Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
51
onda biri və ya onda ikisi məşğul olur. Əhalinin 
tamamilə müftəxor həyat sürən onda biri onların əməyi-
nin bəhrəsini mənimsəyir, yerdə qalanlar isə daim əzab-
əziyyətə, ağır zəhmətə qatlaşır və heç vaxt öz əməklə-
rinin bəhrəsini dadmırlar. Görünür, onların əməyi yalnız 
müftəxorların həyatının daha müəmmalı, daha anlaşıl-
maz olmasına xidmət edir. Bütün bunlardan belə  qə-
naətə gəlmək olar ki, ağıl və mənəvi şüur bizə tamamilə 
yad sferalara istinad edir və bu insanların  əldə  rəhbər 
tutduğu prinsipləri haçansa başa düşəcəyimizə ümid 
bəsləməməliyik. Ancaq gəlin çox da dərinə getməyək. 
Biz öz çatışmazlıqlarımızı bilirik, amma bir həqiqət də 
var ki, bu, demək olar, heç nəyi dəyişdirmir. Yüz ildə bir 
dəfə, adda-budda kimsə  təəccübdən gözünü döyə-döyə 
dərin yuxudan oyanır, başını üstünə qoyub yatdığı 
qolunun üyüşüyünü açır, yerini rahatlayıb yenidən 
yuxuya dalır və  bədəni üyüşməyənə kimi ayılmır”. 
(Moris Meterlink. Seçilmiş  əsərləri. Bakı, “Şərq-Qərb” 
Nəşriyyat Evi, 2013 s. 177-178). 
Moris Meterlinkin əsərində düşündürücü məqam-
lar çoxdur. Hətta cəmiyyətin faydalanacağı  məqamlar 
da az deyil. Məsələn, onun istinad etdiyi bu fikir: “Batıb 
gedən ölkədə varlı-hallı  fərd olmaqdansa, çiçəklənən 
ölkənin kasıb vətəndaşı olmaq yaxşıdır”. Moris 
Meterlink yazır: “Əgər arılar  ətrafı bürümüş zülmətdə 
zəif bir işıq yandırsalar belə, bu kifayətdir ki, bizim 
ehtiraslarımıza və müqəddəratımızla bağlı  təkəbbürlü 
fikirlərimizə  həm yaxın, həm də uzaq olan bu kiçik 
varlıqların həyatını  və  vərdişlərini öyrəndiyimiz vaxta 


B U L U D X A N   X Ə L İ L O V  
 
52
görə  təəssüf hissi keçirtməyək”. (Moris Meterlink. 
Seçilmiş  əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 
2013 s. 179). 
Bu  əsərin ideyası onu söyləməyə  əsas verir ki, 
qarışqaların, lap milçəklərin də həyatından yazılmalıdır. 
Ümumiyyətlə, heyvanat aləmindən və bitkilər 
aləmindən də müşahidələr  əsasında yazmağa ehtiyac 
var. Onların hamısı  təbiətin maddi hissəsi kimi çox 
maraqlıdır. 
 
 05.01.2016 
 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
53
 
Moris Meterlinkin “Korlar” pyesi: 
İnsan sığınacaqlardan qaçmağa 
tələsir... I – yazı 
 
Vaxtilə  “İnsan sığınacaqla-
ra doğru tələsir” adlı məqalə yaz-
mışdım.  İnsan dünyaya gəldiyi 
gündən ömrünün sonuna qədər sı-
ğınacaqlar axtarışında olduğunu 
qeyd etmişdim. Bunun insan hə-
yatının fəlsəfəsində dayandığını 
söyləmişdim. Ancaq Moris Me-
terlinkin “Korlar” pyesini oxu-
yandan sonra belə bir qənaətə də gəlməli oldum: İnsan 
sığınacaqlardan da qaçmağa tələsir. “Korlar” pyesində 
bütün obrazlar, demək olar ki, kordur: birinci kor, ikinci 
kor, üçüncü kor, ən qoca kor, beşinci kor, altıncı kor, 
ibadət edən üç kor qadın,  ən qoca kor qadın, gənc kor 
qadın, dəli kor qadın. Pyesdə on iki kor obraz var. 
Bunların hər biri bu işıqlı dünyadan məhrumdur. Onlar 
nə ay işığını, nə günəş  şüasını, nə  də bir-birlərini 
görürlər. Dünya onlar üçün qaranlıqdan ibarətdir. Onlar 
üçün qaranlıq, kölgə, işıq – hər bir şey eynidir. Bu 
korlar bir-birini səsləri ilə seçib ayırırlar. Bir-birinin səsi 
ilə bilirlər ki, kim kimin yanında əyləşibdir. Dünyanı və 
bir-birini görməyən korlar məndə belə bir sual yaradır. 


B U L U D X A N   X Ə L İ L O V  
 
54
Görəsən korlar yuxu görürlərmi? Görəsən korlar yuxuda 
bir-birini görürlərmi? Görəsən korların gözü yuxuda 
görürmü? Hər halda bu suallara cavab axtarmaqla 
yanaşı, pyesdəki beşinci korun belə bir fikri təsirli 
görünür: “Görməyənlərə yazığınız gəlsin!” Birinci 
kordoğulan isə deyir: “Bu mənasız sözləri kim dedi?” 
Bu zaman İkinci kordoğulan belə söyləyir: “Deyəsən, 
bu eşitməyən kəsdir”. Birinci kordoğulan Beşinci korun 
“Görməyənlərə yazığınız gəlsin!” fikrini acizanə xahiş 
hesab edir: “Bu cür acizanə xahişlərin vaxtı deyil”. 
Korlar sığınacaqda nə qədər qala bilərlər?  Axı sı-
ğınacaqda qalmaq onları yorur. Heç nəyi görməyən kor-
lar sığınacaqdan kənara çıxmaq istəyirlər. Bəlkə də on-
ların sığınacaqdan kənara çıxmaları çörək, su dalınca 
getmələridir, çörək və su axtarışına çıxmalarıdır. 
Bu korların görənlərdən bir fərqi də var. Görənlər 
hara getdiklərini yaxşı bilirlər. Xoşlarına gəlməyən yer-
lərə getmirlər. Ancaq korlar isə hara getdiklərini bilmir-
lər. Bilmirlər ki, getdikləri yer yaxşıdır, yoxsa pis. Bil-
mirlər ki, onları qarşıda nə gözləyə bilər. Ancaq sığına-
caqda dayanmaq da onları bezdirir. Onlar sığınacaqdan 
gəzintiyə çıxmağı da xahiş etmirlər. Ona görə də dəni-
zin səsi, suyun səsi və bir çox şeylər onlara yaddır. 
Onlar bəlkə də elə bilirlər ki, dənizdə, suda, dünyada nə 
varsa hamısı yatıbdır. Odur ki, Ən qoca kor deyir: 
“Dəniz, sanki, yatırmış, indi ayılıb”. Birinci kor doğulan 
isə deyir: “Gərək o, bizi buraya gətirməyəydi. Bu səsdən 
xoşum gəlmir”.  Ən qoca kordoğulanın cavabı isə 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
55
belədir: “Axı bilirsiniz ki, ada böyük deyil: sığınacaq-
dan kənara ayaq basan kimi dənizin uğultusu eşidilir”. 
Korlar üçün dünya çox balacadır. Onlar elə hesab 
edirlər ki, əllərini uzatsalar əlləri hər yerə çatar. 
Maraqlıdır ki, korların bir qismi kordoğulanlardır. 
Digərləri isə sonradan kor olan kordur. Heç şübhəsiz ki
sonradan kor olan korlar kordoğulanlardan fərqlənir. 
Sonradan kor olan korlar vaxtilə dünyanı görə bildikləri 
üçün gördüklərinin az qala tamarzısıdırlar. Ancaq kordo-
ğulanlar anadan kordoğulduqlarına görə onlar görməyin 
nə olduğunu bilmirlər. Ona görə də kordoğulanlar sığına-
caqdan kənara çıxmağı tam şəkildə  tələbat kimi qəbul 
etmirlər. Axı onlar anadan kordoğulduqlarına görə həyatı 
bir rəngdə  qəbul edirlər. Sonradan kor olanlardan fərqli 
olaraq həyatın rəngini bilmirlər. Odur ki, İkinci kordoğu-
lan deyir: “Hə, axı biz gəzintiyə çıxarılmağı xahiş etmə-
mişdik”. Üçüncü kordoğulan isə deyir: “Əvvəllər heç 
vaxt buralarda olmamışıq. O, nahaq yerə bizi belə uzaq-
lara gətirdi”. Bunlarla müqayisədə dünyanın, həyatın 
rənglərini vaxtilə görmüş Ən qoca kor qadın deyir: “Sə-
hər elə yaxşı idi ki! O istəyirdi ki, nə qədər ki bizi sığına-
cağa salıb qapıları üzümüzə bağlamayıblar, sonuncu gü-
nəşli günlərin dadını  çıxaraq”. Bilərəkdən, ya da bilmə-
yərəkdən Birinci kordoğulan sığınacağı  tərk etməməyə 
üstünlük verir. Əslində o, sığınacaqdan başqa heç nəyi 
görməmişdir. Heç sığınacağı da görmür. Axı anadan kor 
doğulubdur. Ona görə  də o deyir: “Mən sığınacağı  tərk 
etməməyi üstün tuturam!” O, elə hesab edir ki, dünyada 
baxmalı, görməli heç nə yoxdur. Həm də o, anadangəlmə 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə