Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə13/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   9   10   11   12   13   14   15   16   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

36 


 

təzyiqi düşür və tərkibi dəyişir. 

Hazırda A. beş  əsas təbəqəyə bölünür: birinci təbəqə troposferdir. 

Onun hündürlüyü qütblərdə 8-km-ə, ekvatorda 18 km-ə, Azərbaycanda 

12-14 km-ə çatır. Troposferdə hava sıxdır və bütün A. kütləsinin 

təqribən 75%-i buradadır. Troposferdən yuxarıda-stratosfer yerləşir, 

onun üst hissəsi 20-40 km hündürlükdə ozonosferi təşkil edir. 

Stratosferdən üstdə – 40-80 km arasında mezosfer, mezosferdən 

yuxarıda – 80 ilə 1000 km arasında termosfer (ionosfer) yerləşir. 

Axırıncı təbəqə ekzosfer adlanır. O, 1000 km-dən yuxarıda yerləşir. 



ATMOSFER AKUSTİKASI – akustikanın bir bölməsi; atmosferdə 

səs dalğalarının yayılmasını öyrənir və atmosferi akustik üsullarla tədqiq 

edir. A.-a-nın mühüm vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı 

təbəqələrini tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs 

dalğalarının yayılmasını və s.-ni öyrənir. 

ATMOSFER AMİLİ  – atmosferin fiziki vəziyyəti və kimyəvi 

tərkibi ilə bağlı amil. (atmosferin seyrəkliyi, temperaturu, tərkibi, 

çirklənməsi və i.a.). 

ATMOSFER ÇÖKÜNTÜLƏRİ (YAĞINTILARI)  – buludlardan 

damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer 

səthinə  və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı 

düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. A.ç. Yer 

kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda 

yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 

110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. hava 

və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük 

əhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və 

s.) ölçülür. 



ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvi 

tərkibi ilə 

əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, 

çirkləndiricilərin olması). 



ATMOSFER FİZİKASI  – atmosferdə baş verən fiziki proses və 

hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini, 

onların radiasiyasını udması  və  şüalandırmasını  və buxarın 

kondensasiyasını, buludların və yağıntıların  əmələ  gəlməsini, 

atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

37 


 

hadisələr arasındakı asılılığı və s. öyrənir. 



ATMOSFER TƏZYİQİ  – atmosferin Yer səthinə  və cisimlərə 

etdiyi təzyiq. Hər bir nöqtədə A.t. o nöqtədən atmosferin üst sərhədinə 

qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal A.t. 760 

mm hündürlüyündə civə sütununun ağırlığına bərabərdir. A.t. -ni 

ölçmək üçün təzyiq vahidi olaraq bar qəbul edilmişdir. A.t. barometrlə 

ölçülür. 



ATMOSFERİN ÇİRKLƏNMƏSİ – havaya fiziki agentlərin, kim-

yəvi maddələrin və ya orqanizmlərin daxil edilməsi, həyat mühitinə pis 

təsir göstərir və ya maddi sərvətlərə zərər yetirir. 

ATMOSFERİN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ  – atmosferin 

çirkləndiricidən təbii proseslər yolu ilə çökməsi və atmosfer yağıntıları 

ilə yuyulması. 

ATMOSFERİN RADİOAKTİVLİYİ  – atmosferdə  təbii və süni 

mənşəli radioaktiv qarışıqların miqdarı. Təbii mənbəli radioaktivliyə yer 

qabığında yerləşən radioaktiv nuklid, uran, torium və aktiniumu 

göstərmək olar, onlar parçalanma prosesində atmosferə daxil olur. Təbii 

radioaktivliyin mənbəyinə  həmçinin kosmik şüalar aiddir. Radioaktiv 

izotopların antropogen mənbələri – nüvə partlayışı, atom energetikası və 

sənaye sayılır. Atmosferdə radioaktiv maddələr əsasən aerozollarda (tüs-

tü, dumanın hissəciklərində) toplanır. A.r. üzrə müşahidələr bir çox 

ölkələrdə aparılır. 

ATMOSFERİN SİRKULYASİYASI 

– atmosferdə hava 

axınlarının, o cümlədən tsiklon, antitsiklon, musson və passatların 

ümumi sistemi. 



ATMOSFERİN ŞƏFFAFLIĞI – atmosferin radiasiya, o cümlədən 

görünən  işığı buraxma qabiliyyəti. Atmosferin antropogen çirklənməsi 

(toz hissəciklərilə, karbon qazı, kükürd, azot, aerozollarla) A.ş. azaldır. 

A.ş.-nın pozulmasının ən qlobal nəticəsi parnik effekti hesab olunur. 



ATOLL  (ing. atoll)  – tropik qurşaqda mərcan riflərinin  əmələ 

gətirdiyi daxili laqunları qapayan qövsvari ada. 



ATOM BOMBASI – atom nüvəsinin parçalanma reaksiyası 

nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin 

ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. İlk 

A. b. İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. A.b. 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

38 


 

havada (istənilən hündürlükdə, yer səthində  və su altında, lazımi 

dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ A. b-nı sınaqdan 

çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki 

(avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına 

ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam 

ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 

35 min adam ölmüşdür. 



ATOM ELEKTRİK STANSİYASI  (AES) – nüvə yanacağını 

«yandırmaq» hesabına enerji əldə edən elektrik stansiyası. AES – 

radioaktiv çirklənmə  nəticəsində  ətraf mühitə  təsir göstərir, qəza vaxtı 

daha təhlükəli təzadlar baş verir. AES, həm də güclü istilik çirklənmə 

faktorudur. 

ATOM ENERJİSİ ÜZRƏ BEYNƏLXALQ AGENTLİK  Atom 

enerjisindən dinc sahədə beynəlxalq  əməkdaşlağın inkişafı  məqsədilə 

1957-ci ildə yaradılmışdır. (10-dan çox dövləti birləşdirir). 

ATTRAKTANTLAR (yun. attraho – özümə çəkirəm) – Öz iyi ilə 

zərərli həşərat, gəmirici və b. orqanizmləri özünə  cəlb edən təbii və 

sintetik (kimyəvi) maddələr. Son vaxtlar A.-dan bitkinin 

zərərvericilərdən mühafizəsində istifadə edilir. 



AUTEKOLOGİYA – ekologiyanın bir bölməsi; bitki, göbələk və 

heyvanat aləminin yaşadığı mühitlə olan qarşılıqlı  əlaqəsini, onların 

ekoloji amillərlə olan davamlılığını, orqanizmin fizioloji və morfoloji 

adaptasiya prosesini tədqiq edir. A.-nın xüsusi bölməsi  antekologiya 

adlanır. 

AUTVELLİNQ  (ing. aut – kənar, well – sel kimi axmaq) – 

estuarilərdən dənizə biogen maddələrlə zəngin olan suyun axması. 



AZ YARARLI SÜXURLAR

 – 


bitkinin inkişafı üçün əlverişsiz 

fiziki və kimyəvi xassələrə malik olan süxurlar. Belə süxurlarda bioloji 

rekultivasiyanın aparılmasını  təmin etmək üçün kimyəvi, aqrokimyəvi 

və meliorativ araşdırmaların aparılması tələb olunur. 



AZALAN NÖV – fərdləri və populyasiya müxtəlifliyi nəzərə 

çarpacaq dərəcədə durmadan azalmağa doğru gedən növ. 



AZDUZLU (ŞORTƏHƏR) SU – Duzun qatılığı 10q/l-rə  qədər 

olan su. 



AZOY MÜHİT  – canlı orqanizmlərdən mərhum olan mühit 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə