Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə20/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   16   17   18   19   20   21   22   23   ...   161

İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

51

Hüseyn  ən Nuriyə istinad edilmişdir. Bəqlinin nəql etdiyinə görə  Əbül Hüseyn ən 



Nuri, “Mən Allaha aşiqəm, o da mənə  aşiqdir” dediyi üçün kafir olduğuna hökm 

verilərək ölkəsindən qovulmuş, daha sonra edam edilməsi əmr olumuş və son anda 

asılmaqdan xilas ola bilmişdir. Bu rivayətdən məlum olduğu kimi hətta ilk əsrlərdə 

mütəsəvviflərin əksəriyyəti Allah sevgisini ifadə etmək üçün Quran və Sünnətdə yer 

alan hubb və  məhəbbət yerinə  eşq sözünün istifadəsinə qarşı  çıxmışlar; Rabia əl-

Ədəviyyə, Bayazid-i Bistami, Cüneyd Bağdadi, Həllac Mənsur kimi sevgi 

mövzusunu işləyən ilk sufilər əsasən eşq, aşiq, məşuq yerinə hubb, məhəbbət, həbib, 

məhbub sözlərindən istifadə etməyə üstünlük vermişlər (23,11-12). 

Haris  əl-Mühasibi, Xacə Abdulla əl-Hərəvi, Məhəmməd b.Hüseyn əs-Süləmi, 

Əbu Talib əl Məkki, Həkim ət-Tirmizi, Əbu Nəsr əs-Sərrac, Məhəmməd b.İbrahim 

əl-Kəlabazi,  Əbu Nuaym, Əbdülkərim  əl-Qüşeyri, Hücviri, Qəzali kimi 

mütəsəvviflər də  əsərlərində  eşq mövzusuna yer verməmişlər və ya nadir hallarda 

istifadə etmişlər, bunun yerinə ən çox əhəmiyyət verdikləri Allah sevgisi mövzusunu 

hubb və məhəbbət termini ilə adlandırmağa üstünlük vermişlər  (23,12). 

Qüşeyri sufilərin Allah sevgisini eşq sözü ilə ifadə etmələrini müsbət qarşıla-

mışdır. Qüşeyriyə    görə “Eşq sevgidə  sərhədləri aşmaqdır. Allah həddi aşmaqla və 

eşq ilə xarakterizə edilə bilməz. Bütün məxluqata aid sevgilərin hamısı toplanıb bir  

şəxsə verilsə də bu şəxs Allahı sevmə dərəcəsinə çatmış sayılmaz. Bu halda qul Allah 

sevgisində  həddi aşdı deyilə bilməz. Bu səbəblə “Allah quluna aşiq oldu” deyilə 

bilməyəcəyi kimi, qul da “Allaha aşiq oldu” deyilə bilməz.  Buna görə də eşq Allahın 

sifəti olmaz. Allahın qula vəya qulun Allaha aşiq olması mümkün deyildir” (4,110).  

Hücviri eşq mövzusunda müxtəlif mənalar daşıdığını bildirərək başlıca fikirləri 

belə izah etmişdir: Bir zümrəyə görə  eşq sevgilisindən ayrı düşənin bir 

xüsusiyyətidir. Qul da Allahdan ayrı qaldığına görə onun sevgisini eşq adlandırmaq 

mümkündür. Buna qarşılıq olaraq Allah heç bir şeydən ayrı və uzaq olmadığına görə 

Onun sevgisi eşq sözü ilə ifadə edilə bilməz. Başqa bir fikrə görə eşq həddi aşmaqdır, 

Allah da həddi, sərhədi olmayan varlıq olduğu üçün Ona duyulan sevgi heç bir 

şəkildə hədsiz olmaz və nəticədə eşq adlandırıla bilməz. Hücviri Allaha olan sevginin 

məhəbbət termini ilə ifadə edilməsi lazım gəlmədiyini, bunun yerinə  eşq sözünü 

istifadə etməyin mümkün olduğunu bildirir (23,12). 

Başda  Həllac Mənsur,  Əbu Bəkr  əş-Şibli və  Bəyazid-i Bistami olmaqla bəzi 

mütəsəvviflərdə tam mənası ilə eşq mövcuddur.  

Təsəvvüf tarixində eşqi ilk dəfə iztirab və kədər şəklində anlayan və bu tərzdə 

izah edən Həllac Mənsur “Kitabü’t-Tavasin”də ilahi eşqi pərvanənin şamın ətrafında 

dövr etməsi  kimi təsvir etmişdir. Pərvanənin şamın işığını görməsi “elmü’l-yəqin”, 



 Nigar İsmayılzadə 

52

ona yaxınlaşıb hərarətini hiss etməsi “eynü’l-yəqin”, alovun içində yanıb kül olması 



“həkkü’l-yəqin”dır. Aşiqin ən son məqsədi yana-yana yox olmaqdır. Eşq anlayışını 

da ilk dəfə belə şəkildə izah edən Həllac Mənsur olmuşdur (20,132). Edam ediləndə 

əlləri kəsildiyi zaman üzünü qana bulamış, səbəbini soruşduqda “Eşq ilə qılınacaq iki 

rükət namazın dəstəmazı qanla alınmazsa doğru olmaz” cavabını vermişdi. Bəzi 

mənbələrə görə vücudundan axan qanlar Allah sözü şəklində axmışdı. Buna görə 

Həllac Mənsur “şəhid-i eşq” adlandırmışlar, onun qəm və  kədər dolu eşq macərası 

bütün mütəsüvviflərə nümunə olmuşdur.  

Təsəvvüf tarixində  eşq anlayışını ilk dəfə  məhəbbətdən ayıraraq araşdıran sufi 

Əhməd  əl-Qəzalidir.  Bu səbədən də o, ilahi eşqə üstünlük verən sufilər tərəfindən 

böyük qardaşı  Əbu Hamid əl-Qəzalidən üstün sayılmışdır. Çünki İmam Qəzalinin 

təsəvvüfi elm və mərifətə bağlı olduğu halda qardaşı təsəvvüfdə eşqi əsas saymışdır. 

Onun “Səvanihü’l-uşşak adlı fars dilində yazılmış risaləsi xüsusi olaraq eşq mövzusu 

ilə bağlı olan ilk əsərdir. Eşqin xüsusiyyətləri, təsirləri və  mərtəbələrinin qısa 

bölmələr  şəklində  işlənən bu risalənin geniş yayılmasından sonra eşq anlayışı 

təsəvvüf ətrafında rəğbətlə qarşılandı.  

Sevgini “könlün zövq aldığı  şeyə meyl etməsi” olaraq adlandıran Qəzali, bu 

meyl qüvvətli olarsa buna “eşq” deyilə bilər. Qəzaliyə görə eşq vicdani bir məsələdir. 

Allahı tanıyan onu sevər, mərifəti artdıqca sevgi artar, güclənər, bu sevgiyə  eşq 

deyilir. O, mərifət və idraksız sevginin həyata keçə bilməyəcəyini bildirmişdir. 

Məhəbbətin uca nöqtəsi və ya sevginin möhkəmlənmiş halı olan ilahi eşq 

mərifətullahın bir nəticəsidir. Mərifətdə (Allahı bilmədə) məsafə qət etdikcə Allaha 

olan məhəbbət də artar. Məhəbbət nisbətində də Allaha yaxınlıq artar  (9,538-539).  

Qəzali “İhya’ü ulumid-din” əsərində Allah sevgisi mövzusunu işlədiyi 

“Kitabü’l-Məhəbbə  və  ş-şövq və l-üns və r-rıza” başlıqlı bölümündə  eşq sözünə 

üstünlük verməmişdir. Bununla birlikdə o, eyni əsərin səma mövzusu ilə bağlı 

hissəsində Allahı sevən, Ona aşiq olan və Ona qovuşma sevgisi duyan insanın 

səmasından da bəhs etməkdə və bu səmanın insanın eşq və sevgisini coşduracağını 

göstərmişdir.  Sevginin bu şəkildə  eşq halını alması, qulun mərifətdə yetkinləşərək 

ilahi gözəlliyi idrak etməsindən irəli gəlir; bu idrak artdıqca eşq də güclənir. Necə ki, 

Hz.Peyğəmbərin Hira dağında ibadətə bağlandığını görən Məkkə müşrikləri

“Məhəmməd Tanrısına aşiq oldu” demişdilər (23,12). Həqiqi aşiq qəlbindəki Allah 

sevgisinə heç bir varlığın sevgisini ortaq etməz. Bu səbəblə  də başqa  şeylərə qarşı 

duyulan sevgi ancaq məcazi mənada eşq adlana bilər: çünki ortağı olmayan, bir sözlə 

ortaqsız sevilə bilən yeganə varlıq Allahdır.  Əhməd  əl-Qəzalinin yaşadığı dövrü 

izləyən üç əsr ilahi eşq  ədəbiyyatının qızıl dövrü oldu. Əhməd  əl-Qəzalinin bu 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə