Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
163
dələrin, yazıçıların hər birinin çıxışında Anarın özəl və 
gözəl keyfiyyətləri bir-bir sadalandı. Odur ki, Nizami 
Cəfərov bu məqamı xüsusilə qeyd etdi. Həm də dedi: – 
İndi bütün dünya yazıçıları bunu deyəsi deyil ki... Yəni 
deyəsi deyil ki, Azərbaycan Yazıçılar Birliyinin sədrli-
yinə Anar layiqdir. O, çıxışını bu cür qurtardı və keçib 
yerində  əyləşdi. Onun çıxışının bu qeyri-adi sonluğu, 
əsas mətləblə bağlı mövqeyi olduqca uğurlu alındı. 
 Anar və zalda əyləşənlər onun çıxışını poetik çıxış kimi 
qəbul etdilər. Anar Nizami Cəfərova dedi ki, elə poetik 
danışdın ki, çıxışını nə vaxt qurtardığını bilmədim. 
Şair  Ənvər  Əhməd çıxışında qeyd etdi ki, “Elə 
adamlar var ki, beş-altı  vəzifədən bərk-bərk yapışıblar. 
Anar isə yazıçıdır,  şairdir, ssenaristdir, publisistdir, zi-
yalıdır və s. Anar deyəndə mən bu cür çoxlu sayda Anar 
görürəm. Ancaq bunların hamısı bir Anarın  ətrafında 
birləşibdir. Həmin Anarın isə bir vəzifəsi var: 
Azərbaycan Yazıçılar Birliyinin sədri”. 
Hər hadisə insanın yaddaşına həkk olunmur. Və hər 
hadisə də insanın yaddaşında qalmır. Azərbaycan Yazıçı-
larının XII qurultayı bu cür mənim yaddaşımda qaldı. 
Anarın Azərbaycan Yazıçılar Birliyinin sədri seçilməsi, 
Nəriman Həsənzadənin, Vaqif Səmədoğlunun, Seyran 
Səxavətin, Nizami Cəfərovun,  Ənvər  Əhmədin, Ramiz 
Rövşənin və digərlərinin çıxışı yadımda qaldı.  
2015-ci il yanvarın 28-i Vaqif Səmədoğlunun və-
fatı da yadımda qaldı. Yanvarın 29-da müasir Azərbay-
can  ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi 
Vaqif Səmədoğlunu son mənzilə yola salanda Azərbay-


B U L U D X A N   X Ə L İ L O V  
 
164
can Dövlət Akademik Milli Dram Teatrının səhnəsində, 
vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri 
Anarın bu sözləri də yadımda qaldı: “Azərbaycan  ədə-
biyyatının  ən böyük şairlərindən birini itirdik. Bu gün 
Azərbaycan xalqı böyük şair və dramaturqlarından biri 
ilə vidalaşır. Böyük Səməd Vurğun ailəsi sonbeşiyini 
itirdi. Vaqif Səmədoğlu mənim  ən yaxın dostum idi. 
Onun simasında ömrü boyu ölümə qalib gəlməyi baca-
ran ən yaxın dostumu itirdim. Vaqif ölümdən yazsa da, 
həyatı çox sevən bir insan idi. Ölümlə zarafat etməyi, 
bizə kişi kimi yaşamağı öyrətməyi bacaran bir insan 
kimi köçdü dünyadan”. 
Dediklərimiz, yazdıqlarımız,  əməllərimiz yadda 
qalır. Yaxşı ki, hər  şeyi tarixin özü yaddaşına yazır və 
qoruyub saxlayır. Belə olmasa, həyat da, fəaliyyət də, 
yaşamaq da mənasız olar. Bu dünyanın bir mənası da 
dəyərli adamların ona tab gətirməsi, dözməsi, onda 
yaşamasıdır. Bu, dünyaya minnət qoymaq deyil. Dünya-
nın özünün də dünyanı  mənalı edən böyük və  dəyərli 
insanlara borclu olduğunu anlamaqdır, həm də anlat-
maqdır. Dünyada böyük, dəyərli insanlar olmasaydı, 
dünya nə qədər cansıxıcı və mənasız görünərdi. Dünya 
onu gözəlləşdirən və  bəzəyən hər bir şeyə borcludur. 
Odur ki, dünya, çox da öyünmə, sənin də çoxlu 
borcların var... 
Danışmaq da, çıxış etmək də, Azərbaycan Yazıçı-
lar Birliyinin sədri olmaq da, ölmək də asan iş deyil. 
Çoxlarına asan görünən bu iş Allahın izni ilə həyata ke-
çən alın yazısıdır. Alın yazısının əleyhinə olanlara Allah 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
165
gülür. Çünki hər  şeyin  əleyhinə olanlar Allaha qarşı 
çıxdıqlarını unudurlar. 
Bizim hər birimiz bilməliyik ki, yazıçının,  şairin 
işi nədən ibarətdir? Görəsən bu barədə oxucular, mütə-
xəssislər nə düşünür? Bu, işin bir tərəfidir. Əsas tərəfi, 
ikinci tərəfi odur ki, şair, yazıçı  gələcəyə olan inamı 
gücləndirməli, öz yazdıqları ilə dünyada insanpərvərliyi 
inkişaf etdirməlidir. Bir sözlə, bəşəriyyətin inkişafına 
ləyaqətlə xidmət etməlidir. Yaradıcılığı, istedadı, xid-
məti, qabiliyyəti, şəxsi keyfiyyətləri olanları bilərəkdən 
və bilməyərəkdən, bəzən də  qəsdən, qərəzli  bəyənmə-
yənlərə Nobel mükafatçısı Mixail Şoloxovun Nobel 
nitqindən bir məqamı xatırlatmaq yerinə düşər: “Mən 
istəyərdim ki, kitablarım insanlara özlərinin daha yaxşı 
adam olmasına, mənəviyyatlarının daha da təmizlənmə-
sinə xidmət etsin, insanı sevdirsin, bəşəriyyətin inkişafı 
və humanizm idealları uğrunda fəal mübarizə aparmağa 
səsləsin. Əgər buna azacıq da olsa nail ola bilmişəmsə
mən xoşbəxt yazıçıyam”. (Mixail Şoloxov. Seçilmiş 
əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.12)  
Özünü xoşbəxt sayanların hər biri (söhbət yaradıcı 
adamlardan gedir) belə fikirləşməlidir. Təbii ki, haqq-
dan,  ədalətdən dəm vuranlar və başqasına qiymət ver-
məyə  mənəvi statusu olmayanlar da bu barədə düşün-
məlidirlər. Gəlin düşünək, düşünək və  ən azı özümüzü 
dərk edək... 
 
06.02.2015 


B U L U D X A N   X Ə L İ L O V  
 
166
 
“Kitabi-Dədə Qorqud”: 
oxuduqlarım, gördüklərim, 
eşitdiklərim 
 
“Kitabi-Dədə Qor-
qud”un elm aləminə  mə-
lum olan Drezden və Vati-
kan nüsxələrini indiyə  qə-
dər hər kəs görməyib, 
əlinə almayıbdır. Ancaq 
görənlər,  əlinə alanlar, 
onunla üz-üzə dayanıb, nə-
fəs-nəfəsə duranlar da 
olubdur. Təbii ki, onların sayı çox azdır. Belələrindən 
biri Samir Tağıyev olmuşdur. Bu həmyerlimiz Türkiyə-
də çalışıb və tale elə gətirib ki, Drezdendə olarkən Drez-
den nüsxəsini gözləri ilə görüb, əlinə alıb və onunla üz-
üzə dayanmaq şərəfinə nail olubdur. Bunu Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Nazirinin 
müavini Ədalət Vəliyev Bilik Fondunun Dədə Qorqudla 
bağlı  təşkil etdiyi tədbirdə söylədi. O, vaxtilə “Kitabi-
Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə 
bağlı tədbirlərdə xarici ölkələrə gedən nümayəndə heyə-
tinin rəhbəri kimi Drezdendə olmuşdur. Drezden kitab-
xanasında olarkən görmüşdür ki, kitabxananın xatirə 
kitabında belə sözlər yazılıb: “Mən xoşbəxtəm ki, Dədə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə