Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
95
hər şeyi ağlın, ürəyin vəhdətindən keçirmək qabiliyyətin 
olsun. Yetər ki, “hə”, “bəli” prinsiplərindən uzaq olasan. 
Yetər ki, niyə?, nə üçün? nədən ötrü? suallarına cavab 
axtarasan. Yetər ki, mahiyyətin mahiyyətinə varasan, 
məzmunun məzmununa varasan, həqiqətin niyə həqiqət 
olduğunu idrak fəlsəfəsindən keçirəsən. Məhz bu cür 
idrak fəlsəfəsindən keçənlər içərisində şairlər xüsusi yer 
tutur. Dünya bina olandan nə qədər şairlər olub, indi də 
şeir yazanlar az deyil. Ancaq hər  əsrin bir dahi şairi 
(bəzən bir neçəsi) dövrümüzə  gəlib çıxıb. Onlar şair 
kimi zirvəni fəth ediblər. Həmin  şairlər o kəslərdir ki, 
onlar bütün dövrlərdə oxucunu şeirlərinin fəlsəfəsinə 
enməyə məcbur ediblər. Onların şeirlərinin – yaradıcılı-
ğının fəlsəfəsi olub. Həmin fəlsəfə onları  əsrlər boyu 
yaşadıb və yaşadacaqdır. Kimlər yalnız sözü sözə qo-
şub, qafiyəni qafiyəyə calayıb, eyni zamanda şeir texno-
logiyasını tətbiq etməklə şeir yazıbsa, onlar ədəbiyyatda 
yaşamayıb, yaşadıqları dövrdən o yana keçməyib, unu-
dulmuşlar, yaddan çıxmışlar cərgəsinə keçiblər. Belələ-
rinin yaradıcılığının fəlsəfəsi olmamışdır. Nizami, Nəsi-
mi, Y.İmrə, Füzuli, Xətayi, M.P.Vaqif, Vidadi və digər-
ləri həm də ona görə oxunur və bütün dövrlərdə oxuna-
caqdır ki, onların yaradıcılığının fəlsəfəsi var. Həmin 
fəlsəfə onları yaşadır və yaşatdıqca ucaldır.  Ədəbiy-
yatdakı vəziyyət tarix boyu belə olub və belə də olacaq-
dır. Çağdaş ədəbiyyatımızda şeirlərin və şeir müəlliflə-
rinin çoxluğu göz qabağındadır. Ancaq bu şeirlərin fəl-
səfəsi, fəlsəfi ruhu çatmır. Fəlsəfi ruh o qədər canlı, diri 
və dinamik olmalıdır ki, oxucunu özünə  məftun edə 


B U L U D X A N   X Ə L İ L O V  
 
96
bilsin. Eyni zamanda oxucunun ruhunu yaxşı  mənada 
oğurlaya bilsin. 
Oxucunu öz qanadları arasına alıb apara bilsin. 
Oxucunu bayağılıqdan uzaqlaşdırsın və düşünməyə 
vadar etsin. Nizami, Füzuli ... kimi. Nə ilə? Yaradıcılı-
ğının fəlsəfəsi ilə. Yaradıcılığın fəlsəfəsi güclü olanda 
dil də adilikdən çıxır, möcüzəyə dönür. Yenə  də Niza-
minin, Y.İmrənin, Nəsiminin... dili kimi. Bu gün nəinki 
Azərbaycan  ədəbiyyatının, o cümlədən, dünya ədəbiy-
yatının buna ehtiyacı var. 
Alim də, rəssam da, şair də, yazıçı da – yəni yara-
dıcı insan hər şeyin fəlsəfi mahiyyətinə vardıqda düşün-
cə, dərketmə, obyektin ifadəsi milli çərçivədən çıxır, 
dünyəviləşir. Beləliklə, hər bir şeyin fəlsəfəsi dünyəvi 
mahiyyət və  məzmun kəsb etməklə dünyanın maraq 
dairəsinə çevrilir. Dünya insanlarının hər biri öz mara-
ğını, istəyini, arzusunu orada tapır. Öz hissini, duyğusu-
nu orada görə bilir. Ən güclü sənət  əsərləri belə 
olduğundan ona dönə - dönə qayıdırlar: rəsm əsəridirsə, 
dönə - dönə baxırlar və doymurlar, şeirdirsə, dönə - 
dönə oxuyurlar və  hər dəfə  də yeni bir məqamla, anla 
qarşılaşırlar, mahnıdırsa, təkrar - təkrar dinləyirlər və 
hər dinlədikcə yeni bir duyğu və hisslə yanaşırlar. Güclü 
sənət  əsərləri təkrarolunmaz yaradıcılıq olduğu kimi, 
insanları da təkrar - təkrar özünə bağlayan olur. Çünki 
bu sənət əsərlərinin müəllifləri puçur-puçur tər tökməklə 
yazırlar və yaradırlar. Onların yaradıcılığında fikir, 
düşüncə qaynaya - qaynaya, bişə - bişə hazırlanır, hazır 
olur və doğulur. Uşaq kimi doğulur və sevilir. Hər bir 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
97
kəs uşağı sevdiyi kimi, onun səsi qarşısında, qığıltısı 
qarşısında aciz olduğu kimi yüksək sənət əsərlərinin də 
möhtəşəmliyi qarşısında baş əyir. 
Təbiət və  cəmiyyətdə mövcud olanlar bir-birini 
tamamlayır, vəhdət təşkil edirlər. Belə demək olarsa,  
bir-birinə xidmət edirlər. Təbiətin cəmiyyətə xidməti 
kifayət qədər təbii və  əvəzsizdir. Ancaq cəmiyyət bu 
xidmət prosesində tarazlığı  və  vəhdəti bəzən pozur. 
Cəmiyyətdə  təbiətə  və  cəmiyyətin özünə münasibətdə 
tarazlığı pozmaq istəməyənlər daha çox fikir, düşüncə 
sahibləri, yaradıcı insanlardır. Onlar cəmiyyətin özünə 
və  təbiətə olan tarazlıq, vəhdət harmoniyasını görmə-
dikdə daha həssas, daha qayğılı, daha duyğusal olurlar. 
Şairlər də, rəssamlar da, bəstəkarlar da, digər yaradıcı 
insanlar da belədir. Onlar duyduqlarını, hiss etdiklərini, 
bir sözlə, ürəklərini gizlədə bilmirlər. Onlarda görmə, 
müşahidəetmə, hissetmə, duyma, təhliletmə olduqca 
üstündür. Onlar məhz bu cəhətdən başqalarından, böyük 
əskəriyyətdən fərqlənirlər və  fərqlidirlər. Hissləri, 
duyğuları ilə özlərini və ürəklərini yükləyirlər. Fikir, 
düşüncə, hissetmə, dərketmə, görmə  və digər duyğusal 
keyfiyyətlər o qədər yüksəkdir ki, burada ürəyin istəyini 
açmaq böyük əksəriyyət üçün deyil, bir az poetik desək, 
zərgərlər, mizan tərəzisini çəkməyi bacaranlar üçündür. 
Gəlin şeirə fikir verək: 
 
Gedim bir az ağlayım,  
Elə - belə ... astaca.  
Ürəyimi gizlədim yastığımın altında.  


B U L U D X A N   X Ə L İ L O V  
 
98
Pəncərəni açaraq  
Kövrəlmiş ürəyimi  
Bəlkə həyətə atım?!  
Həyatın ağuşuna?!  
Yox, yaxşısı budur ki,  
Gedim bir az ağlayım,  
Elə - belə ... astaca. 
 
Ürək varsa, deməli, hər  şey var. Ürək insan üçün 
nədirsə, yaradıcı insanın qələmi üçün də elədir. Ürəyi 
olmayan yaradıcı insan nədən yaza bilər, necə yaza 
bilər?! Ürəyi olan (döyünən ürəyi!) insan yaşadığı kimi, 
ürəyi olan (!) yaradıcı insan da yaşayır və yaradır. Ancaq 
ürəyin nə çəkdiyini görən hər kəs bilirmi?! Həyatın özü 
ürəyi nə qədər yüklədiyini bilirmi?! Dəryalar, ümmanlar, 
bağ-bağatlar, gecələr, gündüzlər, qaranlıqlar, işıqlar, 
günəş, ay, ulduzlar ürəyin nə çəkdiyini bilirmi?! Bu çar-
pışan ürək təkcə insanları silkələmir, oyatmır, ayıltmır, 
həm də  təbiətlə  əlləşir, onun qulağına hayqırır. Ürək 
təbiətlə, cəmiyyətin pozulmuş harmoniyasına ağlayır. 
Ürək təkcə özünün yüklənmiş, gərilmiş, yorulmuş halına 
deyil, təbiətin və  cəmiyyətin pozulmuş harmoniyasına 
acıyır. Ürəyin gücü ona çatır ki, o, heç olmasa, ağılla 
vəhdətdə olsun. Və belə də olur. Fikir verin: 
 
Kimsə duyuq düşməsin  
Kədərimdən, qəmimdən,  
Durub yol alım bağa  
Astaca ağlamağa...  


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə