Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
83
Allah qırdı Vətənə xəyanət edənləri, 
Kəllə sümükləriylə səpildi çöl, biyaban. 
Peyğəmbərsə dirildib: Haqdan həyat dilədi
Yer torpaq təhqirini bağışlamır heç zaman. 
 
İvan Bunin “Quran”dakı “O, yol göstərən işarələr 
qoyur” cümləsindən faydalanaraq “Yol göstərən işarə-
lər”  şeirini, “Bu gecə  mələklər göydən enir” cümlə-
sindən faydalanaraq “Qədr gecəsi”  şeirini, “O yatmır, 
mürgüləmir” cümləsindən faydalanaraq “Təmcid” 
şeirini yazır. “Quran”dakı “Biz mələklərə: “Adəmə səc-
də edin!” – dedik. Oddan yaranmış İblisdən başqa hamı 
səcdə edir” cümləsindən qaynaqlanaraq “İblis-Allaha” 
şeirini yazır: 
 
–  Adəmin qarşısında səcdə edin! – dedin sən, 
Mən oddan yaranmışam, o, palçıqdan, bilirsən.  
Quru yarpaqlar ilə alov yola gedərmi?  
Atəş ehtirasını yarpaqlar söndürərmi?  
 
Mən öz od bayrağımı daha uca tutaram,  
Sənin o Adəmini atəşimə qataram. 
Dulusçu kimi onu odumda bişirərəm. 
Onu bərkidib, sonra ona nəfəs verərəm. 
 
İvan Buninin İslam dininə hörmət və ehtiramını 
əks etdirən xeyli şeirləri vardır. Məsələn, “Peyğəmbərin 
xələfləri”, “İbrahim”, “İstanbul”, “Kəbənin qara daşı”, 
“Məhəmməd qovulanda”, Məhəmməd və Sofiya”, 
“Yaşıl bayraq” və s. şeirlər bu qəbildəndir. İvan Bunin 


B U L U D X A N   X Ə L İ L O V  
 
84
yaradıcılığına  şair kimi başlasa da, sonralar onlarla 
hekayə  və povestlər yazmışdır. Onun nəsr yaradıcılığı 
1910-cu ildən sonra başlamışdır. Hekayələri kifayət 
qədər həyat hadisələrini dolğun  əks etdirən nümunələr 
kimi diqqəti cəlb edir. İvan Buninin “Natali”, “Gözəl”, 
“Gicgici”, “Antiqona”, “Zümrüd”, “Qurdlar”, “Vizit 
kartları”, “Bir tanış küçədə”, “Xaç analığı”, “Gecə vax-
tı”, “Ballada”, “Qafqaz”, “Henrix”, “Parisdə”, “Qisas”, 
“Gecə qonağı”, “Başlanğıc”, “Quzğun” və s. hekayələri 
real həyatı  əks etdirmək baxımından bədii dəyəri ilə 
seçilən hekayələrdir. Onun hekayələrinin  əksəriyyəti 
1940-cı illərdə yazılmış hekayələrdir. 1940-cı ilin 28 
sentyabrında yazdığı “Gözəl” hekayəsi gözəllik barədə 
düşünməyə  əsas verir. Belə ki, bu hekayə “Dünyanı 
gözəllik xilas edəcək” fikrini təsdiq etmir. Gözəllik bir 
göstərici kimi yaxşıdır, göz oxşayandır, həyata bəzəkdir. 
Ancaq gözəllik dünyanı xilas edə bilərmi?! Axı 
gözəlliyin özünün qorunmasına, mühafizə olunmasına 
ehtiyac var. Yaxşı olar ki, konkret olaraq “Gözəl” 
hekayəsinin öz məzmunundan çıxış edək. Bu mənada 
hekayədəki konkret bədii parçalara müraciət edərək 
təhlil aparmaq yerinə düşər. Hekayə belə başlayır: 
“Dövlət palatasının dul, qoca məmuru hərbi rəisin gö-
zəl, gənc qızı ilə evləndi. O, təvazökar və azdanışan idi, 
qız isə öz qiymətini bilirdi. O, arıq, uzun, vərəmlilərə 
xas bədən quruluşuna malik idi, yod rəngli eynək taxır, 
bir az boğuq səslə danışırdı, əgər nəyisə ucadan demək 
istəsə, səsi elə  gəlirdi ki, sanki, hansısa deşikdən çıxır. 
Qız isə  bəstəboy idi, həmişə zövqlə geyinərdi; ev 
işlərində çox diqqətcil, təsərrüfatçı qabiliyyəti vardı, 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
85
nüfuzedici baxışlara malik idi. O, bütün münasibətlərdə 
quberniyanın bir çox başqa məmurları kimi maraqsız 
görünürdü, ancaq birinci nikahda da gözəl qadınla 
evlənmişdi; - hamı əlini yelləyərək fikirləşirdi ki, görə-
sən, nəyə görə gözəllər buna ərə gedirlər?” (İvan Bunin. 
Seçilmiş  əsərləri. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 
2013, s.50) Sual olunur: Niyə belələri həmişə gözəllə 
evlənməlidir? Niyə belələrinin qismətinə  həmişə 
gözəllər çıxmalıdır? Nə üçün belə dul, qoca məmurlar 
gözəl, göyçək bir qızla evlənməlidirlər? Nəyə görə  hər 
kəs öz tayını tapmamalıdır? Nəyə görə hərə öz ayağını 
yorğanına görə uzatmamalıdır? Nəyə görə  hər kəs öz 
gördüyü iş barədə düşünməməlidir? Etdiyi və gördüyü 
işlər barədə fikirləşməməlidir? 
İvan Buninin “Gözəl” hekayəsində gözəlliyin 
gətirdiyi ziyan da suallara səbəb olur. Belə ki, hər hansı 
bir gözəlliyə vurğunluq başqa bir gözəlliyi məhv edir, 
öldürür. Bu mənada hekayənin digər bir bədii parçasına 
diqqət edək: “Budur, ikincinin (dul, qoca məmurun 
ikinci arvadı, gözəl gənc qız – B.X.) onun birinci arva-
dından olan yeddiyaşlı  oğlundan zəhləsi getməyə 
başladı, elə bil, onu heç görmürdü də. Uşağın atası isə 
arvadının qorxusundan özünü riyakarlıqla elə göstərmə-
yə başladı ki, guya, heç əvvəldən oğlu olmayıb. Tə-
biətən çılğın və mehriban oğlan onlar evdə olanda söz 
deməkdən qorxub özünə qapandı, evdə mövcud olma-
yana çevrildi”. (İvan Bunin. Seçilmiş  əsərləri. Bakı: 
“Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.50) Yenə də suallar 
yaranır. Bir-birinin ardınca doğan suallar gözəlliyin 
gətirdiyi acı nəticələri üzə çıxarır. Suallar belədir: Dul, 


B U L U D X A N   X Ə L İ L O V  
 
86
qoca məmurun birinci arvadından olan yeddiyaşlı 
oğlundan niyə zəhləsi getdi? Dul, qoca məmurun özünü 
riyakar göstərməsinin səbəbi nə oldu? Təbiətən çılğın və 
mehriban oğlan niyə söz deməkdən qorxdu, evdə 
mövcud olmayana çevrildi? Cavab belədir: Ona görə ki, 
dövlət palatasının dul, qoca məmuru hərbi rəisin gözəl 
və  gənc qızı ilə evlənmişdi. Deməli, dövlət palatasının 
dul, qoca məmuru gözəl və  gənc bir qızla evləndiyi 
üçün başqa bir gözəlliyi – yeddiyaşlı  oğlan uşağının 
gözəlliyini məhv edir. Onun görəcəyi bütün gözəl 
günləri uşağın  əlindən alır. Bunların hamısını  gənc və 
gözəl bir qızla ailə qurmaq üçün edir. Yenə  də 
hekayənin süjetinə diqqət yetirək: “Toydan sonra onu 
atasının yataq otağından balaca qonaq otağındakı  məx-
mər üzlüklü divana köçürdülər. O, narahat yatır, gecə 
üstündən adyal və döşəkağını yerə salırdı. Çox keçmədi 
ki, gözəl ev sahibəsi qulluqçuya dedi: 
–  Bu biabırçılıqdır; belə getsə, o, tezliklə divanın 
məxmərini sürtüb çıxaracaq, Nastya, onun üçün yatağı 
dəhlizdə  sənə gizlətmək üçün verdiyim, rəhmətlik xa-
nımın sandığının üstündəki döşəkcədə, özü də yerdən 
salarsan. 
İşıqlı dünyada tamamilə yalqız qalan oğlansa tam 
müstəqil, evdən tamamilə  təcrid olunmuş bir həyat ya-
şayırdı – eşidilməz, görünməz, gündən-günə yeknəsəq 
olan bir həyat... Özü üçün qonaq otağının küncündə 
farağat oturur, qrifel lövhədə evciklər çəkir, vərəqləri 
qatlanmış, hələ anası sağ ikən ona alınan yeganə şəkilli 
kitabı  pıçıltı ilə oxuyur və  pəncərələrdən baxırdı... O, 
kiçik divanla palma basdırılmış  çəlləyin arasında 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə