Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
39
yüksək səviyyədə ifadə olunur. Onun bədbinlikdən nik-
binliyə doğru dəyişməsi barədə  İ.İ.Meçnikov yazır: 
“...daxili evolyusiya keçib, dəhşətli bədbinlikdən həyatse-
vər nikbinliyə qədər” dəyişib. (Moris Meterlink. Seçilmiş 
əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.8) 
 Moris Meterlinkin belə bir fikri “Müdrik ol, onda 
hər  şeydən  əvvəl xoşbəxt olmağı öyrənəcəksən” onun 
yaradıcılığının  əsasını  təşkil edir. Bəzən onun düşüncə 
tərzini  Şərq təfəkkürünə yaxın hesab edirlər. Məsələn, 
onun “Xoşbəxtlik – arzulamamaqdır”, “İnam və  həyatı 
olduğu kimi qəbul edib sakit yaşamaq ruhi rahatlıq 
gətirir” fikrini Şərq təfəkkürünə,  Şərq düşüncə  tərzinə 
uyğun hesab edirlər. (Moris Meterlink. Seçilmiş 
əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.9) 
Moris Meterlink 1949-cu il may ayının 6-da (bəzi 
mənbələrdə may ayının 5-də) Fransada dünyasını dəyişir. 
“Arıların həyatı” romanı, “Göy quş”, “Çağırılmamış qo-
naq”, “Korlar”, “Nişanlanma”, “Müqəddəs Antoninin mö-
cüzəsi” pyesləri Moris Meterlinki Azərbaycan oxucusuna 
təqdim edə bilir. “Arıların həyatı” romanı yeddi hissədən 
ibarətdir. Birinci hissə “Arı  pətəyinin önündə” adlanır. 
Yazıçı  burada arıçılıq haqqında traktat, yaxud da vəsait 
yazmadığını bildirir. Ancaq bütün mədəni ölkələrdə belə 
vəsaitlərin olduğunu söyləyir. Eyni zamanda onun “Arıla-
rın həyatı” əsərinin elmi monoqrafiya, ya da yeni müşahi-
dələr, tədqiqatçılar toplusu olmadığını da deyir. Ancaq 
iyirmiillik arıçılıq haqqında apardığı müşahidələr əsasında 
özəl səciyyəli, məhdud maraq dairəsinə aid olan bir əsər 
yazdığını diqqətə çatdırır. Yazıçı yazır: “Gəlin həyatın 


B U L U D X A N   X Ə L İ L O V  
 
40
ehtişamını sirli – müəmmalı şeylərlə axtarmayaq. Ən adi 
şeylər ehtiramla doludur və biz hələ onlardan birini də 
düz-əməlli tədqiq etməmişik. Ona görə  də  mən yalnız 
faktlarla danışacağam. Onlar ya şəxsən mənim tərəfimdən 
yoxlanılmış, ya da apidologiyada tamamilə  təsdiqləndiyi 
üçün yoxlamağa ehtiyacı olmayan faktlardır. Mənim işim 
ondan ibarətdir ki, faktları elmi, ancaq daha canlı formada 
təqdim edim, onları bir çox daha dərin və daha sərbəst 
düşüncələrlə  əlaqələndirim və onlara dərslikdə, praktiki 
vəsaitdə, yaxud elmi monoqrafiyada olduğundan daha 
harmonik şəkil verim. Bu kitabı oxuyan adam arı təknəsini 
idarə etmək vərdişlərinə yiyələnməsə də, bu təknənin için-
dəkilər barədə gerçək, maraqlı, intim və dərin bilgilər əldə 
edəcəklər. Ancaq əlbəttə, hələ öyrənilməli olan şeylərin 
yanında bu, heç nədir. ( Moris Meterlink. Seçilmiş əsərləri. 
Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.13) Doğrudan 
da, bu dünyada öyrənilməli  şeylər çoxdur. Elə arıçılıqla 
bağlı, onun təbiətinin gerçək dərinlikləri ilə bağlı 
öyrənilməli çox məsələlər var. 
Yazıçıya görə, arıların ətrini, ruhunu, ab-havasını, 
sirlərini hiss etmək üçün arı  təknəsinin içərisinə nüfuz 
etmək lazımdır. Bir çox kitablarda olan çatışmazlıq odur 
ki, nəticələr, irəli sürülən müddəalar, fikirlər “qeyri-
səhih lətifələr toplusundan başqa bir şey deyil”. Çoxları 
yanlış fikirlərə, qabaqcadan  hasil olunmuş yanlış fikir-
lərə istinad etməklə arıçılıqdan bəhs etmişlər. Ancaq ya-
zıçı belə hesab edir ki, onun istinad nöqtələri, baxışları 
tamamilə fərqlidir.  
21.12.2015 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
41
 
Nobel mükafatçısı Moris Meterlink 
və “Arıların həyatı” əsəri – II yazı 
 
Arılar cəmiyyət halında 
yaşayır, öz qanunları ilə idarə 
olunur. Moris Meterlink 
arılarla məşğul olanlardan da 
bəhs edir. Məsələn, Aristotel, 
Katon, Varron, Plini, Kolumel-
la, Paladias bu qəbildəndir. 
Moris Meterlink bu müəllif-
lərin arılar barədə yazdıqlarını 
oxuyub öyrənir və geniş  məlu-
mat alır. Eyni zamanda arı yu-
vasının birillik tarixçəsini izlə-
yir. Ona görə də baharda ayılıb öz işinə başlayan ayrıca 
bir arı təknəsi üzərində müşahidə aparır. O, çox əhəmiy-
yətli epizodları öz gözləri ilə görür və müşahidə edir. 
Məsələn, arının beçə verməsini, beçənin uçub getmə-
sini, uçub gedən beçənin başqa bir yerdə məskunlaşma-
sını, beçələrin doğulmasını, cavan məlikələrin nikah 
uçuşlarını, tənbəl arıların məhv edilməsini, arıların qış 
yuxusuna dalmasını və s. 
Moris Meterlink arı ilinin aprel ayından başlandı-
ğını  və  ən uzağı sentyabr ayının sonuna qədər davam 
etdiyini qeyd edir və bunu arı ili kimi xarakterizə edir. 


B U L U D X A N   X Ə L İ L O V  
 
42
Moris Meterlink arı təknəsinin içərisində olan sa-
kinləri də təqdim edir. Onların içərisində ana arını, min-
lərcə  işçi arını  təqdim edir. İşçi arıların içərisində dişi 
arının (minlərlə) və erkək arının (bir neçə yüz) olduğunu 
söyləyir. Ana arı padşahlıq edir. O, könüllü surətdə 
uzaqlaşdıqdan sonra işçi arıların arasında gələcək 
məlikənin əri–erkək arı seçilir. 
Moris Meterlink arı  təknəsinin açılmasında olan 
mənzərəni də xarakterizə edir. Bu zaman arının insanı 
çalmaması üçün görüləcək tədbirləri sadalayır. Qeyd 
edir ki, bir az tüstü püskürtməklə arının sancmasının 
qarşısını almaq olur. Tüstü püskürdərkən arı elə bilir ki, 
təknəyə heç kəs hücum etmir, bu, sadəcə olaraq təbii 
hadisədir, fəlakətdir və ona tabe olmaq lazımdır. Belə 
məqamda onları hissiyyatları aldatdığı üçün öz 
gələcəklərini xilas etmək naminə təknədəki materialları 
götürüb bal ehtiyatı toplamağa doğru tələsirlər. 
Moris Meterlinkə görə, arı qarışqadan da ictimai 
məxluqdur. Arı cəmiyyəti təşəkkül tapıb inkişaf etdikcə 
onun hər bir üzvünün fərdi həyat maraqları ümumi 
maraqlara qurban verilir. Ancaq naqisliklər var. Məsə-
lən, yaşlı  işçi arılar sürfələrin  ətrafında dolaşıb onları 
yeməyə çalışır. Ana arı isə var gücüylə onu qorumağa 
çalışır. 
“Arıların həyatı” əsərinin ikinci hissəsi “Arı beçə-
si” adlanır. Qeyd olunur ki, fevralın ilk günlərindən 
məlikə sürfə qoymağa başlayır.  İşçilər bal toplamaq 
üçün güllüklərə, çiçəkliklərə, ağaclıqlara... üz tuturlar. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə