Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
147
ayrıca bir söhbətdir. Mənə elə  gəlir ki, Qabil kimlərlə 
oturub-durubsa, kimlərlə  ədəbi söhbətlərdə  iştirak 
edibsə, orada olmusunuz – bütün bunların hamısını öz 
gözlərinizlə görmüsünüz, zaman-zaman baş verənlərin 
hamısı sizin yaddaşınıza yazılıbdır. Sizin özünüz də 
əhəmiyyətinə varmadan ədəbiyyatın içində bişmisiniz. 
Bir sözlə, mühit sizi yazmaq üçün hazırlayıbdır. 
İndi isə  ədəbi düşüncənizin fontan vurduğu bir 
mərhələyə  gəlib çatmısınız. Artıq sizin yazmamağınız 
mümkün deyil. Daxili aləminiz o qədər doludur ki, 
yazmalısınız, həm də bununla rahatlıq tapmalısınız. Bunu 
son illərdə yazdığınız məqalələr, hekayələr də sübut edir. 
“Ərmən – Şuşanikin sevgisi”, “Canavar qanunu”, “Arvad 
və maşın”, “Arvadla kişinin fərqi öləndə olur” və s. 
hekayələriniz, “O dünyadan məktublar” silsiləsindən olan 
məqalələriniz, “Həyat müşahidələrim” başlığı altında 
yazdıqlarınız, “Atam Qabilin və dostlarının baməzə 
əhvalatları” sərlövhəsi ilə çap olunmuş yazılarınız diri, 
canlı və həyatidir. Bunların hər biri ədəbiyyatımızda yeni 
bir hadisədir. Siz müasir ədəbiyyata yeni təhkiyə üsulu
oxunaqlı  və sadədən-sadə bir dil gətirmisiniz. Bunun 
sayəsində öz üslubunuz və  dəstxətiniz ilə seçilirsiniz. 
Sizin məqalələrinizi də, hekayələrinizi də, hətta təzə çap 
olunmuş “Cəncəhim” romanınızı da oxumağa başlamaq 
lazımdır. Oxucu oxumağa başlayan kimi axıra çıxmaq 
istəyində olur. Bu fikri mənə sizin əksər oxucularınız da 
söyləyibdir. Siz olduqca aktual mövzulara toxunursunuz, 
oxucunun istək və zövqünə uyğun hərəkət edirsiniz. 
Bunların hamısı sizin uğurunuzdur. 


B U L U D X A N   X Ə L İ L O V  
 
148
Yazdıqlarınızın hamısı sizin beyninizdə uzun illər 
boyu hazırlanıbdır. İndi isə siz onları sadəcə olaraq ipə-
sapa düzürsünüz. Mən sizin yazdıqlarınızdan onu da 
hiss edirəm ki, yaza-yaza rahatlaşırsınız, içində püskü-
rən odun istisini sətir-sətir vərəqlərə köçürməklə sakitlə-
şirsiniz. Yaşınızın və düşüncənizin elə bir mərhələsin-
dəsiniz ki, yazmaq sizin üçün hava və su qədər lazımdır. 
Yazmadığın vaxt, elə bil ki, havanız və suyunuz çatış-
mır. Müşahidəm belədir ki, yazmayanda depressiyaya 
qapılırsınız. Ona görə də yazmalısınız və yazdıqlarınızı 
çap etdirməlisiniz. 
Hörmətli Mahir Qabiloğlu, yazdıqlarınızı çap et-
dirməlisiniz. Oxucularınız sizin heç kəsə  bənzəməyən 
yaradıcılıq üslubunuzdan xoşhal olurlar. Sizin yaradıcı-
lığınızda Mirzə  Cəlil, Sabir, Əziz Nesin üslubu özünü 
açıq-aydın göstərir. Ancaq siz bu üslubları  və onların 
ruhunu yaşatmaqla yanaşı, öz üslubunuzda, təhkiyə 
üslubunuzda, Mahir Qabiloğlu üslubunda yazırsınız. 
İnanıram ki, gələcəkdə bu barədə çox deyiləcək, çox 
yazılacaq. Sizin qələminizdə yeni ruh, yeni nəfəs hiss 
olunur. Düşüncə tərziniz yenidir, hadisələri canlı və diri 
təsvir etməyiniz yenidir. Oxucunu ovsunlamaq, ələ 
almaq qabiliyyətiniz başqalarından fərqlidir. Düşün-
dürmək gücünüz və potensialınız qənaətbəxşdir.  İndiyə 
qədər heç zaman üzünüzə demədiyimi yazmaq istəyi-
rəm. Siz Qabilin ailəsində macəralarla dolu qeyri-adi 
həyat yaşamısınız. Bu da sizin özünüzü, daha doğrusu, 
bədii düşüncənizi sərbəst ifadə etmək qabiliyyətini 
formalaşdırıbdır. Bunun nəticəsində  şəxsən gözünüzlə 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
149
gördüyünüz hadisə  və personajları, eləcə  də müşahidə 
etdiklərinizi yazırsınız. Özünüz də bilirsiniz və inanır-
sınız ki, yaxşı yazırsınız. Ancaq “müvəffəqiyyətdən başı 
gicəllənən”lərə bənzəyərək “ulduz xəstəliyi”nə tutulmaq 
arzusundan uzaq olun. Yazdıqlarınız və həyatda səmimi 
olduğunuz kimi, uğurlarınızda da səmimi olun. Açığı 
deyim ki, həyatda olduğu kimi, yazdıqlarınızda da fərqli 
görünürsünüz. Bu fərqlilik yaradıcılığınıza yaxşı 
mənada təsir edibdir.  
Yazdığınız “Cəncəhim” romanında da bunu gör-
məmək mümkün deyildir. Ona görə də yazdığınız roma-
nı dövrün ən uğurlu, maraqlı  əsəri hesab etmək olar. 
Təsvir etdiyiniz səhnələr həyatın ən qaynar nöqtələri ki-
mi diqqəti cəlb edir. Bunu özünüz də çox yaxşı bilir-
siniz. Ona görə də yazdıqlarınızı oxucuların mühakimə-
sinə verərkən bir şeyi umursunuz. Bu da birmənalı  şə-
kildə yazdıqlarınızın hamı tərəfindən oxunmaq istəyidir. 
Ancaq unudursunuz ki, hamı sizin yazdıqlarınızı oxuya 
bilməz. Oxu mədəniyyətinin, bədii düşüncənin, zövqün 
azaldığı bir dövrdə bu, mümkün deyildir. Bu, laqeydlik, 
biganəlik deyil, məhz reallıqdır. Ona görə də heç nə si-
zin gücünüzü, iradənizi, dözümünüzü, ədəbiyyata sevgi-
nizi və ehtirasınızı azaltmamalıdır.  İnciməyin ki, mən 
sizin yaradıcılığınızın anatomiyasını açmaq istədiyim 
kimi, həm də arzu və istəyinizi də  təhlil etmək istəyi-
rəm. Görürəm və müşahidə edirəm ki, yazdıqlarınızın 
qarşılığında və müqabilində münasibət görməyəndə də-
rin ruhi sarsıntı keçirirsiniz. Ancaq unudursunuz ki, ya-
zıçıların böyük əksəriyyəti sağlığında və ölümündən bir 


B U L U D X A N   X Ə L İ L O V  
 
150
müddət sonra da diqqətdən kənarda qalmışdır. Daha 
doğrusu, onların yaradıcılığı mübahisə  və polemika 
mövzusu olmamışdır. Ona görə də narahat olmağa dəy-
məz. Elə bil ki, sizin istəyiniz  ədəbiyyat üzrə Nobel 
mükafatçısı Ernest Hemenqueyin istəyinə  bənzəyir. 
Ancaq mən sizi heç kəsə yox, özünüzə bənzədirəm.  
Ernest Hemenquey “Qadınlarsız kişilər” hekayələr 
kitabının nüsxəsini atasına göndərir və düşünür ki, atası 
onunla fəxr edəcək. Ancaq onun düşündüyü kimi olmur. 
Ernest Hemenqueyin atası hekayələri diqqətlə oxuduq-
dan sonra kitabları geri qaytarır. Oğluna yazdığı  mək-
tubda isə oğlunu, onun yaradıcılığını sevmədiyini bildi-
rir. Oğluna  əsəbiləşmiş ata məktubunda bunu da yazır: 
“Mən ümid edirdim ki, sənə verdiyim tərbiyə cinsi xəs-
təliklərini yalnız həkimin kabinetində açıqlaya bilmək 
ağlında olmağına kifayət edib. Görünür, yanılmışam”. 
Ata oğluna belə  əsəbi məktubu ona görə yazmışdı ki, 
oğlunun “Qadınlarsız kişilər” hekayələr kitabında bütün 
personajların küçə dili ilə danışmaları, baş  qəhrəmanın 
honoreya xəstəliyindən əziyyət çəkməsi və s. məqamlar 
Ernest Hemenqueyin həkim atasını qıcıqlandırmışdı. 
Əziz Mahir Qabiloğlu, sizin yazdığınız romanda 
(“Cəncəhim” romanında) personajların açıq-saçıq dia-
loqları, hərəkətləri ola bilsin ki, kimlərisə qıcıqlandırsın. 
Atanız Qabil sağ olsaydı, bilmirəm, onu qıcıqlandırar-
dımı?! Axı onun özü də açıq danışır və açıq yazırdı. 
Onun 20 Yanvardan bəhs edən “Mərsiyə”si, “Səhv dü-
şəndə yerimiz”, “Ümid sənədir ancaq, Azərbaycan  əs-
gəri” şeirləri buna bariz nümunədir. Mənə elə gəlir ki, o, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə