Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
103
şeirinin ruhu, cövhəri, ideyasıdır. Dəqiq desək fəlsəfi və 
intellektual keyfiyyətidir. Bu mənada bir daha fəlsəfi və 
intellektual keyfiyyət daşıyıcısı olan lirik “mən”in 
düşüncəsinə istinad etməli oluruq: 
 
Hərdən üsyana qalxıb  
Həm Günəşə, həm Aya  
Hayqırıram: “Götürün,  
Verdim onu Allaha!”  
Amma qərar vermədim,  
Neyçin qərar vermədim,  
Bu geniş ürəyimi  
Sənə bağışlamağa?! 
 
Əsl şeir odur ki, o, sərhədlərə, çərçivələrə meydan 
oxuyur.  Əsl  şair odur ki, o, məhdud çərçivələrə qarşı 
üsyan edir, hayqırır. Belə olanda poetik novatorluq 
aydınca görünür. Ona görə ki, əsl  şair  şeiri ilə yenilik 
gətirir və bununla da bəhs olunan məsələlərdən, 
problemlərdən asılı olmayaraq poetik fikir də, misralar 
da müasir səslənir. Poetik fikir və misralar müasir 
səslənmədikdə şeir sanki “ölü” doğulur və “ölü” kimi də 
qalır. O, “ölü” olaraq sənət əsərinə çevrilə bilmir. Belə 
“ölü” şeirlərdə problemlər, məsələlər müasir səslənmir. 
Odur ki, ədəbi prosesdə yalnız və yalnız orijinal poetik 
fikir sahibləri yaşayır, sevilir. Eyni zamanda onlar 
oxucu nəsillərinin təlabatını da ödəyir. Həm də bütün 
zamanlarda müasirliyi ilə  fərqlənir.  İstənilən  ədəbi 
nəslin nümayəndələri içərisində öz fərdi düşüncə  tərzi, 


B U L U D X A N   X Ə L İ L O V  
 
104
ifadə forması ilə  fərqlənənlər yaxşı  mənada  ədəbi 
mühitə meydan oxuyur. Belələri öz yaradıcılığı ilə ədəbi 
mərhələni (yaxud mərhələləri) səciyyələndirir. Vaxtilə 
görkəmli tənqidçi Yaşar Qarayev Bəxtiyar Vahabzadə 
barədə yazırdı: “Yeni, müasir mənada fikir poeziyasına 
qüvvətli meyl indi ədəbi prosesə bütünlükdə xas olan 
ümumi bir istiqamətdir. Yaradıcılıq üslublarının bu 
günkü  şeirlərimizə  məxsus zənginliyi və  fəallığı  şərai-
tində biz bu ümumi istiqamətin bir çox fərdi təzahür 
formalarına rast gəlirik. Bu fərdi təzahür formalarından, 
fəlsəfi və intellektual keyfiyyət dəyişikliyinə doğru 
yolda  şeirimizin keçirdiyi orijinal mərhələlərdən biri, 
şübhəsiz,  şair Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə 
ifadə və təmsil olunur. 
Artıq qeyd etdiyimiz kimi, Bəxtiyar sərhədlərə və 
çərçivələrə meydan oxuyan bir şairdir”. Doğrudan da, 
şairin poetik “mən”i, fərdi üslubu, lirik qəhrəmanı 
poeziyada aydın cizgiləri ilə seçilirsə, həmin şair ədəbi 
mühit üçün öz yaradıcılığı ilə hadisəyə çevrilir. Hələ 
onu da əlavə etsək ki, şeirdə  bədii-fəlsəfi cəhətdən 
qavranılan, duyulan daxili poetik vəhdət olarsa, bu, 
ideya-fikir sərvəti kimi böyük bir keyfiyyətdir. Məsələn, 
“Hər kəsin öz sonu var” şeirindən məqamlar: 
 
Qatar, rels, bir də ki, yol,  
Hamı deyir: –  Yaxşı yol!  
Taq- qa-tuq, çarxların səsi  
Amma ki, eşidilmir,  
Ürəklərin naləsi.  


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
105
İnsanlar, talelər, müxtəlif qəlblər,  
Onlar da çoxalır, uzandıqca yol. 
 
Fəlsəfi-eyham yolu ilə burada çox mətləblər 
açıqlanır: insanlar, talelər, onların həyat yolu, ömür-gün 
və sair, və ilaxır. 
Burada fəlsəfi-eyham yolu ilə başlanğıc və son, 
insan və tale, vaxt və imkan, ümid və inam, ürək və 
istək, köhnə  və yeni dünyanın sərnişin fəlsəfi-poetik 
fikirləri sərhəd tanımadan bəşəriyyətdəki hər bir insanın 
alın yazısı kimi təqdim olunur. Şeirin enerjisi o qədər 
güclüdür ki, şeir həm misraları ilə  nəfəs alır, həm də 
oxucunu düşündürür. Hər birimizin sığınacaq yerimiz 
olan bu dünya stansiyadan stansiyaya şütüyən bir 
vaqona, bəzən bələdçiyə  bənzəyir, biz isə  sərnişinlərə 
bənzəyirik. Tələsirik, vuruşuruq, çarpışırıq, stansiyadan 
stansiyaya çatırıq, ömür-günümüz gedir, vaqonlara 
doluruq və boşalırıq, dünya isə bizlərə tamaşa edir, öz 
sirrini heç kəsə vermir: 
 
Stansiya görünür,  
Sevinirik: –  çatmışıq!  
Vaqon boşalır – dolur.  
–  Vaxt azdır! - əsəbindən  
Bələdçi saçın yolur.  
Qatarsa yola düşür.  
Həyat kimi, ahəstə  
Köhnələr yerin verir,  
Yeni sərnişinlərə. 


B U L U D X A N   X Ə L İ L O V  
 
106
Fəlsəfi-eyhamla dünya, həyat yolu, alın yazısı, hər 
gün, hər saat, hər dəqiqə, hər anda qarşılaşdıqları, ağrı 
və acıları, göz yaşları  bəşər övladları üçün şeirdə bir 
sığınacaq yeri hesab olunur. Dünya – qatar tələsmir, 
tələsməyin bir faydası da yoxdur. 
 
O tələsmir, şütümür,  
Tələsməyi faydasız.  
İnsanlara vaxt verir  
Yalvarışa, tövbəyə,  
Ya da günah etməyə. 
 
Fəlsəfi-eyhamla qatar dünya obrazında simvolla-
şır. Qatar tuneldən, zülmətlərdən, qaranlıqlardan keçir 
və hər keçdikdə zaman, vaxt yenidən dirilir. İnsanlar isə 
qatarın sərnişini kimi qatara minir və düşürlər. Qatara 
minmək istəyənlərin gözləri isə yol çəkir. Darıxırlar 
qatarın – dünyanın sərnişini olmağa. Ancaq unudurlar 
ki, bu qatara minməyin sonu ölümdür. İnsanlar beləcə 
ömür-günlərini yaşayırlar.  İnsanların, məhz  şüurlu 
insanların heç olmazsa, birinin də qatara – dünyaya 
üsyan səsi, etiraz səsi olmur. 
 
Ağıl iztirab verir,  
Şüur dinmir – danışmır.  
Alına yazılana  
Heç kim üsyana qalxmır. 
 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə