Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
65
Mixail  Şoloxovun “Don hekayələri” silsiləsindən 
olan “Xal”, “Naxırçı”, “Ərzaq komissarı”, “Şibalkonun 
toxumu”, “Alyoşkanın qəlbi”, “Bostan qoruqçusu”, 
“Sırtıqcığaz”, “Qan düşməni”, “Dayça”, “Mavi göl”, 
“Muzdurlar”, “Özgə qan” və s. hekayələr olduqca həya-
tidir. Bundan başqa, onun “Burulğan”, “Əyri yol”, 
“Qaloşlar”, “İradəsiz adam”, “İkiərli qadın” hekayələri 
də həyatın real anlarını əks etdirir. 
Mixail Şoloxov istedadlı yazıçı olub. İstedad qar-
şısında hər  şey acizdir. Rus ədəbiyyatının görkəmli, 
dünya miqyaslı ədibləri içərisində Mixail Şoloxovun öz 
yeri var. O, Fyodor Dostoyevski və Lev Tolstoydan 
sonra rus ədəbiyyatının  ən görkəmli yazıçılarındandır. 
Mixail  Şoloxovun təsviretmə imkanları, yəni hadisələri 
təsviretmə imkanları olduqca təsirlidir.  Bu da oxucuda 
maraq yaradır, hadisələri, personajları canlı edir. 
Mixail  Şoloxov “sovet ideologiyası”na xidmət 
etmişdir. O, sovet ideologiyasının və sovet ədəbiyya-
tının keşiyində dayanmış, geniş təbliğatçısı olmuşdur. 
Mixail Aleksandroviç Şoloxov 1905-ci il may 
ayının 24-də Rostov vilayətinin Veşenskaya stanitsası-
nın Krijilino adlı xutorunda anadan olub. Onun yeniyet-
məlik dövrü I Dünya müharibəsinə  təsadüf etdiyindən 
yaxşı təhsil ala bilməyibdir. O, yalnız dörd sinfi tamam-
layıb. Buna baxmayaraq, axşam məktəblərində  dərs 
deyib və 1920-1922-ci illərdə Sovet Rusiyasında savad-
sızlığın ləğvi kampaniyasında fəal iştirak edibdir. Yaşlı 
adamlara yazıb-oxumağı öyrədibdir. Rostovda Vergi 
kursunu bitirdikdən sonra Bukanovskaya stanitsasında 


B U L U D X A N   X Ə L İ L O V  
 
66
satış inspektoru kimi çalışmışdır. Onun barəsində  mə-
nimsəmə faktı ilə bağlı cinayət işi qaldırılmış və 1922-ci 
ildə ölüm hökmü çıxarılmışdır. Mixail Şoloxov bunu 
sonralar belə xatırlamışdır: “İki gün güllələnəcəyimi 
gözlədim... Amma sonra gəldilər və  məni buraxdılar”. 
Onun təcrübəsizliyini və yaşının az olduğunu nəzərə 
alaraq məsuliyyətdən azad edirlər. Mixail Şoloxov 
1922-ci ildə ali təhsil almaq üçün Moskvaya gəlir. An-
caq onun iş stajının azlığı və “komsomol təqdimatı”nın 
olmaması onun ali təhsil almasını ürəyində qoyur. Özü 
müstəqil surətdə oxuyur, mütaliə edir. Və ən ağır, çətin 
işlərdə çalışır. 
Mixail  Şoloxovun ilk felyetonu 1923-cü ildə, 
1924-cü ildə isə “Xal” adlı ilk hekayəsi çap olunur. Bu 
hekayə onun ədəbiyyatdakı  gələcək taleyini həll edir. 
“Xal” hekayəsinin çox sadə, lakin mənalı və məzmunlu 
süjeti vardır. Belə ki, komsomolçu Nikolay Koşevoy 
antisovet kazak dəstəsinə qarşı vuruşur. Kazak dəstəsinə 
isə rəhbərlik edən ataman onun atası olur. 
Nikolay Koşevoyun atası I Dünya müharibəsində 
itkin düşdükdən sonra kazak dəstəsinə atamanlıq edir. 
Mixail  Şoloxov hekayədə Nikolay Koşevoyun 
yaşadığı daxmanı belə təsvir edir: “Nikolkanın yaşadığı 
daxma Donun sıldırım sahilində yerləşir. Pəncərədən lə-
pələnən mavi Donun zağlı poladı andıran suyu görünür. 
Gecələr fırtına zamanı dalğalar sıldırım sahili döyəclə-
yir, pəncərələrin qapıları  bərk cırıldayır və Nikolkaya 
elə  gəlir ki, su oğrunca döşəmənin deşiklərinə  tərəf 
sürünür, getdikcə artaraq daxmanı silkələyir”. Nikolay 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
67
Koşevoya atasından sol ayağında, topuğundan yuxarıda, 
atasının ayağındakı kimi, göyərçin yumurtası boyda xal 
miras qalır. On beş yaşına qədər muzdurluq edən 
Nikolay sonra yalvarıb-yaxarmaqla bir uzun şinel  əldə 
edir və  qırmızı  əsgərlər alayına qoşulub Vrangelin 
üstünə hücuma keçir. 
İtkin düşən ataman əsirlik, sonra əsirlik düşərgə-
sindəki həyatı ilə diqqəti cəlb edir. Əksinqilabçılar dəs-
təsindəki fəaliyyəti də qeyri-adi olur. 
Kazaklarla ölüm-dirim savaşında ataman öz oğlu-
nu öldürür. O, ölüm-dirim savaşında Nikolay Koşevo-
yun çəkməsini çıxaranda onun ayağındakı xalı görür. Bu 
xalla oğlunu tanıyır. O, sarsılır və sonra özünü öldürür. 
Bəli, oğlunun qatili ata sonra özünü öldürür. Atamanın 
oğlunu öldürməsi səhnəsini Mixail Şoloxov təsirli bir 
formada ifadə edir: “Xam, südəmər qızmışdır, buna 
görə də buradaca ölüm yaxalayacaqdır”, – ataman qırıq-
qırıq düşündü və Nikolkanı patrondaşı qurtaranadək 
gözlədi, sonra atın cilovunu buraxıb çalağan kimi şığıdı. 
Yəhərdən sallanaraq qılıncı vurdu, zərbənin altın-
da bədənin necə yumşaldığını və itaətlə yerə sürüşdüyü-
nü dərhal hiss etdi. Ataman yerə sıçradı, durbini ölünün 
döşündən qopartdı, yavaş-yavaş titrəyən ayaqlarına 
baxdı, ətrafa nəzər saldı və oturdu ki, ölünün ayaqların-
dan xrom çəkmələri çıxartsın. Öz ayağını ölünün xırçıl-
dayan dizinə dayayaraq çəkmənin bir tayını  cəld və 
məharətlə çıxartdı. O biri tayı, görünür, coraba ilişmişdi, 
çıxmırdı. Ataman hirsli-hirsli söyərək dartdı, çəkməni 
corabla birlikdə  çıxartdı  və ölünün ayağında, topuqdan 


B U L U D X A N   X Ə L İ L O V  
 
68
yuxarıda göyərçin yumurtası boyda xalı gördü. Soyu-
maqda olan başı oyatmaqdan qorxurmuş kimi yavaşca 
üzüüstə çevirdi, əllərini oğlanın ağzından gur axan qana 
buladı, diqqətlə baxdı  və yalnız bu zaman onun 
yöndəmsiz çiyinlərini kobud bir tərzdə qucaqladı  və 
alçaqdan dedi: 
– Oğlum!.. Nikoluşka!..  Əzizim!.. Mənim canım-
ciyərim... 
Rəngi qarala-qarala qışqırdı: 
– Barı bir kəlmə danış! Axı bu, necə oldu, hə? 
Sönməkdə olan gözlərə baxaraq yıxıldı; qan sağıl-
mış göz qapaqlarını qaldırıb, gücsüz, taqətsiz bədəni 
silkələdi... Amma Nikolka dilinin göyərmiş ucunu bərk 
dişləmişdi, sanki, nə isə son dərəcə böyük və mühüm bir 
şeyi ağzından qaçırmağa qorxurdu. 
Ataman oğlunun soyuyan əllərini sinəsinə basaraq 
öpdü və dişlərini mauzerin tərləmiş poladına bərk-bərk 
basıb gülləni öz ağzına sıxdı”. (bax: Mixail Şoloxov. 
Seçilmiş  əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 
2013, s.118) 
Yazıçı üçün təkcə mövzunun aktuallığı  hər  şeyi 
həll edə bilməz. Aktual olan mövzunu oxucuya təqdim 
etməyi bacarmaq lazımdır. Məhz bacarmaq lazımdır. 
Bunu Mixail Şoloxov bacarmışdır. Elə ilk “Xal” heka-
yəsi də onun bacarığı  və istedadı ilə ona uğur gə-
tirmişdir. 
Mixail Şoloxovun “Don hekayələr” kitabı çap olu-
nanda 21 yaşı vardı. “Don hekayələri” 21 yaşlı müəllifə 
şöhrət gətirdi, məhz “yetkin yazıçı” şöhrəti. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə