Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

B U L U D X A N   X Ə L İ L O V  
 
74
dəki həyatın əsas xüsusiyyətlərini müəyyənləşdirib yeni 
mətn təqdim edən sənətkarlardır. Həm bütünlükdə 
realizm, həm də realist roman keçmişdəki böyük ustad-
ların bədii təcrübələrinə əsaslanır. Amma inkişaf zamanı 
bu  əsərlər mahiyyətcə yeni və çox müasir cizgilər  əldə 
elədi. 
Mən özündə  həyatın yenilənməsi, onun insanın 
xeyrinə  dəyişməsi ideyasını daşıyan realizmdən danışı-
ram. Təbii ki, bu, bizim indi sosialist realizmi adlandır-
dığımız realizmdir. Bu realizmin özünəməxsusluğu 
onun gerçəklikdən qaçmayan, insanlığı inkişafa istiqa-
mətləndirmək uğrunda aparılan, bəşəriyyətə milyonlarca 
insanın ortaq məqsədlərinə çatmaqda kömək edəcək 
mübarizəyə çağıran, onların mübarizəsinin yolunu işıq-
landıran dünyagörüşünü ifadə etməsidir”. 
Mixail Şoloxov bəşəriyyətə bütöv bir tam halında 
yanaşmaqla, Yer üzərində yaşayanların problemlərini
qayğılarını  və  tələblərini anladığını bildirirdi. Həm də 
Yer üzərində yaşayan insanların maraq və məqsədlərini 
bir-birindən ayırmırdı. O, Nobel nitqində deyirdi: “Bə-
şəriyyət özlərini Yerin cazibə qüvvəsinin sərhədlərindən 
kənar çıxan kosmonavtlar sayağı çəkisizlik vəziyyətində 
hiss edən təklərə, fərdlərə bölünməyib. Biz Yer üzündə 
yaşayır, Yerin qanunlarına tabe oluruq. İncildə deyildiyi 
kimi, günümüz bu dünyanın şəri, qayğıları və tələbləri, 
sabahın daha yaxşı olacağına ümidləri ilə doludur. Yer 
əhalisinin nəhəng təbəqələri eyni məqsədlərlə  hərəkət 
edir, eyni maraqlarla yaşayır və bu məqsədlər, maraqlar 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
75
onları ayırmaqdan daha çox, yaxınlaşdırmağa xidmət 
göstərir. 
Bunlar – hər şeyi öz əllərinin və beyinlərinin əmə-
yi ilə yaradan zəhmətkeş insanlardır. Mən özünün ən 
yüksək  şərəfini qələmi ilə  zəhmətkeş xalqa xidmət 
etmək imkanının heç nə ilə  məhdudlaşmayan azad-
lığında görən yazıçılardanam”. 
Mixail  Şoloxov Yer üzərində qurub-yaradan in-
sanları zəhmətkeş insanlar kimi dəyərləndirirdi. Və belə 
insanlara xidmət edən sənətkar olduğunu qeyd edirdi: 
“Hər  şey buradan başlanır. Mənim, sovet yazıçısının 
fikrinə görə, sənətkarın müasir dünyadakı yeri barədə 
gəldiyi qənaətlər də buradan qaynaqlanır”. 
 Mixail  Şoloxov deyirdi: “Biz çaxnaşma illərini 
yaşayırıq. Amma dünyada müharibə istəyən heç bir xalq 
yoxdur. Sadəcə, xalqları bütünlüklə müharibə alovlarına 
atan güclər var. İkinci Dünya müharibəsinin nəhəng 
tonqallarının külü yazıçı ürəyində qalaqlanmaya bilər-
mi? Şərəfli yazıçı bəşəriyyəti özünüməhvə məhkum et-
mək istəyənlərə qarşı etiraz etməyə bilərmi?” 
Mixail  Şoloxov Nobel nitqində “yazıçının işi nə-
dən ibarətdir?” sualına da cavab verirdi: “Bəs özünü 
Olimp dağlarına qaldırılmış, insanların iztirablarına la-
qeyd ilahi varlıq deyil, öz xalqının oğlu, bəşəriyyətin bir 
zərrəsi hesab edən yazıçının işi nədən ibarətdir? 
Oxucu ilə səmimi olmaq, insanlara bəzən acı, heç 
də  həmişə  ləyaqətli olmayan həqiqəti demək, onların 
ürəyində gələcəyə, bu gələcəyi qurmağa qadir olan güc-
lərinə inamı möhkəmləndirmək. Bütün dünyada sülhün 


B U L U D X A N   X Ə L İ L O V  
 
76
bərqərar olması uğrunda mübarizə aparmaq və öz sözü-
nün gücü ilə bu mübarizəyə qoşulacaq insanlar yetişdir-
mək.  İnsanları inkişafa canatma adlanan təbii və 
ləyaqətli bir məqsəd ətrafında birləşdirmək. 
İncəsənət insan beyni və ürəyinə böyük təsir gücü-
nə malikdir. Məncə, sənətkar bu gücü insanların ürəyin-
də, insanlığın xeyrinə  işləyəcək gözəlliklərə yönəldən 
bir insan adına layiqdir”. 
Mixail  Şoloxov yazıçı kimi fəaliyyətini xalqına 
xidmətdə görürdü. O xalq ki, o, zəhmətkeş, qurucu, 
azadlığı  uğrunda mübarizə aparandır: “Mənim doğma 
xalqım tarix boyu irəliyə heç də  həmişə asan yollarla 
getməyib. Bu yollarda öndərlər, həyat pionerləri addım-
layıb. Mən bir yazıçı kimi öz borcumu indiyə  qədər 
yazdıqlarımda və bundan sonra yazacaqlarımda bu zəh-
mətkeş, qurucu, heç vaxt heç kimə hücum etməyən
amma öz qurduğu ölkəni, öz azadlığı  və  şərəfini, öz 
gələcəyini öz seçimi ilə qurmaq hüququnu ləyaqətlə 
müdafiə etməyi bacaran qəhrəman xalqa təzim etməkdə 
görürəm”. 
Hər bir istedadlı yazıçı  bəşəriyyətə  və onun bir 
parçası olan insana xidmət edir. Bu işə yalnız və yalnız 
istedadlı yazıçılar nail ola bilir. Mixail Şoloxov kimi. O 
deyirdi: “Mən istəyərdim ki, kitablarım insanlara 
özlərinin daha yaxşı adam olmasına, mənəviyyatlarının 
daha da təmizlənməsinə xidmət etsin, insanı sevdirsin, 
bəşəriyyətin inkişafı və humanizm idealları uğrunda fəal 
mübarizə aparmağa səsləsin.  Əgər buna azacıq da olsa 
nail ola bilmişəmsə, mən xoşbəxt yazıçıyam. 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
77
Bu zalda oturanlara, Nobel mükafatına layiq 
görülməyim münasibətilə  mənə  təbrik göndərən bütün 
insanlara təşəkkür edirəm”. 
Bu gün dünyanın mənzərəsi, məhz siyasi mən-
zərəsi dəyişsə  də, Mixail Şoloxovun  əsərlərinin  ədəbi-
bədii dəyəri dəyişməmişdir. Başqa sözlə, azalmamışdır. 
Çünki, onun ədəbi istedadı hər şeyi üstələmişdir. 
Hətta “Oyanmış torpaq” epopeyasını ikinci nəşrə 
hazırlayarkən o, əsərin üzərində xeyli redaktə  işinin 
aparmasına baxmayaraq, bu da onun istedadına kölgə 
sala bilməmişdir. Baxmayaraq ki, ona irad tutulmuşdur 
ki, “Oyanmış torpaq” epopeyasının ikinci nəşrini ona 
görə redaktə yolu ilə nəşr etdirmişdir ki, guya M.Şolo-
xova  siyasi təzyiq olmuşdur. Guya siyasi təzyiq  əsəri 
sovet ideologiyasının tələblərinə tam şəkildə uyğunlaş-
dırmışdır. Ancaq bu irad da onun ədəbiyyatdakı nüfuzu-
na qətiyyən xələl gətirməmiş, onun nüfuzunu qətiyyən 
azaltmamışdır. 
Mixail  Şoloxov kazakların həyat tərzini bütün 
təfərrüatı ilə bilən yazıçıdır. Kaş hər bir yazıçı mənsub 
olduğu xalqı Mixail Şoloxov qədər dərindən tanıyaydı. 
Mənsub olduğu xalqı  dərindən tanıyan yazıçı  mənsub 
olduğu xalqdan yazarkən dərindən yazır. Həm mənsub 
olduğu xalqı, həm də özünü oxucuya sevdirə bilir. 
Mixail Şoloxov yaradıcılığında zəngin bir məişəti, 
daha doğrusu, məişəti  əks etdirmək qabiliyyəti var. 
Onun yaradıcılığındakı bu ifadələr xalqa və onun məişə-
tinə  dərindən bələd olmasından xəbər verir: qatranın 
məstedici tünd qoxusu, tənbəki, alaqotu, tufanda qovaq 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə