Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
143
ancaq öz əsəriniz nəşriyyatda yatıb qalır, bəs onun 
xahişini kim edəcək? Onun bir cür gülümsünüb “əh” 
eləməyi var idi, eləcə əlini yelləyib “əh” elədi”. 
Hər  şeyi öz adı ilə çağırmaq lazımdır. Birincisi, 
Qılman  İlkinin hər bir layiqli əsərin çap olunmasını 
istəməsi, ikincisi, Mehdi Hüseynin özünü deyil, məhz 
istedadlı yazıçılara köməklik göstərməyi xahiş etməsini. 
Bunları yalnız  əsl ziyalılar,  əsl istedad sahibləri edə 
bilərdi və edirdilər də. Necə ki, Mehdi Hüseyn edirdi, 
Qılman İlkin edirdi. Belə olmasa, heç bir sahədə, o cüm-
lədən ədəbiyyatda inkişaf ola bilməz. Həmişə ədəbiyyat 
istedadlı adamlara, qələm sahiblərinə, o cümlədən 
gənclərə yol açmaqla inkişaf edibdir. Mətləbdən uzaq-
laşmadan onu da qeyd edək ki, Qılman  İlkin “Yeraltı 
çaylar dənizə axır”  əsərində bir sıra “məqamlar”ın 
olmasına baxmayaraq əsəri çap etdirir. Hətta Mehdi 
Hüseyn ona deyir ki, əsərdə elə yerlər var ki, onlara 
görə  sənin başın ağrıya bilər. Ancaq Qılman  İlkin heç 
nədən qorxmadan bu əsəri çap etdirir və bununla da öz 
mövqeyindən geri çəkilmir. 
Qılman İlkin “Azərbaycan” jurnalında da, “Azər-
nəşr”də  də  işlədiyi vaxt istedadlı  qələm sahiblərinin 
əsərlərinin çap olunmasında əlindən gələni əsirgəməyib. 
O, istedada, zəhmətə qiymət verib, qiymətləndirib, bunu 
fəaliyyətində yüksək bir amala çevirib. Bir sözlə, 
Qılman  İlkin istedadların adının çəkilməsində, onların 
çap olunmasında səxavətini  əsirgəməyib. Onların hər 
biri barədə  həmişə ürəkdən danışıb. Məsələn, Söhrab 
Tahir barədə belə deyirdi:  


B U L U D X A N   X Ə L İ L O V  
 
144
“Söhrab Tahirin bir şeirini oxumuşdum, xoşuma 
gəlmişdi. Çağırıb dedim ki, get şeirlərini topla gətir, çap 
edək.  İmkan var idi, diqqət, qayğıkeşlik bəs edirdi ki, 
istedadlılara yol açılsın. Mən həmişə  zəhmətə qiymət 
verirdim, qiymətləndirirdim”. Bununla da Qılman İlkin 
ədəbiyyata öz istedadı, zəhməti ilə  gələnlərə qayğı  və 
diqqət göstərirdi. O, yaxşı bilirdi ki, ədəbiyyata başqa 
yollarla gələnlər də olar. Həm də  şan - şöhrət naminə 
ədəbiyyata gələnlər də az deyil. Onlar şan - şöhrət 
naminə  ədəbiyyata yox, özlərinə “xidmət” edirlər. Öz 
maraqları naminə  ədəbi mühitdə “parlamaq” istəyirlər. 
Bəzən öz istəklərinə nail də olurlar. Belələri yazmaq 
xatirinə yazdıqları üçün əslində  ədəbiyyata heç bir 
xidmət göstərmirlər. Qılman  İlkinə görə,  ədəbiyyat 
yolunda ömür - gününü şam kimi əridənlər də az deyil. 
Onların  ədəbiyyata gəlişi xeyir, fayda verir. Həm də 
insani duyğuları, xeyirxah niyyətləri, istedadları imkan 
verir ki, onlar ədəbiyyata xidmət edə bilsinlər. Qılman 
İlkin öz təcrübəsindən çıxış edərək fikir söyləyirdi. 
Məsələn, İsa Muğannanın, Balaş Azəroğlunun “Ədəbiy-
yat qəzeti”ndəki müsahibələri barədə deyirdi: “Bu 
adamlar (İsa Muğanna, Balaş Azəroğlu – B.X.) böyük 
ömür, böyük yaradıcılıq yolu keçibdir. Ancaq yenə  də 
ustadlarının adı çəkiləndə nanə yarpağı kimi titrəyirlər. 
Bu, sevgi, sayğı titrəyişidi. Sənətkar içində bu titrəyiş 
varsa – o, tükənmir, bitmir”.  
Belə bir titrəyiş Qılman İlkinin də içində vardı. O 
deyirdi ki, “mən kitablardan xeyirxahlıq dərsi almışam, 
ona görə də belə əsərlər yazmışam. Doğrudan da, hər bir 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
145
kitabın mayasında xeyirxah, munis duyğular var. 
Bunları  əxz etmək, mənimsəmək lazımdır. Xeyirxahlar 
bunları xeyirxah kimi, bədxahlar bədxah kimi öyrənir”. 
Qılman İlkin gəncliyə düz yol göstərir, qeyd edir 
ki, gənclik hər  şeyin qədrini bilməlidir. O deyirdi: 
“Gəncliyində hamı az - çox nəsə yazır. Lap istedadla ya-
zanlar da olur. Ancaq gəlin baxıb görək hamı bu iste-
dadı illərin sınağından çıxarıb sonacan apara bilirmi?”. 
Bununla da o, gəncliyində bir neçə  şeir, hekayə 
yazıb kimlərinsə qayğısı sahəsində  ədəbiyyata vəsiqə 
alanlara etirazını bildirirdi. Onları  dəyanətli, dözümlü 
olmağa və ucuz şeylərin arxasına düşüb getməməyə 
çağırırdı. Gənclərə  məsləhət bilirdi ki, ədəbiyyata peşə 
kimi baxsınlar, peşəkarlığın başlıca amil olduğunu 
unutmasınlar. 
 
 05.01.2015 
 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
146
 
Mahir Qabiloğlu:  
Heminquey, yoxsa kefli İsgəndər? 
 
Hörmətli Mahir Qabiloğlu, 
Azərbaycan Yazıçılar Birliyinin 
üzvülüyünə  qəbul olunmağınız 
münasibətilə ürəkdən təbrik edir, 
yeni-yeni yaradıcılıq uğurları ar-
zulayıram. Açıq məktub yazmaq-
da məqsədim sizin Azərbaycan 
Yazıçılar Birliyinə üzv qəbul 
edilməyinizlə bağlı deyildir. Siz Azərbaycanın Xalq 
şairi Qabilin oğlu kimi heç bir sətir yazmasaydınız belə, 
bu quruma üzv olmalıydınız. Ona görə ki, siz Qabilin 
ailəsində, onun yaradıcılıq mühitində böyümüsünüz. 
Çoxlu hadisələrin  şahidi, iştirakçısı olmusunuz. Həmin 
mühitdə baş verənlər sizin üçün böyük bir məktəb 
olubdur. Özünüz də bilmədən bu məktəbin məzunu ol-
musunuz. Özünüzə çox vaxt həmin məktəbin adi üzvü, 
bəlkə də yaradıcı adamlar tərəfindən diqqəti cəlb etmə-
yən üzvü kimi baxmısınız. Ancaq belə bir həqiqət var 
ki, insan hər hansı bir mühitdə yaşamaqla, fəaliyyət 
göstərməklə özü də bilmədən böyük bir məktəb keçir. 
Yazdığınız məqalələrin əksəriyyəti bunu təsdiq edir. Siz 
yazdığınız məqalələrdə  ədəbiyyatdan kənarda qalan 
ədəbiyyatı yazırsınız. Bunun özü yeni bir janrdır və 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə