir. Dünyanın bütün kəşfləri də, yenilikləri də o 
zaman yaranıb ki, mahiyyətə, məzmuna fəlsəfi baxım-
dan yanaşılıb, fəlsəfi idrak hər  şeyi üstələyib.  İstedad 


B U L U D X A N   X Ə L İ L O V  
 
94
sahibləri, dahilər də idrak fəlsəfəsinin yüksək anında və 
məqamında istedadlı, dahi kimi özlərini təsdiq ediblər. 
İdrak fəlsəfəsi güclü olmayan istedad və dahi yoxdur. 
Elmin müxtəlif sahələrində tanıdığımız istedad və 
dahilər belə olubdur, gələcəkdə də belə olacaqdır. Bütün 
peşə  və  sənət sahəsində olan istedadlar, dahilər, hər 
şeydən əvvəl, məşğul olduqları işin peşəkarlarıdır. Onlar 
məşğul olduqları peşənin, sənətin fəlsəfəsini öyrənirlər. 
Onlar məşğul olduqları peşə və sənətdəki səbəbləri, nə-
ticələri soyuqqanlıqla qəbul etmirlər. Səbəbdə  də, nəti-
cədə  də niyə?, nə üçün?, nədən ötür? suallarına cavab 
axtarırlar. Bu cavabı tapmamış rahat olmurlar. Bu ca-
vabı tapmaqla peşəkar olduqlarını təsdiq edirlər. Görün 
indiyə qədər nə qədər həkim, müəllim, mühəndis, alim, 
bəstəkar və digər sənət sahələrinin nümayəndələri olub. 
Ancaq onların içərisində görkəmli olanların, peşəkarla-
rın, istedadların, dahilərin adları və əməlləri qalıb. Adi-
lər, sadəcə olaraq peşəsi ilə məşğul olanlar adi və sadə 
olaraq da qalıblar, sonralar da unudulublar. Adi və sadə 
olanlar mahiyyətə varmadan qəbul edilənləri qəbul edib-
lər, qəbul etdilməyənləri qəbul etməyiblər. Qəbul olu-
nanların və qəbul olunmayanların hansı səbəbdən qəbul 
olunub-olunmadığını fikirləşməyiblər. Bax fəlsəfə bura-
dan başlayıb, fikirləşənlərin imkanlarını, yaradıcı 
imkanlarını genişləndirib.  Əslində yaradıcılıq da bura-
dan başlayıb. Yaradıcılıq düşünmək və düşündürmək 
qabiliyyətinin imkanıdır. Bu imkan hər kəsə qismət ol-
mur. Bu imkan hər kəsin girdiyi meydan deyil. Yetər ki, 
içində daxili güc, təpər, tükənməz enerji olsun. Yetər ki, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə