Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə19/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   15   16   17   18   19   20   21   22   ...   161

İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

49

onun tərəfindən sevilən də ölümsüz və  əbədidir. Belə bir sevgiyə nail olanlar iki 



aləmdə də arzularına çatmış, yaxşı ad-san qoymuşlar”. (18, 287,3547).   Allah eşqi, 

Rəbbə aid olan eşq, ucalıq və kamal günəşidir” (19, 415). 

Həm ilahi, həm də  məcazi mənada eşq  ədəbiyyatın  əsas mövzularından biri 

olmuşdur. 

Mütəsəvviflərə görə aləmin yaradılış qayəsi eşqdir. Yaradılış ilahi eşqin açılıb 

yayılması olduğu üçün mütəsəvviflər çox vaxt bəşəri eşqi ilahi eşqə çatmaq üçün bir 

körpü olaraq düşünmüşlər. Çünki yaradılmış olan hər şeyi Yaradandan ötrü sevmək 

əsasdır. Yaradılan hər şey bizi Tanrıya və Tanrı eşqinə doğru aparır. Çünki hər varlıq 

Tanrıyla insan könlü arasında bir pərdə kimidir. “Eşq” pərdəni yırtmaq və sirləri kəşf 

etməkdir. Ancaq insan bu dünya pərdəsinin arxasındakı gerçəkliyi görən kimi artıq 

dünya mənasını itirməyə başlayır. “Vəcd” halı isə aşiqin zikrin ləzzətinə qovuşduğu 

anda ruhun tükənməz istəklərinə dayana bilməməyidir (8, 42). 

Yunus  Əmrəyə görə qurtuluş dünya pərdəsini yırtmasından başlayır. Yunus 

dünya pərdəsini yırtan hər kəsin Haqqı görə biləcəyini, yırta bilməyənlərin isə Onu 

görməyəcəklərini bildirir  (7, 27). 

İlahi eşq geniş ölçüdə təsəvvüfdə, qismən də İslam fəlsəfəsində işlənmişdir. Bu 

işdə  bəzi mütəsəvviflərin rolu olmuşdur. Eşq anlayışı  təsəvvüf düşüncəsinin  əsas 

qayəsdir. Təsəvvüf sevgi və  eşq fəlsəfəsidir. Təsəvvüfdə kamil insan olma 

yollarından biri de eşq yoludur və bu, yolların  ən qısasıdır.  Eşq Tanrının sirri və 

lütfüdür.  İslam və bu dinin mənəvi atmosferində meydana gələn  İslam toplumu bu 

ilahi və insani duyğunu xüsusilə təsəvvüf vasitəsilə insanın yaradılış qayəsinə uyğun 

bir  şəkildə  işləmişdir. Eşq anlayışı  İslam mütəsəvvifləri tərəfindən təfsilatlı  şəkildə 

işlənmiş  və bu duyğu bir çox anlayışlarla ifadə edilmişdir.  İslam düşüncəsinə görə 

məxluqatın yaradılışındakı amil ünsür Allah Təalanın bilinmək və tanınmaq istəyi və 

yaradıqlarına qarşı  məhəbbətidir. Çünki məxluqatın varlıq səviyyəsinə  çıxması, 

yaradıcı ilə yaradılan arasındakı  məhəbbət vasitəsilə olmuşdur. Hz.Məhəmməd bir 

hədisində “Allah gözəldir, gözəlliyi sevər, kibir isə Haqqı  qəbul etməmək və 

insanları xor görməkdir” deyə buyurmuşdur  (14, 76).  

Allah camal və kamal sahibi olaraq hər cür gözəlliyin qaynağıdır. İnsan Allahı 

nə qədər tanısa Ona qarşı sevgi və eşq də artar.  

Eşq sözünün dini termin olaraq istifadəsini qəbul edən sufilərin  əsaslandıqları 

bəzi ayət və  hədislər vardır. Onlara görə  “İman edənlər, Allahı daha şiddətlə 

sevərlər” (5,əl-Bakara, 2/165) ayəsindəki  “şiddətli eşq” olan “əşədd-u hubbən” 

ifadəsi eşq deməkdir. Digər bir ayətdə  də    “möminlərin Allahı  hər  şeydən çox 

sevdiklərinin lazım gəldiyi bildirilmişdir” (22, ət-Tövbə, 9/24). Allahı tanımada 



 Nigar İsmayılzadə 

50

insanların  ən öndə olanları  şübhəsiz onun elçiləridir. Necə ki, Hz.İbrahim Onun 



xəlili, Hz.Peyğəmbərimiz isə onun həbibi olaraq xatırlanır. Eşq Hz.Məhəmmədə də 

dost olmuşdur. Allah bu eşqə görə Peyğəmbərə, “Sən olmasaydın bu kainatı 

yaratmazdım” deyə buyurmuşdur. (15,183). Hz.Məhəmməd: “Ya Ömər, məni 

özündən çox sevməyənə qədər imanın kamilliyə çata bilməz”demişdir  (21,22). 

Sufilərdən bəziləri -  isə eşqi belə tərif ediblər: Əbu Əli əd-Dəqqaq, Mühyiddin 

İbn  Ərəbi və  Əziz b.Məhəmməd Nəsəfiyə görə  eşq, hədsiz sevgi, yəni sevgidə 

sərhədi aşmaq deməkdir. Sufilər sevgini müxtəlif hissələrə ayırırlar, ümumiyyətlə ən 

son mərtəbəyə  eşqi qoyurlar. Eşqi sevginin ən mükəmməl  şəkli hesab edirlər. 

Mövlana Cəlaləddin Rumi, “Bir şəxs məndən aşiq olmaq nədir deyə soruşdu. Mənim 

kimi olsan alnayarsan, dedim”. Eşq mövzusu bir qəlb məsələsidir. Ağıl onu qavraya 

bilməz. Mütəsəvviflər “Allah onları, onlar da Allahı sevərlər” ayətini dəlil göstərərək 

məhəbbətin  əvvəlcə Haqqdan zühur etdiyini və bütün aləmin yaradılışına səbəb 

olduğunu ifadə etmişlər  (1,165-175). 

Sufilərə görə  həqiqi sevgi, Allah və Peyğəmbər sevgisidir. Hədis-i  Şərifdə 

“Sizdən biri məni anasından, atasından, övladından və bütün insanlardan daha çox 

sevməyənə qədər iman etmiş sayılmaz” deyə buyurmuşdur  (6,68). 

Quran və    hədislərdə  eşq sözündən istifadə edilmir, “eşq” anlayışı mövcud 

olmasa da məfhum olaraq vardır.  “Sevgi” əsasən hubb və  məhəbbət, bəzən də 

məvəddət sözləri və bunlardan doğan sözlərlə ifadə edilir. Qurani Kərim məhəbbəti 

imanla birlikdə  dəyərləndirmiş, Allahı sevməyi, onun məhəbbəti ilə xeyirli işlər 

görməyi mömin olmağın xüsusi keyfiyyətləri kimi qiymətləndirmişdir (2,73). 

Təsəvvüf elmi Quran və  hədislərdə  bəhs edilən sevgi anlayışının mənasını 

genişlətmiş, sevgini mərtəbələrə ayırmışdır. Xüsusilə Allah ilə qul arasında Quranda 

bildirilən “sevgi” əlaqəsinin “eşq” anlayışı ilə ifadə edilməsini uyğun bilmişdir. Bu 

səbəbdən dövrün ilk mütəsəvvifləri eşq, aşiq, məşuq yerinə hubb, məhəbbət, həbib, 

məhbub sözlərindən istifadə etmələrinə baxmayaraq  daha sonra gələn mütəsəvviflər 

bu cizgidən uzaqlaşmışlar.  İlk sufilərin bəziləri Allah sevgisini ifadə etmək üçün 

Quran və sünnətdə yer alan hubb və  məhəbbət yerinə “eşq” sözünün istifadə 

olunmasına qarşı çıxmışlar  (23, 12.) 

Allah sevgisindən çox Allah qorxusuna üstünlük verən ilk zahidlər  eşqdən bəhs 

etməmişdilər. İlk dəfə II (VIII) əsrdə Allah ilə qul arasındakı sevgidən bəhs etməklə 

nadirən olsa da eşq sözünün istifadə edildiyini göstərən rəvayətlər də var. Deyilənlərə 

görə  Həsən  Bəsri Allahın “Qulum mənə, mən də ona aşiq olaram” buyurduğunu 

demişdir. Əbdülvahid Zeyd isə peyğəmbərlərdən birinin “Allah mənə, mən də Ona 

aşiq oldum” dediyini söyləmişdir. Başqa bir rəvayətdə buna oxşar bir söz Əbül 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə