Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
87
yatırdı. Özünə axşamlar yer salır, səhərlər isə səliqə ilə 
yığıb qatlayır, dəhlizdəki anasındanqalma sandığa 
qoyurdu. Ona əziz olan hər nə varsa, orada gizlədil-
mişdi”. (İvan Bunin. Seçilmiş  əsərləri. Bakı: “Şərq-
Qərb” Nəşriyyat Evi, 2013, s.50-51) 
Yeddiyaşlı uşağın atasının yataq otağındakı diva-
na köçürülməsinin, oradan dəhlizdəki sandığın üstün-
dəki döşəkçə üstündə yerləşdirilməsinin səbəbi nədir? 
Əlbəttə, yeddiyaşlı uşağın atasının gözəl bir qızla evlən-
məsi. 
Gözəl bir qız... Onun qarşısındakı acizlik... Gözəl bir 
qızın yeddiyaşlı oğlan uşağının həyatına gətirdiyi bədbəxt-
lik... Dul və qoca məmurun gözəl bir qızla ailə qurması və 
bunun naminə yeddiyaşlı oğluna əzablar gətirməsi... 
Bunların hamısı gözəlliyin dəyərini azaldır.  Əgər 
gözəllik naminə kimlərəsə  əzab-əziyyət veriləcəksə, 
onda o gözəllik gözəl görünmür. Belə olanda gözəl də, 
gözəllik də kiçik maraqların, ötəri və keçici zövqlərin 
təsiri altında olur. Belə gözəl və gözəllik hamı  tərəfin-
dən qəbul olunmur. Necə ki, “Gözəl” hekayəsində gözəl 
və  gənc qız zahiri gözəllikdən o yana gedə bilmir. 
Daxili aləmi, mənəvi dünyası baxımından kasıb, lakin 
zahirən gözəl olan qız çox aldadıcı görünüşü ilə insan 
həyatına bədbəxtlik gətirir. 
 
08.02.2016 
 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
88
 
İvan Bunin:  
həyatı və yaradıcılığı – II yazı 
 
İvan Buninin heka-
yələrini oxuyanda insanın 
həyatının müxtəlif dövr-
ləri ilə bağlı hadisələrlə 
qarşılaşmalı olursan. Əs-
lində  həmin hadisələrin 
bəziləri oxucuya da tanış 
gəlir. Oxucu həmin hadi-
sələrin bəzilərinin ya işti-
rakçısı, ya da müşahidə-
çisi ola bilmişdir. Məsə-
lən, “Qurdlar” hekayə-
sində baş verən hadisə, 
hekayənin süjet xətti bir neçə  cəhətdən maraqlıdır. 
Birincisi, isti avqust ayının kənd həyatındakı  təsviri 
baxımından.  İkincisi, kəndin gecə vaxtı  qərq olduğu 
qaranlıq və onu müşahidə edərək hekayəyə  gətirmək 
baxımından. Üçüncüsü, şam yeməyi zamanı qurdun hə-
yətlərə girib qoyunları parçalaması, onların hülqumunu 
qoparması baxımından. Ancaq bunların hamısının mər-
kəzində  kənd həyatının insanların taleyində buraxdığı 
izlərdir ki, bu da hekayədə öz əksini tapır. Məsələn, 
meşənin yaxınlığında üç boz qurdun olması at arabasını 
öz yolundan çıxmasına səbəb olur. At arabası  əkin 
sahəsinə üz tutur. Bu zaman at arabasının sıçrayışından 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
89
qızın dodağının yanı at arabasının oturacağına çırpılır və 
bu çapıq ömrü boyu qalır. Onun üçün “...daim zərif 
gülüşü xatırladan bu çapıqdan  əziz dünyada heç nə 
yoxdur”. (İvan Bunin. Seçilmiş  əsərləri. Bakı: “Şərq-
Qərb” Nəşriyyat Evi, 2013, s.69) 
İvan Buninin hekayələrində hadisələr təbii olduğu 
kimi, həmin hadisələrin içərisində olan obrazlar da təbii və 
hisslərini, duyğularını ifadə etməyi bacaran obrazlardır. 
Məsələn, “Bir tanış küçədə” hekayəsində hisslər və 
duyğular, yaşanmış və geridə qalmış günlər müəllifin özü 
ilə – İvan Bunin ilə bağlıdır. Moskvaya kursa gəlmiş bir 
qızla onun arasında baş verənlər sonralar bir xatirə kimi 
hekayənin (“Bir tanış küçədə”) mövzusuna çevrilir. Heka-
yənin sonunda müəllifin bu etirafını  səmimi qəbul etmə-
mək olmur: “...biz isti çayla ağ çörək və  qırmızı  dəriyə 
bükülmüş pendir yeyə-yeyə qırmızı pərdənin altından içəri 
vuran təmiz qış havasını hiss edər, pəncərəni döyəcləyən 
qar dənələrinin səsinə qulaq asa-asa öz gələcəyimizdən 
danışardıq... “Yadımdadır köhnə ev, tanıdığım küçədə...” 
Başqa nə yadımdadır? Onu Kursk vağzalından yola saldı-
ğım yadımdadır:  əlimizdə söyüd çubuğundan hörülmüş 
səbət və kəmərlə çəkilmiş qırmızı adyallı bağlama, platfor-
mada yola düşməyə hazır olan uzun qatarın yanı ilə, yaşıl 
vaqonlardakı basabasa baxa-baxa tələsik qaçırdıq. 
Nəhayət, onun bu vaqonların birinin dəhlizinə  çıxdığı, 
xudahafizləşdiyimiz, öpüşdüyümüz, ona iki həftədən sonra 
Serpuxovaya gələcəyimi dediyim yadımdadır... 
 Bundan  artıq heç nə yadıma düşmür. Bundan 
artıq heç nə olmamışdır”. (İvan Bunin. Seçilmiş əsərləri. 
Bakı: “Şərq-Qərb”, Nəşriyyat Evi, 2013, s.117). 


B U L U D X A N   X Ə L İ L O V  
 
90
İvan Buninin hekayələri oxucuya rus məişətinin, 
həyat tərzinin, adət-ənənəsinin necə olmasını  təqdim 
edə bilir. Bunun səbəbi onunla bağlıdır ki, İvan Bunin 
zadəgan nəslindən olsa da, Rusiyada yaşadığı dövrdə 
kənd həyatına dərindən bələd olmuşdur. Bu bələdçilik 
nəticəsində o, həm rus danışıq dilini, həm də yuxarı 
təbəqənin istifadə etdiyi ifadələri mükəmməl bilmişdir. 
Ona görə  də o, bir yazıçı kimi yüksək zirvəni fəth 
etmişdir. Onun qədər rus dilinin ifadə imkanlarını duyan 
yazıçı olmamışdır. Onun yaradıcılığında, o cümlədən 
hakayələrində  işlənmiş atalar sözləri, aforizmlər, zərbi-
məsəllər rus dilinin zəngin xüsusiyyətlərini yaşadır. 
Oxucuda obrazlı rus dili barədə geniş təsəvvür yaradır. 
Qeyd etdiyimiz kimi, İvan Buninin hekayələri rus 
məişətini, adət-ənənəsini, həyat tərzini təqdim edə bilir. 
Bu mənada “Xaç analığı” hekayəsi maraqlıdır. 
Hekayədə ruslarda kirvəliyin nə demək olduğu oxucuya 
anladılır. Belə ki, xristianlar, o cümlədən ruslar uşağı 
xaç suyuna salanda tanıdıqları adamlardan ona xaç 
atalığı  və xaç analığı tuturlar. Onlar uşağı xaç suyuna 
birgə salırlar. Bundan sonra onlar öz aralarında qohum 
kimi sayılır və bir-birinə “kirvə” deyə müraciət edirlər. 
İvan Bunin “Parisdə” hekayəsində Pasxa bayramı-
nı xatırladır. Yaxud “Quzğun” hekayəsinin sonunda 
xaçın boyundan asılmasını təsvir etməklə dini dəyərləri 
təqdim edir. Yeri gəlmişkən, qeyd edək ki, İvan Bunin 
eyni dərəcədə  Şərq  ədəbiyyatına, mədəniyyətinə  də 
meyilli olubdur. Məsələn, “Xaç analığı” hekayəsində 
oxuyuruq: 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə