Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə13/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   9   10   11   12   13   14   15   16   ...   161

Mirniyaz Mürsəl oğlu Mürsəlov 

32

bir qadının zina etməsi haqqında ixtilaf etmişlər, belə ki, zina edən kişi zina edən 



qadının anası  və  qızı ilə evlənə bilər, bu haram deyildir. Zina edən qadın da zina 

etdiyi kişinin atası və oğlu ilə evlənə bilər. İmam Maliklə imam Şafii bu görüşdədir. 

İmam Azam Əbu Hənifə isə bunun haram olduğu görüşündədir.

39

  



Əhməd Haşimzadə yerinə görə kəlam ayələrini də təfsir etmiş və bəzi alimlərin 

görüşünə müraciət etmişdir. Məsələn, əl-Bəqərə surəsinin 255-ci ayəsindəki “...Onun 

kürsüsü (elmi, qüdrət və  səltənəti) göyləri və yeri əhatə etmişdir. Onları mühafizə 

etmək Onun üçün heç də çətin deyildir...” “Allahın kürsüsü” ifadəsi ilə bağlı bildirir 

ki,  Əhli-təfsir kürsü haqqında ixtilaf etmişlər. Həsən kürsünün ərş olduğunu 

söyləmiş, bəzilərinə görə kürsü ərşin önündə, bəzilərinə görə isə  ərşin yanında bir 

halqai-kəbirdir. Yenə də doğrusunu Allah bilir.

40

  



Haşimzadə surə və ayələrin enmə səbəblərinə də  toxunmuşdur. Məsələn, Təbbət 

surəsinin 1-ci və 2-ci ayələrini “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (və ya Əbu 

Ləhəbin əlləri qurusun, o ölsün!). (Qiyamət günü) Ona nə mal-dövləti fayda verəcək, 

nə  də qazandığı (və ya oğul uşağı).” təfsir edərkən aşağıdakı  rəvayəti nəql edir. 

Həzrət Peyğəmbərə  əvvəlcə  ən yaxın qohumlarını  xəbərdar et deyə  əmr olundu. 

Həzrət Peyğəmbər də qohumlarını toplayıb onları xəbərdar etdikdə Əbu Ləhəb ona: 

“Ya Məhəmməd, səni görüm öləsən, məhv olasan. Bizi bundan ötrümü bir yerə 

topladın?” – dedi. Bundan sonra bu iki ayə nazil oldu.

41

  

Müfəssir bəzən nəsx ayələrinə toxunmuşdur. Məsələn, əl-Bəqərə surəsinin 180-



ci ayəsinin “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan 

valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə 

birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir.” təfsiri zamanı bildirir ki, 

əvvəlcə ana, ata və qohumlara vəsiyyət fərzdir. Yalnız bilməlisiniz ki, varisə vəsiyyət 

etmək yoxdur. Sonralar bu ayə miras ayəsi ilə nəsx edildi.

42

  



Əhməd Haşimzadə də Şəkəvi kimi surələrin əvvəlində olan Hurufu Müqəttəələrə 

məna verməyə çalışmışdır. Məsələn, müfəssirə görə  əl-Bəqərə surəsinin 1-ci 

ayəsindəki “Əlif-ləm-mim” hərfləri Allah Təalanın sirrinin bir işarəsidir. Hər bir hərf 

Allahın sifətlərindən birini bildirir. Məsələn, “əlif” – Allah, “ləm” – Lətif, “mim” isə 

Məcid mənalarını verir.

43

    



                                                 

39

 Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 236. Beyrut, Aləmul-kutub, tarixsiz. 



40

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, IV c., s. 460. Əlyazma, 1962. 

41

 Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 344. Beyrut, Aləmul-kutub, tarixsiz. 



42

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 65. Əlyazma, 1962. 

43

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 3. Əlyazma, 1962. 




Son dövr Azərbaycan müfəssirləri 

33

Azərbaycan xalqı  hər zaman milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, onunla bir 



ölkənin havasını, suyunu bir sözlə  hər  şeyini paylaşan qeyri-din, hətta qeyri məzhəb 

mənsubları ilə daim tolerant bir şəraitdə yaşamışdır. Bu baxımdan həm Azərbaycan xalqı, 

həm də dövləti dünyada yaşayan digər xalq və dövlətlər üçün nümunəyə çevrilmişdir. 

Məqalədə  tədqiq etdiyimiz bu üç görkəmli Azərbaycan alimi dövrünün mütərəqqi 

şəxsiyyətlərindən olub, xalqın maariflənməsi və inkişaf etməsi yolunda əllərindən gələni 

etmişlər. Xüsusilə, Bakuvi və  Şəkəvi öz təfsirlərində tolerantlıq  ənənəsinə sadiq qalaraq 

Qurani-Kərimin ayələrini izah edərkən  İslam dininin hər iki böyük məzhəbinin - Şiə  və 

Sünni məzhəblərinin, təfsir, fiqh və hədis alimlərinin görüşlərinə yer vermiş, bununla da

bütün İslam dünyasına İslamın təkcə bir məzhəb və ya təriqətlə deyil, bütün məzhəb və 

təriqətlərlə mükəmməl bir din olduğu mesajını vermişlər.  

Qeyd etmək lazımdır ki, günümüzdə  İslam dünyası üçün bu mesaj çox vacibdir. 

Məlumdur ki, məzhəb mövzusu İslam aləmində hər zaman həssas məsələ olmuşdur. Bu 

baxımdan bu üç görkəmli Azərbaycan müfəssirinin əsərlərinin həm ana, həm də müxtəlif 

dillərə tərcümə edilib, oxuculara böyük tirajda təqdim edilməsi çox faydalı olardı. 

 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI: 



 

1.

 



Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici. Doktora tezi, 1997.  

2.

 



Ahmet Dolunay, Gerçeğin Doğuşu. İstanbul, Merkür Yayınları, 2000. 

3.

 



Davud Aydüz, Sovet dövründə Azərbaycan türkcəsi və  ərəb qrafikası ilə 

yazılmış təfsir. Bakı, İslam Araşdırmaları jurnalı, 2001.  

4.

 

Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim. Əlyazma, 1962. 



5.

 

Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul. Beyrut, Aləmul-kutub, tarixsiz. 



6.

 

əz-Zəməxşəri,  əl-Kəşşaf an həqaiqit-tənzil və uyunil-əqavil fi vücuhit-təvil. 



Beyrut, Darul-fikir, 1977. 

7.

 



Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-

Bakuvi, Kəşfül-həqaiq ən nükətil-ayati vəd-dəqaiq. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.  

8.

 

İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir 



çalışmaları, Yüksek lisans tezi. Marmara Universitesi, 2002.  

9.

 



Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran. Bakı, 

Azərnəşr, 1990. 

10.

 

 Məhəmməd Hüseyn Tabatabai, əl-Mizan fi təfsiril-Quran. Beyrut, 



Müəssəsətu Aləmi lil-Mətbu, 1973. 

11.


 

 Müslim b. Haccac, Sahihi Müslim,  Libas, 120. İstanbul, Çağrı Yayınları, 1992. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə