Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   37   38   39   40   41   42   43   44   45

B U L U D X A N   X Ə L İ L O V  
 
190
 Qabil o tipli şairdir ki, onun siyasi bilgisi heç də 
poetik duyumundan geri qalmır. Ona görə  də o, siyasi 
həqiqətləri, dünyanın narahatlıqlarını poeziyasında səs-
ləndirir. O, dünyanın siyasi mənzərəsində  həqiqətin və 
yalanın, eləcə də onların sərhədlərinin dəqiq görüntüsü-
nü görə bilir. Bunun sayəsində öz poeziyasında çağdaş 
dövrümüzə də, yaxın və uzaq keçmişimizə də  boylanır, 
baş çəkir, söhbət açır, danışır. Ona görə də onun şeirlə-
rinin böyük əksəriyyətində siyasi superlərin apardığı si-
yasətə münasibəti görməmək olmur. Bu baxımdan Qa-
bilin mövqeyi 2005-ci ildə Nobel mükafatına layiq gö-
rülmüş ingiltərəli Harold Pinterin mövqeyi kimi çox 
açıq və  sərtdir. Harold Pinter Nobel nitqində deyirdi: 
“...İraq üzərinə hücuma haqq qazandıran cəhət Səddam 
Hüseynin fövqəladə qorxulu kütləvi qırğın silahına, o 
cümlədən 45 dəqiqə ərzində işə salınaraq dəhşətli dağın-
tılar törətməyə qadir silaha malik olması idi. Bizi inan-
dırdılar ki, bu, həqiqətdir. Lakin yalan imiş. Bizə məlu-
mat verdilər ki, İraq “Əl-Qaidə” ilə əlaqədardır və 2001-
ci ilin sentyabr ayının 11-də baş vermiş Nyu-York fa-
ciəsinin məsuliyyətini  onunla bölüşür. Bizi inandırdılar 
ki, bu, həqiqətdir. Lakin yalan idi. Bizə dedilər ki, İraq 
dünyada təhlükəsizliyə qarşı yönəlmiş  təhlükədir. Bizi 
inadırdılar ki, bu, həqiqətdir.  Lakin bu da yalan idi. 
  Həqiqət tamam başqa şeydədir. Həqiqət Birləşmiş 
Ştatların dünyada öz rolunu necə təsəvvür etdiyində və 
bu rolu necə reallaşdırmaq istəməsindədir.” 
Bu mənada Qabil dünyanın siyasi dairələrinə, super 
qüvvələrinə,  siyasi xadimlərinə Azərbaycan dilində öz 
poeziyası ilə deyir: 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
191
Uzanır danışıqlar, 
İmzalanır sənədlər. 
Xəritədə aləmə 
Göstərilir sərhədlər... 
Səsimizə səs verir 
Dünya başbilənləri; 
Ümid sənədir ancaq, 
Azərbaycan əsgəri! 
Yaxud: 
 Deyinə-deyinə       
 Camaat gəzir: 
 Kremlə sadəlövh 
 Məktublar yazır... 
 
Başqa bir misal: 
Düşmən Xocalıya 
Raketlər düzür... 
Yansın baxışlarda 
Döyüş atəşi. 
Səfərbər etməli 
Eli-mahalı, 
Dəyişsin millətin 
Halı-əhvalı. 
Yığıb-yığışdıraq 
Hırıltıları, 
Yığıb-yığışdıraq 
Zırıltıları, 
Gileyi-güzarı, 
Qırıltıları. 


B U L U D X A N   X Ə L İ L O V  
 
192
 Qabil  dünyanın ikili standartlarını qamçılayır. 
Azərbaycana olan qeyri-səmimi münasibəti tənqid edir. 
Əslində o, bununla belə, hərbi diktaturanın  əleyhinə 
çıxır. Dolayısı yolla haqqı tapdalananları, başına min 
cür oyun açılanları müdafiə edir. Onun müdafiəsi fərdin, 
subyektin taleyindən başlayaraq məmləkətin, dövlətin, 
bütövlükdə dünyanın müdafiəsinə yönəldilir. 
 Qabilin  haqq-ədalət müdafiəsində haqqı vaxtilə 
tapdalananların və haqqı  hər gün, hər an pozulanların 
payı var: İndoneziyanın, Yunanıstanın, Uruqvayın, Bra-
ziliyanın, Paraqvayın, Haitinin, Türkiyənin, Filippinin, 
Qvatemalanın, Salvadorun, Çilinin və digərlərinin. 
 Qabilin  yaradıcılığında diqqəti cəlbedən məqam-
lardan biri də onun şeirlərində yüksək əxlaqın olmasıdır. 
Bu, yaradıcı insanın özü üçün də, yaradıcılığının mənası 
üçün də vacib şərtdir. Özü də bu əxlaqın içərisində bir 
vicdan və  məsuliyyət də vardır.  Əxlaq, vicdan və 
məsuliyyət Qabil yaradıcılığının ölçüsüdür, meyarıdır. 
   Qabilin yaradıcılığı üçün səciyyəvi olan bir cəhət 
də vardır. Bu da onun Azərbaycan dilinə  və onun im-
kanlarına tələbkarcasına yanaşmasıdır. O, dilin hamıya 
məlum olan normalarını sözün yaxşı  mənasında sındır-
maqla məşğul olur. Sözün yaxşı mənasında dilin norma-
larını  sındırması onun sözlə oynamasında, söz sırasını 
qurmasında, durğu işarələrini istifadə etməsində, fikri 
cümlə formasına salmasında sərbəstliyinə, azadlığına 
imkan yaradır. Nəticədə onun özünəməxsus, ölçülü-
biçili, nizamlı, canlı və təsirli, qeyri-ənənəvi dili (//üslu-
bu) yaranır. Bu dil vasitəsi ilə Qabil öz təfəkkürünü, 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
193
düşüncəsini oxuculara daha dəqiq çatdırır. Ona görə də 
onun kristallaşmış, qəlibləşmiş saysız-hesabsız misraları 
və  sətirləri hər bir oxucunun yaddaşına  əbədi həkk 
olunmuşdur. Məsələn: 
  
Gecəni atəş ilə qırmızı dan eylədilər, 
Xalqımı-millətimi güllə-baran eylədilər! 
 
*** 
Mən tufandan əvvəlin 
Sükutundan qorxuram. 
Təbiətin bu təslim 
Süqutundan qorxuram. 
 
Nisbi sakitlik nədir?- 
Yəni düşmən dəm alır... 
Səni yatırtmaq üçün 
Şirin layla da çalır. 
 
Nisbi sakitlik nədir? 
Şimşəklər çaxsın gərək. 
Suyumuz da düşməni 
Yandırıb-yaxsın gərək. 
  
Nisbi sakitlik nədir? 
Məəttəldir camaat. 
Düşməni göz açmağa 
Qoyma bir an, bir saat! 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
194
Nisbi sakitlik nədir? 
Əldən fürsət verirsən. 
Öz əlinlə düşmənə 
Özün möhlət verirsən. 
  
   1998-ci  ildə Nobel mükafatı almış Portuqaliya 
yazıçısı Joze Saramaqonu deyirdi:   “Dilimiz qəribə  və 
əsrarəngizdir. Onu nə  qədər çox burur, nə  qədər çox 
sındırırsansa, bir o qədər dərin mətləbləri anlada bilir... 
Ah, kaş ifadələrin baş-ayaq çevrilməsini qanuniləşdirə 
biləydik, görün onda necə  qəribə, gözəl dünya 
yaradardıq.” Bax Qabilin yaradıcılığı  məcbur edir ki, 
ona bu baxımdan yanaşaq. Və bu baxımdan yanaşmalı 
oluruq. Nə görürük? Görürük ki, Qabil dilimizin qəribə 
və  əsrarəngiz olduğunu duyur. Ona görə  də  dərin 
mətləbləri anlatmaq üçün dili burur, sıxır, sındırır... Baş-
ayaq məsələləri dilin imkanları  çərçivəsində oxucuya 
çatdırır. Həm də sadəcə olaraq çatdırmır, fikrinə, 
düşüncəsinə, mövqeyinə etibar və ehtiram hisslərini 
oxucuya aşılayır. Onun aşağıdakı misraları bu 
missiyanın dəqiq nümunələrindən bir neçəsidir. 
                                    
Duman dağı dolanar, 
Qiyamət olar. 
Duman yola sallanar, 
Müsibət olar. 
Müsibət oluruq biz, 
Səhv düşəndə yerimiz. 
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
195
*** 
Nisbidir həm yaxşı, 
Nisbidir həm pis. 
Ancaq nisbi deyil
Nə qızıl, nə mis. 
Ancaq nisbi deyil, 
Cins ilə nacins. 
Gəzirik xalisi 
Gəzirik xası. 
Nə baş ağrıdım ki, 
Sözün qısası, 
Biz ayrı sövdanın xiffətindəyik, 
Yaxşı adamların həsrətindəyik. 
 
*** 
Dirinin şəninədir məclisimiz-ehsanımız, 
Dirinin şəninədir tapşırılan Quranımız. 
Ölüdən yox, dirilərdən utanır vicdanımız, 
Gözümüzdən özümüzçün tökülür leysanımız. 
Diriyə hörmətimizdir ölüyə hörmətimiz, 
Olmasın yasin onun ruhuna qoy minnətimiz. 
 
*** 
Can çürüyür, 
Şan çürümür, 
Çürüyüb gedən deyiləm. 
 
*** 
Tayfa deyil, millətik Biz, 
Bir evik, bir külfətik Biz, 


B U L U D X A N   X Ə L İ L O V  
 
196
Saraylara şöhrətik Biz, 
Çadırlara alışmayın! 
 
*** 
Ağsan – ağ kimi görün 
Qarasan – qara kimi, 
Sağsan – sağ kimi görün, 
Yarasan – yara kimi. 
  
*** 
Xəmir oldun, daş olma! 
Yoğrulub yapılmazsan. 
Daş oldun – yoldaş olma! 
Cərgədə tapılmazsan. 
  
Qabil yaradıcılığında qoşayarpaqlar və dördlüklər 
xüsusi yer tutur. O, bununla çağdaş Azərbaycan ədəbiy-
yatına yeni nəfəs, yeni bir üslub gətirmişdir. Yeni nəfəs, 
yeni bir üslub deyirəm, ona görə ki, onun qoşayarpaq-
larında və dördlüklərində poetik fikir, düşüncə, qeyri-
adi yanaşma, qeyri-adi ifadə  tərzi kifayət qədərdir. Bu 
mənada bəzi qoşayarpaqlara fikir verək: 
                                    
O gün olsun, o gün olsun! − Söyləyir millət, 
Yox, yox o gün olmayacaq yoxdursa qeyrət. 
 
*** 
Girmək üçün qapı var – girirsən qapıdan gir, 
Deşik kişi işi yox, filan-filan... işidir... 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
197
*** 
Ən böyük dilşünas xalqın özüdür, 
Söz də ki... qulaq as, xalqın sözüdür. 
 
*** 
Qanda şəkərin dərmanı çoxdur... 
Dildə zəhərin dərmanı yoxdur... 
 
*** 
“Milçək bir şey deyil”− deyə öyrənib adamın dili, 
Milçək girib qulağına öldürür dağ boyda fili. 
  
Qabilin dördlükləri həyatın ibrətamiz anları  və  mə-
qamları ilə bağlıdır. Bunun da səbəbi var. Qabil Azər-
baycanı, bu xalqın dilini,  dinini, adət-ənənəsini nə  qə-
dər sevirsə, bir o qədər də çatışmayan cəhətlərə, qüsur-
lara reaksiyasını gizlətmir. Vaxtilə Amerika Birləşmiş 
Ştatlarının yazıçısı Nobel mükafatçısı Luis Sinkler 
Nobel nitqində deyirdi ki, “Mən Amerikanı sevirəm, 
amma o, mənim xoşuma gəlmir.” Bəli, Qabil Azərbay-
canı sevir, ancaq çatışmayan cəhətlər, qüsurlar onun 
xoşuna gəlmir. Ona görə də o, çatışmayan cəhətlərə, qü-
surlara Cəlil Məmmədquluzadə, Mirzə  Ələkbər Sabir 
sayağı mövqeyini bildirir və yazdığı dördlüklərdə həya-
tımızın, məişətimizin, dilimizin, dinimizin, bir sözlə, 
bizə aid olanların (hətta dünyaya aid olanların) hər 
birində gördüyü nöqsanlara qarşı mübarizə aparır. Bir 
daha qeyd etmək yerinə düşər ki, bu, Qabilin üslubu ki-
mi   XX  əsrin 1990-2000-ci illərində Azərbaycan  ədə-


B U L U D X A N   X Ə L İ L O V  
 
198
biyyatında yenilik kimi diqqəti cəlb edir. Həmin dörd-
lüklərin hamısı olmasa da, bir neçəsinə diqqət yetirmək 
fikrimizi bir daha təsdiq etmiş olar. 
                                        
Anadangəlmə dəli, anadangəlmə dahi, 
Bətndəki rüşeymə özün də mat, İlahi! 
Dəli-dahi arası olsa belə tük qədər, 
Dahi olmur dəlilər... Dəli olur dahilər. 
 
*** 
Sözünün yerini bilməyən kəslər
İnan, zarafata girişir hədər. 
Zarafat nazik tel, iti bıçaqdır, 
Qanmazlardan zəriflik, itilik çox uzaqdır. 
 
*** 
Bir gündə qohum yası, bir gündə qohum toyu, 
Demə, toyda-vaydaymış insan həyatı boyu. 
Bəs atalar deməyib "yarıyın xeyrə-şərə?!" 
Yox, ziddiyyət deməyin siz bu zərurətlərə. 
  
Qabil nə yazıbsa, nədən yazıbsa heç kəsə yazdıqları-
nı sırımaq istəyində olmayıbdır. Onun yazdıqlarının ha-
mısı təbii yolla doğulub, yaşamaq vəsiqəsi alıbdır. Ona 
görə də həyatın baş-ayaq məqamlarında Qabildən (daha 
doğrusu, yaradıcılığından) bərk-bərk yapışırıq. 
Qabildən çoxları yazıb və çox məqamlara toxunub-
lar. Onların hər birinin haqqına hörmət xatirinə  bəlkə 
adlarını  çəksəm yerinə düşər: Anar, Abbas Abdulla, 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
199
Ayaz Vəfalı, Arif Əmrahoğlu, Atababa İsmayılov, Azər 
Abdulla, Balasadıq, Balaş Azəroğlu, Bəkir Nəbiyev, 
Çingiz Abdullayev, Əli Səmədli, Fəxriyyə Quliyeva, 
Fikrət Qoca, Fikrət Sadıq, Xeyrəddin Qoca, İsa İsmayıl-
zadə, İsmayıl Şıxlı, Kəmalə Ağayeva, Kərəm Kürqıraq-
lı, Qəşəm  İsabəyli, Mahcamal, Mənzərə Sadıqova, Mi-
nayə  Dəyanətqızı, Mirzəli Cəfər, Mürsəl Qocayev, Ra-
miq Muxtar, Ramiz Əkbər, Seyidmiri Aslanov, Teyyub 
Qurban, Tofiq Hacıyev, Vaqif Səmədoğlu, Zəlimxan 
Yaqub, hətta oğlu Mahir Qabiloğlu və digərləri. Deyə-
sən, adların sayı bir az çox oldu. Eybi yox, bu adlar içə-
risinə öz adımı da əlavə etdim. Qabil haqqında belə bir 
məqalə yazdım. Onun 90 illik yubileyi şərəfinə oxucu-
larla bölüşdüm. Hələ yazmadığım məqamlar var ki, onu 
da Qabilin gələcək yubileylərində yazacağım inamı ilə 
hələlik deyirəm. 


B U L U D X A N   X Ə L İ L O V  
 
200
MÜNDƏRİCAT 
 
Ernest Heminquey: roman, povest hekayə  
müəllifliyindən Nobel mükafatına ........................................3 
 
Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi 
 məqamlar 
– 
I yazı ..............................................................13 
 
Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi 
 məqamlar 
– 
II yazı .............................................................20 
 
Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi  
məqamlar 
– 
III yazı ............................................................29 
 
Nobel mükafatçısı Moris Meterlink və “Arıların həyatı”  
əsəri 
– 
I yazı .......................................................................36 
 
Nobel mükafatçısı Moris Meterlink və “Arıların həyatı”  
əsəri 
– 
II yazı ......................................................................41 
 
Nobel mükafatçısı Moris Meterlink və “Arıların həyatı”  
əsəri 
– 
III yazı .....................................................................47 
 
Moris Meterlinkin “Korlar” pyesi: İnsan sığınacaqlardan  
qaçmağa tələsir... – I Yazı ...................................................53 
 
Moris Meterlinkin “Korlar” pyesi: İnsan sığınacaqlardan  
qaçmağa tələsir... 
– 
II Yazı .................................................58 
 
Mixail Şoloxov: təbiətə və cəmiyyətə dərin bələd olan  
yazıçı 
– 
I yazı ......................................................................62 
 
Mixail Şoloxov: təbiətə və cəmiyyətə dərin bələd olan  
yazıçı 
– 
II yazı ....................................................................70 
 
İvan Bunin: həyatı və yaradıcılığı – I yazı ..........................79 
 
İvan Bunin: həyatı və yaradıcılığı – II yazı ........................88 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
201
Sükutu pozan poeziya 
– 
I yazı ............................................93 
 
Sükutu pozan poeziya 
– 
II yazı ........................................110 
 
Qılman İlkinin Azərbaycan Dövlət Pedaqoji Universiteti  
ilə bağlılığı ........................................................................125 
 
Qılman İlkinin Mircəfər Bağırovla görüşü 
– 
Şimali və 
Cənubi Azərbaycanı birləşdirmək ideyası  
niyə baş tutmadı? ..............................................................134 
 
Qılman İlkin: xeyirxahlar və bədxahlar... .........................140 
 
Mahir Qabiloğlu: Heminquey, yoxsa kefli İsgəndər? .......146 
 
Bədii ədəbiyyat oxumaq barədə vahid tələblər  
qoyulmalıdır ......................................................................154 
 
Vaqif Səmədoğlunun çıxışı və diqqəti cəlb edən bəzi  
məqamlar ..........................................................................159 
 
“Kitabi-Dədə Qorqud”: oxuduqlarım, gördüklərim, 
eşitdiklərim .......................................................................166 
 
“Koroğlu” dastanında bəzi təhriflər barədə ......................172 
 
Qabilin ədəbi portreti ........................................................178 
 
 
 
 
 
 
 
 
 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
202
 
 
BULUDXAN XƏLİLOV 
 
ƏBƏDİYAŞAR ƏDƏBİYYAT 
 
 
 
 
 
 
 
Чапа иmзаланmышдыр: 12.11.2016 
Форmаtы: 84

108 1/32 
Щяъmи:12,75 ч.в. 
Сифариш: 27 
Mигдары: 500 
Гийmяtи:  Mцгавиля иля. 
 
 
 
 
 
 
«Adiloğlu Çap Evi»nin mətbəəsində 
çap olunmuşdur. 
 
 
Ünvan. Bakı şəh., Ə.Salamzadə 9c
 

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə