Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə16/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   12   13   14   15   16   17   18   19   ...   161

İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman 

41

dövlət  ənənəsini bilən, dövrün əhəmiyyətli alim və dövlət xadimlərindən olan İbn 



Müqəffanın mərkəzi hüquq sistemini yaratma təklifi kimi qəbul edilən məşhur 

Risalətus-səhabə adlı  əsəri xüsusi əhəmiyyətə sahib olmuşdur. Müəlif bu əsərində 

siyasi, hüquqi, idari, hərbi və iqtisadi məsələlərlə bağlı mərkəzi siyasət sisteminə sahib 

olan Sasani dövlət  ənənəsini Abbasi dövlət xadimlərinə tanıtmış  və Abbasilər 

dövlətinin sahib olduğu problemləri və həll yollarını izah etmişdir. Xarici aləmə qapalı 

olan  Əməvi xilafətinin  əksinə yeniliyə açıq olan Abbasi dövləti bu təklifləri müsbət 

qarşılamışdır. Burada diqqət edilməsi lazım olan nöqtə  İbn Müqəffanın bu 

düşüncələrini  ənənəvi dini mənbələrə deyil, ağıl, məntiq və çox sayda əsər tərcümə 

etdiyi yunan, hind və sasani təcrübələri ilə əsaslandırmasıdır. İbn Müqəffanın bu təklifi 

həyata keçməsə də qanunlaşdırma düşüncəsinin tarixi keçmişindən xəbər verir

10

.  



İslam dünyası XIX əsrdə güclü qərb mədəniyyəti ilə qarşılaşdığı zaman bu 

qarşılaşmanın öhdəsindən gələ bilmək üçün bəzi istisnaları olmaqla birlikdə praktik 

olaraq fəaliyyəti dondurulan ictihad mexanizmi yenidən işləməyə başladı. Çünki 

təqlid dövründə məzhəb imamlarının ictihadı nəticəsində təşəkkül edən fiqhi hökmlər 

İslamın dəyişməz hökmləri arasına daxil edilmişdi. Halbuki ictihad müctəhidin 

subyektiv cəhdi ilə ortaya çıxan və həmişə dəyişməsi mümkün olan hökmlərdir. Qərb 

mədəniyyətinin İslam dünyasına daxil olması ilə birlikdə qərbli hüquq sistemlərinin 

şəriətin yerini tutmasının qarşısını almaq və get-gedə daralmağa başlayan dini 

sahənin genişləndirilməsi üçün XIX əsrin mücəddid alimləri ictihadi fiqh külliyatını 

yeni ictihada açmağa çalışdılar

11

.  


Müasirləşmənin İslam dünyasına gəlməsi isə Osmanlı imperiyasının zəifləməsi 

və bununla birlikdə  qərbin elmi, texnoloji və xüsusilə  hərbi sahədə güclənməsi ilə 

bağlıdır. Bunun nəticəsində  qərbin  İslam dünyası ilə yaxın təması ikinci tərəfin 

məğlubiyyəti ilə  nəticələndi. Bu məğlubiyyət başlanğıcda aşkar hiss olunmasa da, 

vaxt keçdikcə  qərbin  İslam dünyasını  hərtərəfli hegemonyasına alması ilə özünü 

göstərdi. Bu isə  İslam dünyasının özünə etimadını azaltdı. Müasirləşmənin  İslam 

dünyasına gəlməsi daha ilk andan etibarən bir çoxları  tərəfindən problem olaraq 

görülsə  də, bunun fərqində olmayanların  əksəriyyəti təşkil etməsi məsələni daha 

qarışıq hala gətirdi

12



                                                 

10

 Kılıç M. İslam Hukukunda Kanunlaştırma Olgusu: i.f.d. dis. Ankara, 2008, s. 131-132. 



11

 Karaman H. Fıkıhta Gelenek ve Yenileşme // İslam Gelenek ve Yenileşme Sempozyumu. 

İstanbul: 1996, s. 37-38. 

12

 Aydın M.S. Fazlur Rahman ve İslam ile çağdaşlaşmak / İslam ve Modernizm: Fazlur 



Rahman tecrübesi. İstanbul, 1997, s.11. 


 

Mübariz Məhəmmədəli oğlu Camalov 

42

Bu dövrün təyinedici məfhumlarından biri təcdiddir. Təcdid  Əbu Davudun 



“Sünən”ində yer verdiyi məşhur təcdid hədisinə  əsalanan və adını buradan alan bir 

məfhumdur. Hədisin mətni belədir: “Allah hər yüz ilin başında bu ümmətə dinini 

yeniləyəcək (ددجي - yucəddidu) insanlar göndərəcək”

13

. Hədisin kutubi-sittədə yer 



almasına baxmayaraq sənədi və  mətni haqqında çoxsaylı ixtilaflar olsa da, İslam 

dünyasında yenilənmə anlayışı  və buna bağlı olaraq ciddi bir literaturun təşəkkül 

etdiyi bir həqiqətdir. Onu da qeyd etmək lazımdır ki, təcdid, yenilənmə, müasirləşmə, 

islamlaşma, islahat, reform və daha bir çox terminin həm tək başına mənasının, həm 

də hər birinin digərləri ilə qarşılaşdırılmasında ortaya çıxan mənzərəsinin bulanıqlığı 

hələ davam edir. Burada mövzudan kənara çıxmamaq üçün XIX əsri təcdid əsri kimi 

qəbul edirik. 

XIX  əsrin yenilikçiləri deyildiyi zaman ilk ağla gələn Cəmaləddin  Əfqanidir. 

Çox geniş yelpazədə islahat düşüncələrinə sahib olan Əfqaninin  ən mühüm 

düşüncələrindən biri ictihad və  təqlid barəsində vurğularıdır. Onun görüşünə görə 

böyük müctəhidlər öz dövrlərinin şəraitinə uyğun olaraq ictihad etmişlər. Ancaq bu 

ictihadlar dinin əsas mənbələrindən çıxarıla biləcək hökmlərin çox az bir qismini 

təşkil edir. Buna görə də ictihad şərtlərini daşıyan alimlər yeni dövrə uyğun ictihad 

etməlidir. Cəmaləddin  Əfqaninin görüşləri demək olar ki, bütün İslam dünyasına 

təsir etmişdir. Bununla birlikdə onun ən parlaq davamçılarından birincisi Məhəmməd 

Əbduhdur.  Əbduhun diqqət çəkdiyi məsələlərdin biri təqliddir.  Əfqani kimi o da 

Quran və Sünnənin ehkamın  əsas mənbələri olduğunu xatırladaraq, mücrəhidlərin 

əsərlərinin deyil, bu mənbələrin müraciət qaynağı olduğuna nəzəri cəlb etmişdir. 

Əbduha görə müsəlmanların geri qalmasının  əsas səbəbi məhz bundadır. Bundan 

çıxış yolu isə layiqlilərin ictihad etməsi və insanların köklü bir təlimdən keçməsidir. 

Sələfi islahat olaraq adlandırılan bu yolun növbəti davamçısı  Rəşid Rzadır. Rəşid 

Rza Abduhun təlim islahatlarını daima canlı tutaraq həyatı boyunca buna çox 

əhəmiyyət vermişdir. Bu məqsədlə məktəblər açmaq üçün bir cəmiyyət qurma cəhdi 

ilə yanaşı, orta və ali təhsil verən bir məktəb açmağa da nail olmuşdur

14



XX  əsrə  gəldikdə yenilikçi deyə adlandıra biləcəyimiz çox sayda İslam 



mütəfəkkirinin olduğunu görürük. Bunlardan diqqəti  ən çox cəlb edəni sistemli 

düşüncələri və yaratdığı təsirin gücü baxımından Fəzlur Rəhmandır. O, Allah, vəhy, 

Qur`an, peyğəmbərlik, insan, əsas islam elmləri,  İslam dünyasının problemləri və 

                                                 

13

 Əbu Davud, Məlahim, 1. 



14

 Geniş məlumat üçün bax: Karaman H. Gerçek İslam`da Birlik. İstanbul: Nesil yayınları. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə