Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
47
 
 
Nobel mükafatçısı Moris Meterlink 
və “Arıların həyatı” əsəri – III yazı 
 
Moris Meterlink arılarda 
hər şeyin təkmil olmaması barədə 
də öz müşahidələrini yazır: “Nə-
zərdən keçirdiyimiz ideyanın ev 
arılarında mükəmməl şəkil alma-
sına baxmayaraq, yuvanın qüsur-
suz olduğunu iddia etmək doğru 
olmazdı.  Şübhəsiz, altıguşəli 
hücrə arı  sənətinin  şedevridir. 
Onlar sözün əsl mənasında mükəmməl bir əsər yaradıb-
lar və  əgər dünyanın bütün dahiləri yığışsaydı, burada 
nəyisə  dəyişdirməyə lüzum görməzdilər. Arıların öz 
sahəsində yaratdığı  şeyi insan belə yarada bilməyib. 
Əgər başqa bir dünyadan gəlib bizdən məntiqi mükəm-
məl şəkildə təcəssüm etdirən bir predmet göstərməyi xa-
hiş etsəydilər, onlara arı  pətəyinin bir hissəsini göstər-
mək olardı. 
Lakin arılarda heç də  hər  şey pətəklərdəki kimi 
təkmil deyil. Biz yuxarıda bəzən aşkar, bəzən gizli çatış-
mazlıqlar və boşluqlar haqqında danışmışdıq; məsələn, 
erkək arıların lazımsız say çoxluğu və onların müftəxor 
həyat sürməsi, partenogenez, nikah uçuşunu müşayiət 
edən təhlükələr, aralıqsız beçəvermə, mərhəmət hissinin 


B U L U D X A N   X Ə L İ L O V  
 
48
yoxluğu və amansızcasına fərdin kollektivə qurban ve-
rilməsi. Arıların lazım olduğundan artıq çiçək tozu təda-
rük etməsini də buraya əlavə etmək lazımdır. Axı istifa-
dəsiz qalan bu qida ehtiyatı tezliklə quruyur, xarab olur 
və artıq yer tutur. Birinci beçəvermə ilə ikinci məlikənin 
mayalanması arasında keçən müddət  ərzində hökm 
sürən ikihakimiyyətliliyi də xatırlamaq lazım gəlir. Bu 
cür misalların sayını kifayət qədər artırmaq olar. Ancaq 
arıların faciəsi ilə nəticələnən ən ciddi çatışmazlıq təkrar 
beçəvermə ilə bağlıdır. Burada bir məqamı unutmaq 
olmaz: insan əhliləşdirilmiş arıların təbii seçiminə 
minilliklər boyu mane olmuşdur. Fironların zamanında-
kı Misir arıçılarından başlayaraq indiki kəndlilərə qədər 
bu sahədə çalışanların hamısı arıların mənfəətini və 
istəklərini gözardı edib. Ən yaxşı arı yuvası yay girdik-
dən sonra yalnız bir dəfə beçə verən yuva sayılır. Bu 
beçəvermə ilə arıların analıq hissi təmin olunur, məlikə 
yenilənir, varislik gözlənir. Bununla da yuvanı vaxtın-
dan  əvvəl tərk etmiş beçənin gələcəyi təminat altına 
alınır. Çünki onun yaxşı yuva qurmaq və qida ehtiyatı 
toplamaq üçün kifayət qədər vaxtı olur. Əlbəttə, başlı-
başına buraxılmış arıların bir qismi müxtəlif həşəratların 
bütün koloniyasını məhv edən qış mövsümünü birtəhər 
başa vura bilərdi və beləliklə, məhdud beçəvermə 
qanunu tədricən bizim şimal ölkələrində özünə  zəmin 
tapardı. Ancaq insan məhz bu ehtiyatlı, zəngin və mühi-
tə uyğunlaşmış arıların yuvasını xaraba qoyur. Arıçı 
yuvanın bal ehtiyatlarını götürdükdən sonra buradakı 
heydən düşmüş koloniyanın vəziyyəti tamamilə  ağır-


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
49
laşır. Arıların qışı başa vura bilməsi üçün onlara keyfiy-
yətsiz bal verməli olurlar. Nəticədə bütün irq zəif düşür. 
Yəqin ki, hədsiz beçəverməyə meyil də bununla əlaqə-
dardır. Hazırda bütün əhliləşdirilmiş arılar, xüsusən də 
qara arılar böyük intensivliklə beçə verirlər. Bir neçə il  
bundan  əvvəl arıçılar bu təhlükəli vərdişlər  əleyhinə 
mobilistik üsullarla mübarizə aparmağa başladılar. 
Öküz, qoyun, it, göyərçin və bu kimi ev heyvanlarının 
süni seçimi ilə bağlı  əldə olunan uğurlar belə düşün-
məyə əsas verir ki, yaxın zamanlarda yeni arı cinsi yara-
dılacaq və bu arılar təbii beçəvermədən tamamilə imtina 
edərək bütün diqqəti bal və çiçək tozu toplamağa 
yönəldəcək” (Moris Meterlink. Seçilmiş  əsərləri. Bakı, 
“Şərq-Qərb” Nəşriyyat Evi, 2013 s. 175-176). 
Moris Meterlink arıda intellektin olub-olmaması 
ilə bağlı qəti hökm vermir. Bu barədə yazır:  “Bəs digər 
çatışmazlıqlar? Birgə yaşayışın üstünlüklərini yaxşı 
dərk edən intellekt niyə  də bu çatışmazlıqlardan azad 
olmasın? Həm yuvanın özündəki sirli səbəblərdən, həm 
də qismən bizim səhvlərimizdən qaynaqlanan çatışmaz-
lıqlar haqqında çox danışmaq olar. Ancaq arıda 
intellektin olub-olmaması ilə bağlı  bəlli olan 
məlumatlara əsasən qoy hər kəsin özü qərar versin. Mən 
arıları müdafiə etməyə  səsləmirəm.  Şəxsən mənə elə 
gəlir ki, onlar bəzi hallarda ağıl nümayiş etdirirlər. 
Amma davranışları qeyri-şüuri olsaydı belə, onlara 
marağım azalmayacaqdı. Soyuq, aclıq, ölüm, əlverişsiz 
hava  şəraiti, tənhalıq kimi canlı materiyanın bütün 
düşmənləri ilə mübarizədə beyinin hansı üsullardan 


B U L U D X A N   X Ə L İ L O V  
 
50
istifadə etdiyini izləmək çox maraqlıdır. Bu kiçicik 
varlıqlar instinktin hüdudlarını  aşmadan, adi işlər 
görərək necə  həyatda qala bilirlər? Adi və möcüzəvi 
təzahürlər təbiətin qoynunda bir araya gətirilir, bir-biri 
ilə çuğlaşır. Ancaq bizim diqqətimizi çəkən, həyatımıza 
rəng qatan, fikirlərimizi, hisslərimizi və nitqimizi daha 
anlaşıqlı  məcraya yönəldən  şeylər necə  gəldi 
adlandırılmış predmetlər yox, dərk edə bilmədiyimiz, 
müəmmalı  məsələlər olmalıdır. Müdriklik məhz bunu 
tələb edir” (Moris Meterlink. Seçilmiş  əsərləri. Bakı, 
“Şərq-Qərb” Nəşriyyat Evi, 2013 s. 176-177). 
Moris Meterlink arıların nöqsanı haqqında hökm 
verə bilmək səviyyəsində  məlumatlı olmadığımızı da 
söyləyir. O yazır: “Bundan başqa, öz intellektimizə 
əsaslanaraq arıların nöqsanları haqqında hökm verə 
bilmək üçün o qədər də çox məlumatlı deyilik. Bizim öz 
intellektimiz də yanlışlıqlardan və çatışmazlıqlardan 
xali deyil və uzun müddətdir ki, onlarla mübarizə apar-
maq üçün təsirli vasitələr tapa bilmir. Əslində, xalis şüur 
qanunlarına görə, taleyin hökmü ilə  şüurlu  şəkildə 
cəmiyyət qura biləcək bir varlıq varsa, o da insandır. 
Bununla belə, insanın necə bir cəmiyyət qurduğuna ba-
xın və arı yuvasındakı çatışmazlıqlarla insan cəmiyyə-
tinin yanlışlıqları arasında müqayisələr aparın. Əgər biz 
insanları müşahidə edən arıların yerində olsaydıq, xeyli 
təəccüblənərdik; məsələn, bir çox hallarda ağlının im-
kanlarından çox gözəl yararlanan insan əmək prosesini 
səmərəli və  ədalətlə  təşkil edə bilmir. Ümumi həyatın 
mənbəyi olan torpaq çox pis becərilir. Bu işlə yalnız 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə