Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
107
Şeirdə zaman hər bir insanın ömründən keçir
insanları udur, dən kimi üyüdür. Belə olduqda zaman 
həm də dünya ilə tərəf müqabilinə çevrilir. Şeirin poetik 
fəlsəfəsindəki tərəf müqabilləri belədir, o tərəf 
müqabilləri ki onlar bir – birini tamamlayır: qatar – dün-
ya, qatar – zaman, zaman – dünya, qatar – insan, qatar – 
dünya – insan, insan – zaman, yaxud zaman – insan, ağrı, 
acı, dərd – insan, ağrı, acı, dərd – qatar – dünya və s. Bu 
tərəf müqabillərinin fonunda şeirdə vəhdətdə, bütövlük-
də, tamlıqda olan bir həyat fəlsəfəsi yaranır. Bu həyat 
fəlsəfəsində insan amili önə  çəkilir, onun qayğıları, 
problemləri, istəkləri ciddi bir məsuliyyətlə müəllifi – 
şairi narahat edir. Müəllif – şair həm də  həyat fəlsəfə-
sindəki belə bir məqama da narahat olur: Dünyanı, za-
manı, vaxtı, lap elə vaqonu, alın taleyini sığınacaq kimi 
seçən insan, daha doğrusu, qəbul edən insan bəs niyə bu 
sığınacaqların insanın ömür-gününü yediyini, insanı 
ölümə apardığını fikirləşmir?! Bu poetik fəlsəfədə 
müəllifin – şairin gücü ondadır ki, o, bunları duyur, hiss 
edir. Ancaq təkcə öz içində poetik axtarışa çıxmır, həm 
də oxucunu axtarışa cəlb edir. Mən buna “sığınacaqlar” 
fəlsəfəsini anlamaq və onun mahiyyətinə varmaq deyər-
dim. Bəlkə  də bu fəlsəfəni anlamamağın nəticəsidir ki, 
dünya qan ağlayır, bəşəriyyətin saysız-hesabsız prob-
lemləri və qayğıları olur, müharibələr, qırğınlar baş ve-
rir. Gələcəkdə dünyanı daha hansı  fəlakətlər gözləyir, 
bunu zaman deyəcək. Zamandan düzgün faydalanmayan 
insanlar isə hələ də susur, hələ də dinmir, hələ də “sığı-
nacaqlar” fəlsəfəsini anlamaq iqtidarında deyil. Yeri 


B U L U D X A N   X Ə L İ L O V  
 
108
gəlmişkən “sığınacaqlar” fəlsəfəsi dünya ədəbiyyatında 
bəzilərini düşündürmüşdür. Məsələn, Nobel mükafatı 
laureatı Herman Hessenin “Sığınacaq” essesindən bir 
məqam yada düşür: “Mən yenə də nəyin dalınca gedəcə-
yimi, nəyi rəhbər tatacağımı, öz qanımı nəyə verəcəyimi 
tapdım, anladım. Bu nə istəkdi, nə  də arzu, bu 
məqsəddir. 
Bu məqsəd – yenə  də  sığınacaqdır. Ancaq nə 
mağaradır, nə  də  gəmi. Mən o sığınacağı öz içimdə 
axtarıram, dağlardan, mağaralardan etibarlı, tabutdan, 
qəbir çalasından etibarlı  və rahat, tək qaldığım, 
dünyanın  əli yetmədiyi məkan, yaxud nöqtə axtarıram. 
Budur mənim məqsədim. Ora heç nə keçə bilməz, çünki 
ora mənimlə yoğrulub”. 
Deməli, məqsəd arzu və istəkdən üstündür. Ancaq 
məqsəd də  sığınacaqdır. Yaradıcı insanlar – şairlər, 
rəssamlar, bəstəkarlar və digərləri bu sığınacağı elə bir 
nöqtədə axtarır ki, ora nə dünyanın, nə zamanın, nə də 
məkanın gücü çatmasın. Necə ki, Herman Hesse belə 
düşünür. Necə ki, Leyla xanım  Əliyeva belə düşünür. 
Onlar ruh və düşüncə baxımından bir-birinə çox 
yaxındır, ancaq fərdi üslubları, ifadə formaları ilə bir-
birindən fərqlidir. Biri nasir kimi (Herman Hesse) 
düşünür, biri Leyla xanım Əliyeva – şairə kimi düşünür. 
Hər ikisində ali bir məqsəd var. Həmin ali məqsəd ən ali 
sığınacaq yeridir. Oradakı boran, qar, şaxta, fırtına, 
qasırğa, ağrılar, acılar, qan-qadalar – heç nə onları 
çəkindirmir, qorxutmur. Ali məqsədlə ali sığınacağa 
getmək  ən müqəddəs iş hesab olunur. Adətən kamil 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
109
poetik düşüncə burada hər şeyə nə qədər müvəffəq nail 
olsa da, yenə  də  hələ başlanğıcda olduğunu etiraf edir. 
Bu cür etiraf poetik düşüncənin kamilliyi və intellektual 
səviyyəsi ilə bağlı olur. Axı kamillik və intellektual 
səviyyə adilikdən çox uzaqdadır. Yenə  də Herman 
Hessenin “Sığınacaq” essesindən bir məqamı xatırla-
malı oluruq: “Mən hələ bu məqsədimdən çox uzaqda-
yam, mən hələ yolun lap başlanğıcındayam, ancaq indi 
bu, əsl mənim yolumdur. Adi arzu deyil. 
Ey dərin sığınacaq! Sənə heç bir tufan yetməz, 
səni alov yandıra bilməz, səni heç bir müharibə dağıda 
bilməz. Öz cismimin dərinliyində balaca yuva! Daxma, 
balaca tabut, balaca beşik, mən sənə can atıram”. Yara-
dıcı adamlar bu cür hisslərlə, hətta bəlkə  də çoxlarına 
qəribə gələn romantik hisslərlə (halbuki burada hissdən 
qat-qat çox dərketmə, anlama var!) öz cisminin 
dərinliyindəki kiçik yuvaya can atır. Ona görə ki, ətraf, 
aləm, bütövlükdə  bəşəriyyət cismin içərisindəki kiçik 
yuvadan işığa, gücə  bələd olmağa, qiymət verməyə, 
ondan mənəvi qida almağa hələ hazır deyil. Cismin 
içərisindəki kiçik yuva məhz ətrafı, cəmiyyəti, insanları 
buna hazırlamağı  ən ali məqsədlərdən biri sayır. Bu 
məqsədə çatmaq yolunda daxili aləmi ilə çarpışır. 
Çarpışmanın sonu görünmür, ona görə ki, dünyanın 
sonu yoxdur. 
 
02.09.2014 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
110
 
Sükutu pozan poeziya – II yazı 
 
     Odur ki, o qədər ruh 
adamı olmalısan ki, o 
qədər güc və enerji sa-
hibi olmalısan ki, sonu 
olmayan bir dünyanın 
gəliş-gedişi ilə vuruşa 
biləsən. Bu qəbildən 
olanlar içərisində Ley-
la xanım Əliyeva da vardır ki, o, ali məqsədə doğru ge-
dən yolun başlanğıcında öz poetik düşüncələrini söyləyir. 
Onun poetik düşüncəsi, adi olmayan fəlsəfi poetik 
düşüncəsi, lirik “mən”inin həssaslığı, duyğusallığı, nara-
hatlığı fonunda Allahın yaratdığı  hər bir şeyə, daha çox 
dünyanın əşrəfi olan insana ünvanlanır. İnsanın problem 
və qayğıları çox olduğundan onun lirik “mən”inin axta-
rışları da az olmur. Axtarışlar içərisində o, lirik “mən”i-
nin fəlsəfəsinə, fikir və düşüncə karvanına sarvan olur. 
Bu mənada “Mənə  dərman verin...” şeirinin fəlsəfəsi 
yerinə düşür. O dərmanın adı  nədir, o dərman hansı 
xəstəliklərə  əlacdır, o dərman nələrə sipər çəkir? Lirik 
“mən” dərman axtarışında belə söyləyir: 
 
Mənə bir dərman verin –  
Dərdim, ağrım yox olsun  


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə