Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
60
üstün tuturlar. Pyesdəki Birinci kordoğulanın dediyi 
kimi: “Biz yolu tapacağıq. O, məni dartır!.. O, məni dar-
tır! Sevincindən özünə yer tapa bilmir!.. Onu saxlaya 
bilmirəm!.. Arxamca! Arxamca! Biz sığınacağa 
qayıdırıq!..” 
Ancaq bir həqiqət də var. Sığınacaqdan qaçanları da, 
sığınacağa qaçanları da, anadan kordoğulanları da, son-
radan kor olanları da bir sual həmişə və əbədi olaraq dü-
şündürür: “Aman Tanrım!  İlahi! Bizim axırımız necə 
olacaq?” 
Bəlkə də kor olanlar kar olmadıqları üçün özlərini 
xoşbəxt sayırlar. Bəlkə  də kar olanlar kor olmadıqları 
üçün özlərini xoşbəxt sayırlar. Hər halda kor olanlarda 
eşitmək hissiyyatı, kar olanlarda görmək hissiyyatı 
güclənir. Kor olanlar görmədiklərini eşitmək hesabına, 
kar olanlar isə görmək hesabına konpensasiya etmək 
istəyirlər. Odur ki, kor olanlar səs gələn tərəfə daha 
diqqətlə baxırlar. Kar olanlar isə gördüklərini daha çox 
eşitmək, dinləmək, hiss etmək, duymaq, anlamaq istə-
yirlər. Bu mənada Moris Meterlinkin “Korlar” pyesində 
Gənc kor qadın Birinci kordoğulanın addım səslərinə 
olan reaksiyası barədə belə deyir: “Addım səsləri gələn 
tərəfə!.. Baxın! Hamınız baxın! Mən onu bu tərəfə 
tuturam, o isə yenə  də o tərəfə baxır... O görür! Görür! 
Görür!.. Görünür, nəsə qeyri-adi bir şey görüb!..” Bu za-
man Ən qoca kor qadın irəli çıxaraq Birinci kor doğulan 
qadının uşağı yaxşı görə bilməsi üçün (halbuki kor necə 
görə bilər?!) deyir: “Onu bacardıqca yuxarı qaldır ki, 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
61
yaxşı görə bilsin”. Deməli, yaşamaq uğrunda hər bir kəs 
mübarizə aparır. O cümlədən korlar da, karlar da... 
Bütün bunların hamısı  həyatın reallıqlarıdır.  İn-
sanların bir qisminin taleyidir, qismətidir. Bəli, sığına-
caqlara doğru tələsənlər də, sığınacaqlardan qaçmağa 
tələsənlər də insandır. Moris Meterlinkin “Göy quş” 
pyesində İt obrazının dediyi kimi: “Səfeh!.. İnsan – hər 
şey deməkdir!.. Onun əmrinə müntəzir durmaq və bütün 
istəklərini yerinə yetirmək lazımdır!.. Həqiqət budur... 
Mən yalnız bunu qəbul edirəm!.. Yaşasın İnsan!.. İnsan 
naminə yaşamalı  və ölməli!..  İnsan səcdəgahdır!..” 
(Moris Meterlink. Seçilmiş  əsərləri. Bakı, “Şərq-Qərb” 
Nəşriyyat Evi, 2013, s.204). 
 
18.01.2016 
 


B U L U D X A N   X Ə L İ L O V  
 
62
 
Mixail Şoloxov:  
təbiətə və cəmiyyətə  
dərin bələd olan yazıçı – I yazı 
 
Uşaqlıqda bəzən yazın 
tez gəldiyini görmüşəm. 
Böyüklər onun mahiyyətinə 
varıblar. Mən isə başa düş-
məmişəm. Ancaq gözümlə 
görmüşəm ki, yazın tez gəli-
şi ilə qarın altından güllər 
çıxıb: danaqıran , bənövşə... 
Sonra qar yağıb, soyuq dü-
şüb həmin gülləri məhv edib. Bəzən isə yazın tez gəlişi 
dağda və düzdə olan qarı əridib, çaylar daşıb, sel-su hər 
yeri götürüb. Hətta onu da görmüşəm ki, yazın gəlişi ilə 
əriyən qarın suları o qədər çox olubdur ki, balaca, hətta 
yayda quruyan bir çaydan keçmək mümkün olmayıb. 
Qıjıltı ilə axan çayın səsindən adam qulağını tutmalı 
olub. 
Mixail Şoloxovun “İnsanın taleyi” əsəri belə baş-
layır: “Müharibədən sonra gələn yaz Yuxarı Donda çox 
az-az görünən və tez düşən yazlardan idi. Martın sonun-
da Priazovyedən isti küləklər  əsdi, iki gündən sonra 
Donun sol sahilindəki qumsallığın qarı tamam əridi, qar 
basmış dərələr və qobular su ilə doldu, buzu sınmış ki-
çik çaylar aşıb-daşdı, yollarda gediş-gəliş son dərəcə 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
63
çətinləşdi”. (bax: Mixail Şoloxov. Seçilmiş  əsərləri. 
“Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.14). 
Bunların hamısını  mən uşaqlıqda gözlərimlə gör-
müşəm. Hətta yadımdadır ki, qardaşım Məzahiri çayın 
suyu alıb aparırdı. Anam köməyinə çatmasaydı, çayın 
suyu onun başına nə oyun gətirəcəkdi onu bir Allah bilir. 
“İnsanın taleyi” əsərini oxuyanda uşaqlıqdakı 
xatirələrim yada düşür.  Əsərdə  təbiətin təsviri ilə bağlı 
yerlər uşaqlığımı xatırladır. 
Mixail  Şoloxovun “Yol-iz” povesti belə başlayır: 
“Getman yolu Don boyunca çöllə  dənizin özünə  qədər 
uzanır. Donun sol sahili maili qumlu yamaclar, solğun-
casına ilğımlanan yaşıl subasar çəmənliklər, hərdənbir 
ağımtıl şəfəqlərlə işıldayan adsız göllər, sağ sahilində iri 
çıxıntılı geniş dağlar, dağların, Getman yolunun bozum-
tul haşiyəsinin, alçaq gözətçi təpələri silsiləsinin və 
kiçik çayların arxasında isə kazakların böyük və kiçik 
çöl xutorları, stanitsalar yerləşir, kəkilli ağotu sahələri 
dənizi xatırladır”. (bax: Mixail Şoloxov. Seçilmiş 
əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.54) 
“Yol-iz” povestindən başqa bir məqam: “Sısqa şə-
fəq. Toxaclanıb bərkimiş yoldan təzəlikcə at ilxısı ke-
çib. Çöl yovşanlarının başları toz içindədir. Təpəlikdə 
şum vururlar. Orada adamlar əlləşir, gavahın qoşulmuş 
öküzlər ağır-ağır irəliləyirlər. Külək çodarların qışqırı-
ğını, fit səslərini və  qırmanc  şaqqıltısını havada fırla-
dır”. (bax: Mixail Şoloxov. Seçilmiş  əsərləri. “Şərq-
Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.54). 


B U L U D X A N   X Ə L İ L O V  
 
64
Bu hadisələr uşaqlığımdakı bir çox müşahidə etdi-
yim anları yada salır. Mixail Şoloxov təbiəti təsvir et-
məkdə mahirdir. Təbiəti belə təsvir etmək üçün təbiətlə 
çox bağlı olmaq, təbiətin içində olmaq lazımdır. Təbiə-
tin içində olmadan belə  təsvir etmək olmaz: “Xoş yay 
günlərində Don çöllərində sünbüllər xışıldayır, səslənə-
səslənə dalğalanır.  İndi, biçinqabağı sünbülün içində 
buğdanın qılçıqları on yeddi yaşlı  oğlanın bığları kimi 
qaralır, taxıl isə yuxarı boylanaraq adamdan da uca 
durmağa can atır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsər-
ləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.111). 
Mixail  Şoloxovun “Don hekayələri” silsiləsindən 
“Naxırçı” hekayəsi təbiəti tərənnümlə, daha doğrusu, 
vəsf etməklə başlayır. Bu, yazıçının həm də üslubudur: 
özünəməxsus, bənzərsiz üslubu. “Naxırçı” hekayəsində 
oxuyuruq: “Gün yandırmış boz çöldən, çatlaq-çatlaq 
olmuş  ağ  şoranlıqdan, gündoğandan on altı gün idi isti 
külək əsirdi. 
Torpaq kömürə dönmüşdü, otlar saralıb bürüş-
müşdü, yol qırağındakı quyuların damarlarından su çə-
kilmişdi; hələ sünbülləşməmiş taxıl saralıb-solmuş, qo-
calar kimi belini bükərək başını yerə əymişdi. 
Günortaçağı mürgüləyən xutora zəngin mis səsi 
dalğa-dalğa yayıldı. 
İsti. Sakitlik. Yalnız çəpərlər boyunca ayaqlar şap-
pıldayır, toz qaldırır, qocaların  əsaları  kəsəklərə  dəyib 
taqqıldayır, yolu yoxlayır”. (bax: Mixail Şoloxov. Se-
çilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, 
s.120). 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə