Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
121
Bağışlamayacaqsan,  
Bilirəm bunu...  
Cismən ayrılsaq da biz,  
Unuda bilməz ruhun... 
 
Bu şeirləri oxuyanda fikirləşirsən: görəsən dünya-
da insanların inam və imanları olmasaydı  nələr baş 
verərdi? Bəs biganəlik, laqeydlik, kənarda dayanıb seyr 
edənlər olmasaydı nələr baş verərdi? Həyat həm də baş 
verən və baş verəcəklərdən ibarətdir. Bir sözlə, “Ana, nə 
olar, getmə!”  şeirində yetim uşağın dilindən səslənən 
sosial həyatın fəlsəfəsi olduqca canlı və təsirlidir. 
 
Ana, nə olar, getmə!             
Məni atıb, tərk etmə!  
Təlatümlü həyata  
Əbədiyyən qərq etmə.  
Mən hələ çox körpəyəm,  
Büdrəyirəm gəzəndə.  
Sizi gözəl duyuram,  
Həyatı bilməsəm də. 
 
Leyla xanım  Əliyevanın  şeirlərində yeni rənglər, 
yeni çalarlar o qədərdir ki, onları dönə - dönə oxumaqla 
hər dəfə yeni-yeni mənaları tapmaq olur. Həm də 
şeirlərin ruhu iddiadan uzaq olduğu qədər də  qəlbləri 
qaynadan, ürəkləri isidən, duyğulara fəlsəfi düşüncələri 
ilə od verən əlamətləri ilə təsirlidir, məhz təsirlidir. Şeir-
lərdəki hisslər qeyri-adi və həyatidir. Şeirlərdəki hisslər 


B U L U D X A N   X Ə L İ L O V  
 
122
ülvi və ucadır. Tərənnüm olunan duyğuların, hisslərin
lirik “mən”in hisslərinin özü böyükdür. Bu da insanı 
həyatda fədakarlığa, eyni zamanda mənəvi təmizliyə 
səsləyir.  Şeirlərdə lirik “mən”in idrakı, hər  şeyin ma-
hiyyətinə varmaq, hər şeyi dərk etmək ehtirası güclüdür. 
Ona görə  də lirik “mən”in idrakı  cəmiyyətin fövqünə 
qalxır. “Ulduzlar pillə - pillə düzülsəydi səmaya” 
şeirində hisslərin qeyri-adiliyi və səmimiliyi dərindir: 
 
Ulduzlar pillə - pillə  
Düzülsəydi səmaya,  
Ay da nurun səpsəydi  
Kəhkəşanlı yollara  
Birər-birər qalxardım,  
Baş vurardım göylərə,  
Səni oradan alıb,  
Qaytarardım geriyə... 
 
Nağıllarımızda, dastanlarımızda aşiqlərə buta veri-
lir, yaxud eşq şərbəti içirlər. Bununla da aşiqlərin başına 
gələcək işlər onlara yuxu vasitəsilə əyan olur. Bu hal nə 
qədər qəribə görünsə  də, hazırda elm sübut edir ki, bir 
həqiqətdir. Belə ki, psixotronika deyilən elmin yenilik-
ləri sübut edir ki, iki yaxın adamdan biri o birinin başına 
gələcək hadisədən qabaqcadan xəbərdar olur. Deyərdim 
ki,  şairdə  məhz intuitiv olaraq bu keyfiyyət olmalıdır. 
Ona görə olmalıdır ki, o, başqalarından fərqlənməklə 
qabaqcadan görsün, duysun. “Səni atmaq istəmirəm” 
şeirində deyildiyi kimi: 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
123
Aramızda uçurum –  
Dərinliyi bir ümman.  
Torpaq tökmə –  bitişməz  
Heç cəhd etmə, ay oğlan.  
Gedirəm, qəzəbliyəm,  
Kinim – oddan – alovdan!..  
Addımlarımsa kövrək,  
Arxasında bir inam...  
 
Leyla xanım Əliyevanın şeirlərində ruh və düşün-
cə tərzi fərqliliyi və özünəməxsusluğu ilə seçilir. Onun 
şeirləri Azərbaycan dilində yazılmasa da, ruh, və düşün-
cə  tərzinin kamilliyi, bütövlüyü imkan verir ki, onun 
şeirləri müasir ədəbiyyatımızın sevilən, zövqləri oxşa-
yan, yaşam, düşüncə tərzlərini cilalayan, formaya salan 
örnək nümunələr hesab olunsun. Onu da qeyd edək ki, 
ruh və düşüncə  tərzinin özəlliyi və spesifikliyi imkan 
verir ki, Leyla xanımın şeirləri tərcümə olunduğu dillər-
də də sevilsin. Necə ki, Azərbaycan dilinə olan tərcümə-
lər– yazıçı-publisist Mahir Qabiloğlunun tərcümələrində 
uğurlu alınır və oxucu qəlbinə yol tapır. Bir daha qeyd 
edək ki, bu həm şeirlərin ifadə etdiyi böyük məna yükü 
ilə bağlıdırsa, həm də  tərcüməçinin  şeir müəllifinin 
qəlbinə, ruh və  mənəviyyatına girib onun duyğu və 
hisslərini özləşdirmək bacarığıdır. 
Leyla xanım  Əliyevanın  şeirlərində insan hər  şe-
yin mərkəzində götürülür. Lirik “mən” isə gözəl və çir-
kin olanları elə  dəyərləndirir ki, gözəlliyə  məhəbbət, 
çirkinliyə isə nifrət edir. Lirik “mən”in qənəatinə görə, 


B U L U D X A N   X Ə L İ L O V  
 
124
gözəllik də, çirkinlik də insan üçündür və bu dünyada 
hər ikisindən zövq alanlar vardır. Leyla xanım şeirlərin-
də  hər ikisini mizan tərəzisi ilə  dəqiq ölçür, hər ikisini 
doğru-düzgün dəyərləndirir. Heç kəsi yamsılamır, təqlid 
etmir.  Ən başlıcası öz yolunu – insanları doğruluğa, 
düzgünlüyə, sədaqətə,  ədalətə, böyüklüyə, ülviyyətə, 
ucalığa və  təmizliyə  səsləyən yolunu gedir. O, poetik 
fikirlərində nəfəs alır, poetik fikirlərində yaşayır, duyğu 
və hissiyyatı ilə sükutu pozur. Elə buradaca ədəbiyyat 
üzrə Nobel mükafatçısı, Uilyam Folknerin belə bir fikri 
yada düşür: “Mənim üçün sükut səsdən üstündü, 
sözlərlə ifadə olunmuş obraz isə sükutda mövcuddur”. 
Bir sözlə, müasir Azərbaycan  ədəbiyyatında yeni bir 
nəfəs, yeni bir dəstxət, yeni bir imza var. Bu, şairə Leyla 
xanım Əliyevanın nəfəsi, dəstxəti və imzasıdır. 
 
04.09.2014 
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
125
 
Qılman İlkinin Azərbaycan Dövlət 
Pedaqoji Universiteti ilə bağlılığı 
 
Bəlkə də hər gün eyni vaxtda – 
saat on iki - bir arası o vaxtkı Azər-
baycan Pedaqoji İnstitunun (indiki 
ADPU-nun) qabağından keçib ge-
dərkən bu qocaman təhsil ocağını 
həm də ziyarət edirdi. Axı o, APİ-
nin (indiki ADPU-nun) tarix-
ədəbiyyat fakültəsində  təhsil al-
mışdı. 
Daha doğrusu, 1936-cı ildə özünün də  dəfələrlə 
müsahibələrində qeyd etdiyi kimi, APİ-nin (indiki 
ADPU-nun) tarix-ədəbiyyat fakültəsini bitirmişdi. 1932-
ci ildə bu fakültəyə daxil olmuş və 1936-cı ildə fakültə-
nin məzunu olmuşdu. Ona görə də bu müqəddəs məbəd-
gahın qabağından hər gün keçərək ona öz hörmət və eh-
tiramını bildirirdi. Mən bunu XX əsrin 80-ci illərində tə-
ləbə olanda da görmüşəm, XX əsrin 90-cı illərində 
universitetdə işlədiyim müddətdə də görmüşəm, 2000-ci 
illərdən ta onun ömrünün sonuna qədər – 2009-cu ilə 
qədər də görmüşəm. Çox səliqəli geyimi, sadə və təmiz 
geyimi, ciddi görkəmi ilə yadımda qalıbdır. O vaxtlar o 
qədər də bunun əhəmiyyətinə varmamışam. Heç bu ba-
rədə fikirləşməmişəm də. Sonralar o, dünyasını dəyişən-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə