Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə17/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   13   14   15   16   17   18   19   20   ...   161

İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman 

43

həll yolları kimi çox sayda mühüm mövzuda öz düşüncələrini sistemləşdirmişdir. 



Digər yenilikçilər kimi Fəzlur Rəhman da təlim-tədris işinə çox əhəmiyyət 

vermişdir

15



Burada Fəzlur Rəhmanın müasirləşmə düçüncəsinin  əsasını  təşkil edən  İslamı 



yenidən anlama və bu anlamanın metodu olan ikili hərəkət hermenevtikası üzərində 

duracağıq.  İkili hərəkət hermenevtikasına keçmədən  əvvəl Fəzlur Rəhmanın mətn 

təhlili nəzəriyyəsindən qısaca bəhs etmək yerində olacaqdır. Fəzlur Rəhmana görə 

ənənəvi üsulla Qur`anı anlamağa çalışanlar Qur`anın bir məsələyə münasibətini təyin 

etməkdənsə öz düşüncələrinə Qur`andan dəlillər gətirmək olmuşdur. Bu yanaşma 

tərzi bir tərəfdən Qur`ana bağlılığı göstərsə  də digər tərəfdən Quran ayələrinin öz 

kontekstindən çıxarılaraq yanlış anlaşılmasına gətirib çıxarır. Halbuki mətn təhlilində 

əvvəlcə Qur`anın bir bütün olaraq mənası müəyyənləşdirilməli, sonra isə qarşıya 

çıxan məsələlərə buradan cavab axtarılmalıdır.  İnsanın iradə hürriyyəti ilə bağlı 

Qur`anın müxtəlif ayələrinə  təklikdə müraciət etdiyimiz zaman determinist anlayışı 

dəstəkləyən ayələrə rast gələrik. Qur`anın bütünlüyünə baxdığımız zaman isə bunun 

mümkün olmadığı anlaşılar. Məsələn, Bəqərə surəsi 213-cü ayədə “... Allah 

istədiyini düz yola istiqamətləndirər” və ya həmin surəsinin 272-ci ayəsində “... 

Allah kimi istərsə, onu doğru yola yönəldər” buyurulur. Bu və bənzəri bir çox ayədən 

hidayət yolunun Allahın əlində olduğu və insanın burada iradəsinin olmadığı kimi bir 

məna anlaşılır. Halbuki Qur`an bütünlüyü içərisində baxıldığı zaman insanın bu 

dünyaya imtahan üçün gəldiyi və imtahanın əsas şərtinin seçim imkanı olduğu aydın 

olar


16

Fəzlur Rəhmana görə ikili hərəkət hermenevtikasının ilk hərəkəti Qur`anın nazil 



olduğu zamana getməkdir. Bu, Qur`anın doğru anlaşılması üçün zəruridir. Çünki 

Qur`an nüzul dövrünün əxlaqi və ictimai məsələlərinə ilahi münasibət olmuşdur. 

Qur`anın nazil olduğu dövrün ən ciddi problemləri  şirk,  ədalətsizlik,  əxlaqsızlıq və 

ictimai məsuliyyətsizlikdir. İlk nazil olan ayələr də məhz bu məsələlərlə bağlı olub, 

tək olan Allaha ibadətə çağırır və ictimai ədalətsizliyi aradan qaldırmağa çalışır. 

Xüsusilə əqaid, hüquq və əxlaqa dair təlimlər məkkəlilərin inkarı və yəhudilərlə olan 

anlaşmazlıqlar mühitində formalaşmışdır. Bu da göstərir ki, Qur`anın nazil olması və 

islami təlimlərin formalaşması tarixi bir mühitdə və ictimai hadisələrə paralel olaraq 

                                                 

15

 Rahman F. İslam. Ankara: 2008, s. 255-268. 



16

 Çiftçi A. Fazlur Rahman ile İslam`ı Yeniden Düşünmek. Ankara: Kitabiyat, 2001, s. 126-

127. 



 

Mübariz Məhəmmədəli oğlu Camalov 

44

inkişaf etmişdir. Bu zaman ayələr bəzən müəyyən hadisələrə yaxud suallara cavab 



olaraq nazil olduğu kimi, bəzən də ümumi qaydalar da qoymuşdur. Beləliklə Fəzlur 

Rəhman ilk hərəkəti meydana gətirən iki mərhələni qeyd edir. Bunlardan birincisi bir 

ayənin nazil olduğu tarixi mühiti və həll etdiyi məsələni tədqiq etməkdir. Bu şəkildə 

ayənin mənası tam olaraq anlaşılacaqdır. İkinci mərhələdə bu məna genişləbdirilərək 

ümumi qaydalar əldə olunacaq. Burada diqqət edilməli olan nöqtə  hər bir ayənin 

mənası müəyyənləşdirilərkən və ümumi prinsiplər çıxarılarkən Qur`anın bütünlü-

yünün gözdən qaçırılmamasıdır. Çünki Quran təlimləri bir bütündür və bu bütünlük 

bütün ayələrin bir-biri ilə tutarlılığında yatır

17



İkili hərəkətin ikinci hərəkəti Qur`andan çıxarılan ümumi prinsiplərin günümüz 



məsələləri ilə bütünləşdirilməsidir. Bunun üçün isə yaşadığımız dövrün şərtləri 

diqqətlə araşdırılmalıdır. Beləliklə müasir dövrün doğru təhlil edilməsi ilk hərəkətin 

nəticələrini ölçmək üçün bir meyar təşkil edəcəkdir. Əslində bu iş ənənədə mövcud 

olan ictihad mexanizmidir. Məlum olduğu kimi ictihad nəssin  əhatə dairəsini 

genişləndirərək yeni məsələlərə tətbiq etmə cəhdidir

18



 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 



 

Aydın M. İlk Dönem İslam Toplumunun Şekillenişi. İstanbul: Pınar Yayınları 1991. 

Aydın M.S. Fazlur Rahman ve İslam ile çağdaşlaşmak / İslam ve Modernizm: 

Fazlur Rahman tecrübesi. İstanbul, 1997. 

Bardakoğlu A. Tebliğ Müzakeresi // İslam Gelenek ve Yenileşme Sempozyumu. 

İstanbul: 1996. 

Çiftçi A. Fazlur Rahman ile İslam`ı Yeniden Düşünmek. Ankara: Kitabiyat, 2001. 

Erdoğan M. İslam Hukukunda Ahkamın Değişmesi. İstanbul: İFAV, 1994. 

Erten H. Hz. Ömer Döneminde Toplumsal Değişim // Necmeddin Erbakan 

Üniversitesi İlahiyat Fakültesi Dergisi. 1996, №6. 

Kahraman A. Fiqh üsulu. Bakı: Nurlar 2007. 

Karaman H. Fıkıhta Gelenek ve Yenileşme // İslam Gelenek ve Yenileşme 

Sempozyumu. İstanbul: 1996. 

                                                 

17

 Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. Ankara: Ankara Okulu 



Yayınları, 2002, s. 55-57. 

18

 Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. s. 58-59. 




İslamda müasirləşmə düşüncəsinin tarixi aspekti və Fəzlur Rəhman 

45

Karaman H. Gerçek İslam`da Birlik. İstanbul: Nesil yayınları. 



Karaman H. İslam Hukuk Tarihi. İstanbul: İz yayıncılık, 2004. 

Kılıç M. İslam Hukukunda Kanunlaştırma Olgusu: i.f.d. dis. Ankara, 2008. 

Al-Qudsy Sh., Rahman A. Effective Governance in the Era of Caliphate `Umar 

Ibn Al-Khattab (634-644) // European Journal of Social Sciences. 2011, Volume 18, 

Number 4. 

Rahman F. İslam. Ankara: Ankara Okulu Yayınları, 2008. 

Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi. Ankara: Ankara 

Okulu Yayınları, 2002. 

Şatibi M. əl-Muvafaqat. Qahirə: 1969. 

 

 



 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə