Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
69
Mixail  Şoloxov sovet ölkəsinin, təbii ki, sovet 
sisteminin qatı  tərəfdarı kimi müxtəlif mükafatlara, 
ordenlərə layiq görülmüşdür. O, 1932-ci ildə partiya 
sıralarına qəbul olunmuşdur. Ali Təhsili olmasa da, 
1939-cu ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü 
olmuşdur. I dərəcəli Stalin (1940-cı ildə), Lenin müka-
fatı (1950-ci ildə) almışdır. O, iki dəfə “Sosialist Əməyi 
Qəhrəmanı” kimi yüksək adla (1960 və 1980-ci illərdə) 
təltif edilmişdir. Mixail Şoloxov müxtəlif çağırışlarda 
SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Onun aldığı ən 
böyük mükafat Nobel mükafatı olmuşdur. Mixail 
Şoloxov  ədəbiyyat üzrə Nobel mükafatını 1965-ci ildə 
almışdır. Ona Nobel mükafatı “Sakit Don” əsərində 
“Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları 
haqqında eposun mükəmməlliyinə və bədii təsir gücünə 
görə” verildi. 
 
25.01.2016 


B U L U D X A N   X Ə L İ L O V  
 
70
 
Mixail Şoloxov:  
təbiətə və cəmiyyətə  
dərin bələd olan yazıçı – II yazı 
 
Mixail  Şoloxov “Sakit 
Don”  əsəri ilə Sovet ədə-
biyyatında roman janrını 
yeni bir müstəviyə qaldır-
dı. Romançılığı irihəcmli 
epopeya kimi təqdim etdi. 
O vaxt Mixail Şoloxov 
müzakirələrin, dedi-qodu-
ların,  ətrafında baş verən 
şayiələrin yaranması ilə üzləşir. Dedi-qoduların, şayiələ-
rin mərkəzində o dayanır ki, ali təhsili olmayan bir 
adam belə bir əsər yaza bilməz. Həm də iyirmi yaşında 
olan bir adamın “Sakit Don” əsərini yazmağa başlaması 
çoxlarına inandırıcı görünmürdü. Təcrübəsi olmayan in-
sanın belə bir əsər yazması da çoxlarına  şübhəli görü-
nürdü. Mixail Şoloxovun “Sakit Don” əsərinin 1928-ci 
ildə iki cildi çapdan çıxır. “Sakit Don” əsərinin müəllifi 
kimi bəziləri Fyodor Kryukovun adını hallandırırdılar. 
Guya ki, bu əsəri Mixail Şoloxov Fyodor Kryukovdan 
oğurlamışdır. Ancaq “Sakit Don” əsərinin 1932-ci ildə 
üçüncü cildi çapdan çıxdıqdan sonra Sovet İttifaqının si-
yasi rəhbərliyi onu müdafiə etmişdir. Buna baxmayaraq, 
Mixail  Şoloxova qarşı suçlamalar davam edirdi. Və 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
71
1940-cı ildə  əsərin dördüncü cildi çap olundu, “Sakit 
Don”un  əlyazması isə itdi. Belə bir məsələ “Sakit 
Don”un Mixail Şoloxov yazmadığı fikrini yenidən gün-
dəmə gətirdi. “Sakit Don”u Mixail Şoloxov yazmamış-
dır iddiasında olanlar bir növ imkan əldə etdilər. Bu da 
bir faktdır ki, 1970-ci ildə Nobel mükafatına layiq 
görülən Soljenitsın ilə  Şoloxov arasında bir-birini itti-
ham edən söhbətlər olmuşdur. Məsələn, Mixail Şoloxov 
Soljenitsın barədə qeyd edirdi ki, o, sovet həqiqətlərini 
təhrif edir və qeyri-peşəkardır. Soljenitsın Nobel müka-
fatını siyasi konyunkturaya baş əymədiyinə görə almış-
dı. Bununla belə, Mixail Şoloxov sovet ədəbiyyatının 
görkəmli nümayəndəsi kimi “Sakit Don” əsərində  hər 
bir şeyi real boyalarla əks etdirirdi. “Sakit Don” əsərin-
də siyasi kataklizmlər öz əksini tapırdı. Müəllif bu za-
man (siyasi kataklizmlər zamanı) baş verənləri real 
boyalarla qələmə almışdı. 
Mixail Şoloxov ömrü boyu “ədəbi oğurluq” ittiha-
mı ilə üzləşmişdir. Ancaq 1987-ci ildə “Sakit Don”un 
əlyazmasının böyük bir hissəsinin tapılması ittihamlara, 
şübhələrə birdəfəlik son qoymuşdur. Fin slavyanşünası 
və riyaziyyatçısı Qyer Xetsun kompüter müqayisələri və 
təhlilləri əsasında Mixail Şoloxova olan ittihamlara son 
qoydu. Sübut etdi ki, “Sakit Don” əsəri Mixail Şoloxo-
vun qələmindən çıxıb, onun qələminin məhsuludur. 
Mixail Şoloxov bütün yaradıcılığı boyu üç böyük 
epopeyanı  işləyibdir. “Sakit Don”u 1926-1940-cı illər-
də, “Oyanmış torpağ”ı 1932-1959-cu illərdə, “Onlar və-
tən uğrunda vuruşurdular” əsərini – sonuncu trilogiyanı 


B U L U D X A N   X Ə L İ L O V  
 
72
isə tamamlaya bilməmişdir. Bunu tamamlamaq ona 
qismət olmamışdır. 
Mixail  Şoloxov Nobel mükafatını alarkən  İsveç 
kralı VI Adolf Qustava baş əyməmiş, təzim etməmişdir. 
Nobel mükafatını alarkən belə söyləmişdir: “Biz kazak-
lar heç kimin qarşısında təzim etmirik, yalnız xalqdan 
başqa”. 
Bu da faktdır ki, Mixail Şoloxov SSRİ-nin razılığı 
ilə Nobel mükafatı alan yeganə sovet yazıçısıdır. 
Mixail Şoloxovun Nobel nitqi 
Mixail  Şoloxov Nobel nitqində peşəkarlığını  və 
yazıçıya xas olan keyfiyyətlərini məmnunluq doğuran 
bir hiss kimi qeyd etmişdir. O demişdir: “Məni Nobel 
mükafatına layiq görmüş İsveç Kral Akademiyasına bu 
təntənəli mərasimdə bir daha təşəkkür etməyi özümə 
xoş bir borc bilirəm. 
Mixail  Şoloxovu məmnun edən cəhətlərdən biri 
də roman janrına verilən qiymət olmuşdur. Bəzən roman 
janrının vaxtının keçdiyini, onun problemləri həll etmək 
imkanlarının azaldığını söyləyənlərlə bağlı o, Nobel 
nitqində deyirdi: “Bu mükafatın özümün peşəkar xid-
mətlərimin və bir yazıçıya xas olan keyfiyyətlərimin 
beynəlxalq təsdiqi olaraq məndə  məmnunluq doğurdu-
ğunu ifadə etmək imkanım da oldu. Mən bir rus, bir 
sovet yazıçısının bu mükafata layiq görülməsi ilə  fəxr 
edirəm. Mən burada öz vətənimdə yaşayıb yaradan bir 
sıra böyük yazıçıları təmsil edirəm”. 
Bu mükafatı roman janrının daha bir təsdiqi hesab 
etməklə yanaşı, məmnun qaldığımı da artıq demişəm. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
73
Son zamanlar roman janrının köhnəldiyi, müasir həyatın 
tələblərinə uyğun gəlmədiyi barədə çox oxumuş, çox 
çıxışlar eşitmişəm və açığını deyim ki, bu, məni xeyli 
təəccübləndirib. Bununla belə, razılaşaq ki, məhz roman 
həqiqət dünyasını tam ələ almağa, bu dünyaya, onun 
qaynar problemlərinə özünün, həmfikirlərinin münasi-
bətini təsvirlərdə ifadə etməyə imkana verir”. 
Mixail Şoloxova görə, roman janrı dünyanın mən-
zərəsini təqdim etmək baxımından geniş imkanı olan bir 
janrdır. Onun fikrincə, roman janrı realist sənətkarın im-
kanlarını (yaradıcılıq imkanlarını) açmaqda mühüm rol 
oynayır. Bu mənada o, Nobel nitqində deyirdi: “Belə 
deyək, roman yazıçının özünün balaca mənini dünyanın 
mərkəzi kimi təqdim etmək cəhdinə deyil, bizi əhatə 
edən nəhəng dünyanın dərin dərkinə yönləndirir. Təbiət 
etibarilə bu janr realist-sənətkar üçün ən geniş  mənzə-
rəni təqdim edir. İncəsənətdəki yeni cərəyanların bir 
çoxu realizm dövrünün, guya, artıq geridə qaldığını de-
yərək onu inkar edir. Geridəqalmışlıqla ittiham olun-
maqdan qorxmadan bəyan edirəm ki, realist sənətin 
tərəfdarı kimi bunun tamamilə əksini düşünürəm”. 
 Mixail Şoloxova görə, roman janrı avanqardçılar 
üçün həyatın  əsas xüsusiyyətlərini bədii  şəkildə  əks 
etdirməkdə  əsaslı rol oynayır. Həm də keçmişdəki ro-
manlar bədii təcrübəyə, indiki romanlar isə müasir həya-
ta, müasir cizgiləri  əks etdirməyə  əsaslanır. O deyirdi: 
“İndi  ədəbi avanqarddan çox danışırlar və bunu forma 
məsələsində  dəbdə olan təcrübələr kimi başa düşürlər. 
Mənə qalsa, əsl avanqardçılar – öz əsərlərində əsrimiz-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə