Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
155
oxumurlar. Bunun bir neçə obyektiv və subyektiv səbəbi 
vardır. Obyektiv səbəbi onunla bağlıdır ki, mövcud test 
sistemi imkan vermir ki, şagirdlər dərslikdə olan bədii 
əsərlərin məzmununu, təhlilini, ideyasını öyrənsinlər və 
mənimsəsinlər. Başqa bir tərəfdən isə informasiya kom-
munikasiya texnologiyaları vasitələrinin məişətimizə 
daxil olması  şagirdlərin böyük əksəriyyətinin vaxtını 
əlindən alır. O mənada  əlindən alır ki, şagirdlər infor-
masiya kommunikasiya texnologiyaları vasitələrinin 
əsirinə çevrilir, onun imkanlarından istifadə qaydalarını 
xeyirlərinə istifadə edə bilmirlər.  Şagirdlərin böyük 
əksəriyyəti informasiya kommunikasiya texnologiyaları 
vasitələrindən bilgi əldə etmək  əvəzinə, daha çox vaxt 
itirmək, gününü ötürmək, oyun oynamaq və s. məqsədi 
ilə istifadə edirlər. Bu da nəticə etibarilə şagirdlərin vax-
tını alır, onların bədii  əsər oxumaq imkanını  məhdud-
laşdırır. Ona görə də yaxşı olar ki, orta məktəbdə oxu-
yan şagirdlər üçün bədii ədəbiyyat oxumaq barədə vahid 
tələblər qoyulsun. Həmin tələblərə görə, proqramda olan 
bədii  əsərləri oxumayan, şeir parçalarını  əzbərdən bil-
məyən  şagirdlərə qiymət vermək olmaz. Necə ki, keç-
mişdə  ən zəif  şagird belə Nizamidən, Nəsimidən, Fü-
zulidən, Xətaidən, Səməd Vurğundan və digərlərindən 
müvafiq  şeir parçalarını  əzbərdən bilirdilər. Həm də 
proqramda olan nəsr əsərlərini oxuyur, məzmununu bilir 
və ideyasını anlayırdılar. İndi isə ən güclü hesab olunan, 
yüksək qiymət alan şagird hər hansı bir şairin istənilən 
bir şeirini başdan ayağa qədər əzbər bilmir. İstənilən bir 
yazıçının hər hansı bir əsərini başdan ayağa qədər oxu-


B U L U D X A N   X Ə L İ L O V  
 
156
mur. Necə ki biz oxu mədəniyyətini bərpa etməmişik, 
oxu vərdişini yaratmamışıq, onda bədii zövqü və 
intellektual səviyyəsi olan şagirdlərdən, gələcəyin bədii 
təfəkkürə  malik vətəndaşlarından danışmaqda ehtiyatlı 
olmalıyıq. Biz robot deyil, vətəndaş hazırlayırıq. Həmin 
vətəndaş isə  bədii  əsər oxumasa, onda quru, 
humanistlikdən uzaq, dünyagörüş baxımından zəif, 
insani hislərdən məhrum olar. Bu haqda hər bir kəs, 
xüsusilə mütəxəssislər, ziyalılar fikirləşməli və  çıxış 
yolu istiqamətində  əlindən gələni  əsirgəməməlidir. Bir 
daha qeyd edirəm ki, orta məktəb proqramında olan 
bədii əsərləri oxumayan şagirdə orta məktəb attestatının 
verilib-verilməməsi barədə düşünmək lazımdır. Orta 
məktəbdə  işi elə qurmalıyıq ki, şagird heç olmazsa, 
proqramda olan bədii  əsərləri oxusun və  mənimsəsin. 
Ona görə  də hazırda orta məktəbdə dil-ədəbiyyat 
müəllimlərinin öhdəsinə düşən vəzifələr birə-beş qat 
artır. Onlar indi şagirdlərə  bədii  əsərlər oxutmaq 
yolunda müxtəlif vasitələrə  əl atmalıdırlar. Disputlar, 
diskusiyalar, müzakirələr təşkil etməlidirlər. Yaxşı olar 
ki, orta məktəblərdə  fəaliyyət göstərən  ədəbiyyat 
dərnəklərinə geniş meydan verilsin. Ədəbiyyat 
dərnəklərinə  ən fəal, bacarıqlı, işgüzar  ədəbiyyat 
müəllimləri rəhbərlik etməlidir. Eyni zamanda yaxşı 
nəticə əldə etmək üçün onların əməyi lazımi səviyyədə 
stimullaşmalıdır. 
Bu gün bədii əsərlərdən uzaq düşən şagirdlər müs-
təqil danışmaq və yazmaq bacarıqlarını da itirirlər. Ona 
görə ki, bədii  əsər oxumayan şagirdin lüğət tərkibi də 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
157
kasad olur. O, danışanda çətinlik çəkir, fikrini ifadə et-
mək üçün sözlər tapa bilmir. Bir sözlə,  şagirdin  şifahi 
nitqi qüsurlu olur. Bədii  əsər oxumayan şagirdin bədii 
zövqü zəif olduğundan o, yazı  mədəniyyətində  də qü-
surlu olar. Fikrini yazılı şəkildə ifadə edə bilmir. Bədii 
zövq olmadan şagird fikrini bədii  şəkildə ifadə edə 
bilməz. Daha doğrusu, yazılı nitqini qura bilməz. Ümu-
miyyətlə, bədii zövqü bədii  əsərlər formalaşdırır. Bədii 
əsərləri oxumayan şagirdlərin isə  şifahi və yazılı nitqi 
qüsurlu olur. Məhz bu ciddi qüsurları aradan qaldrmaq 
istiqamətində görüləcək bəzi işləri vacib sayırıq.  
Birincisi, ibtidai  siniflərdə  tədris olunan bədii 
əsərlərin standartları elə asan və sadə olmalıdır ki, onu 
hər bir ibtidai sinif şagirdi mənimsəmiş olsun.  
İkincisi, ibtidai  siniflərdən yuxarıda, yəni yuxarı 
siniflərdə ən vacib bədii əsərlər dərsliklərə salınmalıdır.  
Üçüncüsü, dərsliklərə salınmış  bədii  əsərlərin  şa-
girdə milli ruhda, vətəndaş kimi, dünyagörüş əldə etmə-
si istiqamətində  nə verəcəyini nəzərə almaq lazımdır. 
Mövzu dairəsi üzrə ən vacib ədiblər və onların əsərləri 
dərsliklərdə özünə yer almalıdır.  
Dördüncüsü, həm ibtidai siniflərdə, həm də yuxarı 
siniflərdə şagirdlərin bədii ədəbiyyata marağını artırmaq 
üçün bədii qiraətlər keçirilməlidir. Bu gün bədii qiraət 
müsabiqələrinə çox böyük ehtiyac var.  
Beşincisi, vaxtilə orta məktəblərdə fəaliyyət göstə-
rən dərnəklərdən biri də özfəaliyyət dərnəkləri idi. Bu 
dərnəklərdə səhnəciklər hazırlanır və şagirdlərin ifasın-


B U L U D X A N   X Ə L İ L O V  
 
158
da təqdim olunurdu. Məhz bu özfəaliyyət dərnəklərinin 
işini gücləndirmək lazımdır.  
Altıncısı, yaradıcılıq fəaliyyəti olan şagirdlərin 
(şeir, hekayə və s. yazan) həvəsini artırmaq üçün divar 
qəzetlərinin işini fəallaşdırmaq olduqca vacibdir.  
Yeddincisi, respublikada  uşaqlar üçün çap olunan 
qəzet və jurnalların sayının və tirajının çoxalması  işin 
xeyrinə olar.  
Səkkizincisi, orta məktəb uşaqları üçün çap olunan 
kitablara – bədii əsərlərə xüsusi yer ayrılmalıdır.  
Doqquzuncusu, şair və yazıçılarla görüşlərə xüsusi 
fikir verilməlidir. Bu görüşlərin sayı artırılmalıdır.  
Onuncusu, ali  məktəblərin filologiya fakültələrin-
də oxunması məcburi olan bədii əsərlərin siyahısı tərtib 
olunmalı  və  tələbələrin həmin bədii  əsərləri oxuması 
məcburi sayılmalıdır və s. 
 
30.09.2014 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə